Azad Nəbiyev (Bakı Dövlət Univesitəsi)



Yüklə 237,46 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix01.11.2017
ölçüsü237,46 Kb.
#7808
1   2   3   4   5   6   7   8

Azərbaycanda aşiq sənəti 

 

135 



 

Bu sənət qam-şaman təsirindən də tamamilə kənarda qaldı. Ozanın 

öncəgörməliyi, baş verəcək hadisələrdən qabaqcadan xəbər verməsi və 

s. ona keçdi. Bütün bunlara görə bəzən aşıq oyunbaz, tamaşa göstərən, 

şaman, gözbağlıca və s. hesab edilir, yaxud onunla eyniləşdirilir. Bə-

zən də qam-şaman ozan və aşıq sənətindən yanlış olaraq əvvələ keçi-

rilir, onun məzhəkəçiliyi daha ilkin hesab edilir. Lakin aşıq öz poetik 

imkanları ilə bütün bu kimi ifaçılardan yüksəkdə dayanan, ali mənəvi-

əxlaqi və estetik dəyərlər yaradan sənətkardır. 

Aşıq  sənəti  özündə  allaha  aşiqliklə  allahın  yaratdıqlarına  aşiqliyi 

birləşdirib  vəsf  etdi,  cəmiyyət  içərisində  islam  dəyərlərinə  xidmət 

edən bir ifaçılıq sahəsi kimi şöhrətləndi.  

Aşiqin aşığa kontaminasiyası bu sənətin  məzmun və  mahiyyətinə 

yeni  məna  gətirdi.  Onun  daha  da  dərinləşməsinə,  dünyəvi  dəyərlərlə 

zənginləşməsinə,  yeni  poetik  səviyyəyə  yüksəlməsinə  səbəb  oldu. 

Məzmundakı fərqlər mahiyyətdə də özünü göstərməyə başladı. XI əs-

rin  sonu,  XII  əsrin  əvvəllərində  artıq  aşıq  sənəti  cəmiyyətdə  özünün 

ilkin tanınma mərhələsinə qədəm qoydu.  

Formalaşmaqda  olan  aşıq  sənətinin  də  ilkin  mərhələsində  ilahi 

eşqin tərənnümü öncül mövqedəydi. Sonralar Əhməd Yasəvinin ardı-

cılları  bu  düşüncəni  modernləşdirdilər.  Aşıq  poeziyasına  bu  yeni  dü-

şüncə  uzun  zaman  öz  təsirini  göstərdi,  daha  doğrusu  zaman-zaman 

cilalanıb forma, məzmun və poetik dəyər baxımından sürətli təkamül 

mərhələsi  keçib  aşıq  sənətini  öz  təsiri  və  nüfuzu  çevrəsində  saxlaya 

bildi.  Bu  ənənə  aşıq  yaradıcılığında  öz  üslubunu  formalaşdırdı.  XIII-

XIV əsrlərdə həmin üslub əsasında Yunis İmrə Anadolu, Molla Qasım 

Şirvan aşıq məktəbinin əsasını qoydu. Onların həm Şirvanda, Anado-

luda, həm də Təbrizdə ardıcılları meydana çıxdı.  

Ancaq  təssüf  ki,  bu  gün  dünyanı  heyrətləndirən  aşıq  yaradıcılığı-

nın  mənşəyindən  bəhs  edərkən  hələ  sovet  ideologiyasını  qəbul  etmə-

diyi  mövqedən  çıxış  etmək  ənənəsinə  əsaslanma  davam  etdirilərək 

aşıq poeziyasının üç yuzillik tarixi təhrif edilir. Yanlış olaraq aşıq şei-

rinin  yaranma  tarixi  XVI  yüzillikdə  yaşamış  Aşıq  Qurbanidən  götü-

rülür. Bu təhrif isə tədqiqatçıların aşıq yaradıcılığının mükəmməl tari-

xini bərpa etmək imkanını məhdudlaşdırır. 

Sufi görüşlərin aşıq poeziyasında sürətlə artan əksi, aşiqliyin  yeni 

tarixi şəraitdə aşıqlığı üstələmə cəhdi, bu yaradıcılığın mərsiyə, növhə, 

dərviş  ifaçılığı  təsiri  altına  düşmə,  onların  içərisində  assimiliyasiya 




136 

Azad Nəbiyev 

 

olunma, dünyəvi dəyərlərdən, real gözəllikləri əks etdirmə imkanların-



dan məhrum olma təhlükəsini meydana çıxardı. 

Aşıq  sənətinin  yaşayıb  davam  etməsi,  ozan  ənənələrinin  modern-

ləşdirilməsi üçün zəruri olan tarixi məqamda İslamda baş verən təriqət 

parçalanmaları,  qarşıdurma  və  təbəddülatlar  aşıq  sənətinə  öz  tarixi 

yüksəliş yolunu qəti şəkildə müəyyənləşdirməyə imkan verdi. O, tək-

kə-dərviş  üslubundan  imtina  edərək  ondan  ayrıldı,  şaman  baxışların-

dan uzaqlaşdı, özünün ozan ənənəsinə məxsus peşəkar improvizatorçu 

və  ifaçılıq  funksiyalarını  əsaslı  şəkildə  bərpa  etdi.  Cəmiyyətdə  bütün 

ənənəvi  görüşlərdən  fərqli,  bu  günə  qədər  özünü  qoruyub  saxlayan 

yeni ifaçılıq tipi – aşıq institutunu yaratdı. Onun hüdudları, əhatə dai-

rəsi genişləndi. XI əsrdən yaranmağa başlayan şer şəkilləri, - gəraylı, 

qoşma, təcnis kimi formalar aşıq repertuarında daha geniş  yer tutma-

ğa,  təhkiyə  üslubuna  əsaslanan  nəqletmə  ön  plana  keçməyə  başladı. 

Bu  mərhələdə aşıq institutu öz üzərinə iki funksiyanı götürdü və orta 

əsrlərdə onların hər ikisini öz yüksək tərəqqi səviyyəsinə çatdıra bildi. 

Birincisi, aşıq repertuarını ölçülü, qəlibli, poetik tələblərə cavab verən 

yeni-yeni şer şəkilləri ilə zənginləşdirdi. Yeddi hecalı şerin zəminində 

səkkizlik, onbirlik şerin müxtəlif şəkilərini yaratdı, ozandan fərqli ola-

raq özünü həmin poetik nümunələrin peşəkar ifaçısı kimi şöhrətləndir-

di. Bu ifaçılar həqiqətən həm şer qoşub düzən, həm də onları öz sazı-

nın müşayiəti ilə çalıb-çağıran improvizatorçu sənətkarlar idi. Əslində 

ozan  sənətini  rekonstruksiya  edən  aşıqlar  bununla  aşıq  sənətinin 

bünövrə  daşını  qoydular.  İkincisi,  həmin  sənətkarlar  eyni  zamanda 

xalq  nəsrini  -  peşəkar  nağılçılığı  yeni  mərhələyə  yüksəltdilər.  Ozanın 

repertuarındakı qəhrəmanlıq süjetlərindən imtina edib onları məhəbbət 

motivləri  ilə  əvəz  etməyə  başladılar.  Bununla  kifayətlənməyərək  re-

pertuara  yeni  məhəbbət  dastanı  formasını  gətirdilər.  Uzun  zaman 

müddətində  repertuarda  bu  dastan  tipinin  clialanmasına  nail  oldular. 

O,  oğuznamələrdən  fərqli  yeni  xalq  nəsri  tipi  idi.  Struktur  tərkibinə, 

kompozisiya  quruluşuna  görə  əslində  oğuznamənin  modern  forma-

sıydı.  Repertuar  ifası  baxımından  özündən  əvvəlki  formalara  məxsus 

müəyyən əlamətləri saxlasa da, aşıq repertuarında tamam yeni ifa idi. 

Musiqinin,  rəqsin,  peşəkar  ifaçılığın  sinkretizmində  bir  sıra  yeni-

liklərlə əlamətdardı. 

Bu  dövrdə  aşıq  sənətinin  daxilində  baş  verən  başqa  mühüm  inti-

bahlardan biri qopuzun saza, qopuz havalarının saz havalarına çevril-



Azərbaycanda aşiq sənəti 

 

137 



 

məsi,  yaxud  həmin  havacat  üzərində  yeni  saz  havalarının  yaranması 

prosesi ilə bağlı idi. Bu özü də aşıq sənətində mürəkkəb və çoxcəhətli 

bir yaradıcılıq pilləsiydi. 

Aşıq  sənətində  yaranmağa  başlayan  yeni  saz  havalarının  ilkin 

qaynağı qopuz havalarıyla bağlıydı. Ozan peşəkar improvizatorçuluğu 

aşığa  rekonstruksiya  edildiyi  kimi,  qopuz  havaları  da  eyni  prosesi 

keçirmişdir.  İlkin  yaradıcılıq  mərhələsində  cəngavərlik  və  qəhrəman-

lıqla  bağlı  saz  havaları  silsiləsi  törəmişdir.  Qopuzun  bir  çox  həngi, 

cəngi və döyüşhəngiləri, barış və savaş havaları, insanları hərbə çağı-

ran,  həmrəylik,  səfərbərlik  bildirən  havalar  sazın  ifasında  səslənməyə 

başlamışdır.  Bu  havalar  peşəkar  ifada  yeni  musiqi  aləti  olan  sazın 

tələblərinə uyğun cilalanma prosesini də elə  özünün törəniş  mərhələ-

sində keçirə bilmişdir. 

Saz  havaları  törəməsinin  ikinci  mərhələsi  aşıq  repertuarının  ya-

ranması, məhəbbət dastanlarının peşəkar ifaya daxil edilməsi ilə bağlı 

oldu. Bu dövrdə aşiqanə duyğuları ifadə edən saz havaları silsiləsi ya-

randı, aşıq havaları öz ilkin qopuz qaynaqlarından ayrılıb müstəqil ya-

radıcılıq mərhələsinə qədəm qoydu. Üçüncü mərhələ isə XVII-XVIII 

əsrlər aşıq sənətinin intibahı dövrü ilə bağlı idi. Bu dövrdə aşıq sənəti 

özünün  cahanşümül  inkişafını  yaşadı.  Həm  forma,  məzmun,  poetik 

siqlət,  həm  də  ayrı-ayrı  sənət  sahələri  ilə  sinkretizmdə  yeni  yüksəliş 

özünü göstərdi. Saz havalarının variantlaşması və aşıq məktəbləri üzrə 

yeni  zəncirvari  törəniş  mərhələsi  başladı.  Anadolu,  Şirvan,  Təbriz  və 

Göyçə  aşıq  məktəblərində  yeni-yeni  aşıq  havaları  yarandı,  onların 

sənətkarlıq  baxımından təkmilləşməsi özünü göstərdi. Aşıq sənətində 

peşəkar  ifaçılığın  sinkretizmi  güclənməyə,  onun  professional  sənət 

sahəsi kimi yüksəlişinə təkan verdi. Aşıq məktəblərində 100-dən artıq 

saz  havası  və  onların  hər  birinin  onlarla  variantı  yarandı.  Aşıq  sə-

nətində müxtəlif istiqamətli güclü yaradıcılıq prosesləri başladı, bütün 

bunlar  isə  ona  milli  məişət  həyatının  bütöv  şəkildə  özündə  əks  etdir-

məyə imkan verdi. 

Bunlar isə ümumilikdə aşıq sənətini yeni mərhələyə yüksəltdi.  

Bu  gün  aşıq  sənəti  tədqiqatçılarının  əlində  X-XII  əsrlər  dövrü, 

konkret  şəxsiyyətlərin  yaradıcılıq  fəaliyyəti  ilə  bağlı  elə  bir  məlumat 

yoxdur. Lakin XI-XII əsrlərin bizə gəlib çatan elə mötəbər qaynaqları 

vardır ki, onlar  bəhs açılan dövrdə xalq arasında aşıq sənətinin  möv-

cud  olduğunu  təsdiqləyən  faktları  kifayət  qədər  mühafizəkarlıqla 




Yüklə 237,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə