Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə33/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

10. Haqqında öyrəndiyiniz kitab nə üçün “Qırmızı kitab” adlanır?
A) Rəngi qırmızı olduğu üçün.
B) Kökü kəsilən heyvanların adı bu kitaba düşdüyü üçün.
C) Təsadüfən belə adlandırılmışdır.
D) Bu kitabda çoxlu məlumat toplandığı üçün.
11. Övladın anaya ən böyük hədiyyəsi nə ola bilər? Bu haqda hansı
şeirdə danışılır?
12. Ağacları suvaran Sədinin səhvi nədə idi? Mətndəki bu hissəni öz
söz lərinizlə  danışın.
13. “Əl” şeirindən yönlük halda işlənmiş sözləri seçib səsləndirin,
sonra onları ismin digər hallarında da işlədin və tərcümə edin.
14. “Şəhidlər xiyabanı”  şeirində işlənən sifətləri aid olduqları  isim­
lərlə birlikdə seçib oxuyun.
15. “Qırmızı kitab”  mətnində  ne ə
c ?  sualına  cavab  verən  
seçib yazın və ayrı­ayrı cümlələrdə işlədin.
16. “Hədiyyə”  şeirində işlənmiş sayları aid olduqları isimlərlə birlikdə
seçib yazın və tərcümə edin.
17. “Ağacı necə suvarırlar?” mətnindən götürülmüş birləşmələrdən
hansında  say işlənmişdir?
a) bir qədər fikirləşib
b) 30­40 santimetr kənarda
c) çox işləyir
18. “Bir yarpağın altında gizlənmiş balaca böcək” hansı hekayədən ­
dir? Bu hekayənin mövzusu nədir?
a) gözəlləşmək istəyi
b) Vətən məhəbbəti
c) təbiət gözəlliyi
d) dostluq
19. “Yazın hədiyyəsi”  mətnində işlənmiş sifətləri aid olduğu sözlərlə
birlikdə seçib yazın.
20. Say hansı variantdadır?
a) çox həyəcan
b) çox istəyirəm
c) çox gözəl
d) çox mehriban
119
sözləri
Çap üçün deyil
Çap üçün deyil


21.  Aşağıdakı atalar sözlərini siz əvvəlki siniflərdə eşitmisiniz. 
Oxuyun və səhvləri tapıb düzgün şəklini deyin.   
1) Sözü uzadarsan, uzat deyərlər. 2.) Sözün düzünü güləndə deyərlər. 
3) Söyləyənə bax, söylədiyinə baxma! 4) Əvvəl danış, sonra düşün! 
5) Sözün yaxşısı baldan acı olar. 6) Sirin dil ilanı yuvasından çıxarmaz.
§ 26. APRELİN BİRİ GƏLƏNDƏ
Aprel baharın sevincli, fərəhli ayıdır. Bir­birimizi zarafatla aldatmaq
üçün  aprelin birini həmişə səbirsizliklə gözlərdik. Fəqət aprelin biri
gələndə  uşaqlıq şıltaqlığının bir xəcalətini unuda bilmirəm.
Beşinci sinifdə oxuyurdum. Bahar yenicə gəlmişdi. Quşlar bahar
nəğmələrini oxuyurdu. Aprelin biri idi. Çantamı çəkə­çəkə məktəbə yol­
lanırdım. Küçəmizdə bir vur­çatlasın var idi ki, gəl görəsən. 
Bu
sözlər
hamının
dilinin əzbəri idi: “Pervıy aprel, ne komu ne ver”. 
O
günü mək­
təbə çatınca çoxlarını aldatdım, çoxlarına aldandım.
Təbiətşünaslıq dərsi idi. Zəng yenicə vurulmuşdu. Müəllim jurnal üzrə
adları yoxlayırdı. (Onun adını indi də deməyə xəcalət çəkirəm). 
Mən
dərsə gecikmişdim. Gecikənlər ayaq üstə dayanmalı idi. Sinfə girən kimi
icazəsiz­filansız  birbaşa onun yanına gəlib yavaşca dedim:
– Müəllim, 
sizi
direktor təcili çağırır.
Müəllim ayağa qalxdı və tələsik sinifdən çıxdı. Uşaqların hay­küyü
sinfi başına götürdü. 
Mən
sakitcə keçib yerimdə oturdum.
Bir neçə dəqiqədən sonra müəllim qayıdıb gəldi. Mən başımı aşağı
dikmişdim. Müəllim 
mənə
tərs­tərs baxdı. 
Heç nə
demədi. Dərsə başladı.
Ancaq yamanca pərt idi. Yaxşı ki,  
onu
aldatdığımı 
heç kəsə
deməmişdim.
Yeni dərsi çox həvəssiz izah etdi. Kiçik bir şeyin üstündə uşaqlardan
kiməsə
bərk acıqlandı. Mən xəcalətimdən 
bütün
dərsi başımı qaldıra
bilmədim. Zəng çölə vuruldu. O, jurnalı götürüb sakit addımlarla sinifdən
çıxdı. Mən arxa tərəfdən 
onun
üzünün bir hissəsini görə bildim. Pərtli yi ­
nin qızartısı hələ də getməmişdi.
Bağışla 
məni
, əziz müəllimim. Bağışla! 
Siz
məni 
həmin
gün tənbeh
etməsəniz də, mən özümü tənbeh etdim. İndi də edirəm.
Baharın 
o
sevimli, o şən günü gələndə 
hamı
sevinir, dostları ilə zarafat
edir, deyir­gülür.  Mən isə sizi aldatdığım o günün xəcalətini hələ də
çəkirəm.
Əli Səmədli
         
120
Çap üçün deyil
Çap üçün deyil


121
1. Aprelin biri nə günüdür? Bu gün niyə daha çox uşaqların xoşuna gəlir?
2. Necə düşünürsünüz, insanları aldatmaq yaxşıdır? Nə üçün aprelin
birində aldadılan insanlar incimirlər? Müzakirəyə qoşulun.
3. Hansı sual oxuduğunuz mətnə aid deyil?
A) Aprelin biri gələndə uşaqlar nə üçün sevinirdilər?
B) Uşaq hansı dərsdə müəllimi aldatdı?
C) Onu aldatdığı üçün müəllim uşağı necə danladı?
D) Uşaq müəllimi necə aldatdı?
4. Uşaq müəllimi nə üçün aldatmışdı?
A) Onunla zarafat etmək istəyirdi.
B) Dərsə gecikdiyinə görə ayaq üstə dayanmaq istəmirdi.
C) Dərslərinə hazır olmadığı üçün danlanmaq istəmirdi.
5.  Zarafat olsa da, müəllimi aldatmaq olarmı? Siz belə hərəkət
edərsinizmi? 
Özündən böyük insanları aldatmaq nə dərəcədə düzgündür? Debata
qoşulun və fikirlərinizi yoldaşlarınızla bölüşün. 
6. Mətndən istifadə etməklə cümlələri tamamlayıb köçürün. 
1) Həmişə aprelin birini ... 2) Mən dərsə ... 3) Kiçik bir şeyin üstündə
kiməsə ... 4) Mən arxa tərəfdən onun üzünün ... 5) Siz məni həmin gün
tənbeh etməsəniz də, ...
SÖZLÜK
fərəhli – радостный
xəcalət – стыд, позор
aldanmaq – обмануться
şıltaqlıq – каприз, неожиданная прихоть
ayaqüstə – стоя
SÖZ EHTİYATI
fəqət – но, однако
vur­çatlasın – шум­гам 
… başına götürmək – кричат во все горло
tərs­tərs baxmaq –  смотрет косо
tənbeh etmək –  порицать
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə