Azer-dili 5s Derslik 2016 Layout 1


 Şeirdəki sarı boşluğun yerinə hansı sözü yazmaq olar? a) zənbil b) dəstə   c) arzu             d) çələng  3



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə31/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

2. Şeirdəki sarı boşluğun yerinə hansı sözü yazmaq olar?
a) zənbil
b) dəstə  
c) arzu             d) çələng 
3. Bənövşənin verdiyi cavabdan çıxan nəticə hansıdır?
A) Bənövşənin açması yazın gəlişindən xəbər verir. 
B) Bahar gələndə meşələr yaşıllaşır.
C) Qızlar  bənövşəni çox sevirlər.
4. Siz hansı çiçəkləri sevirsiniz? Bildiyiniz çiçək adlarını dəftərinizdə
yazın və cümlələrdə işlədin.
5. Əgər sən güllər səltənətinə(королевство цветов) düşsəydin, hansı
gülü güllərin şahı seçərdin? Nə üçün?
6. Verilmiş rənglərə uyğun güllərin adlarını seçib rəng bildirən sözlərlə
yanaşı yazın.
, , , , , 
qızılgül, nərgiz, çobanyastığı, zanbaq, lalə, qərənfil, bənövşə 
7. Hansı sözlərə ­ıncı,­inci,­uncu,­üncü şəkilçilərindən birini artırsanız,
say alınar? Yoxlayın.
axır, son, bir, çox, xeyli, əvvəl, yüz, dörd, irəli
8. Aşağıdakı atalar sözlərini siz əvvəlki siniflərdə eşitmişsiniz. Oxuyun
və səhvləri tapıb düzgün şəklini yazın. 
1) Qocalara hörmət etmə, sən qocalmayacaqsan.
2) Qocadan kömək, cavandan demək!
3) Böyüksüz evdə xeyir­bərəkət çox olar!
4) Ata olmaq çətin, atalıq eyləmək asandır!
5) Qələm tutan əl dilənər.
9. Aşağıdakı sözləri [h] səsini düzgün tələffüz etməklə oxuyun və mə­
nalarını izah edin.
hadisə, əhvalat, əhsən, hərf, həvəslə, həssas, söhbət, həmişə, sahil,
sahib, haqlı, təhlükəli, haqqında, dahi, şəhid, şahid, humanist, hasar,
hovuz, hələlik, hiyləgər, hökumət
112
Çap üçün deyil
Çap üçün deyil


Ağacı necə suvarırlar?
Sədinin atası xəstə idi. Həyətdəki ağaclar suvarılmalıydı. Atasının
narahatlığını duyan Sədi ona kömək etmək qərarına gəldi.
– Ata, qoy ağacları mən suvarım!
Ata bir qədər fikirləşib dedi:
– Axı onların dibi bellənməlidir.
– Nə olar, belləyərəm. Mən daha böyümüşəm, ata. İndi hər işdə
sənə kömək eləyə bilərəm. – Sədi özünü öyməyə başladı.
– Yaxşı, onda başla. 
Get­gedə
daha havalar da istiləşir. Bundan
sonra ağacları tez­tez suvarmaq lazım gələcək, – deyib fəxrlə
oğluna baxdı.
Sədi beli götürüb işə başladı. Ağacların dibini belləyib
yumşaltdı. Əsgər əmi dözməyib, həyətə çıxdı ki, görsün oğlu nə iş
görür. Göz gəzdirdi, nə görsə yaxşıdır? Sədi bütün ağacların dibini
qazıb töküb. Diblərini də su ilə doldurub. Ata başını bulayıb,
təəssüflə bir oğluna, bir də onun gördüyü işə baxdı. Sədi atasının
gəldiyini  görüb  əl saxladı. Dinməz­söyləməz dayanıb, onun nə
edəcəyini gözlədi. Əsgər əmi beli onun əlindən alıb dedi:
– Gör yazıq ağacları nə günə salmısan...
Sədi 
atasına baxıb, onun nə deyəcəyini anlamağa çalışdı.
– Baharda ağacların dibini açmazlar. Ağaca su verəndə göv ­
dədən 30­40 santimetr kənarda ağacın dövrəsi  boyunca  qazır və
suyu tökürlər. Ağacın kökləri kənarlara çox  işləyir. Torpaq nəm
olduqda köklər suyu  sorur. Ağacın dibini bu cür qazıb, kökün
üstünə su tökmək ağaca ziyandır. Belədə köklər zədələnə bilər.
Atası danışa­danışa ağacın
dibi ni torpaqlayıb, dövrə ­
sin də nov düzəltdi və beli
oğ luna verib dedi:
– Bax, o birilərini də
belə düzəlt.
Bu vaxta kimi bunu
bilmədiyindən və ağac la rın
dibini qazıb tökdüyü üçün
yarıtmaz işindən pərt olan
Sədinin  çiyinlə rin dən  dağ
götürüldü, tez beli atasın­
dan alıb, hə vəslə işə ...
Sona Xəyal
113
Çap üçün deyil
Çap üçün deyil


10. Mətndə qırmızı hərflərlə verilmiş sözün tərcüməsi hansıdır?
a) ходит
b) постепенно
c) часто           ç) медленно 
11. Mətndəki sarı boşluğun yerinə hansı sözü yazmaq lazımdır?
12. Mətni oxuyub hansı nəticəyə gəlmək olar?
A) Ağacları hər gün çoxlu suvarmaq lazımdır.
B) Ağacların dibini qazıb kökün üstünə su tökmək ağaca ziyandır.
С) Ağacların dibini baharda açmaq çox faydalıdır.
13. Mətni hansı sözlə bitirmək olar?
         a) getdi 
b) başladı
c) çatdı           ç) qoşuldu
14. Aşağıdakı cümlələri Azərbaycan dilinə yazılı tərcümə edin:
1) Сади решил помочь отцу. 2) Он стал часто поливать деревья.
3) Отцу не понравилась его работа. 4) Весной нельзя копать под де­
ревьями потому, что можно задеть их корни. 5) Отец показал сыну,
как надо копать под деревьями.
15. Verilmiş atalar sözlərindən hansının məzmunu mətnə uyğun deyil?
A) Zərərin yarısından qayıtmaq da qazancdır.    
B) Zəhmətsiz bal yemək olmaz.
C) El gücü, sel gücü.
D) Adam yanıla­yanıla öyrənər. 
E) Bilməmək eyib deyil, öyrənməmək eyibdir.
16. Aşağıdakı suallar əsasında kiçik bir təqdimat hazırlayın.
1) Sən heç bağda işləmisənmi?  2) Ağaclara qulluq etmisənmi?  
3) Bəlkə, haradasa bir ağac əkmişsən? 4) Ağac əkməyin nə qədər faydalı
olduğunu bilirsənmi? 
17. Buraxılmış şəkilçiləri əlavə etməklə cümlələri köçürün.
1. Avtobus en.. küçə ilə irəliləyirdi. 2) Bilik.. insan qanad.. quş kimi dir.
114
SÖZ EHTİYATI
əl saxlamaq – приостановиться, воздержаться
özünü öymək –  себя хвалить
göz gəzdirmək –  искать глазами, возить взоры
zədələnmək –  повреждаться
çiyinlərindən dağ götürülmək – гору с плеч свалили
SÖZLÜK
suvarmaq – поливать
yarıtmaz – неудовлетворительный
belləmək – копать
ziyan – вред
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə