Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə19/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

DÖRD ARZU
Azad qış tətili günlərində Şamaxıya dayısıgilə getmişdi. Bütün günü
uşaqlarla qartopu oynayır, qaradamı düzəldir, xizəklə təpədən sürüşürdü.
O, yanaqları şaxtadan qızarmış, şən halda qaçaraq atasına yaxınlaşdı:
– Ata, qış necə də gözəldir! Kaş həmişə qış olaydı!
– Oğlum, öz arzunu dəftərçənə yazsaydın, yaxşı olardı, – deyə atası
cavab verdi.
Azad təəccüblənərək arzusunu dəftərçəyə yazdı.
Bahar gəldi. Azadın arzusu ilə atası onu tətildə yenə dayısıgilə apardı.
Azad bütün günü uşaqlarla yaşıl, güllü­çiçəkli çəmənlikdə kəpənəklərin
dalınca qaçırdı.
Uşaq sevincək halda öz hisslərini atası ilə bölüşdü:
– Mən istəyirəm ki, həmişə bahar olsun. Dəftəri cırıb tulladı.
Atası onun bu arzusunu yenə dəftərçəsinə yazdırdı.
Azad yayda yenə ailəsi ilə Şamaxıya getmişdi. Bütün günü şənlənir,
günəşin parlaq şüaları altında qızınır, istirahət edirdi. Bir gün o, yenə
atasına dedi:
– Mən heç belə şənlənməmişdim. Doğrudan da, yay fəsli lap gözəldir.
Azadın bu arzusu da dəftərçəyə yazıldı.
Payız gəldi. Azad payızın gözəlliklərini, təbiətin əlvan rənglərini
görərək atasına dedi: “Payız ki fəsillərin ən gözəli imiş!”
Bu zaman atası dəftərçəni çıxarıb oğluna göstərdi.
Azad gördü ki, o hər fəsil üçün eyni tərifli sözlər demişdir.
9. Atası nə üçün Azadın arzusunu dəftərində yazdırırdı?
10.  Necə düşünürsünüz, Azadın arzusuna görə hansı fəsil daha
gözəldir? Müzakirəyə qoşulun.
11. Siz hansı fəsli daha çox sevirsiniz? Sevdiyiniz fəsil barədə fikir­
lərinizi dəftərinizdə qısaca yazın.
12. Tapmacada nədən söhbət gedir? Fikrinizi yoldaşlarınıza söyləyin.
Üçü bizə yağıdır,
Üçü yığıb gətirir,
Üçü cənnət bağıdır.
Üçü vurub dağıdır.   
*
69
SÖZLÜK
qaradamı – снеговик
tərifli – хваленые
Çap üçün deyil
Çap üçün deyil


13. Aşağıdakı suallara cavab verməyə çalışın:
1) “Yaz” sözünün əvəzinə mətndə hansı söz işlənib?
2) “Soyuqdan” sözünü mətndəki hansı sözlə əvəz etmək olar?
3) “İstək” sözünü mətndəki hansı sözlə əvəz etmək olar?
14. Mətndə hansı cümlə artıqdır? Həmin cümləni tapıb səsləndirin.
15. Verilmiş sözlərdən cümlələr qurun və yazın.
sevir, Azad, fəslini, bahar,
qartopu, qışda, Uşaqlar, sevirlər,  düzəltmək
payız, sevir, Hamı, qızıl, fəslini
BUNLARI BİLİRSİNİZMİ?
Əziz uşaqlar, dilimizdə elə sözlər var ki, onlar əşya və hadisələrin
əlamətini, keyfiyyətini bildirmək üçün işlədilir. Məsələn: gözəl qız,
maraqlı görüş, səliqəli şagird, geniş həyət, qırmızı moruq, soyuq hava...
Əlamət və keyfiyyət bildirən sözlər sifət adlanır.
Sifətlər necə?, nə cür?, hansı? suallarından birinə cavab verir və aid
olduğu sözdən əvvəl işlənir.
16. Əlamət və keyfiyyət bildirən sözləri seçib yazın.
qış, dayısıgil, qartopu, şaxta, şən, gözəl, yaxşı, arzu, dəftərçə, bahar,
güllü­çiçəkli, payız, gözəllik, tərifli 
17.  Boşluqların yerinə uyğun sözləri artırmaqla atalar sözlərini
köçürün. Onların mənalarına fikir verin:
1) 
dostun olunca, 
düşmənin olsun. 2) İlanın
da lənət, 
da. 3) Dostu 
gündə sınayarlar. 4)
başda ağıl olmaz. 5) Dostsuz insan  
quş kimidir.
KÖMƏKÇİ:
yaman, ağıllı, qanadsız, ağına, ağılsız, qarasına, acıqlı
18. Verilmiş əlamət bildirən sözlərin yaxın mənalı qarşılığını tapın:
səmimi, pinti, zərif, nəhəng, zəngin, bərk, əlvan
i
19. Şeiri oxuyun və əlamət bildirən sözləri seçib uyğun isimlərlə əvvəl
birləşmələrdə, sonra isə cümlələrdə işlədin. 
DÖRD KARANDAŞ
Rafiq Yusifoğlu
70
Yol üstündə dörd qardaş,
Tapdılar dörd karandaş.
Qırmızını Yay seçdi,
Yaşıl rəngi Yaz aldı.
Ağ rəngi Qış götürdü,
Sarı Payıza qaldı...
Çap üçün deyil
Çap üçün deyil


§15. QIŞIN SOVQATI
Ələkbər Ziyatay
71
SÖZLÜK
düzlər – равнины
tarla – поле
səpildikcə – рассыпаясь
zəmi – нива
xışıldadıqca – шурша
zərif – нежный
naxış – узор
bol məhsul – богатый урожай
SÖZ EHTİYATI
xəyalında canlanmaq – возникло в воображении
nəzərdən gəlib keçmək – обвести взглядом
Zərif naxışlar kimi
Səpildikcə sən yerə,
Xəyalımda min zəmi
Canlanır birdən­birə.
Ayağın altda ağ qar
Xışıldadıqca hərdən,
Pıçıldaşan taxıllar
Gəlib keçir nəzərdən.
A dağlara yağan qar,
Düzləri də sal yada.
“Gəl­gəl” deyir uşaqlar
Hər bağda, hər bağçada.
Pambıqdan ağ paltarın
Qoy bəzəsin hər yanı.
Tarlaların, bağların
Yorğanı ol, yorğanı.
Deyirəm yağ, yağ, ey qar!
Göydən yerə pay gətir.
Güllü­çiçəkli bahar,
Bol məhsullu yay gətir.
Çap üçün deyil
Çap üçün deyil


1. Necə düşünürsünüz, müəllif “Qışın sovqatı” dedikdə nəyi nəzərdə
tu tur? Düzgün cavabı göstərin.
A) yay fəslində alacağımız bol məhsulu
B) pambıq kimi ağ  qarı
C) uşaqların düzəltdikləri qar topalarını
2. Şeirdə qış fəslinin faydasından danışılır. Bunu öz sözlərinizlə çatdıra
bilərsinizmi? Düşündüyünüz cümlələri dəftərinizdə yazın.
3. Qışda qar ən çox hansı ərazilərə yağır? Bu suala şeirin neçənci bən ­
dində cavab tapdınız? Həmin bəndi əzbər söyləyin.
4. Müəllif şeirində yağan qarı nəyə bənzədir? Seçdiyiniz sözləri dəf ­
tərinizdə yazın və onları cümlələrdə işlədin.  
SÖZLƏR:
zərif naxışlar, pambıq, tarla, bağlar, yorğan, pıçıldaşan taxıl­
lar, gül­çiçəkli bahar, yay
5.  Şeirdəki hansı sözlər əksmənalıdır? Onları seçib tərcümələri ilə
birlik də  yazın.
NÜMUNƏ:
dağ­düz (гора­равнина)
6.  Qış haqqında daha hansı şeirləri bilirsiniz? Yadınıza düşənləri
yoldaşlarınıza söyləyin.
7.  İnsanlar qış fəslində hansı bayramları qeyd edirlər? Bu barədə
fikirlə rinizi sinif yoldaşlarınızla bölüşün.
8. Şeirdə işlənmiş sifətləri seçin. Əlamət  və keyfiyyət bildirən sözləri
ayrı­ayrı sütunlarda yazın.
9. Əşyaları əlamətinə görə təyin edin. Hər bir əşyanı onun əlamətini
bildirən sözlə yanaşı yazın.
         ağappaq, şirin, bərk
xiyar
         yumru, qırmızı, sulu, turş
uşaq
         yaşıl, tumlu, sulu, uzunsov
otaq
         işıqlı, səliqəli, təmiz, geniş                    pomidor
         çalışqan, ağıllı, mədəni, təmizkar         qənd
72
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
Qışın qarı ­ yayın barı
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə