Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə8/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

Memar Əli 
fikirləşdi
ki, bəlkə, şah öz adını yazdırmaq istəyir. Odur
ki, dedi:
Buyruq sizinkidir, şah! 
Xəlilüllah şah dedi: 
– Yaxşı, bir qərinədən sonra görüşərik.
    
Dilsuz
1. Mətnin məzmununu aşağıdakı suallar əsasında danışın.
1) Şirvanşah İbrahim necə bir dövlət qurmuşdu? 
2) Şirvanşah İbrahim oğlunu yanına çağırıb nə dedi?
3) Xəlilüllah şah taxta çıxan günün səhəri əyanları niyə yanına çağırdı?
4) Xəlilüllah şah Memar Əliyə nə dedi? 
5) Memar Əlinin şaha cavabı necə oldu?
6) Şah Memar Əlinin qarşısında necə bir şərt qoydu?
2. Mətnin məzmununa əsasən düzgün cavabı səsləndirin.
Xəlilüllah şah əyanları niyə yanına çağırdı?
A) Əyanlara yeni tapşırıqlarını verdi.                                        
B) Saray tikdirmək istədiyini bildirdi.
C) Paytaxtı Şamaxıdan Badi­Kubəyə köçürəcəyini bəyan etdi.
3. Mətnin ikinci abzasında olan cümlələrdən birinin mətnlə əlaqəsi
yoxdur. Həmin cümləni tapın və oxuyun. 
4. Bayatını əzbərləyin. Bayatıda deyilən fikirlə bağlı öz mülahizənizi
söyləyin.
         Bu qala bizim qala,
         Həmişə bizim qala.
         Tikmədim, özüm qalam,
         Tikdim ki, izim qala.   
30
SÖZLÜK_cənnət_kimi_–_как_рай_mənzərəli_–_здесь:_видный_möhtəşəm_–_величественный_memar_–_зодчий_türbə_–_мавзолей_qərinə_–_период_в_33_года_SÖZ_EHTİYATI'>SÖZLÜK
cənnət kimi – как рай
mənzərəli – здесь: видный
möhtəşəm – величественный
memar – зодчий
türbə – мавзолей
qərinə – период в 33 года
SÖZ EHTİYATI
qədrini bilmək – знать цену
taxta çıxmaq – сесть на трон
divanxana – диван(суд)
tayı­bərabəri olmayan – 
несравненный
əyan – придворный
ömür sürmək – прожить
ənam – подарок, дар
kəhriz – кяриз, 
артезианский колодец
SÖZLÜK
qala – крепость
iz – след
Çap üçün deyil
Çap üçün deyil


5. Mətndə yaşıl rəngdə olan sözləri hansı sözlərlə əvəz etmək olar?
Həmin sözlərlə cümlələri yenidən oxuyun və rus dilinə tərcümə edin.
6. Mətndəki hansı cümlə antonim sözlərdən ibarətdir?
7. Mətndəki sarı boşluqların yerinə uyğun sözləri qoyub cümlələri
köçürün və şifahi tərcümə edin.
8. Mətndə böyük hərflə yazılan sözləri seçib yazın. Onların böyük
hərf lə yazılmasının səbəbini izah edin.
BUNLARI BİLİRSİNİZMİ?   
Azərbaycan dilində isimlər ümumi və xüsusi olur. 
Ad və soyadları, ölkə, şəhər, kənd, dağ, dəniz, çay və s. adları xü­
susi isimlərdir. Azərbaycan dilində xüsusi isimlər  böyük hərflə
yazılır: Ülkər, Hüseynli, Xəzər, Kür, Savalan, Şuşa, Təbriz, Damcılı,
Göygöl, Qırat, Toplan və s.  
9.  Mətndə işlənmiş mürəkkəb sözlərdən bir neçəsini tapıb yazın.
Həmin sözlərin necə düzəldiyini izah edin.
10. Mətndə qırmızı rəngdə verilmiş birləşmələri bir sözlə əvəz edib
cüm lələri yenidən oxuyun. Hansı variant daha çox xoşunuza gəlir? Cüm­
lələri hər iki variantda rus dilinə tərcümə edin. 
11. Mətndən hara? sualına cavab verən bir neçə söz tapıb dəftərinizə
yazın və cümlələrdə işlədin.
12. Aşağıdakı cümlənin Azərbaycan dilinə tərcüməsi ilə bağlı düzgün
cavab hansıdır? Fikrinizi əsaslandırın.
На утро после того, как Халилуллах шах встал на трон, 
вызвал к себе придворных.
A) Xəlilüllah şah taxta çıxdığı gün əyanları yanına çağırdı.
B) Xəlilüllah şah taxta çıxdığı günün səhəri əyanları yanına çağırdı.
C) Xəlilüllah şah taxta çıxdı və sonra  əyanları çağırdı.
D) Xəlilüllah şah əyanları yanına çağırdı.
13.  Mətni necə davam etdirərdiniz? Əvvəlcə öz variantlarınızı
söyləyin, sonra mətnin davamını oxuyun.
31
Çap üçün deyil
Çap üçün deyil


ŞİRVANŞAHLAR SARAYI
2­ci hissə
Bir qərinə 33 il idi. Bu müddətdə
saray hazır oldu. Şah gəlib gördü ki,
Memar Əli, doğrudan da, möhtəşəm
bir saray tikib. Amma lap yuxarıda
badamvari lövhədə öz adını yazıb.
Şah bərk hirsləndi:
– Bu nədir? Axı mən şərt kəs­
mişdim ki, sən 
yazmaya­
caqsan.
Memar Əli dedi: – Şah sağ olsun,
bu, ad deyil, bu, bir ayədir.
Alimlər yığışdılar və yazını oxu ­
dular. Gördülər ki, Memar Əli  düz
de yir, bu, doğrudan da, bir xeyir­dua
ayəsidir. Şah rahat oldu və 
yaxşı ənam verdi.
Sarayın tikildiyi vaxtdan düz bir
qərinə də keçdi. Şah atası kimi yaşlaşmışdı. Taxtda oturub gördüyü haqlı­
haqsız işləri bir­bir yadına salırdı. Birdən bərk narahat oldu, düşündü: “O
vaxt cavanlıq elədim, Memar Əlinin qəlbini qırdım.  Sarayın üstündə
adını yazmağa qoymadım. Yaxşısı budur ki, onu çağırım, halallıq alım”. 
Memar Əlini şahın yanına gətirdilər. Memar da şah kimi qocalmışdı.
Şah dedi: – Ustad, o vaxt haqsızlıq elədim: Qoymadım  
üstündə adını yazasan. Düzü, bərk peşman olmuşam. Məni bağışla. Bax
bu saray, bu da sən, adını hara yazmaq istəyirsən, yaz. Qoy mən də
dünyadan rahat köçüm.
Memar Əli dedi: – Şah sağ olsun, narahat olmayın. O ayəni güzgüdə
tərsinə oxusanız, görəcəksiniz ki, elə mənim adım yazılıb.
Xəlilüllah şah çox sevindi, dedi:
– Sənin kimi ağıllı adamın tikdiyi saray dünya durduqca duracaq...
Dilsuz
32
SÖZLÜK
badamvari – миндальной формы
ayə – цитата из Корана
tərsinə – наоборот
Çap üçün deyil
Çap üçün deyil


14. Mətnin məzmununa əsasən düzgün cavab hansıdır?
Şah bərk hirsləndi, çünki ...
A) memar Əli şərti pozmuşdu və badamvari lövhədə öz adını yaz mış dı. 
B) memar Əli sarayı söz verdiyi vaxtda tikib qurtarmamışdı.
C) alimlər lövhədə memarın adının yazıldığını təsdiq etdilər.
D) saray şahın xoşuna gəlməmişdi.
15. Aşağıdakı plan mətnin ardıcıllığına uyğundurmu? Ardıcıllığı bərpa
edin və düzgün variantı yazın.
1) Xəlilüllah şahın peşmanlığı.
2) Şahın hirslənməsi.
3) Xeyir­dua ayəsi.
4) Memar Əlinin cavabı. 
5) Xəlilüllah şahın narahatlığı. 
16. Mətndəki sarı boşluqların yerinə uyğun sözləri qoyub cümlələri
köçürün və rus dilinə tərcümə edin.
17. Mətnin məzmununa əsasən düzgün variantı göstərin.
Xəlilüllah şah nəyə görə peşman  olmuşdu?
A) Çünki o, Memar Əliyə sarayın üstündə adını yazmağa icazə verməmişdi.
B) Çünki o,  Memar Əliyə vəd etdiyi hədiyyəni verməmişdi.
C) Bir vaxtlar şah çox haqsızlıqlar etmişdi.
D) Artıq qocalmışdı və dünyadan rahat köçmək istəyirdi.
18. Cümlələrin Azərbaycan dilinə tərcüməsini düzgün hesab etmək
olarmı? Fikirlərinizi əsaslandırın.
1) Вдруг он сильно забеспокоился – Bərk narahat oldu. 2) Шах со­
старился как свой отец – Şah yaşlaşmışdı.  3) Я сильно сожалею – Peş­
man olmuşam. 
33
SÖZ EHTİYATI
şərt kəsmək – условиться
qəlbini qırmaq – обидеть
peşman olmaq – раскаяться 
dünyadan köçmək – уйти из жизни
haqlı­haqsız – правые и неправые дела
halallıq almaq – получить благословление
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə