Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə34/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

122
7. Cümlələrin sonundakı sözlərin şəkilçilərinə diqqət yetirin və lazım
olan sözləri əlavə etməklə  cümlələri köçürün.
1) – kitab oxumağı sevirəm.
2) – kitab oxumağı sevirsən.
3) – kitab oxumağı sevir.
4) – kitab oxumağı sevirik.
5) – kitab oxumağı sevirsiniz.
6) – kitab oxumağı sevirlər.
8.  “Mən, sən, o, biz, siz, onlar” sözlərini isim kimi hallandırıb
dəftərinizə yazın.
BUNLARI BİLİRSİNİZMİ?
Uşaqlar, siz tez­tez öz nitqinizdə mən, həmin, bu, kim, siz, onlar,
heç nə, birisi, neçə, özüm, bütün və s. kimi sözlərdən istifadə
edirsiniz. Bu sözlər Azərbaycan dilində əvəzlik adlanır. Əvəzliklərin
bir neçə növü var. Yadınızda saxlayın: mən, sən, o, biz, siz, onlar 
şəxs əvəzlikləridir.
9. Şəxs əvəzliklərindən bir neçəsini cümlələrdə işlədin.
10. Mətndə göy rəngdə verilmiş sözlər üzərində müşahidə aparın. Necə
düşünürsünüz, görəsən, bu sözlər niyə göy rəngdə verilib? Onların
içərisindən şəxs əvəzlikləri işlənmiş cümlələri seçib səsləndirin.
        
SÖZ
Söz vardır, kəsdirər başı,
Söz vardır, kəsər savaşı.
Söz vardır ağulu aşı
Bal ilən edər yağ bir söz.
Sözünü yaxşı bişirgil,
Yaxşı us ilə düşürgil.
Yaramazını şaşırgil,
Canına olur dağ bir söz
Şah İsmayıl Xətai
SÖZLÜK
savaş – война
dağ – здесь: душевная боль, рана
ağu – яд, отрава
Çap üçün deyil
Çap üçün deyil


123
11. Müəllimin köməyi ilə şeirin məzmununu öz sözlərinizlə danışın.
12.  Şerin müəllifi barədə nə bilirsiniz? “Ata yurdu” (Oтечество)
dərsliyindən onun haqqında nə öyrənmişsiniz? Bildiklərinizi danışın.
13. Şeirdə aşağıdakı atalar sözlərindən hansı işlənmişdir?
A) Sözü ağzında bişir, sonra çıxart.
B)  Söz sözün dayağıdır.
C) Söz sözü çəkər, arşın bezi.          
14. Şeirin əsas məzmunu nədən ibarətdir?
A) Həmişə sözləri düzgün tələffüz etmək lazımdır.
B) Söz çox qiymətli və dəyərlidir, ondan məharətlə istifadə etmək la zım dır.
C) Söz yağ və bala bənzəyir.
15.  “Danışmaq istədikdə, əvvəl fikirləş, nitqində layiqli sözlərdən is­
tifadə et” fikri şeirin hansı misralarında verilib? Bu misraları dəftərinizə
köçürün, indi işlədilməyən söz və ifadələrin altından xətt çəkin.
16. Şeirin məzmununa görə hansı söz pis əməllərin nəticəsidir?
a) savaşı kəsər
b) ağulu aşı bal edər
c) başı kəsdirər
17. Xətlərin yerinə “
o

bu
” sözlərindən uyğun gələnini yazın və cüm­
lələri rus dilinə tərcümə edin.
1) Anam – məktəbdə işləyir. 2) – qızın qardaşı əlaçıdır. 3) – tapşırıq
vaxtında yerinə yetirildi. 4) – hasarı kim uçurdu?
18. Şeirdən götürülmüş aşağıdakı sözlərə kontekstə uyğun yaxınmənalı
sözlər tapıb cümlələrdə işlədin, cümlələri dəftərinizə yazın:
kəsdirər –
ağulu –
kəsər –
aş –
yaxşı –
söz –
yaramaz –
savaş – 
SÖZ EHTİYATI
yaxşı us ilə düşürgil – говори хорошие слова
yaramazını şaşırgil – пропусти нехорошие фразы
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
Söz ki var, dəmirdir, vurduqca uzanar.
Söz götürənin, yer oturanındır.
Çap üçün deyil
Çap üçün deyil


19. 
“O, bu”
əvəzliklərini işlətməklə 6 cümlə yazın. Elə edin ki, cümlə ­
lər  dən  üçündə 
“o, bu”
sözləri kim?, üçündə isə hansı? sualına cavab versin.
TAP GÖRƏK
20.  Tapmacanı oxuyun, cavabın oxuduğunuz şeirlə əlaqəsini
əsaslandırın. Tapmacada işlənmiş əksmənalı sözləri göstərin.
Nə əli var, nə ayağı,
Nə başı var, nə qulağı,
Gah ağladar, gah güldürər.   
*
21.  Əlamət bildirən sözlərin əvəzinə “o, bu, elə, belə, həmin” 
sözlərindən uyğun gələnini yazaraq aşağıdakı cümlələri köçürün:
1) Təzə dərsliyi kim alıb?
2) Qonşudakı oğlan neçənci sinifdə oxuyur?
3) Düzgün nümunə göstər ki, hamı başa düşsün.
4) Müəllim həmişə ağıllı şagirdləri ilə fəxr edir.
5) Sağdakı adamı tanıyırsan?
BUNLARI BİLİRSİNİZMİ?
Uşaqlar, siz artıq bilirsiniz ki, Azərbaycan dilində əvəzliyin bir
neçə növü var. Bu növlərdən biri də işarə əvəzlikləridir. Yadınızda
saxlayın: o, bu, elə, belə, həmin – işarə əvəzlikləridir.
22. İşarə əvəzliklərinin hərəsinə aid bir cümlə tərtib edin.
§ 27. BALACA BAĞBAN
1­ci hissə
Yenicə məktəbdən qayıtmış Araz çarpayıya söykənib fikrə getmişdi.
Babasının birdən­birə xəstələnməsi ona 
yaman
təsir etmişdi.
Qohumlar, qonşular tez­tez Kərim babaya baş çəkir, onun səhhətiylə
maraqlanırdılar. Bu gün qonşu Nuru da babanın yanına gəlmişdi.
Nuru bir az oturub baba ilə söhbət etdikdən sonra ayağa durdu:
– Torpaq sahəsi götürüb ev başlamışam. Bağımda ağac azdır. İstəyi ­
rəm ki, sənə beş­on ting calatdırım. Yastığın yüngül olsun. Sağa lan ki mi
bizə gəlməyi 
unutma
, – dedi.
Kərim baba Nurunun sözlərindən dirçəldi:
– Ağıllı iş tutmusan, oğlum. Dünyada yurd salmaqdan, ev tikməkdən
savab
iş ola bilməz. Ayağa qalxan kimi sənin qulluğunda hazıram.
Nuru gedəndən sonra Kərim baba əlini nəvəsinin başına çəkib dedi : 
Əziz balam, mən dövranımı sürmüşəm. Bir gün bu dünyadan kö çə ­
124
Çap üçün deyil
Çap üçün deyil


cəyəm. Bundan qorxmuram. Amma bir şey məni 
narahat edir
. Mən dən
sonra kənddə calaq işinə kim baxacaq? Bağbansız da kənd olar? İs tə yi ­
rəm ki, bağbanlığın sirrini sənə də öyrədəm. Ağac əkmək, calaq etmək,
yaşıllığı qorumaq çox şərəfli işdir.
Babanın sözləri  Arazı sevindirdi ...
Kərim baba yataqdan qalxandan sonra nəvəsini də götürüb bağa get ­
di. Bağda Kərim babanın yetişdirdiyi o qədər meyvə ağacı vardı ki: al ­
ma, armud, gilas, tut, əzgil, alça ... Baba hər meyvədən bir qələm kəs di.
Nəvəsinə öyrədə­öyrədə məlhəm hazırladı. Bıçaq, mişar götürüb Araz la
bərabər, Nurugilə 
yollandı
.    
Nazim Hüseynov
1. Aşağıdakı suallar əsasında mətnin məzmununu danışın:
1) Kərim baba xəstə yatırdı. Onun ayağa qalxmasına nə səbəb oldu?
2) Kərim babanın narahatlığının səbəbi nə idi?
3) Kərim baba hansı faydalı işlə məşğul olurdu?
2. Hansı peşələr var ki, onlara yiyələnmək üçün təhsil almaqdan çox,
öyrənmək, təcrübə toplamaq lazımdır? Fikirlərinizi yoldaşlarınızla müza­
kirə edin.
3. Mətndən istifadə etməklə buraxılmış sözləri qoyub cümlələri köçürün.
1) Sağalan kimi – gəlməyi unutma. 2) Ayağa qalxan kimi – qulluğunda
hazıram. 3) Bir gün – dünyadan köçəcəyəm. 4) – sonra kənddə calaq işinə
kim baxacaq? 5) İstəyirəm ki, bağbanlığın sirrini – də öyrədəm.
4. Mətni Azərbaycan dilinə tərcümə edin və dəftərinizə yazın. Tərcümə
etdiyiniz mətndə əvəzlikləri göstərin.
125
SÖZ EHTİYATI
təsir etmək – растрогать
fikrə getmək – задуматься
baş çəkmək – навещать
savab iş – благородное дело
qələm kəsmək – порезать тонкий черенок для прививки 
dövranını sürmək – прожить жизнь
SÖZLÜK
səhhət – здоровье                                   
ting – саженец
calatdırmaq – прививать 
dirçəlmək – оживать, ожить
əzgil – мушмула 
məlhəm – густая смесь приго­
товленная из лекарств
mişar – пила
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə