Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə16/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

1.  Aşağıdakı sualların içərisindən düzgün hesab etdiklərinizi seçib
deyin.  Hansı suallar düzgün formalaşdırılmayıb? Həmin sualların düzgün
variantını səsləndirin.
1) Qızları götürüb apardı hara Hüseynqulu ağa?
2) Tamaşasına gələnlər arı pətəklərinin nə gördülər?
3) Piri kişi daxmaya göndərdi Qaraca qızı nə üçün?
4) Piri kişi düşdü arıların dalınca niyə?
5) Qaraca qız nə üçün ağaca çıxmalı oldu?
6) Piri kişi torbanı Qaraca qızdan alıb nə etdi?
7) Ağca xanım nəyə görə çox şad oldu?
2. Mətnin məzmununu aşağıdakı plan əsasında danışa bilərsinizmi?
1) Arı pətəklərinə tamaşa.
2) Piri kişinin arıların dalınca düşməsi.
3) Piri kişinin izahatı.
4) Qaraca qızın ağaca dırmaşması.
5) Yenidən arılıqda.
3. Mətndə qırmızı rəngdə verilmiş söz və ifadələri sinonimləri ilə əvəz
edib cümlələri oxuyun. Cümlələrin mənasında dəyişiklik olub­olmadığı
ilə bağlı fikrinizi bildirin.
4. Mətndə yaşıl rəngdə verilmiş sözlər haqqında doğru cavabı göstərin
və fikrinizi əsaslandırın.
a) çoxmənalı sözlərdir     b) antonim sözlərdir      c) yaxınmənalı sözlərdir
5. Aşağıdakı sözlərə əksmənalı sözlər tapıb deyin və tərcümə edin.
dost, yatmaq, danışmaq, isti, böyük, hündür, gecə, enmək, baş, sülh, geniş,
ağlamaq, çətin, uzun
6. Mətndə altından xətt çəkilmiş isimləri əlaqələndikləri sözlərlə bir­
likdə oxuyun. Eyni şəkilçili sözləri ayrı­ayrı sütunlarda yazın və sözlərin
dəyiş məsi üzərində müşahidə aparın.
59
SÖZLÜK
beçə – молодой пчелиный рой
torba – мешок
dişi – самка
törəmək – порождаться
büzmək – сморщить
silkələmək – трясти
SÖZ EHTİYATI
məcbur olmaq–быть вынужденным
aramaq – искать
cəm olmaq – собраться
ixtiyar – здесь: распоряжение
Çap üçün deyil
Çap üçün deyil


BUNLARI BİLİRSİNİZMİ?
Əziz uşaqlar, siz daim öz nitqinizdə əşya bildirən sözlərdən müxtəlif
formalarda istifadə edirsiniz.  Azərbaycan dilində isimlər altı hal üzrə
dəyişir. Artıq halların adları və şəkilçiləri ilə tanış olmağın vaxtı çatıb.
Diqqətli olun və yadda saxlayın:
Adlıq hal (именительный)
kim?, nə?, hara?
Yiyəlik hal (родительный)
kimin?, nəyin?, haranın?
­ın, ­in, ­un, ­ün
Yönlük hal (дательный)
kimə?, nəyə?, haraya?
­a, ­ə, 
Təsirlik hal (винительный)
kimi?, nəyi?, haranı?
­ı, ­i, ­u, ­ü
Yerlik hal (творительный)
kimdə?, nədə?, harada?
­da, ­də
Çıxışlıq hal  (предложный)
kimdən?, nədən?, haradan?
­dan, ­dən
7. Mətndə altından xətt çəkilmiş sözlərin ismin hansı halında olduğunu
deyin və fikrinizi əsaslandırın.
8. Cümlələrdəki söz sırasını qaydaya salın və köçürün. 
Səməd 1954­cü ildə iki gün qonaq qaldı bağımızda. İki gün getmədilər
Saşa ilə Səməd heç yana. Yazıçıların qurultayına hazırlaşırdı o zaman
Səməd Vurğun. Arabir onlar çıxırdılar bağa gəzməyə. Söhbət edə­edə
gəzinərdilər ədəbiyyatdan, tarixdən.
9. Cümlələrin Azərbaycan dilinə tərcüməsi hansı variantda düzgün verilib?
Чернушка как кошка стала карабкаться по дереву. Она отло­
мила ветку и спустилась вниз. 
A) Qaraca qız pişik kimi ağaca dırmaşdı. O, budağı sındırmaq istədi.     
B) Qaraca qız ağaca dırmaşmağa başladı. O, budağı sındırırdı .
C) Qaraca qız pişik kimi ağaca dırmaşmağa başladı. O, budağı sındırdı
və aşağı endi.  
10. Tapmacaları oxuyun. Onların hər üçünün cavabı eyni ola bilərmi?
Düşünün və cavablarınızı əsaslandırmağa çalışın.
60
Bir balaca xallı şey,
Üstü qızıl allı şey,
Qoydu bizim dolçaya,
Şirin, sarı, dadlı şey.  
Bu meşə gül meşəli,
Altı tər bənövşəli.
Bir kişinin min oğlu,
Hamısı bir peşəli.   
Qanadı var uçmağa,
İynəsi var sancmağa.
Sevir işi, zəhməti,
Odur ki, var hörməti.
NİZAMİNİN HİKMӘT XӘZİNӘSİNDӘN
Bal verən arının bircəsi yəqin,
Yaxşıdır minindən bal yeyənlərin.
Çap üçün deyil
Çap üçün deyil


61
11. Təmsili oxuyun və oradakı əsas fikri müəyyənləşdirin.
AYI  VƏ ŞİR
Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb­öldürməyə;
Çeynədilər, dişlədilər, diddilər,
Bir­birini al­qana qərq etdilər.
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
Tülkü uzaqdan görüb bu haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi götürdü ovu, etdi fərar,
Həsrət ilə baxdı dalınca ... .
Abbas Səhhət
Çap üçün deyil
Çap üçün deyil


12. Düzgün cavabı müəyyənləşdirin və boşluğun yerinə yazın.
Şeir ayı və şir haqqında olan  
.     
a) əfsanədir          b) nağıldır
c) təmsildir            d) lətifədir
13. Təmsili hansı sözlə bitirmək olar?
a) onlar             
b)  şirlər
c) heyvanlar           d) uşaqlar
14.  Təmsildə təsvir edilən tülkü hansı insanların ümumiləşmiş
obrazıdır? Müzakirəyə qoşulun.
15. Tərcümə edin və cümlələrdə işlədərək dəftərinizdə yazın.
поймали зайца, не согласились делить, увидел из далека, забрал добычу
16. Hansı şəkilçiləri artırsaq, sözün sonundakı samit dəyişər?
                  
         A) 1, 4, 6
         B) 2, 5
         C) 3, 4             
         Ç) 5, 6
17.  Şeirdəki hansı sözlərin sonundakı “ə” saitini tələffüz etməsək,
həmin sözlər “k” samiti ilə bitməli olacaqdır?
18. Hansı sözü həm xüsusi, həm də ümumi isim kimi işlətmək olar?
a) taqət
b) həsrət
c) halət
d) tədbir 
19. Xüsusi isimlərin işləndiyi cümlələri seçib dəftərinizə yazın.
1) Lalə yazda açır. Lalənin səhvi dərsi bilməməsi idi.
2) İstisu müalicə mərkəzidir. Soyuq havada isti su içmək lazımdır.
3) Mətanətlə vuruşan əsgərlərimiz yüksəkliyi ələ keçirdilər. Mətanətlə
eyni partada oturmaq onun xoşuna gəlirdi.
20. Hansı söz təmsilin məzmununa uyğundur?
Ayı, şir, tülkü, ...
a) dovşan
b) keçi     
c) pələng 
d) pişik
62
SÖZLÜK
tədbir ilə – спланированно
çeynəmək – жевать, грызть
didmək – раздирать
səmt – направление
taqət – сила
SÖZ EHTİYATI
əlbir olmaq – сговориться
al­qana qərq etmək – утопить в крови,  
убивать
taqətdən salmaq – обессилить
halət – состояние
fərar etmək – сбежать
1) ­ı
4
2) ­da
2
3)  ­lar
2
4) ­a
2
5) ­dan
2
6) ­ın
4
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə