Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə2/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   2   3   4   5   6   7   8   9   ...   42

3. Düzgün olmayan cavabları səsləndirin. 
Səməd hər gün iki­üç dəfə çan ta sını yoxlayırdı, çünki ...
A) qorxurdu ki, onu oğurlayarlar.
B) məktəb üçün çox darıxırdı.
C) qorxurdu ki, özündən kiçik qardaşı və ya bacısı kitab­dəftəri 
götürüb cırar, çirkləndirər.
D) kitab­dəftərin yerində olduğunu görüb rahat olurdu.
4. Mətndə qırmızı, göy və yaşıl rəngdə verilmiş sözləri ayrı­ayrı 
sütunlarda yazın. Bu sözləri ayrı­ayrı sütunlarda yazmağınızın səbəbini
izah edin.
5. Mətndə altından xətt çəkilmiş sözlərə sual verin, sonra isə onları
kök və şəkilçiyə ayırıb yazın. Necə düşünürsünüz, bu şəkilçilərdən  hansı
artırıldığı sözün mənasını dəyişə bilib? 
6. “Səmədi oxutmaq ata­anasının ən böyük 
arzusu
idi” cümləsində
fərqləndirilmiş sözü aşağıdakılardan hansı ilə əvəz etmək olar?
a) istək         b) dilək           c) ümid             d) xəyal        e) amal
7. Mətndən kim?, nə?, hara?, necə?, nə edir? suallarına cavab verən 
sözlər seçib müvafiq sütunlarda yazın.
kim?                nə?                 hara?            necə?               nə edir?
8. Cümlələri Azərbaycan dilinə tərcümə edin. 
1) Самед каждый день проверял сумку по два­три раза. 2) Дети
громко говорили, играли во дворе, беседовали гуляя по коридору. 
3) Дети шумно вошли в классы. 4) Дверь открылась и в класс во шел
учитель среднего роста. 5) Самед слушал внимательно.
9. “Sevimli məktəb” şeirini oxuyun, xoşunuza gələn hissəni əzbər­
ləyin.  
7
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
Savadsız adam kor kimidir.
Hər oxuyan Molla Pənah olmaz.
Qələm əyri yonulsa da, düz yazar.
Çap üçün deyil
Çap üçün deyil


SEVİMLİ MƏKTƏB
Hikmət Ziya
10. Şeirdəki əsas fikri müəyyənləşdirin.
11. Aşağıdakı suallar əsasında danışın:
1) Yay tətilini harada və necə keçirdiniz?
2) Məktəb və yoldaşlarıınız üçün darıxdınızmı?
3) Yay istirahətindən razı qaldınızmı?
4) Məktəbə hansı arzularla döndünüz?    
12. Şeirdə yaşıl rəngdə verilmiş sözün sinonimini cümlələrdə işlədin.
13. Şeirdə göy rəngdə verilmiş ifadəni aşağıdakılardan hansı ilə əvəz
etmək olar?
a) əzizləmək      b)  qucaqlamaq         c) qarşılamaq       d) sığallamaq  
8
Günəşin şəfəqində
Yuyunanda çöl­çəmən,
Xoş ətrini yayanda
Hər yana gül­yasəmən,
Dincəldik biz fərəhlə
Qoynunda ağ günlərin.
Bu yerin dağı­düzü ...
Əlvan mənzərəsiylə
Oxşadı qəlbimizi.
Ana məktəb, indi də
Gəlirik, aç qoynunu.
Bağrına bas
yenə sən
Öz qızını, oğlunu!
Fərəh dolu günlərdən
Yeni qüvvət alaraq,
Dönürük
biz yanına
Alnı açıq, üzü ağ.
Arzumuzu bilirsən;
Ucalt, sevimli məktəb,
Bir pillə də bizi sən.  
SÖZLÜK_fərəhlə_–_с_радостью_dönmək_–_здесь:_возвращаться_ucaltmaq_–_возвышать_SÖZ_EHTİYATI'>SÖZLÜK
fərəhlə – с радостью
dönmək – здесь: возвращаться
ucaltmaq – возвышать
SÖZ EHTİYATI
qəlbi oxşamaq – нравиться
bağrına basmaq – обнять
qoynunu açmaq – раскрыть объятия
alnı açıq, üzü ağ – с высоко поднятой головой
fərəh dolu günlər – дни полные радости
qüvvət almaq – получать силу
Çap üçün deyil
Çap üçün deyil


GÜLƏK VƏ DÜŞÜNƏK
14. Lətifəni oxuyun və oradakı əsas fikri müəyyənləşdirin.
Qoy başına, oxu görək
Kəndlilərdən biri başqa şəhərdə olan qohumlarından bir mək tub alır.
Tez axtarıb mollanı tapır. Oxumaq üçün mək tu bu ona verir.
Molla baxır ki, məktub çox qarma­qarışıq yazılıb, kən d lini başından
elə  mək üçün deyir:  
– Sən bir ayrı adam tap, bunu oxusun.
Kəndli deyir: – Yox, Molla əmi, əl çəkəsi deyiləm, gərək oxuyasan. 
Molla deyir: – Əvvələn, mən farsca bilmirəm; ikinci, bu məktub türkcə
yazılıb; üçüncüsü də elə­belə oxuya bilmirəm.
Kəndli hirslənir: – Yaxşı, farsı bilmirsən, türkü bilmirsən, oxuya da
bilmirsən, daha dəyirman daşı boyda əmmaməni başına niyə qoymusan?
Molla: – Əgər əmmamə ilə oxumaq olarsa, buyur, qoy başına, bircə
kəlmə oxu görək.
9
SÖZLÜK
qarma­qarışıq – здесь:запутанно
dəyirman – мелница
əmmamə – тюрбан, чалма
SÖZ EHTİYATI
başından eləmək – отделаться
əl çəkmək – оставить в покое
Çap üçün deyil
Çap üçün deyil


TAP GÖRƏK
15. Hazırcavablığınızı göstərin və tapmacanın cavabını tapın.
Mənim beş qardaşım var:
İkisi qulaq asar,
Biri hər gün danışar,
İkisi durub baxar.   
*
§ 2. MÜƏLLİMİN SEVİNCİ
Səhhət məktəbə qayıtdı. Dərs bitmək* üzrə idi. Sabirin səsi eşidilirdi:
– Hacıbaba, oğul, indi yazdığını üzündən oxu...
Şagird oxuyub qurtaranda müəllim dedi:
– Hə, balalarım, bax gələn dərsimizdə həmin bu şeiri sizdən əzbər
soruşacağam. Unutmayın*. İndi daha gedə bilərsiniz.
Uşaqlar 
yerlərindən
qalxdılar. Hər biri ayrılıqda müəllimlə 
vidalaşırdı
.
Uşaqlar ön* otağa çıxanda Mirzə Abbasqulunu görüb səslərini xırp kəs­
dilər. Hamısı onu tanıyırdı. Müəllimləri də bir az 
bundan
əvvəl Səhhəti
tərifləmişdi
. Uşaqlar 
ehtiramla
salamlaşıb
bir­bir, iki­bir məktəbi tərk et­
dilər. Ən axırda sinif 
otağından
müəllim özü çıxdı; üzündə fərəhdən
doğan bir 
rahatlıq
var idi. Səhhəti görüncə 
gülümsünüb
ona tərəf gəldi:
– Bay, xoş gəlmisən, Mirzə!..
– Sağ ol.
Səhhət Sabirin üzündəki 
razılıq
ifadəsini görüb soruşdu:
– Hə, deyəsən, xoş xəbər var?
– Bu gün bir az bəxtiyaram...
– Gözəl şeydi. De, mən də səninlə bölüşüm* o bəxtiyarlığı...
– Əslində elə bir şey olmayıb. 
Şagirdlərimdən
Ələsgər oğlu Hacıbaba...
– Hə, dostumuz Əşrəfin qardaşı?
– Bəli, bu gün yazıb mizin üstünə bir şey qoyub. Açıb baxıram yazıb:
Qorxdu, dönübən oldu,
Şeybani bizim Hophop...
Səhhət gülümsədi:
– Gözəl yazıb.
– Bəli, 
qabiliyyətli
uşaqdı. Bu məni sevindirir. Deməli, deyəsən,
əməyimiz* 
faydasız
deyil.  
Əzizə Cəfərzadə
10
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə