Azad Nəbiyev (Bakı Dövlət Univesitəsi)



Yüklə 237,46 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix01.11.2017
ölçüsü237,46 Kb.
#7808
1   2   3   4   5   6   7   8

138 

Azad Nəbiyev 

 

qoruyub  saxlamışdır.  Bunlardan  biri  M.Kaşğarinin  «Divani-lüğət-it-



türk» əsəridir. Burada xalqımızın zəngin ağız ədəbiyyatının elə dəyərli 

nümunələri xatırlanır ki, onların bir çoxu aşıq  yaradıcılığının  məhsu-

ludur.  Məsələn,  qoşma  şəkli.  Məlumdur  ki,  bu  şer  şəkli  şifahi  poezi-

yamızda  meydana  çıxıb  və  bu  günə  qədər  aşıq  repertuarnıda  özünə 

layiqincə  yer  tutmaqdadır.  «Lüğət…»də  onun  mənşəyilə  bağlı  veril-

miş qeydin özü göstərir ki, hələ XI əsrdə qoşma yeni yaranan aşıq re-

pertuarında  mövcud  imiş  (14,  s.127).  Digər  bir  mənbə  Nizami  Gən-

cəvi irsidir. Nizami əsərələrində də aşıq yaradıcılığı ilə bağlı müxtəlif 

musiqi alətlərinin adına təsadüf edilir. Onlar içərisində diqqəti ən çox 

cəlb  edən  sazdır.  Şairin  əsərlərində  bir  neçə  yerdə  sazın  adına  rast 

olunur. Bütün bu  kimi bir sıra digər faktlar  XI-XII əsrlərdə Azərbay-

canda sazın qopuzdan ayrılıb müstəqil musiqi aləti kimi xalq arasında 

yaşadığını göstərir.  

Aşıq  sənəti  XI-XII  əsrlərdə  erkən  təşəkkül  dövrünü  yaşamış, 

islamın  müxtəlif  təriqətləri  içərisində  yalnız  sufi  görüşlərə  söykən-

məklə ozan ənənələrini davam etdirmişdir. Cəmiyyətin aparıcı ideyası 

və  ideoloji  düşüncəsinin  daşıyıcısı  funksiyasını  üzərinə  götürməyə 

başldıqca o, aşıq sənətini meydana çıxarmağa səmtlənmiş, dərvişçilik 

və  şamançılıq  ənənələrindən  fərqli  mövqe  formalşdırmış,  müxtəlif 

dövrlərdə meydana çıxan regional ifaçılıq ənənələrini kölgədə qoyaraq 

sürətli tərəqqi yoluna çıxmışdır. 

Çox geniş ərazilərdə yayılan aşıq sənəti XIII əsrdən aşıq məktəb-

ləri  şəklində  müxtəlif  regionlara  məxsus  ictimai-siyasi,  əxlaqi  və  es-

tetik dəyərləri özündə əks etdirmişdir.  

Azərbaycan aşıq sənəti özünə məxsus fərdi xüsusiyyətlər və cizgi-

lər yaratmış, zaman-zaman onları inkişaf etdirib cilalamışdır. 

Erkən orta əsrlərdə oğuz türklərinin estetik düşüncəsinə daxil olan 

aşıq dövrünün qabaqcıl adamı, epik və lirik təfəkkürün ozandan son-

rakı  yaradıcılıq  mərhələsini  bütöv  şəkildə  üzərinə  götürən  peşəkar 

ifaçı  idi.  Aşıq  eyni  zamanda  sənətin  sinkretizmini  davam  etdirib  ya-

şadan, söz qoşub saz çalan, qoşulan nəğmələri məharətlə oxuyan, das-

tan  qoşan,  saz  havaları  yaradan,  bütün  havacatı  öz  sazında  çalıb-

çağıran, söylədiyi nağılı, dastanı müxtəlif rəqslər, pantomim mizanlar 

– qaş, göz, bədən hərəkətləri ilə bəzəyən, sazla sözün vəhdətini yara-

dan,  öz  dinləyicisinə  yüksək  mənəvi-əxlaqi  və  estetik  dəyərlər  aşıla-

yan improvizatorçudur. 




Azərbaycanda aşiq sənəti 

 

139 



 

Aşıq yaradıcılığı tarixən şifahi şəkildə yaranıb yayılan söz sənəti-

dir.  Onu  xalq  yaradıcılığı  ilə  bağlayan  cəhətlərlə  yanaşı,  bu  yaradı-

cılıqdan ayıran xüsusiyyətlər də yox deyildir. (1, 127) 

Aşıq  poeziyasının  xalq  yaradıcılığının  tərkib  hissəsi  olduğunu 

təsdiqləyən arqumentlərin sayı çoxdur. Onların böyük əksəriyyəti aşıq 

poeziyasının  xalq  yaradıcılığı  qaynaqlarından  süzülüb  gəldiyini  gös-

tərməkdədir. Birincisi, aşıq poeziyası şifahi şəkildə yaranır, canlı xalq 

danışıq dilinə əsaslanır. Bu dilin bədii imkanlarını açıqlayır, onun ge-

niş yaradıcılıq gücünə malik olduğunu əks etdirir. 



İkincisi,  xalq  şeri  şəkillərinə,  həmin  şerin  şəkli  xüsusiyyətləri, 

poetik ölçüləri zəmininə əsaslanır, onlar üzərində yaranıb inkişaf edir. 



Üçüncüsü,  aşıq  folklor  yaradıcılığı  sistemində  –  fərd-kollektiv-

fərd-kollektiv prosesində fərd funksiyasını yerinə yetirir. Burada fərdi 

əvəzləyən  aşığın  iştirakı  yalnız  qeyri-anonimliyi  ilə  fərqlənir.  Elə  bu 

xüsusiyyət  xalq  yaradıcılığı  ilə  aşıq  poeziyasını  bir-birindən  ayıran 

başlıca  fərqi  üzə  cıxarır.  Bu  isə  aşıq  yaradıcılığının  tarixi  təkamülü 

prosesində  daha  bir  sıra  başqa  özünəməxsusluqlar  yaradır  ki,  onların 

da fərdi sıra düzümü vardır. 

Birincisi,  yuxarıda  deyildiyi  kimi,  xalq  yaradıcılığı  anonim,  aşıq 

yaradıcılığı  isə  müəlliflidir.  Aşıq  şerində  müəllifin  adı  hər  bir  poetik 

parçanın sonuncu bəndinə möhürlənir, həmin bənd «möhürbənd» he-

sab edilir. Aşıq yaradıcılığının zaman və məkan hüdudu da əksər hal-

larda  məlum  olur.  Məsələn,  Qurbaninin  yaşadığı  dövr,  zaman  məlum 

olduğu kimi, Aşıq Ələsgərin, Xaltanlı Tağının, Molla Cümənin, yaxud 

Aşıq  Şakirin  və  başqa  sənətkarların  dövrü,  yaradıcılığı  barədə  məlu-

matlar  qorunub  saxlanır.  Bundan  əlavə,  aşığın  şəxsiyyəti  ilə  bağlı  bir 

sıra başqa məlumatlar da müxtəlif rəvayətlər vasitəsi ilə sonrakı nəsil-

lərə  çatdırılır.  Avtobioqrafik  dastanlar  isə  belə  məlumatları  qismən 

daha bütöv şəkildə yaşada bilir.  

İkincisi,  aşıq  poeziyasının  bütün  nümunələri  heç  də  bədahətən 

yaranmır, bir sıra aşıq şeri şəkilləri bizə yazılı şəkildə gəlib çatmışdır. 

Yeni dövr folklor  yaradıcılığı  mərhələsindən  sonra bu ənənə xüsusilə 

güclənmiş, sovet dövründə isə daha kütləvi hal almışdır.  

Aşıq  yaradıcılığını  ağız  ədəbiyyatının  ümumi  mündəricəsindən 

ayırmağa  imkan  verən  daha  bir  neçə  başqa  xüsusiyyət  də  göstərmək 

olar. Lakin bütün bunlara baxmayaraq o, tarixən yaranıb formalaşması 

üçün  mühüm,  başlıca  şərt  olan  şifahi  ənənənin  inkişafının  ayrı-ayrı 




140 

Azad Nəbiyev 

 

mərhələlərində  qoruyub  saxlamış  və  artan  sürətlə  davam  etdirmişdir. 



Bu,  aşığın  həm  peşəkar  ifaçılığında,  improvizatorçuluğunda,  həm  də 

sənət  sinkretizminin  mühafizəsində  və  repertuar  zənginliyində  özünü 

göstərir. Həmən çoxcəhətlilik fonunda diqqət yetirdikdə aydın görünür 

ki, aşıq yaradıcılığı təpədən-dırnağa folklor hadisəsidir.  

Orta  əsrlərin  zəngin  və  qüdrətli  aşıq  yaradıcılığı,  bu  dövrün  Qur-

bani,  Abbas  Tufarqanlı,  Xəstə  Qasım,  Sarı  Aşıq  və  onlarla  sonrakı 

dövrün  sənətkarlarının  yaradıcılığı  ən  azı  iki-üç  yüz  il  xalqın  dilində 

yaşadıqdan  sonra  yazıya  alınmışdır.  Sonrakı  sənətkarların  yaradıcılı-

ğının yazıya köçürülmə arasındakı zaman müddəti azalsa da onları da 

xalq  yenə  yaddaşdan  yazıya  vermişdir.  Aşıq  Alının,  Aşıq  Ələsgərin, 

Aşıq Hüseyn Bozalqanlının və bir çox digər sənətkarların yaradıcılığı 

buna nümunədir. İstər orta əsr, istərsə də XX əsrin ilk onilliklərinə qə-

dərki aşıqların yaradıcılığında yazılı ənənə ilə bağlı elə bir güclü təsir 

yoxdur. Aşıq poeziyası həmin dövrlərdə də erkən kökləri və dayaqları 

üzərində  inkişafını  davam  etdirmişdir.  İstər  aşığın  bədahətən  söz  de-

məsi, onun öncəgörməsi, improvizatorçuluq məharəti, istərsə də nağıl, 

dastan  söyləməsi,  müxtəlif  tipli  rəqsləri,  pantomim  mizanları  və  s. 

bütünlüklə folklor ənənələrinə söykənir. Təbii ki, bu gün aşıq sənəti-

nin  bir  sıra  klassik  mizanları  unudulub  sıradan  çıxmış,  deformasiya-

lara  uğramışdır.  Onun  müəyyən  ənənələri  sovet  dövründə  təhrif  edil-

mişdir. Aşıq yaradıcılığının folklordan ayrılma prosesi nəzərə çarpma-

ğa başlamışdır. Lakin eyni zamanda aşıq sənətində ötən yüzillikdə Şi-

mali Azərbaycanda baş verən keyfiyyət dəyişikliklərinin hamısını Gü-

ney  Azərbaycanına  şamil  etmək  olmaz.  Bu  bölgədə  aşıq  sənəti  öz 

klassik ənənələrini daha mühafizəkarlıqla qoruyub saxlamışdır. Aşığın 

folklordan  ayrılma  prosesi  güneydə  şimal  ərazidə  olduğundan  daha 

ləng  getmişdir.  Son  onilliklərdəki  milli  özünəqayıdış  həmin  prosesi 

artıq dayandırmış və ona dövrün bir sıra yeni xüsusiyyətlərini əlavə et-

mişdir. 

Ağız  ədəbiyyatı  ilə  aşıq  yaradıcılığı  arasındakı  açıqlanan  və  ya 

açıqlanmayan,  görünən  və  görünməyən  ümumilik  və  fərqlər  təbii  ki, 

onlar arasında müəyyən sərhəddlər və fərdiliklər də yaradır. Ona görə 

də  aşıq  yaradıcılığını  mərasim  və  uşaq  folkloru  kimi  ağız  ədəbiyya-

tının  əlahiddə,  ayrıca  bir  sahəsi  kimi  öyrənmək  daha  doğru  olardı. 

Çünki bir neçə xüsusiyyət fərqinə görə onu xalq yaradıcılığından ayır-

maq ümumilikdə mümkün olmadığı kimi, bu yaradıcılığı ağız ədəbiy-




Yüklə 237,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə