Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə27/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

“Atamın dediyi maraqlı şey budur? Bundan ötrü məni buraya gətirib?“–
deyə Nurlan  fikirləşdi və hirsindən onu ağlamaq tutdu. Ancaq yan­
yörəsindəki fəhlələrdən utanıb, özünü zorla saxladı. Bu müddətdə isə fəh­
lələr budaqları mişarlayıb, qurtarmışdılar. İndi onlar 
yuvanı
başları
üstündə iri
papaq
kimi  tutub saxlayırdılar. Atası kranın milini başqa is­
tiqamətə yönəltdi. Sonra kranın mili yaxındakı parkın hündür ağaclarına
yaxınlaşdı. Yuvanı başları üstə tutan fəhlələr onu ağaclardan birinin başına
qoydular və sonra 
yuva
ilə birlikdə kəsilmiş qısa budaqları dəmir məftillə
ağaca bağlamağa başladılar. Eynəkli adam aşağıdan onlara tərəf çığırdı:
– Bir az tələsin. İndilərdə qayıdacaqlar.
Eynəkli adamın sözlərini Nurlan başa düşdü. Ata və ana leylək 
yuva ­
dan
uçub getmişdilər. O istəyirdi ki, leyləklər qayıdanadək yuvanı
möhkəmləndirib, qurtarsınlar.
Bir­iki dəqiqədən sonra  atası yenə kranın uzun milini təzə binalara
tərəf döndərdi və əllərində mişar olan fəhlələri aşağı endirdi. 
Atası bir azdan krandan  aşağı endi. Nurlana yaxınlaşıb dedi:
– Hə, necədir, bizdən razı qaldın? Onları da təzə mənzilə köçürdük. İndi
gedək evə. Pəncərədən bax gör, leyləklər təzə mənzili necə axtarıb tapırlar.
Evə qayıtdılar. Nurlan pəncərənin qabağında durub gözlədi. Bir azdan
leyləklər uçub gəldilər. Yuvalarını yerində görmədikdə üst budaqları
kəsilmiş ağacların üstündə həyəcanla dövrə vurmağa başladılar.
Nurlan quşlardan ötrü narahat oldu:
– Təzə yuvanı tapa bilmirlər.
Bir azdan hər iki leylək parka tərəf uçdu.
Onlar yuvanı görmüşdülər. Ancaq yuva 
ya
birdən­bi rə  enmədilər.  Əv  və l cə  onun  ət ra ­
fında bir neçə də fə dövrə vurdular. Elə bil
nə dən sə  çəkinir di lər*.    Axır   da  ata
leylək, onun dalınca da ana
ley  lək 
yuva ya
qondu. Ye nə
qırmızı dimdiklər uzan 
dı,
ağız lar  açıl  dı.  Balalarını  ye di ­
rəndən sonra ley 
lək 
lər təzə 
yu vanı  sah  mana  sal maqla
məş  ğul  oldular.
Nurlan  nənəsini  səs   lədi:
– Nənə, nənə, gəl bax,
ley ləklər təzə mənzilə kö ­
çüb lər.
98
Çap üçün deyil
Çap üçün deyil


Nənə mətbəxdən qayıdanda leyləklər yuvanı səliqəyə salıb qurtar­
mışdılar. İndi bir 
ayaqları
üstə durub, elə bil fikrə 
.
Qılman İlkin
1. Hansı hadisə Nurlanın fikrində yanıldığını göstərdi?
2. İnsanların digər canlılara münasibəti mövzusunda müzakirəyə qoşulun.
3.  Sizcə, hansı quşlar insanlardan qorxmadan onların yaxınlığında
yuva qurur? Həmin quşlardan biri haqqında informasiya toplayın.
4. Aşağıdakı cümlələrdə hansı sözlər yerində işlənməyib? “Kömək çi” ­
dən istifadə edərək cümlələri düzgün şəklə salın və dəftərinizə köçürün.
Quşlar ağacın aşağısında yuva qurmuşdular. Uşaqlar bundan çox
kədərləndilər. Onlardan ən sakiti ağacdan düşdü. Yuvanı yerinə qoymaq
istədi. Digər uşaqlar ona kömək etdilər. Bunu görən müəllim uşaqları
danladı. Ağacdan düşən uşağı təriflədi.
KÖMƏKÇİ:
təşəkkür etdi, mane oldular, başında, dəcəli, sevindilər,
götürmək, çıxan, dırmaşdı, danladı
5. Birləşmələri tərcümə edin və yazın.
         один из рабочих­
срубленное дерево­
         новое здание­
смотреть с волнением­
         молодой рабочий­
вокруг гнезда­
         над головой­
красный клюв­
6. Mətni aşağıdakı sözlərdən hansı ilə bitirmək olar?
a) gəlmişdilər        b) getmişdilər
c) düşmüşdülər       d) salmışdılar
7. Aşağıdakı cümlələrdə hansındakı saylar əşyanın dəqiq miqdarını
bildirir? Həmin sayları seçib altından xətt çəkin:
1) İş yerinə çatanda iki nəfər gənc fəhlə əllərində mişar atanı göz lə ­
99
SÖZ EHTİYATI
dövrə vurmaq – кружиться
çəkinmək – здесь: опасаться
sahmana salmaq – приводить в порядок
SÖZLÜK
yan­yörə – вокруг
həyəcanla – взволнованно
kranın çalovu – ковш крана
yerləşmək – расположиться
yönəltmək – направить
Çap üçün deyil
Çap üçün deyil


yirdilər. 2) Bir­iki dəqiqədən sonra atası yenə kranın uzun milini təzə
bina lara tərəf döndərdi. 3) Bir azdan hər iki leylək parka tərəf uçdu.
4) Əvvəlcə onun ətrafında bir neçə dəfə dövrə vurdular.  5)  Dörd  bala
yuvada onları gözləyirdi. 
8. Fərqli tələffüz olunan sayları seçib yazın və cümlələrdə işlədin.
min, səkkiz, altmış, doxsan, əlli, səksən, dörd, yetmiş, doqquz, beş, yüz
9. Mətndə göy rəngdə verilmiş isimlərin hansı halda işləndiyini müəy ­
yən edin və həmin isimləri əvvəlcə sifətlərlə, sonra isə saylarla işlədin.
10. Mətndə qırmızı rəngdə verilmiş sözləri ismin müxtəlif hallarında
işlədin. Sözlərin sonundakı “q” samitinin ismin hansı hallarında “ğ”
samitinə keçdiyini müəyyənləşdirin və səbəbini izah edin.
11.  Mətndə üzərində ulduz işarəsi qoyulmuş sözün əvəzinə aşağı­
dakılardan hansını işlətsəniz, cümlənin mənası dəyişməz?
a) utanmaq        b) ehtiyat etmək       c) qorxmaq       d) təəccüblənmək
12. Mətndə altından xətt çəkilmiş sözləri aid olduğu sözlərlə birlikdə
dəftərinizə yazın. Yazdığınız birləşmələrdəki birinci sözlərə sual verin və
qarşılarında qeyd edin. Deyə bilərsinizmi, bu sözlər nə bildirir və niyə
onları birlikdə yazdınız?
13. Mətndə altından xətt çəkilmiş sözlərdən hansını “ən, çox, daha,
lap, olduqca” sözləri ilə işlətmək olar? Özünüzü yoxlayın.
14.  Təbiətin qorunması heyvanlara, quşlara, ağaclara qayğıdan
başlanır. Siz bu mətni oxuduqdan sonra quşlara necə qayğı göstərərdiniz?
Müzakirəyə qoşulun.
15. Aşağıdakı cümlələri oxuyun və bu cümlələrdə neçə say işləndiyini
mü əy yənləşdirin.
Bir filosofdan soruşurlar:
– Nə üçün az danışır, çox qulaq asırsan?
Çünki mənə iki qulaq veriblər, bir dil. Yəni iki eşit, bir de ...
A) 6               B) 2                 C) 4            D) 3
“QIRMIZI KİTAB”
Bütün digər kitablardan fərqlənən bir kitab var. Bu kitabda adları ya ­
zıl mış heyvanları, quşları, balıqları ovlamaq, onları öldürmək qəti qa da ­
ğan dır. Buna görə böyük məbləğdə pul cərimələri və hətta azadlıqdan
100
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə