Azad Nəbiyev (Bakı Dövlət Univesitəsi)



Yüklə 237,46 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix01.11.2017
ölçüsü237,46 Kb.
#7808
1   2   3   4   5   6   7   8

Azərbaycanda aşiq sənəti 

 

141 



 

yatı  ilə  yazılı  poeziya  arasında  ortaq  bir  təfəkkür  modeli  kimi  götür-

mək  də  doğru  olmazdı.  Çünki  o,  ayrıca  və  fərqli  estetik,  yaxud  mə-

nəvi-əxlaqi  dəyərlər  yaratmır,  yalnız  xalq  ənənələrinə  və  milli-

psixoloji qaynaqlara söykənməklə inkişaf edir. 

Aşıq yaradıcılığını davam etdirmək, yaşatmaq, ifa etmək məharəti 

imkanlarına görə aşıqlar müxtəlif qruplara və yarımqruplara ayrılırlar. 

Bütün hallarda həmin proses şifahi ənənəyə əsaslanır. Sənəti yaşadan 

bütün aşıqlar ifa mədəniyyəti imkanından asılı olmayaraq sənətin daşı-

yıcılarıdır.  Onların  hər  birinin  aşıq  yaradıcılığının  cilalanmasında, 

nəsldən-nəslə  ötürülməsində,  folklor  mətnlərinin  variantlaşmasında 

özünə məxsus yeri və payı vardır. Onları bir-birinə qarşı qoymaq, han-

sınınsa  xidməti  üzərinə  kölgə  salmaq  yanlışlıqlara  aparıb  çıxarardı. 

Çünki  onların  hamısı  ümumilikdə  aşıq  sənətinə  həyat  verən,  onu 

yaşadıb etnik düşüncədəki yerinin pozulmalığını qoruyan sənətkarlar-

dır. (2,s.27-32) 

İmprovizə  və  ifaçılıq,  eləcə  də  yaradıcılıq  imkanlarına,  mənəvi-

əxlaqi, estetik dəyərlərin ifa qüdrətinə və aşıq sənəti irsini mənimsəmə 

səviyyəsinə görə aşıqları aşağıdakı qruplara ayırmaq olar: 

Birinci qrupa daxil olanlar ustad sənətkarlardır. Onlar geniş ya-

radıcılıq və ifaçılıq imkanlarına malikdilər. Aşıq sənətinin sirlərinə də-

rindən  bələd  olub,  bədahətən  söz  deyən,  saz  havalarını  məharətlə  ifa 

edən,  aşıq  və  dastan  repertuarlarını  dərindən  mənimsəyən,  şəgird 

yetişdirən  sənətkarlardır.  Bu  aşıqlar  da  iki  tipə  ayrılır.  Birinci  tipə 

məxsus  olanlar  sənətə  ənənəvi  yollarla  yiyələnənlərdir.  Onlar  öz 

həvəs,  zəhmət  və  istedadlarının  gücü  ilə  aşıq  sənətinin  sirrlərinə 

yiyələnib kamil mərhələyə çatır, ustad yanında dərs alır, ölkələr gəzir, 

məclislər  aparır,  dünyəvi,  xüsusilə  islami  dəyərləri  dərindən  öyrənir, 

elin-obanın yol göstərəni, baş biləni, məsləhətçisi olurlar. 

Bu tip aşıqlar aşıq sənətinin sirlərini öz ustadlarından öyrənir, son-

ralar öz şəgirdlərinə də sənəti bütöv şəkildə mənimsətməyə böyük hə-

vəs, diqqət və qayğı göstərirlər. 

İkinci tip ustad aşıqlar isə qüdrətdən çalıb oxumaq vərdişi alanlar, 

butalanma yolu ilə sənətə gələnlərdir. Onlar ilk öncə saz çalıb söz qoş-

mağı  bacarmırlar.  Yatmış  halda,  yuxuda  ikən  onlara  badə  içirilir,  üç 

gün üç gecədən sonra yuxudan ayılan kimi saz istəyirlər. Deyildiyinə 

görə onlara yuxuda vergi və buta verilir, onlar öz butalarının arxasınca 

gedir,  sözün  gücü  ilə  ən  böyük  çətinlikləri  aşır,  məqsədlərinə  çatmaq 




142 

Azad Nəbiyev 

 

üçün  sözlə  bütün  maneələri  dəf  edirlər.  Onlara  öncəgörməlik  verilir, 



belələri  insanların  qəlbindən  keçənləri  duymaq  məharəti  ilə  şöhrətlə-

nirlər. Xalq arasında onlara «haqq aşığı» da deyilir. 

Ustad aşıqlar qarşısında qoyulan tələblər böyük idi. Əvvəla, bu tip 

sənətkarların  çala  bilmədiyi  saz  havası,  söyləyə  bilmədiyi  dastan  ol-

mamalıydı.  Belə  ustadın  yanında  şəgird  dayananlar  da  bütün  bu  kimi 

sənətkarlıq  bacarığına  yiyələndikdən  sonra  müstəqil  şəkildə  məclis 

apara bilərdilər. Butalananlar isə daha şöhrətli sənətkarlar idi. Məclis-

lərdə onların qabağına aşıq çıxmazdı, çıxsaydı da məğlub olardı. 

Ustad  sənətkarların  hər  iki  tipi  improvizatorçu  idi.  Onlar  orta  əsr 

aşıq sənətinin forma və məzmunca tarixi yüksəlişinin əsasını qoymuş, 

aşıq  yaradıcılığını  sənətkarlıq  baxımından  yeni  mərhələyə  yüksəlmə-

sini təmin etmişlər.  

Aşıqların ikinci qrupuna ifaçı aşıqlar daxildir. Aşıq sənətinin ya-

şadılmasında,  xalq  içərisində  kütləvi  şəkildə  yayılmasında,  ustad  sə-

nətkarların  qoşub-düzdüklərinin  qorunub  saxlanmasında  bu  aşıqların 

əvəzsiz xidmətləri vardır. Bu tip aşıqlar özləri saz havası, nağıl, das-

tan,  şer  şəkilləri  yaratmırlar.  Onlar  yalnız  özlərindən  əvvəlki  ustadla-

rın və şöhrətli müasirlərinin yaratdıqlarını diqqət və qayğıyla qoruyub 

saxlayır, məclislərdə ifa edirlər. İfaçı aşıqlar içərisində də qüdrətli sə-

nətkarlar az olmamışdır. Onlar xalqın zəngin milli mədəniyyətinə tari-

xən böyük qayğı ilə yanaşmış, çalışmışlar ki, hər hansı folklor mətnini 

heç bir dəyişikliyə uğratmadan milli yaddaşda olduğu kimi ifa etsinlər. 

İfaçı  aşıqların  bir  çoxu  təhrifi  bağışlanılmaz  hesab  edir,  deyilənləri 

doğru,  dürüst  ifa  etmələri,  ustadların  sözünü  yaşatmaları  ilə  böyük 

iftixar hissi keçirirdilər. İfaçı aşıqlar içərisində deyilənləri təhrif edən, 

saz  və  söz  mədəniyyətini  qoruyub  saxlamağa  o  qədər  də  səriştəsi  ol-

mayanlara  da  təsadüf  edilir.  Onlar  xalq  ədəbiyyatına,  milli  folklor  ir-

sinə  əslində  böyük  ziyan  vurmuş  hesab  edilərdilər.  Vaxtilə  ustad  sə-

nətkarlar,  məsələn,  Aşıq  Ələsgər,  Molla  Cümə,  Xaltanlı  Tağı,  Aşıq 

Bilal,  Aşıq  Mirzə,  Aşıq  Əsəd  belələrinin  sazını  əlindən  alıb  meydan-

dan çıxarar, onlara aşıqlığı yasaq edər, ya da yenidən ustad yanına şə-

girdliyə göndərərdilər.  Xalq özü də belə aşıqları qəbul etməz, onların 

saz çalıb məclis aparmasına o qədər də meydan verilməzdilər. 

Bütün  təhriflərinə  baxmayaraq  aşıq  sənətinin  xalq  arasında  geniş 

şəkildə  yayılmasında,  onun  qorunub  saxlanmasında  və  sonrakı  nəsil-

lərə ötürülməsində ifaçı aşıqların əməyi böyük olmuşdur. Onların aşıq 




Yüklə 237,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə