Azad Nəbiyev (Bakı Dövlət Univesitəsi)



Yüklə 237,46 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix01.11.2017
ölçüsü237,46 Kb.
#7808
1   2   3   4   5   6   7   8

146 

Azad Nəbiyev 

 

nələrini  daha  mühafizəkarlıqla  qoruyub  saxlaya  bilmişdir.  Yaxud, 



qruplara və tiplərə ayırdığımız aşıqların hər bir tipi belə rekonstruksi-

yalardan  kənarda  qala  bilməmişdir.  Məsələn,  əsərləri  bu  günə  əlyaz-

maları ilə gəlib çatan, lakin özünü aşıq adlandıran Molla Cümə yaradı-

cılığında  klassik  ənənələr  nə  qədər  mühafizəkarlıqla  qoruyub  saxlan-

mışsa, bunu aşıq, şair, el şairi titullarının heç birindən imtina etməyən 

Şair  Məmmədhüseyn,  Aşıq  Şəmşir,  Mikayıl  Azaflı,  Aşıq  Soltan,  ya-

xud  Şirvan  və  Borçalı  aşıqlarının  heç  birinə  şamil  etmək  olmaz.  De-

mək, müasirləşən təkcə aşıq ənənələri, saz havaları deyil, həm də hə-

min ənənələrin daşıyıcıları olan ifaçıların özüdür. Bu proses XX əsrin 

30-cu  illərindən  başlayaraq  yuxarıda  qeyd  edildiyi  kimi,  ənənələrin 

pozulması  istiqamətində  getmişdir.  Aşığın  «kollektiv  təbliğatçı  və 

təşviqatçıya»  çevrildiyi  bir  ölkədə  baş  verən  hadisələrin  təsiri  ilə  aşı-

ğın  öz  kökündən,  ənənələrindən  uzaqlaşdırılıb  sosialist  həyatını  vəsf 

eləyən  bir  ifaçıya  çevrilməsi  özü,  ənənələrin  qısa  tarixi  məqamda 

köklü şəkildə sındırılması idi. Bununla belə, milli düşüncədə aşıq, ta-

mamilə məhv edilib sıradan çıxarıla bilmədi. O, özünə məxsus bir çox 

xüsusiyyətləri qoruyub saxlamağa nail oldu. 

Altımışıncı illərin  əvvəllərindən başlayaraq aşıq  yaradıcılığı üçün 

yaranmış yeni tarixi şərait onun daxilindəki milli özünüqayıdışı hərə-

kətə  gətirdi.  Doxsanıncı  illərdən  bu  qüvvə  daha  artan  sürətlə  yüksəl-

məyə  başladı,  daha  müstəqil,  demokratik  dəyərlərə  söykəndi.  Ayrı-

ayrı  aşıq  məktəblərində  klassik  ənənələr  bərpa  edilməyə,  soykökə 

qayıtma prosesi genişləndi. 

Xalq  şeri  üslubu  bu  gün  müasir  poeziyanın  aparıcı  istiqamətinə 

çevrilmişdir. XIX əsrin ikinci yarısından Nəbatinin, Qasım bəy Zaki-

rin və b. yaradıcılığı üçün səciyyəvi olan bu ənənə aşıq şerinin sərhəd-

lərini  müəyyən  mənada pozmuş, çox şairi aşıq, çox  aşığı  şair eləmiş-

dir. Bu qarışıq yaradıcılıq prosesində həqiqi aşıqlar da yetişmiş, onlar 

öz ənənələrini qoruyub saxlamış, el şairi, şair və aşıq yaradıcılığı sər-

hədlərinin  gözlənilməsinə  əsasən  nail  ola  bilmişlər.  Müəllifli  ədəbiy-

yatın  inkişaf  səviyyəsi  və  təsirindən  asılı  olmayaraq  aşıq  yaradıcılığı 

bütün təsirlərə sinə gələrək öz yolu ilə irəliləmiş, müəyyən tarixi-ənə-

nəvi  xüsusiyyətlərini  qoruyub  saxlamaqla  forma,  məzmun  və  poetik 

dəyərlərini də zənginləşdirə bilmişdir. Aşıq sənəti öz ənənələrini həm 

yaradıcılıq, həm də ifaçılıq istiqamətində davam etdirə bilmişdir.  



Azərbaycanda aşiq sənəti 

 

147 



 

Aşıq  yaradıcılığı  hələ  ta  qədimdən  şifahi  ənənələr  üzərində  kök-

ləndiyindən  onun  axarını  müəllifli  ədəbiyyatla  bağlamaq  heç  cür 

mümkün olmamışdır. Aşıq poeziyasında bütün deyilən və deyilməyən 

göstəricilərə baxmayaraq müəlliflik şərtidir. O, bir çox çalarlarda xalq 

yaradıcılığı ənənələrinin kölgəsində qalır. Bugünkü aşıq əgər bədahə-

tən dediyi və ya qoşduğu qoşmanı təpədən-dırnağa klassik aşıq ənənə-

ləri  –  aşıq  ifa  tərzi  və  üslubu,  aşıq  şer  şəkli  və  musiqisi  ilə  cilalayıb 

tamaşaçı  audıtoriyasına  təqdim  edirsə,  onu  hansısa  formal  əlamətə 

görə  müəllifli  ədəbiyyatla  bağlamağa  əsas  yoxdur.  Çünki  bu  forma 

bədii  düşüncədə  yeni  hadisə  deyildir,  onun  poetik  modelləri  məhz 

şifahi düşüncədə aşıq sənəti ilə bağlılığına şübhə olmayan Molla Qa-

sım, Vanlı Köçər, Qurbani, Abbas Tufarqanlı, Aşıq Ələsgər, Xaltanlı 

Tağı, Molla Cümə və başqaları tərəfindən yaradılmışdır.  

Çoxəsrlik inkişaf yolu keçib gələn bu yaradıcılıq müxtəlif dövrlər-

də  özünü  mühafizə  edib  saxlamaqla  müasirləşmələrdən  də  kənarda 

qalmamışdır. Aşıq yaradıcılığına müasirləşmə dövrün tələbi kimi daxil 

olmuşdur. Yazı mədəniyyətinin yüksəlişinin şifahi ənənələri üstələmə-

si  əslində  improvizatorçu  aşıqla  xalq  şeri  üslubunda  yazıb-yaradan 

şairlərin  yaradıcılıq  sərhədəlrini  bir-birinə  qarışdırmışdır.  El  şairi  isə 

onlar arasında ortaq mövqe tutan, bir sıra hallarda isə yaradıcılıq ənə-

nələri ilə fərqli poetik dəyərlər yaradan sənətkar mövqeyini formalaş-

dırımışdır ki, bu da dərin rişələrlə yenə gedib aşıq sənəti qaynaqları ilə 

bağlanır.  Məsələn,  Yunis  İmrəni,  Qurbanini,  Molla  Cüməni  nə  qədər 

şair  kimi  təqdim  etsək  də  onların  aşıqla  şair  arasındakı  fərqini  yenə, 

xalqın  şifahi  ənənəyə  əsaslanan  «el  şairi»  anlayışı  tamamlayır.  Çünki 

istər dil, poetik üslub, istərsə də forma, məzmun və ənənə baxımından 

onlar aşıq şeri qaynaqlarına gedib qovuşur. Geniş anlamda aşıq şerini 

təmisl  edən  sənətkarın  bu  ənənəni  şifahi,  yaxud  yazılı  şəkildə  davam 

etdirməsindən,  daha  dürüst  desək,  şerlərini  şifahi  və  ya  yazı  yolu  ilə 

yaradıb yaymasından asılı olmayaraq, onları xalq yaradıcılığı ənənələ-

rindən qoparıb yazılı ədəbiyyatın nümayəndəlri sırasına keçirmək təbii 

ki, mümkün olmur. Aşıq yaradıcılığının bu meyarını təkcə orta əsr və 

yeni  dövr  sənətkarlarına  deyil,  eyni  zamanda  sovet  dövrünün  yetir-

məsi olan ən  yeni  dövr aşıqlarına da aid etmək gərəkdir. Qurbaninin, 

Abbas  Tufarqanlının,  Aşıq  Ələsgərin  şerləri  bizə  şifahi  yolla  gəlib 

çatmışdır, onların ifadə tərzi, deyim üslubunun gözəlliyi etnik düşüncə 

üçün  o  qədər  doğma  olmuşdur  ki,  milli  yaddaş  yüz-iki-üç  yüz  ildən 




148 

Azad Nəbiyev 

 

artıq zaman hüdudunda onları təzə-tər şəkildə qoruyub bu günə yetirə 



bilmişdir. Bu, çox az-az xalqların yaradıcılığı üçün səciyyəvi ola bilə-

cək hadisədir. Və yaxud bunun tamam əksinə olan başqa bir hadisə… 

Məlumdur  ki,  Molla  Cümənin  şerləri  bizə  əlyazma  şəklində  gəlib 

çatmışdır.  Paşa  Əfəndiyev  onun  yaradıcılığının  mühüm  bir  qismini 

çap  edə  bilmişdir.  Tədqiqatçının  üzərində  işlədiyi  iki  böyük  əlyazma 

da hələ nəşrini gözləyir. Molla Cümə özünün dediyi kimi, nə şair, nə 

də  el  şairidir,  təpədən  dırnağa  qədər  aşıqdır.  (5,s.15)  Bu  XX  əsr  aşıq 

yaradıcılığında  hələ  öyrənilməmiş  bir  hadisədir,  Azərbaycan  dilinin 

intəhasız  imkanlarını  üzə  çıxaran  fenomendir.  Onun  xələfləri  –  Şair 

Vəli,  Çoban  Əfqan,  Aşıq  Hüseyn  Bozalqanlı,  Xəyyat  Mirzə,  Aşıq 

Əsəd, Aşıq Mirzə Bayramov, Aşıq İslam, Aşıq Qurban Sadıqov, Aşıq 

Bilal, Aşıq Bəylər, Aşıq Əhməd. Aşıq Şakir, Aşıq Cəlal, Aşıq Pənah, 

Aşıq Ağalar, Aşıq Şərbət, Aşıq Haşım və başqaları da aşıq şerində az 

və ya çox yazılı üslubu olan, qoşma, gəraylı yazıb sənəti zinətləndirən 

sənətkarlardır.  Onların  heç  birini  aşıq  sənətindən  qoparıb  el  şairi, 

yaxud şair kimi cəmiyyətə təqdim etmək mümkün deyildir. Çünki bu 

sənətkarların  hər  birinin  adının  arxasında  qüdrətli  ifaçılıq  məktəbi 

dayandığı  kimi,  hər  birinin  də  özünə  məxsus  repertuarı,  üslubu  və 

yaradıcılıq ənənəsi vardır. Bu ustad aşıqların ənənələri dünən olduğu 

kimi, bu gün də yaşayır, sabah da ən azı yaddaşda yaşayacaqdır.  

Demək,  aşıq  yaradıcılığı  şifahi  və  müəlliflik  üslubuna  söykənmə-

sindən  asılı  olmayaraq,  cəmiyyətin  diqqət  mərkəzində  durmuş,  daim 

dövrün və zamanın  ən ümdə problemlərini əks etdirmişdir. Ona görə 

də  aşıq  yaradıcılığı  ağız  ədəbiyyatının  ayrıca  bir  sahəsi  kimi  öyrənil-

məlidir.  Çünki  o,  folklorun  bütün  başqa  sahələri  içərisində  öz  fərdi 

xüsusiyyətləri  ilə  seçilməkdədir.  Onların  bir  qismi,  klassik  ənənələrə 

bağlıdırsa, başqa bir qismi onun özündə gedən proseslərlə əlaqədardır. 

Əgər XII-XVI əsrlərdə aşıq sənəti öz sələfi ozan ənənələrini qoruyub 

saxlamaq,  modernləşdirmək  funksiyalarında  çıxış  edirdisə,  XVII-

XVIII  əsrlərdə  bu  funksiyalar  bütövlükdə  öz  fəaliyyətini  dayandırır. 

Aşıq  poeziyasının  intibah  modeli  yaranır,  onun  fəaliyyət  funksiyaları 

milli mədəniyyətin  yeni tarixi nailiyyətini – intibahını doğurur. Azər-

baycan  intibahının  yüksəlişində  fövqəladə  əhəmiyyəti  olan,  cahan-

şümül nailiyyətlərə gətirib çıxaran bu hadisə indiyədək nə etik-estetik, 

nə sosial-mədəni, ədəbi-poetik, nə də ictimai-fəlsəfi baxımdan araşdı-

rılmışdır. 




Azərbaycanda aşiq sənəti 

 

149 



 

Ötən əsrin 30-cu illərinin ikinci yarısından milli düşüncədə aşığın 

deformasiya  prosesi  başladı.  Onun  bütün  yaradıcılıq  intellekti  milli 

mənin təhrifinə istiqamətləndirildi. Aşıq sənətinə milli düşüncədə yad 

meyllər, ölçülər, gəliblər daxil edildi, onun baxış və təsir trayektoriya-

sı təhrif olundu. Məqsəd aşıq yaradıcılığının formal zahiri əlamətlərini 

saxlamaqla,  onun  məzmununu  qondarma  sosialist  həyatının  təbliğinə 

istiqamətləndirmək  idi.  Bunun  üçün  əl  atılan  bütün  zorakılıqlar,  rep-

ressiyalar  əslində  nəticəsiz  qalmadı.  Aşıq  ifaçılığ  institutu  öz  soy  kö-

kündən sızıb gələn türkçülük, islamçılıq, bərabərlik və azadlıq dəyər-

lərini  kütlələrin  şüuruna  ötürmək,  milli  Məni  formalaşdırmaq  imkan-

larını  dayandırdı,  sosialist  həyatının  bir  sıra  gözə  dəyən  ilkin  nailiy-

yətlərinin tərənnümü mövqeyinə keçdi. Lakin milli məni, milli düşün-

cəni  inkar  eləmədi,  özünü  soy  kökünə,  əcdad  düşüncəsinə  qarşı  qoy-

madı,  tarixən  əldə  edilmiş  nailiyyətlərdən,  ənənələrdən  uzaqlaşmadı, 

sadəcə olaraq repertuarını sovet dövrünün tələblərinə uyğunlaşdırmalı 

oldu.  

Ötən əsrin 20-80-cı illəri ərzində aşıqlara bir sıra istiqamətlər ve-



rildi, onun yönümünün dəyişdirilməsinə təşəbbüslər göstərildi. Ancaq 

aşıq yaradıcılığı düşdüyü bataqlıqda «zərərsiz bir düşüncəyə» çevrildi, 

burada  özünü  bütün  yalançı  meyl  və  təsirlərdən  qoruya  bildi.  Bütöv-

lükdə  sənətin  düşdüyü  bu  vəziyyət  aşıq  məktəblərinə  də  təsirini  gös-

tərdi. Onlarda bir süqut aydın nəzərə çarpdı. Bu dövrdə istər Anadolu, 

istərsə  də  Təbriz  aşıq  məktəblərində  də  ictimai-siyasi  şəraitlə  bağlı 

uzun sürən durğunluq yarandı və o, aşıq məktəblərində XX əsrin 90-cı 

illərinin əvvəllərinə qədər davam etdi. Yetmiş illik deformasiya dövrü 

kimi  yadda  qaldı.  Bu  mərhələdə  aşıq  yaradıcılığı  bir  çox  dəyərlərini, 

xüsusiyyətlərini itirib yenilərini qazandı, ümumilikdə isə xalq arasında 

kütləviliyini qoruyub saxladı. 

Doxsanıncı  illərdən  deformasiya  mərhələsinin  başa  çatması  ilə 

aşıq yaradıcılığında yenidən güclü bir özünəqayıdış yarandı. Ayrı-ayrı 

aşıq məktəblərində bir-birindən fərqli xüsusiyyətlər özünü daha güclü 

şəkildə  göstərməyə  başladı.  (2,34-39)  Onlar  isə  aşağıdakı  şəkildə 

diqqəti cəlb etdi. 



Birinci xüsusiyyət – ayrı-ayrı aşıq məktəblərində klassik ifa tərzi 

bərpa  olunmağa  başladı.  Hər  bir  aşıq  məktəbi  öz  ilkin,  özünəməxsus 

ifa  tərzini,  aşığı  müşahidə  edən  musiqiçi  dəstəsini,  aşıq  məktəbinin 

milli  repetuarını  bərpa  etməyə  başladı.  Məsələn,  Şirvan  məktəbində 




150 

Azad Nəbiyev 

 

aşığı  müşahidə  edən  dəstə  –  balabançı,  nağara  (qoşa  nağara)  və  ney 



üçlüyündən ibarət idisə, Göyçə-Gəncəbasar aşıqları tək, - fərdi ifaçılı-

ğa  üstünlük  verirdilərsə,  bu  klassik  ənənələr  yenidən  bərpa  edilməyə 

başladı. Yaxud Şirvan aşığının repertuarında nağılçılıq müəyyən dərə-

cədə,  bəzən  də  üstələyici  yer  tuturdusa,  o  da  ifada  öz  yerini  bərpa 

elədi. Tovuz aşıları isə repertuarını ancaq aşıq şeri və dastan nümunə-

ləri ilə yükləyirdisə həmən ənənəyə də qayıdış özünü göstərdi. 



İkinci xüsusiyyət ifaçı fərd və ya fərdlərin struktur tərkibi ilə bağ-

lıdır. Elə aşıq məktəbi vardır ki, o, aşığın tək, eləsi də vardır ki, kol-

lektiv – bir neçəsinin ifasını məqbul hesab edir. Eləsi də vardır ki, yal-

nız  aşığın  saz  havalarının  ifa  məharətinin  nümayiş  etdirilməsinə  üs-

tünlük  verir.  Məsələn,  Aşıq  Ədalətin,  Aşıq  Zakir  Bayramovun  və  b. 

peşəkar  ifaçılıq  repertuarını  formalaşdırır.  Belə  repetuarlarda  tək  bir 

aşıq saz çalma məharətini nümayiş etdirir (Aşıq Ədalət), yaxud tək bir 

aşıq özü saz çalıb oxuyur və s. Bütün bunlar isə ayrı-ayrı aşıq məktəb-

lərinin  repertuar  rəngarəngliyi  idi.  Onların  hər  birinin  öz  gözəlliyi 

olduğu  kimi,  aşıq  məktəblərində  də  hər  birinin  özlərinə  məxsus  yeri 

vardır. 

Repertuar fərqinin başqa bir cəhəti isə onun quruluşu ilə əlaqədar 

idi.  Müxtəlif  aşıq  məktəblərində  ifa  repertuarının  quruluşu  bir-

birindən  fərqlidir.  Şirvan  aşıq  məktəbində  bu  daha  qabarıq  nəzərə 

çarpır.  Burada  aşıqdan  qabaq  xanəndə  oxuyur,  ondan  sonra  isə  aşıq 

meydana  çıxır,  bir  xeyli  saz  havalarından  çalıb  məclisi  əyləndirir,  öz 

ifa məharətini göstərir, sonra isə dastan söyləməsinə keçir. Daha əzəl-

lərdə isə Şirvan aşıqları müxtəlif nağıllarla sözə başlar, aşıq repertua-

rında  nağılların  dastanlaşma  prosesi  davam  edərdi.  Başqa  bir  aşıq 

məktəbi  daha  şöhrətli  məhəbbət  dastanlarının,  Təbriz  məktəbində  isə 

«Koroğlu»nu  söyləməyə  üstünlük  verilərdi.  Bütün  bunlar  isə  aşıq 

repertuarlarının  özünəməxsus  ənənələrinin  və  təravətinin  qorunub 

saxlanmasına böyük kömək edərdi.  

Müxtəlif  aşıq  məktəblərində  tarixən  bir-birindən  fərqli  və  oxşar 

ənənələr  fəaliyyətdə  olmuşdur.  Onların  hər  birinin  özünəməxsusluğu 

var,  heç  biri  digərini  inkar  etmir,  əksinə,  bir-birini  tamamlayır  və 

ümumilikdə aşıq sənətinə füsünkar bir gözəllik verir (6,s.509-520). 

Ən yeni dövr folklor yaradıcılığı mərhələsində ağız ədəbiyyatının 

bütün üslubları, janrları və sahələri kimi, aşıq poeziyasında güclü özü-

nəqayıdış prosesi başlamışdır. Bu isə onun yazılı ədəbiyyatın içərisin-




Azərbaycanda aşiq sənəti 

 

151 



 

də  getdikcə  əriyib  yox  olacağı,  milli  yaddaşdan  silinəcəyi  barədəki 

illyuziyaları  təkzib  edir.  Ola  bilsin  iyirmi  birinci  yüzillikdə  dünya 

miqyasında  baş  verən  qloballaşma  və  inteqrasiya  qovşağında  milli 

dəyərlərimizi  aşıq  yaradıcılığı  başqa  institutlardan  daha  üstün  sürətlə 

mühafizə  edib  qoruyacaqdır.  Ona  görə  də  aşıq  yaradıcılığını  milli-

mənəvi  dəyərlər,  xüsusilə  azərbaycançılıq  ənənələri  ilə  güclü  bağlılıq 

çevrəsində  ayrı-ayrı  məktəblər,  etik-estetik,  mədəni-kulturoloji  və 

etnopsixoloji  dəyərləri  əks  etdirmək  baxımından  öyrənib  dünya  miq-

yasında tanıtmaq bu gün son dərəcə vacib və zəruridir. 



 

ƏDƏBİYYAT 

 

1.

 



Köprülü F. Ədəbiyyat araşdırmaları. III nəşr, İstanbul, 1989, s.329 

2.

 



Короглу  Х.Г.,  Набиев  А.М.  Закономерность  трансформации  озан-

ского  творчества  в  ашыкское  в  новых  исторических  условиях. 

«Азербайджанский героический эпос», Баку,1996, с.27-32 

3.

 



Təhmasib M.H. Azərbaycan xalq dastanları. (orta əsrlər). Bakı, 1972 

4.

 



Nəbiyev  A.  Ozan-aşıq  transformasiyası  və  yeni  ifaçılıq  institutu.  Bakı 

Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası. 2002, №3, s.53-63 

5.

 

Molla Cümə. Nəşrə hazırlayan P.Əfəndiyev. Bakı, 1995, s.342 



6.

 

Nəbiyev  A.  Ozan  sənəti.  Mənşəyi,  təkamülü  və  formalaşması.  «Azər-



baycan xalq ədəbiyyatı», Bakı, 2002, 678 s. 

7.

 



Алиев И. Очерк истории Атропатены, Баку, 1989, с.5 

8.

 



Жирмунский В.М. Огузский георический епос, М.-Л., 1953 

9.

 



Mirəli  Seyidov.  Varsaq  sözü  haqqında.  Ədəbiyyat  və  Dil  İnstitutunun 

əsərləri. VII cild, Bakı, 1954, s.175-185 

10.

 

Nəbiyev  A.  Qopuzla  sazın  əlaqəli  havaları  haqqında,  «Ədəbiyyat  və 



incəsənət» qəzeti, Bakı,1976, 19 oktyabr 

11.


 

Набиев  А.М.  Взаимосвязи  азербайджанского  и  узбекского  фольк-

лора, Баку, 1986 

12.


 

Azərbaycan tarixi, Bakı, 1956 

13.

 

Буньядов З. О термине «Хуррам», Azərb. SSR EA Xəbərləri (ictimai 



elmlər bölməsi),1959, №5; З.И.Ямпольский. Восстание Бабека, Баку, 

1941 


14.

 

Azərbaycan tarixi, Bakı, 1958 



15.

 

Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı, 1972 



16.

 

«Книга Моего Деда Коркуда», В.В.Бартольд, Баку, 1951 с.87 



17.

 

Əlizadə  S.  Bir  daha  «Dədə  Qorqud»  kitabındakı  aşıq//işıq  sözü 



haqqında. «Dədə Qorqud» jurnalı, Bakı, 2002,№1(2), s.18-25 

18.


 

Qasımlı M. Aşıq sənəti, Bakı, 1996, 




152 

Azad Nəbiyev 

 

19.


 

Гордлевский И.В. Государство Сельджукидов Малой Азии, М.-Л., 

1941 

20.


 

Kaşğari M. «Divani-lüğət-it-türk», I c., Ankara, 1972 

 

 

 

 

Summary 



 

ASHIG POETRY IN AZERBAIJAN 

 

Azad Nabiyev 

Baku State University 

 

The  article  presented  here  deals  with  the  origin,  means  of  development, 



schools,  and  formation  features  of  Ashig  poetry  –  a  mysterious  part  of 

Azerbaijani  folklore.  It  tells  about  the  transformation  of  folklore  to  Ashig 

poetry and its artistic features. 

The article also introduces new views about the sources of Ashig and Ozan 



poetry, their interaction and specific features. 

 

Yüklə 237,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə