Azer-dili 5s Derslik 2016 Layout 1


 Mətndə altından xətt çəkilmiş sözləri köçürün və çoxluq bildirən hissəni müəyyənləşdirib altından xətt çəkin.   9



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə6/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   2   3   4   5   6   7   8   9   ...   42

8. Mətndə altından xətt çəkilmiş sözləri köçürün və çoxluq bildirən
hissəni müəyyənləşdirib altından xətt çəkin.  
9. İfadələrin Azərbaycan dilindəki qarşılığını tapıb qarşısında yazın.
ребенок, который тонет в реке –
быть ласковым и справедливым –
тихими и усталыми шагами –
сильно устали –
обессилиться  –
немного отдохнув – 
преследовать как тень –
KÖMƏKÇİ:
bərk yorulmuşdular, yarımcan olmuşdular, çayda boğu­
lan uşaq, bir qədər dincəldikdən  sonra,  mehriban, ədalətli olmaq,
kölgə kimi izləmək, asta və yorğun addımlarla  
BUNLARI BİLİRSİNİZMİ?         
Azərbaycan dilində isimlər təkdə və cəmdə işlədilir. Sözləri cəm şək­
lində işlətmək üçün onlara ­lar, ­lər şəkilçilərindən biri artırılır. Məsələn:
çiçək – çiçəklər, balıq – balıqlar, dəvə – dəvələr, pələng – pələnglər və s.
10. Hüseyn Cavidin “Qız məktəbində” şeirini oxuyun, sonra səhnə ­
ləş dirin. Elə “Ay aman! Sel apardı!..” mətni də şairin uşaqlığından bir
xatirədir.
QIZ MƏKTƏBİNDƏ
– Quzum, yavrum! Adın nədir?
– Gülbahar.
– Pəki, sənin anan, baban varmı?
– Var.
– Necə, zənginmidir baban?
– Bəli, 
zəngin
, bəyzadə…
– Elə isə geydiyin 
geyim
neçin belə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç 
sıxılma

– Var, əfəndim, var… lakin
Müəlliməm hər gün söylər, onların yox 
qiyməti
,
22
Çap üçün deyil
Çap üçün deyil


Bir qızın 
ancaq
bilgidir, təmizlikdir 
zinəti
.
– Çox 
doğru
söz... Bu 
dünya
da sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
– Ən çox sevdiyim ilkin
O Allah ki, yeri­göyü, 
insan
ları xəlq eylər.
– Sonra kimlər?
– Sonra onun göndərdiyi elçilər.
– 
Başqa
sevdiklərin necə, yoxmu?
– Var…
– Kimdir onlar?
– Anam, babam, müəllimim, bir də bütün insanlar.
Hüseyn Cavid
11.  Şeirdən çıxardığınız nəticə haqqında danışın. Gülbaharın
düşüncələri ilə razılaşırsınızmı?
12. Şeirdə yaşıl rəngdə verilmiş sözlərin sinonimlərini tapıb sualları
ilə birlikdə yazın.
BUNLARI BİLMƏK LAZIMDIR
13. Oxuyun və nəticə çıxarın.
Ünsiyyət mədəniyyəti
Rastlaşanda əvvəl salamlaşmaq, sonra söhbətə keçmək lazımdır. İkin­
cisi, hay­küylə görüşməzlər. Bu, ətrafdakıların diqqətini cəlb edir. Həm
də kənardan baxana xoş təsir bağışlamır. Üçüncüsü, ağız­ağıza öpüşməz ­
lər, çünki bir adamda olan yoluxucu xəstəliklər ağız vasitəsilə başqalarına
keçə bilər. Dördüncüsü, hörmət, səmimiyyət hay­küysüz olar. Hay­küy
yalana daha çox oxşayır.
23
SÖZLÜK
yavru – дитя
pəki – хорошо
inci – жемчужина
altun – золото
bilərzik – браслет 
zinət – украшение
elçi – здесь: посланник, пророк
SÖZ EHTİYATI
sıxılmaq – здесь: стесняться
xəlq etmək – создать
Çap üçün deyil
Çap üçün deyil


GÜLƏK VƏ DÜŞÜNƏK
14. Lətifəni düzgün tələffüzlə oxuyun. Yadınızda qalanı danışın. 
Molla Nəsrəddinin oğlu
Deyirlər ki, günlərin bi rin ­
də Teymur Mollanın oğ lunu
saraya  gətirtdirir.  Ba   xır  ki,
uşaq lap atasına 
ox şayır
. Fikir­
ləşir ki, görə sən, uşaq söz də­
söhbətdə də atasına çə kib, ya
yox? Çı 
xarıb ona bir qızıl
bağış layır
. Molla nın oğ lu qızılı
əli ilə 
itələyir
.      
Teymur soruşur:
– Niyə almırsan?
Uşaq deyir: 
– Anamdan qorxuram. O,
mənə tapşırıb ki, küçədə tanımadığım əmilərdən pul 
almayım
.
Teymur deyir: 
– Ay sağ ol, ancaq mən ananın dediyi o  əmilərdən deyiləm. Mən
padşaham.
Uşaq:  – Mən görürəm ki, sən padşahsan. Ancaq anam inanmaz ki, sən
padşahsan.
Teymur: – Niyə inanmır?
Uşaq: – Ona görə inanmaz ki, padşah pul bağışlayanda bircə dənə
bağ ış lamaz,  çoxlu­çoxlu  bağışlar.
15.  Lətifədə qırmızı rəngdə verilmiş sözlərin düzgün tələffüzünü
öyrənin və özünüzdən belə misallar deyin.
         
oxşa*yır  – [oxşuyur]
         bağışla*yır – [bağışdıyır]
         itələ*yir –  [itəliyir]
         alma*yım –  [almıyım]
24
SÖZLÜK
itələmək – толкнуть
SÖZ EHTİYATI
atasına çəkmək – быть похожим на отца
Çap üçün deyil
Çap üçün deyil


§ 5. VƏTƏN NƏDİR? 
Bir gün Həsən baba Elşəni bağa aparmışdı. Baba öz 
tay­tuşu
ilə söhbət
edir, Elşən də uşaqlarla oynayırdı. Elşən qaça­qaça babasının yanına gəlib
soruşdu

– Baba, ay baba, Vətən nədir?
Bu sözü hardan eşitmisən, kim deyib sənə?
Oradakı 
uşaqlar
danışırdılar. Deyirdilər ki, Vətən müqəddəsdir. Heç
nə 
başa düşmədim
. Vətən nə olan şeydir?
Həsən baba çox 
fikirləşdi
, fikirləşdi, axırda dedi: ­ Elşən, bizim evimiz
var?
– Hə, baba, var.
– Evimizi nəyin üstündə tikiblər?
– Torpağın üstə, baba. 
– Ay sağ ol, bu 
torpaq
elə 
Vətən
torpağıdır. Gördüyün bu evlərin hamı ­
sı vətən torpağı üstə tikilib. Deməli, yaşadığımız bu şəhərdə nə varsa,
hamısı vətən torpağındadır. İndi oturduğumuz bağ da vətən tor  pa ğında
salınıb.
– Baba, onda bu şəhər də bizim vətənimizdir.
– Oğlum, yaşadığımız bu şəhər bizim vətənimizin bir hissəsidir. Axı
Vətənimiz
böyükdür. Onun çoxlu 
şəhərləri

kəndləri
var. Çölləri, 
düz lə ­
ri
, meşələri, dağları, əkin sahələri, biçənəkləri var.
– Baba, ay baba, çöldən də, meşədən də vətən olar?
– Niyə olmur, oğlum?
– Axı çöldə, meşədə adam yaşamır. Adam yaşamayan yer də heç vətən
olarmı? Axı sən 
bayaq
dedin ki, biz yaşadığımız yer vətəndir.
– Dedim, düzdür. Bax o çöllərimiz, bağlarımız, əkin sahələrimiz
hamısı birlikdə vətən sayılır. Bizim Vətənimiz isə Azərbaycandır.
– Baba, onda biz də 
vətənin
bir hissəsiyik?  Bizə də vətən demək olar?
Nəvəsinin sözünə Həsən baba güldü:
Bizə vətən yox
vətəndaş
demək olar, oğlum.
– Baba, bəs vətəndaş nədir?
– Bu, çox böyük sözdür, oğlum. Vətəndaş bu vətənin 
sahibinə
, ona
cavabdeh olan adamlara 
deyirlər

Vətəndə
yaşayıb onu sevən, qoruyan,
ona qayğı göstərən, həyatını onun yolunda qurban verməyə hazır olan
adamlara deyirlər.
– Baba, bayaq “xalq” dedin, bəs xalq nədir?
– Sən, mən, o, atan, anan, bacın, qardaşın. Bütün 
vətəndaşlara
birlikdə
xalq deyirlər. Bax, 
azərbaycanlıların
hamısı 
birlikdə
Azərbaycan xalqı
25
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə