Azer-dili 5s Derslik 2016 Layout 1


 Mətndəki əsas fikri müəyyənləşdirin. Bəs siz əməyinizin necə fayda verəcəyi  barədə düşünürsünüzmü? 2



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə3/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   2   3   4   5   6   7   8   9   ...   42

1. Mətndəki əsas fikri müəyyənləşdirin. Bəs siz əməyinizin necə fayda
verəcəyi  barədə düşünürsünüzmü?
2. Şagirdin yazdığı misralardakı “Hophop” kimdir və onun haqqında
nə bilirsiniz? Bildiklərinizi yoldaşlarınızla bölüşün.
3. Mətndə adı çəkilən Səhhəti aşağı siniflərdə öyrəndiyiniz hansı şeir­
ləri ilə tanıyırsınız? Həmin şeirlərdən yadınızda qalanları söyləyin.
4. Mətnin məzmununa əsasən düzgün cavabları müəyyənləşdirin. 
Mü əl limin üzündəki rahatlıq ifadəsinin səbəbi nə idi?
1) Dostu Səhhət onun yanına gəlmişdi.
2) Şagirdlərindən birinin yazdığı misralar müəllimin xoşuna gəl miş di.
3) Müəllim çəkilən əməyin faydasız olmadığına inanmışdı.
4) Şagirdləri şeiri yaxşı əzbərləmişdilər.
5. Mətndə göy rəngdə verilmiş sözlərin hamısını hansı əlamətə görə
bir sütunda yazmaq olar? Fikirlərinizi əsaslandıırın.
6.  Mətnin sonunda işlənmiş “qabiliyyətli” sözünü aşağıdakılardan
hansı ilə əvəz etmək olar?
a) işgüzar            b) bacarıqlı             c) istedadlı           d)  qoçaq
7. Mətndə göy rəngdə verilmiş sözləri kök və şəkilçiyə ayırıb yazın.
8. Mətndə göy rəngdə verilmiş sözləri dəftərinizə yazın və qarşısında
suallarını qeyd edin.
9. Mətndə yaşıl rəngdə verilmiş sözün əvəzinə aşağıdakılardan hansını
işlətmək olar?
a) diqqətlə        b) nəzakətlə         c) hörmətlə        d) mehribanlıqla
11
SÖZLÜK
ehtiramla – с уважением
bəxtiyar – счастливый
bölüşmək – делиться
SÖZ EHTİYATI
tərk etmək – покинуть
miz – стол
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
Ağıl yaşda olmaz, başda olar.          
Ağıl ağıldan üstün olar.
Çap üçün deyil
Çap üçün deyil


10. Mətndə qırmızı rəngdə verilmiş sözləri dəftərinizə yazın və qarşı ­
la rın da düzgün tələffüzünü qeyd edin.
11. Birləşmələri Azərbaycan dilinə tərcümə edin və dəftərinizə yazın. 
войдя в переднюю комнату, чуть раньше, увидев Саххата, выра­
жение согласия, брат нашего друга Ашрафа, способный ребенок
SEVİRİK SƏNİ BİZ
         
Dəryalardan
dərindir
,
Sənin gözünlə baxdıq
         Qəlbimdə 
məhəbbətin
.
Bu 
işıqlı
cahana,
         Hədər getməyəcəkdir
Bildik necə 
əzizdir 

         Bil ki, sənin 
zəhmətin
.
Vətən

azadlıq
, ana!
         Sən öyrətdin bizlərə
Sevirik, inan səni
         
Həyatın
hər sirrini,
Müqəddəs
anamıztək.
         
Baldan
da şirin­şəkər
Müəllimə töhfədir
         Anamızın dilini.
Bu 
şeir
, bu 
gül­çiçək
.
Qiymət Məhərrəmli
12. Şeiri oxuyun, əzbərləyin.
13. Məktəbin insan həyatındakı rolu şeirdə necə izah edilir? 
Öz sözlərinizlə danışın.   
14. “Hədər getməyəcəkdir 
Bil ki, sənin zəhmətin” misraları ilə şair nə demək istəyir?
15. Aşağıdakılardan hansı “cahan” sözünün sinonimi deyil?
a) dünya            b) aləm             c) kainat             d) müqəddəs
16. Şeirdə yaşıl və qırmızı rəngdə verilmiş sözləri ayrı­ayrı sütunlarda
yazın və qarşılarında suallarını qeyd edin.
12
SÖZLÜK
dərya – океан, море
qəlb – душа
töhfə – подарок
SÖZ EHTİYATI
hədər getməmək – не пройти 
даром
cahan – мир
Çap üçün deyil
Çap üçün deyil


BUNLARI BİLİRSİNİZMİ?      
Dilimizdə işlətdiyimiz sözlərin bəziləri əşyaları – Qarabağ, Günay,
ağac, pencək ...,  bəziləri əlaməti – yaşıl, böyük, ağıllı ..., bəziləri
hərəkəti – dincəlir, ütüləyir, oxuyur ..., bəziləri miqdarı – əlli, səkkiz,
çoxlu ... və s. ifadə edir. Sözlərin belə qrupları nitq hissələri adlanır.
17. Aşağıdakı birləşmələri yazılı şəkildə Azərbaycan dilinə tərcümə
edin və üçünü cümlələrdə işlədin.
моя душа, моя любовь, твоя любовь, твой  труд, твое слово, язык
нашей матери, секрет жизни, наша святая мама, аромат цветов
§ 3. ƏSL HƏQİQƏT
İki gündən sonra yenə yazı dərsi idi. Ceyran müəllim dəftərləri
uşaqlara
payladı. Ancaq qəribə idi. İlahənin dəftəri yoxdu. Qız sakitcə
oturub təəccüblə 
müəllimə
baxırdı. Müəllim də İlahənin hərəkətlərinə göz
qoyurdu. İlahə soruşmaq istədi. Lakin müəllimin qaşqabaqlı olduğunu
görüb danışmadı. Müəllim üzünü İlahəyə tutub dedi:
– İlahə, bəs sənin dəftərin hanı? Niyə öz dəftərini soruşmursan?
İlahə ayağa qalxdı və utana­utana dedi:
– Müəllim, soruşmaq istəyirdim ... ancaq ...
Ceyran müəllim sinif jurnalının 
alt
ından bir dəftər çıxarıb stolun
üst
ünə qoydu:
– Sənin də dəftərin məndədir. Ancaq heç inanmıram ki, bu 
yazını
sən
yazmış olasan! 
Hərflərin
hərəsi bir tərəfə gedib.
İlahə başını qaldırıb 
müəllimin
üzünə baxmağa utanırdı.
Müəllim 
dəftərdə
qırmızı qələmlə altından xətt çəkdiyi sözlərə baxıb
deyirdi:
– Çox səliqəsiz yazmısan. Əvvəlki yazılarınla bunun arasında gör nə
qədər fərq var. Belə niyə? Yazanda niyə diqqətli olmamısan?
İlahə dinmirdi. 
Ceyhun
da başını aşağı dikmişdi. Həyəcan keçirirdi.
Ona elə gəlirdi ki, indicə İlahə hər şeyi açıb müəllimə deyəcəkdir. İlahə
isə ayaq üstə dinməzcə dururdu. 
Axırda Ceyran müəllim dəftəri 
İlahəyə
verib dedi: – Bu dəfə səliqəli ol!
İlahə özünü ağlamaqdan güclə saxlayırdı. Gözləri dolmuşdu. Do­
daqları əsirdi ...
Birdən 
Zərifə
əlini qal dı rıb dedi: – Müəllim, mən bi li rəm İlahə niyə
pis yazıb.
– Sən hardan bilirsən? De gö rüm!
Zərifə Ceyhuna baxıb ca vab verdi: – Ceyhun onu yaz ma ğa qoymadı.
13
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə