Azer-dili 5s Derslik 2016 Layout 1


 Hekayədə təsvir olunan hadisə hansı fəsildə baş verib?  12



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə14/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

11. Hekayədə təsvir olunan hadisə hansı fəsildə baş verib? 
12. “Qonaq” hekayəsindəki hadisələri hansı ardıcıllıqla düzmək olar?
1) Gündüzün sözləri oğlanı bərk utandırdı.
2) Alça ağacı bu il çoxlu bar gətirmişdi.
3) Kamil oğlanı tanımadı. 
4) Oğlan Səlim müəllimgilə gələn qonaqdır.
5) O, bir söz deməyib aşağı düşdü.
A) 1, 2, 3, 4, 5             B) 2, 3, 4, 1, 5
C) 5, 1, 3, 4, 2 
13. Necə düşünürsünüz, hekayədəki qonağın səhvi nədə idi? 
14. Aşağıdakı suallardan hansına hekayədə cavab tapmadınız?
1) Gündüzgilin bağında hansı ağac çoxlu bar gətirmişdi?
2) Kim ağaca çıxmışdı?
3) Bağda daha hansı ağaclar var idi?
4)  Ağaca çıxan oğlanı kim tanımışdı? 
15. Ağacın budaqlarını sındıran uşaqlara qarşı necə hərəkət etmək la ­
zım dır? Bu barədə düşündüklərinizi dəftərinizə yazın və yoldaş larınız la
müzakirə edin. 
16. Buraxılmış hərfləri əlavə edib, sözləri dəftərinizə köçürün: k, yoxsa y?
bər..dən, çiçə..i, yemədi..lərini, bəzə..li, bişirəcə..lər, köynə..im
17. Mətndə göy rəngdə verilmiş sözləri dəftərinizə köçürün və köklərin
altından xətt çəkin. Sözlərdə son samitin dəyişməsinin səbəbini izah et­
məyə çalışın.
18. Mətndə müxtəlif formalarda işlənmiş “ağac” sözünün tələffüzü
üzərində müşahidə aparın. Üzərində ulduz işarəsi qoyulmuş hal for­
malarının tələffüzü digərlərindən fərqlənir. Səbəbini izah edin.
§ 11. BABA OTAĞI
Ağca xanım atasının mehriban 
rəftarından
istifadə edərək, onun qu­
cağına atıldı. Sonra başını əyib divanın altına baxdı. Qaraca qızı orada
görməyib mat qaldı. Hüseynqulu ağa soruşdu:
– Qızım, nə üçün mat qalmısan? Söhbət elə görək, nə var, nə yox?
Ağca xanım soruşdu: – Ata, sən çoxdanmı burdasan?
– Nahardan sonra gəldim, qızım.
– Sən gələndə qapı 
açıq
idimi?
– Yox, mən özüm açdım.
– 
İçəridə
kim vardı?
– İçəridə bax bu xallı pişik vardı, – bunu deyə­deyə Hüseynqulu ağa
53
Çap üçün deyil
Çap üçün deyil


dal
tə rəfində qıvrılıb yatmış
pi şi yi ona göstərdi. 
– Qızım, 
bundan ötrümü
soruşdun?
Ağca xanım pişiyi götü ­
rüb dedi: – Yox, ata, bundan
öt rü  soruşmuram.
– Bəs nə üçün so ru şur ­
san?
Ağca xanım 
cavab ver­
məyib
fikrə getdi.
– Qızım, nə üçün fikrə
getdin? Uşaq atasından söz gizlətməz.
Ağca xanım bilirdi ki, atası arvadının acığına Qaraca qızla oynamağa ona
icazə verir. Ona görə sirri 
açmaq
istədi. Atasının boynunu qucaqlayıb dedi:
– Ata, anama deməzsən ki, söyləyim?
– Demərəm, qızım, söylə.
Ağca xanım 
əhvalatı
ona söyləyib soruşdu:
– Ata, bəs Qaraca qız buradan necə 
çıxmışdır
?
– İndi mənim Piri kişi ilə işim var. Sən də mənimlə gedərsən, orada
Qaraca qız ilə oynayarsan, həm də onun buradan necə çıxmasını özündən
soruşarsan. – Bunu deyən Hüseynqulu ağa divanın üstündən qalxdı.
Ağca xanım 
şadlığından
bilmirdi ki, nə etsin.
Hüseynqulu ağa ilə qızı bağı gəzə­gəzə gəlib Piri kişinin daxmasına çat­
dılar. Bu vaxt Piri kişi qapısında oturub səbət hörürdü. Qaraca qız da arxda
qabları yuyub, daxmaya girirdi. Qaraca qız Hüseynqulu ağanı görüb qorxu ­
ya düşdü. O, içəridən döşək gətirib yaşıl otların üstünə saldı. Hüseynqulu
ağa 
oturdu
və üzünü qızlara tutub dedi: – Siz də gedin, bağda oynayın.
Ağca xanım və Qaraca qız əl­ələ verib bağda 
qaçmağa
və oynamağa
başladılar. Ağca xanım başına gələni Qaraca qıza 
nağıl etdi
, o da Baba
ota ğından necə çıxdığını ona söylədi. Qızlar öz aralarında 
söz qoydular
ki, mümkün olduqca Baba otağında görüşsünlər.  
Süleyman Sani Axundov
54
SÖZ EHTİYATI
mat qalmaq – удивиться
qıvrılıb yatmaq – спать скомкавшись
qorxuya düşmək – испугаться
başına gələn – случившийся
söz qoymaq – сговориться
SÖZLÜK
rəftar – обращение, поведение
daxma – изба
arx – канава, арык 
arvadının acığına – на зло 
жене
Çap üçün deyil
Çap üçün deyil


1. Mətn üzrə aşağıdakı suallara cavab verin. Hansı suallara cavab tapa
bilmədiniz?
1) Ağca xanım nə üçün  divanın altına baxırdı? 
2) Ağca xanım Qaraca qızı otaqda görməyəndə niyə mat qaldı?
3) Ağca xanım nə üçün  atasının sualına cavab verməyib fikrə getdi?
4) Ağca xanım hansı şərtlə sirri atasına açdı?
5) Piri kişi Hüseynqulu ağaya nə barədə sual verdi?
6) Qaraca qızla Ağca xanım oynayanda Qara köpək harada idi?
7) Ağca xanım Qaraca qıza nəyi nağıl etdi?
8) Qızlar öz aralarında nəyə söz qoydular?
2. Oxuduğunuz mətn üzrə siz bir­birinizə hansı sualları verərdiniz?
3. Mətnin sonuncu abzasını rus dilinə tərcümə edin.
4. Mətndə qırmızı rəngdə verilmiş sözlərə əksmənalı (antonim) sözlər
tapıb deyin. Həmin sözlərlə cümlələri yenidən oxuyun və tərcümə edin.
5. “Köməkçi”dən istifadə edərək mətndə yaşıl rəngdə olan söz və ifa­
dələri sinonimləri ilə əvəz etməyə çalışın. 
KÖMƏKÇİ:  
razılaşmaq, hörmək, danışmaq, görüşmək, sevincindən,
susmaq, buna görə, davranış, yüyürmək, bunun üçün, xoşbəxtlik, nağıl,
nahar, hadisə
6. Verilmiş əlamətlərə uyğun gələn sözləri tapıb yazın. Son səsin düz­
gün yazılışına diqqət yetirin.
1) Ən kiçik pul vahidinin adı –
2) Tərəvəzlər yetişdirilən sahə – 
3) Yayda yetişən çəyirdəkli meyvə –
4) Suda üzən sarıdimdik ev quşu –
5) Undan bişirilən ən vacib ərzaq –
6) Evdə xor­xor yatan heyvan –
7. Mətndə altından xətt çəkilmiş sözlərin yazılışı üzərində müşahidə
aparın.
8. Aşağıdakı sözləri Azərbaycan dilinə tərcümə edin və düzgün yazı­
lışına diqqət yetirməklə yazın.
флаг, комната, обнять, гость, палец, свобода, ребенок, малина, опора,
вышка, мелкий орех, старость, курица, шелк, лист, земля, шапка, сундук
9. Aşağıdakı atalar sözlərini siz əvvəlki siniflərdə eşitmisiniz. Oxuyun
və səhvləri tapıb düzəldin.
55
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə