Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə26/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

Nənənin sözləri Nur lanın  xoşuna gəl mə di. Atasına da acığı tutdu:
“Başqa yer yoxdur ki, evi gərək elə orada tiksinlər...”
O, bütün günü pən cə rənin qabağından 
çəkil mədi
.
Ata və ana leylək tez­tez uçub gedir və bir azdan 
dimdiklər
ində yem
qayıdırdılar. Onlar yuvanın qırağında oturan kimi üç dənə qırmızı dimdik
onlara tərəf uzanır və ağızlarını açırdılar. Balalarını yedirdikdən sonra
leyləklər yenə uçub gedirdilər. Nurlan 
fikirləşirdi
ki, bəs yuvaları 
uçuru­
landan
sonra onlar balalarını harada yemləyəcəklər?
Axşam işdən qayıdan atası oğlunu  çox 
qüssəli
gördü ...
         
Qılman İlkin
1. Nurlanın əhvalının pozulmasına səbəb nə idi? Mətnin məzmununa
əsasən fikirlərinizi əsaslandırın.
2. Nurlan necə oğlandır? Onu xarakterizə edən sözlər seçin və cüm­
lələrdə işlədərək yazın.
3. Siz mətni necə davam etdirərdiniz? Variantlarınızı təqdim edin.
4.  Mətnə aid bir­birinizə hansı sualları vermək istərdiniz? Sualları
təqdimat formasında hazırlayın və səsləndirin.
5. Cümlələri mətndəki məzmuna uyğun olaraq ardıcıl sıralayın:
1) Nurlan evdəkilərdən küsmüşdü.
2) Leyləklər tez­tez uçub gedir və dimdiklərində yem qayıdırdılar.   
3) İki hündür ağacın yerində təzə ev tikməyə hazırlaşırdılar.
4) Ağacın başında leylək yuvası var idi.
5) Ananın vacib işi olduğu üçün mətbəxə keçdi.
6. Mətndə altından xətt çəkilmiş sözü aşağıdakılardan  hansı ilə əvəz
etsək, məna də yişməz? Fikrinizi əsaslandırın.
a) yalvardı
b) şikayət etdi
c) deyindi         d) acıqlandı
95
SÖZLÜK'>SÖZ EHTİYATI
acığı tutmaq – рассердиться 
SÖZLÜK
leylək – аист 
vacib – важный 
gileylənmək – жаловаться
dimdik – клюв 
qüssəli – грустный
Çap üçün deyil
Çap üçün deyil


BUNLARI BİLİRSİNİZMİ?
Dilimizdə elə sözlər də var ki, əşyaların miqdarını və ya sırasını
bildirmək üçün işlədilir. Məsələn: dörd kitab, üçüncü cərgə, yüz ağac,
əllinci səhifə...
Əşyanın miqdarını  və ya sırasını bildirən sözlər say adlanır.
Saylar neçə?, nə qədər?, neçənci? suallarından birinə cavab verir. 
Nümunələrdən gördüyünüz kimi, saylar aid olduğu sözdən əvvəl
işlənir.
7. Verilmiş sayları sözlə yazın.
7, 8, 9, 20, 50, 56, 80, 115, 1926, 2013
8. 14853 sayını ifadə etmək üçün neçə sözdən istifadə edilir? Həmin
sayı sözlə yazın.
a) 4
b) 5
c) 6                ç) 7
9. Mətndə qırmızı rəngdə verilmiş sözləri hansı sözlərlə əvəz edə bilərsiniz?
Cümlələri tapdığınız sözlərlə yenidən oxuyun və rus dilinə tərcümə edin.
10. Necə bilirsiniz, mətndə göy rəngdə verilmiş sözlərin kökündəki son
samit niyə “y” samitinə keçməmişdir? Fikirlərinizi əsaslandıra bilər si niz mi? 
LEYLƏK
         
Rəsul Rza
11. Leyləyin xarici görünüşünü dəftərinizdə təsvir edin. Təsvirinizdə
əlamət bildirən sözlərdən istifadə edin:
KÖMƏKÇİ:
quyruq, gödək, ayaq, dimdik, upuzun, ağ, qara, uzun,
böyük, xeyirli, tək, gəzmək
12. Biz leyləyə hansı fəsildə daha çox rast gəlirik?
96
Leylək qışa qalmadı;
köçdü isti ellərə.
Yazbaşı yenə 
döndü
,
özünü ilk baharın
bayramına yetirdi.
Uzaq­uzaq  
,   
uşaqlara hədiyyə –
leylək nağıl gətirdi.
Şaq­şaq dodaqlı leylək!
Uzun ayaqlı leylək!
Yuvan səni gözləyir,
uçub getsən də hara.
Ancaq ...
Ancaq nağılın 
qəmlidirsə, leyləyim,
danışma uşaqlara!    
SÖZLÜK
yazbaşı – ранняя весна
SÖZ EHTİYATI
özünü yetirmək – успеть
Çap üçün deyil
Çap üçün deyil


13. Yazılışı ilə tələffüzü fərqlənən sözləri şeirdən seçib yazın. Onların
qarşısında tələffüz şəklini göstərin.
14. Aşağıdakı birləşmələri tərcümə edin və cümlədə işlədərək yazın:
длинноногий аист, длинный клюв, полезная птица, пустое гнездо,
короткий хвост
15. Köçəri quşlar haqqında məlumat toplayın və yoldaşlarınıza çatdırın.
16. Leyləyin xarici görünüşünün təsviri verilmiş cümlələri şeirdən
tapıb səsləndirin. 
17. Aşağıdakı cümlələri Azərbaycan dilinə tərcümə edin və dəftərinizə
yazın. Yazarkən sayların orfoqrafiyasına fikir verin.
1) Весной в свои гнезда вернулись два аиста. 2) Один из них об­
новил старое гнездо. 3) У них появились четыре птенца. 4) Трое
детей решили помочь птицам. 5) Через каждые два дня они прино­
сили корм. 6) Дети организовали группу помощи птицам из девяти
человек.
18. Aşağıdakı misralarda qırmızı hərflərlə verilmiş söz hansı sayı bildirir?
Xeyirli quşdur leylək
Dənlənir çöllərdə 
tək
.
a) 1
b) çox
c) 2
19. Şeirdəki sarı  boşluqda hansı sözü yazmaq lazımdır?
a) ellərdən         b) kəndlərdən          c) şəhərlərdən         d) ölkələrdən
20. Şeirdə qırmızı rəngdə verilmiş sözü başqa hansı sözlə əvəz etsəniz,
məna dəyişməz? 
§ 21. LEYLƏK   YUVASI
2­ci hissə
Ertəsi gün atası yemək fasiləsində evə gəlmişdi. Gedəndə Nurlanı da
özü ilə apardı.
İş yerinə çatanda iki nəfər gənc fəhlə əllərində mişar atanı göz ­
ləyirdilər.
– Hə, hazırsınız?  – atası soruşdu.
– Biz çoxdan hazırıq, səni gözləyirik.
Atası kranına qalxdı. Bir azdan kranın çalovunu lap aşağı endirdi. Əl­
lərində mişar olan fəhlələr  çalova oturdular və atası onları yuxarı qaldırdı. 
Əvvəlcə fəhlələr 
yuvanın
yerləşdiyi 
budaqları
altdan mişarladılar.
97
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə