Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə30/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

1.  Şeiri aşağıdakı variantlardan hansı ilə bitirmək olar?
A) Məni nə çox istəyirsən!
B) Səni mən çox sevirəm!
C) Mən səni çox istəyirəm!
2.  Qadınların bayramı hansı fəslə təsadüf edir? Bu fəsil haqqında
bildiklərinizi yazın.
3.  Səkkiz mart Beynəlxalq Qadınlar Günü haqqında nə bilirsiniz? 
Bil di yiniz informasiyanı yoldaşlarınızla bölüşün.
4. Ananı necə sevindirmək olar? Sizcə, hədiyyə ancaq “5” qiyməti 
olmalıdır? Fikrinizi yoldaşlarınızla bölüşün.
5.Cümlələri yazılı şəkildə dəftərinizdə tamamlayın: 
      
qayğıkeşdir.
         
...
Mənim anam çox
...
         
...
         
... 
6. “Mənim sevimli anam” mövzusunda kiçik inşa yazmağa çalışın.
7. Aşağıdakı cümlələri rus dilinə tərcümə edin:
1) Uşaq güllərin üçdə bir hissəsini güldana qoydu. 2) Bayramda ona
hədiyyələrin ikidə bir hissəsini dostları gətirmişdilər. 3) Qonaqların bir
hissəsi eyvana çıxdı. 
108
SÖZLÜK
nur – свет
ortancıl – средний по возрасту
çətir – зонтик
qəfil – внезапно
duyulmaq – ощущаться
solmaq –  вянуть, увядать 
SÖZ EHTİYATI
fikrə dalmaq – задуматься
dil­dil ötmək – говорить без умолку
həyəcan keçirmək – волноваться
yerinə yetirmək – выполнять
NİZAMİNİN HİKMӘT XӘZİNӘSİNDӘN
Sənə nə eyləsə övladın, inan,
Onu görəcəkdir öz övladından.
Çap üçün deyil
Çap üçün deyil


8. Müəllimin köməyi ilə aşağıdakı sayları sözlə yazın.
9.  Şeirdə qırmıızı rəngdə verilmiş sözlərdən hansıları biri­birinin
qarşısında yazmaq olar? Səbəbini izah edin və  altından xətt çəkilmiş söz ­
lərin bu cür qarşılığını özünüz tapıb yazın.
10. Şeirdə göy rəngdə verilmiş sözlər arasındakı münasibəti müəyyən­
ləşdirin, üzərində ulduz işarəsi qoyulmuş sözlərin qarşılığını isə özünüz
tapıb qarşılarında qeyd edin.
YAZIN HƏDİYYƏSİ
Yaz fəsli gəlmişdi. Öz gəlişi ilə bütün təbiəti gözəlləşdirmişdi. O, öz
işindən çox razı idi. Bir gün Yaz yamyaşıl dona bürünmüş meşəyə baxırdı.
Birdən o, bir yarpağın altında 
balaca böcək gördü. O, böcəkdən
soruşdu:
– Niyə sən yarpağın altında gizlənmisən? Məgər sən məndən yaz
hədiyyəsi istəmirsən? Bu ağaclar, çiçəklər, otlar kimi gözəlləşmək xoşuna
gəlmir? Sən də onlar kimi xoşbəxt olmaq istəmirsən?
Böcək fikirləşib dedi:
– Xoşbəxt olmaq üçün mənə gözəlləşmək vacib deyil. Mən xoşbəxtəm
ki, öz doğma meşəmizdə yaşayıram. Sənə də 
ki, meşəmizi belə
bəzəmisən, gözəlləşdirmisən. Yaşadığım torpağın gözəlliyi mənim üçün
hər şeydən əzizdir. Mənə başqa heç nə lazım deyil.
Yaz əvvəlcə çox təəccübləndi ki, bu balaca böcək özü üçün heç nə
istəmir. Sonra fikirləşib başa düşdü ki, yalnız özü üçün yaşamaq 
deyil. Böcəyin belə hərəkətindən təsirlənən Yaz ona balaca, mavi çıraq
bağışladı. Yaz böcəyə baxıb düşünürdü: “Qoy bu böcək hər axşam öz işığı
ilə meşə sakinlərini sevindirsin”.
O gündən meşəni işıqlandıran, daha da gözəlləşdirən böcəyə ildırım­
böcəyi – işıldaquş deyirlər.
SÖZLÜK'>M. Kirpiçnikovadan
109
SÖZLÜK
gözəlləşdirmək – приукрашивать
çıraq – лампа
gəliş – приход
işıldaquş – светлячок
böcək – жук 
meşə sakinləri – лесные жители 
xırda – мелкий 
təsirlənmək – расчувствоваться
1        2
6        3      5    
5        3        7         8      15
,
,
,
,
Çap üçün deyil
Çap üçün deyil


11. Mətndəki sarı boşluqlara hansı sözlər uyğun gəlir?
təşəkkür edirəm, əsl xoşbəxtlik, gizlənmiş
12. Mətnin əsas mövzusu nədir?
A) Yazın gəlişinə sevinc.
B) Vətənə sonsuz məhəbbət.
C) Hədiyyənin gözəlliyi.
D) Xoşbəxtlik.
13. Böcəyin xoşbəxtliyinin səbəbi hansı abzasda verilmişdir? Həmin
abzası bir daha oxuyun və oradakı fikri öz sözlərinizlə ifadə edin.
14. Necə düşünürsünüz, yaz nə üçün böcəyə mavi çıraq bağışladı?
15. Mətndə altından xətt çəkilmiş ifadənin mənasını necə başa düşmək
olar? Düzgün hesab etdiyiniz variantı səsləndirin.
A) Ağacların yarpaqları yamyaşıl idi.
B) Yamyaşıl paltar Yazın hədiyyəsi idi.
C) Meşə yaşıl paltarı çox sevirdi.
16. Nə üçün mətndə işlənmiş “Yaz” sözü böyük hərflə verilmişdir?
Bunun səbəbini izah etməyə çalışın.
17.  Mətndən sual bildirən cümlələri seçib dəftərinizdə yazın, sual
bildirən sözlərin altından xətt çəkin.
18. Aşağıdakı suallara mətndəki hansı cümlələr uyğun gəlir?
1) Birdən yarpağın altında Yaz nə gördü?
2) Böcək nəyi istəmirdi?
3) Böcək üçün əziz olan nə idi?
4) Yaz nə üçün təsirləndi?
5) O gündən həmin böcək necə adlanır?
19. “Yazın hədiyyəsi” və “Xoşbəxtlik nədir?” mətnlərində deyilənləri
müqayisə etməklə aşağıdakı suallar ətrafında müzakirəyə qoşulun. 
1) Xoşbəxt olmaq üçün insana nə lazımdır? 
2) Siz xoşbəxtliyi necə başa düşürsünüz? 
110
SÖZ EHTİYATI
vacib deyil – не обязательно 
Çap üçün deyil
Çap üçün deyil


20. Neçənci?  sualına cavab verən sözü aid olduğu sözlə birlikdə seçin,
birləşmənin ikinci tərəfində işlənmiş sözlərə fikir verməklə köçürün. 
1) Nizami Gəncəvi on ikinci əsrdə yaşamışdır.
2) İclas üçüncü mərtəbədəki akt zalında keçiriləcəkdir.
3) Futbolçularımız ikinci hissədə daha yaxşı oynadılar.
4) Mən teatrda səkkizinci sırada oturacağam.
5) Bizimkilər həftənin altıncı günü səyahətə yola düşəcəklər.
6) Mən yeddinci sinifdə oxuyuram.
§ 24. BƏNÖVŞƏ  
         
Nəbi Xəzri
1. Baharın ilk çiçəklərindən biri deyil.
a) bənövşə
b) nərgiz 
c) qərənfil            ç) qarçiçəyi
111
Çəkilir duman,
Bəzənir meşə.
Nə tez solursan
Sən, a bənövşə!
Gülür çöl, çəmən,
Sular çağlayır.
Qızlar çiçəkdən
bağlayır.
İnan sözümə
İndi, bənövşə!
Baxdı üzümə,
Dindi bənövşə:
Qəlbimi verdim
Mən yerə, göyə.
Bahar gətirdim
Sizə hədiyyə.
Sevindi könlüm,
Yenə səhərdir.
Mənim də ömrüm 
Bahar qədərdir.
SÖZLÜK
dinmək – заговорить
çağlamaq – бурлить
könül – душа
SÖZ EHTİYATI
qəlbini vermək – здесь: от души полюбить 
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə