Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə35/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

Старый моряк
Мой дедушка когда­то был моряком. Он служил на большом ко­
рабле. На этом корабле дедушка об ездил почти всю страну. По вече­
рам он часто рассказывает нам интересные истории из своей жизни.
Слушая его рассказы, мы ощущаем себя в тех странах, о которых он
рассказывает с огромным удовольствием.
BUNLARI BİLİRSİNİZMİ?
O, bu əvəzlikləri kim? və ya nə? suallarından birinə cavab verdik də,
onlardan sonra bəzən (isim, sifət, say gələrsə) vergül (,) işarəsi qoyulur.
Məsələn: O (kim?), dərsini oxudu.  Bu (nə?), maraqlı kitabdır.
Əgər o, bu əvəzlikləri hansı? sualına cavab verərsə, onlardan sonra
vergül (,) işarəsi qoyulmur. Məsələn: O (hansı?) çiçəklərin çox gözəl
ətri var. Bu (hansı?) oğlan mənim uşaqlıq dostumdur.
5.  Cümlələri köçürün. Lazım olan yerdə vergül işarəsini qoymağı 
unutmayın. 
1) Uşaqlar bu tapşırığın öhdəsindən asanlıqla gəldilər.  2) Bu mənim
ən sevdiyim güldür. 3) Səlim o oğlanı mənə nişan verdi. 4) O qonağı
mehribanlıqla qarşıladı. 5) Bu eşitdiyim ən gözəl sözlər idi.  6) Gülşən o
gülləri çox əzizləyirdi.  
6. 5­ci çalışmadakı hansı cümlədə “o” əvəzliyi həm kim?  həm də
hansı? sualına cavab verə bilər?
7. Mətndə qırmızı rəngdə verilmiş sözləri dəftərinizə köçürün. Hər bir
sözün mətnə uyğun sinonimini tapıb qarşısında qeyd edin. Çətinlik çək­
səniz, müəllimin köməyindən istifadə edin.
8. Mətndə işlənmiş “
yaman
” sözünü aşağıdakılardan hansı ilə əvəz
etmək olmaz?
         a) çox            b) pis             c) yaxşı         
9. Sözlərin Azərbaycan dilindəki qarşılığını “köməkçi”dən tapıb qar ­
şılarında yazın və bir neçəsini cümlələrdə işlədin.
нравиться, обнимать, беседовать, сердце полное радости, слушать,
задуматься, встать, понимать, понравиться, чувствовать
KÖMƏKÇİ:
qulaq asmaq,  söhbət etmək, bağrına basmaq, ürəyi
sevinclə dolmaq, hiss etmək, fikrə getmək, ayağa durmaq, başa düşmək,
qulağını oxşamaq, ürəyinə yatmaq
126
ъ
Çap üçün deyil
Çap üçün deyil


MEŞƏNİN QORXUSU
– Qucağında şir, pələng,
Ayı gəzir həmişə.
Bu vəhşi 
heyvanlardan
Qorxmursanmı, ay meşə?
Qoynuna 
sığınandan
Meşənin nə qorxusu?
Sən də qonaq gəl mənə,
Dinlə quşlar oxusun.
Sinəmdəki güllərin
Əyil öp 
yanağından
.
– Yəni heç qorxun yoxdu?
– Var.
– Nədəndi?
– 
Yanğından
.
Əlini 
cibindən
çək,
Yoxsa 
səndən
küsərəm.
Kibrit çöpü görəndə
Əsim­əsim əsirəm.    
Rafiq Yusifoğlu
10. Şeirdə nədən bəhs olunur? Məzmunu genişləndirib öz sözlərinizlə
danışın. Şeirdə deyilənlərə nələri əlavə edərdiniz?
11. Şeirdə təsvir olunan meşə nədən qorxur?
a) şirdən        b) ayıdan
c) kibrit çöpündən           d) ildırımdan
12. Aşağıdakı fikirlərdən hansı şeirin məzmunu ilə səsləşir?
A) Kibrit çöpünü görəndə meşə əsim­əsim əsirdi, çünki yanğından
qorxur du.
B) Meşə heç nədən qorxmurdu, çünki orada şir, pələng yaşayırdı. 
C) Meşə vəhşi heyvanlardan qorxduğu üçün əsim­əsim əsirdi.
127
SÖZLÜK_vəhşi_–_дикий_kibrit_çöpü_–_спичка_əyilmək_–_нагнуться_SÖZ_EHTİYATI'>SÖZLÜK
vəhşi – дикий 
kibrit çöpü – спичка
əyilmək – нагнуться 
SÖZ EHTİYATI
qoynuna sığınmaq – здесь: приютиться
əsim­əsim əsmək – сильно дрожать
Çap üçün deyil
Çap üçün deyil


13. Şeirdə nə? sualına cavab verən sözləri dəftərinizə köçürün, hər
birinin qarşısında tərcüməsini yazın.
14.  Necə bilirsiniz, şeirdə qırmızı rənglə fərqləndirilmiş sözlərin
hamısına aid olan əlamət nədir? 
15. Şeirdə qırmızı rəngdə fərqləndirilmiş sözləri dəftərinizə köçürün
və hər birinin düzgün tələffüzünü qarşısında qeyd edin.
16. Qoynuna sığınandan
Meşənin nə qoxrusu? ­ misralarının mənasını izah etməyə çalışın. Qoy­
nuna sığınanların meşəyə faydası nədir? Fikirlərinizi bir­birinizə danışın.
17. Aşağıdakı cümlələrdə altından xətt çəkilmiş sözləri bir sözlə  əvəz
edə bilərsinizmi? Özünüzü yoxlayın.
1) Meşədə ağaclar, kollar, çiçəklər gözəl görünür.
2) Anam, atam, bacım bu sözlərə inanmaq istəmirdi.
3) Arif, Eldar, Əli bizə gəlmişdi.
Köməkçi:  hər şey, heç kəs, hamı
18. Aşağıdakı atalar sözlərindəki səhvləri tapıb düzgün şəklini yazın.
1) Ağ gün qaraldar, qara gün ağardar.
2) Zəhmət çəkməyən  həmişə bal yeyər.
3) Tənbəl həmişə yaxşıyam deyər.
4) Sonrakı peşmançılıq  faydalı olar.
5) Acıqla iş görən xeyir çəkər.  
§ 28. BALACA BAĞBAN
2­ci hissə
Nuru bağda işləyirdi. O, Kərim baba ilə Arazı gülərüzlə, sevinclə
qarşılayıb tingliyə apardı. Baba tingləri calaq etdikcə Araz  diqqətlə ona
baxırdı.
Bundan sonra baba hara calaq etməyə gedirdisə, Arazı da özü ilə
aparırdı.
Bir dəfə Araz babasına dedi ki, mən də calaq etmək istəyirəm. Baba
nəvəsinin  bu sözlərindən  yaman sevindi. Onu bağa apardı. Calaq etməyə
icazə verdi.
Araz o gün üç ting caladı: bir alma, bir armud, bir  alça  tingi.  
Yaz  gəldi. Baba nəvəsini də götürüb bağa yollandı. Arazın  caladığı
tinglərin qarşısında əyildi. Tinglərə diqqətlə baxdı. Onların üstündəki
xırda tumurcuqları görəndə sevinclə dedi: ­ Calaqların ikisi tutub. Biri isə
128
Çap üçün deyil
Çap üçün deyil


129
quruyub. İlk sınaq üçün bu çox yaxşı nəticədir. Səni təbrik edirəm, balaca
bağban! 
Araz çox sevindi.
Bundan  sonra baba calaq etməyə gedəndə iki bıçaq, iki mişar götü ­
rür dü ... Bir neçə ildən sonra Kərim baba gözlərini əbədi yumdu. Amma
calaq etdirmək istəyənlər yenə də onların qapısına gedirdilər. Kəndin
bala ca bağbanı babasının sevimli peşəsini bacarıqla davam etdirirdi.
Nazim Hüseynov
1.  Nəyə görə Kərim babanın vəfatından sonra da adamlar onların
qapısına gəlirdilər? Ətraflı danışın.
2. Hansı sualın cavabı mətndə yoxdur?
A) Kərim baba nəvəsindən nə üçün narazı qaldı?
B) Ayaz calaq etməyi kimdən öyrəndi?
C) Kərim babanın bağında hansı meyvələr var idi?
3. Daha hansı şərəfli peşə adlarını bilirsiniz? Debata qoşulun.
4. Yuxarıda verilmiş atalar sozlərindən birincisinə hansı tərcümə uyğun
gəlir?
A) Где грозно, там и честно.
В) B науке старых нет.
C) Молодость плечами покрепче, старость головой.
5. “Hansı peşə yaxşıdır?” mövzusunda kiçik ev inşası yazın.
tumurcuqlar – почки 
sınaq – испытание
nəticə – результат 
bilək – запястье
gözlərini əbədi yummaq – закрыть навеки глаза, умереть
SÖZLÜK
SÖZ EHTİYATI
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
Qocanın biliyi, cavanın biləyi.
Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar. 
Bağ salan barın yeyər.
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə