Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə39/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   34   35   36   37   38   39   40   41   42

17. Cümlələri oxuyun. Əvəzlikləri əlaqədar olduqları sözlərlə birlikdə
seçib yazın və tərcümə edin:
1) Mən muzeyləri ziyarət etməyi sevirəm. 2) Biz şəhərimizdə olan
memarlıq abidələrinin hamısını tanımalıyıq. 3) Sən şəhərimizin görməli
yerlərini gəzmişsən? 4) Siz öz səhvinizi başa düşdünüzmü? 5) Siz hazırda
Azərbaycanda fəaliyyət göstərən muzeylərdən hansında olmuşsunuz?
Nümunə:
Mən sevirəm.
18. Mətnin birinci cümləsindəki hansı söz əvəzlikdir? Mətndə işlənmiş
digər əvəzlikləri də tapa bilərsinizmi? Onları şifahi sadalayın.
19. Mətndə işlənmiş sayları seçib sözlə yazın. Onların miqdar və ya
sıra bildirdiklərini müəyyən edin. 
20. Neft daşlarına ekskursiyanın vaxtı barədə elan yaza bilərsinizmi?
21. Mətndə bəzi sözlər böyük hərflərlə yazılmışdır. Səbəbini izah edə
bilərsinizmi? Bu sözlərin nə bildirdiyini söyləyin.
22. Aşağıdakı mətni Azərbaycan dilinə tərcümə edin.
Волшебные краски
Добрый мальчик взял кисть и принялся рисовать. Он рисовал весь
день и весь вечер. Рисовал и на другой день, и на третий… Рисовал
пока не кончились краски. Тогда он попросил новые. 
Прошло несколько лет. Мальчик стал настоящим художником.
Люди смотрели на его рисунки и говорили: «Какие чудесные
краски!» Но краски были самыми обыкновенными.
§ 31. AXMAQ QURBAĞA VƏ ZANBAQ
Bir gölün dayaz yerində gözəl bir Zanbaq bitmişdi. O, hər səhər gün
çıxanda əl­üzünü sularda yuyub gözəlləşirdi. Bir Qurbağa Zanbağın
qonşuluğunda yaşayırdı. Hər səhər başını sulardan çıxarıb Zanbaqla
salamlaşır və onun gözəlliyinə 
tamaşa edirdi
.
Qurbağa göldə istədiyi səmtə üzüb gedirdi. Zanbaq isə öz yerindən
tərpənmirdi. Bir gün Qurbağa Zanbağa dedi:
– Qonşu, bu nədir, bir yerdən tutub durmusan. Heç bilirsən, bu göl nə
genişdi? Bax orada sular burdan istidir. Gəl ora üzək gedək. Zanbaq gülüb
141
Çap üçün deyil
Çap üçün deyil


dedi: – Axı mən üzmək bil mirəm.
Mən dənizə gedirəm.
– Eh, üzmək çox asandır. Əvvəl­
lər mən də üzmək bilmirdim, öy rən ­
dim. İstəyirsən, gəl sənə üz 
mək
öy rə dim.
Zanbaq başını yırğalayıb de di:
– Yox, mən heç vaxt üzə bil 
­
mərəm.
Qurbağa üzüb lap yaxına gəl di:
– Eh, elə bilirsən üzmək çətindir?
Bax beləcə qolla rı nı, ayaqlarını aç,
o sa at üzə cəksən. Bir əlini mə nə ver.
Zanbaq dedi:
– Nahaq yerə özünü yorma. Biz, Zanbaqlar dünyasında üzə bil mə rik.
 Qurbağa  isə 
inadından dön mürdü
:
– Bilmirəm, sən üzməyin nəyindən qorxursan?
– Qorxmuram. Ancaq biz, Zanbaqlara üzmək yaramaz.
Qurbağa 
məyus
olub bir qədər susdu. Sonra suya baş vurub Zanbağın
başına dolandı. Ancaq bir şeyi 
anlaya bilmədi
ki, Zanbaq niyə üzə bil mə ­
sin. Qurbağa gözlərini döydü, döydü, axırda soruşdu:
– Sən məni başa sal görüm, Zanbaqlar niyə üzmək istəmir?
Zanbaq dedi:
– Biz, zanbaqlar kökümüzlə torpağa* bağlıyıq. Torpaqdan* ayrılsaq,
məhv olarıq.
Qurbağa yenidən suya baş vurub Zanbağın ətrafında bir neçə dəfə
dövrə vurdu
.
– Hə, mən indi hər şeyi başa düşdüm, – dedi. – Yaxşı, onda sabah
gələrəm, əl­ələ verib çoxluca üzərik. Sonra da sulara baş vurub 
gözdən itdi
.
Zanbaq isə Qurbağanın axmaqlığına gülərək:
– Yaman da hər şeyi başa düşmüsən, – dedi. 
Əli Səmədli  
142
SÖZLÜK
dayaz – мелководье, 
не глубокий  
səmt – направление 
yırğalamaq – качать, трясти 
başına dolanmaq – кружиться во   
круг головы
yormaq – утомлять 
Çap üçün deyil
Çap üçün deyil


1. Aşağıdakı suallardan hansına mətndə cavab yoxdur?
A) Qurbağa Zanbağa nəyi təklif etdi?
B) Qurbağa nəyi anlaya bilmədi?
C) Zanbaq nə üçün qurbağadan sabah gəlməsini xahiş etdi?
D) Qurbağa Zanbağı harada görmüşdü?
2. “Biz kökümüzlə torpağa bağlıyıq. Torpaqdan ayrılsaq, məhv olarıq”
cümlələrinin mənasını necə başa düşürsünüz? Müəllif bu sözlərlə nə
demək istəmişdir? Müzakirəyə qoşulun.
3. Mətnə hansı atalar sözü uyğundur?
A) Böyük danışanı kiçik götürər.
B) Ağıllıya bir işarə kifayətdir.
C) Doğma yurd şirin olar.
D) Əldən qalan əlli il qalar.
4. Mətndə qırmızı hərflərlə verilmiş sözləri hansı sözlərlə əvəz etmək olar?
KÖMƏKÇİ:
qəmgin, baxmaq, geri çəkilmək, fırlanmaq, başa düşmək
5. Mətndə hansı cümlə yerində işlənməmişdir? Cümləni tapıb oxuyun.
6. Aşağıdakı cümlələri tərcümə edin və dəftərinizə yazın.
1) Лягушка огорчилась и утихла. 2) Мы своими корнями привя­
заны к земле. 3) Тюльпаны никогда не смогут плавать. 4) Если отде­
лимся от земли, то пропадем.
7. Yaşıl hərflərlə verilmiş sözün tərcüməsini göstərin.
a) потерялся           b) пропал из виду           c) потерял зрение
8. Mətndəki “başına dolanmaq” ifadəsinin əvəzinə aşağıdakı variant­
lardan hansını işlətmək olar?
a) dönmək          b) fırlanmaq          c) hoppanmaq       ç) yanaşmaq
9. Mətndə “zanbaq” sözünün altından xətt çəkilmiş formalarının ismin
hansı halında olduğunu müəyyənləşdirin. Bu sözü ismin qalan hallarında
da işlədin:
10. Mətndə üzərində ulduz işarəsi qoyulmuş sözlər üzərində müşahidə
aparın. Sonu “q” ilə yazılan sözlərdə “q”­nin “ğ”­ya keçməsinə aid mətn ­
dən misallar seçib göstərin və bunun səbəbini izah etməyə çalışın.
143
SÖZ EHTİYATI
inadından dönməmək – не отступать
məyus olmaq – огорчиться 
gözlərini döymək – хлопать глазами 
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə