Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə40/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   34   35   36   37   38   39   40   41   42

TAP GÖRƏK
11. Tapmacanı cavablandırın. Cavabın mətnlə hər hansı bir əlaqəsi
varmı? Fikrinizi açıqlayın.
Bağda sürünər gəzər,
Oxşayar bir yumağa,
Az­az görünər gəzər.
Qorxuram əl vurmağa.    
*
İKİ KİTAB
Məktəb kitabxanasında 
çoxlu
kitablar var idi. Bunların ancaq birindən
sizə söz açacağam. Bu, “Azərbaycan nağılları” kitabı idi. Bu kitabdan 
iki
dənə idi. Eyni ildə buraxılmasına baxmayaraq, biri təptəzə qalmışdı. O
bi ri nin isə əzilib sökülmüş vərəqləri cildin arasında zorla dayanırdı. Bu
ki tab təzə kitabın yanında dayanmağa belə utanırdı. Heç bunu təzə kitab
da istəmirdi. Ona rişxəndlə baxıb tez­tez deyirdi:
– Bir bunun qopub tökülmüş, cırılmış vərəqlərinə bax. Elə bil 
yüz
ilin
kitabıdır. Heç yüz ilin kitabı da belə cındır olmur, əl­əl gəzir. Kim səni
bu günə salıb?
Əzik kitab inildəyə­inildəyə cavab verdi:
– Məni 
on iki
uşaq aparıb oxuyub, on iki.
Təzə kitab:
– Eh, çox da lovğalanma, – dedi. Məni 
otuz beş
şagird aparıb oxuyub.
Əzik kitab yenə yazıq­yazıq dedi:
144
Çap üçün deyil
Çap üçün deyil


– Eh, görünür, sən 
beşincilərin
əlinə düşməmisən. Həmin sinifdə
Kamil lə Samirin əlinə düşsəydin, məndən də pis günə qalardın. Onların
hərəsi nin evində mən 
bir
ay qalmışam. Məni hey ordan bura atırdılar, bur­
dan da ora. Ona gö rə bu günə qalmışam.
Təzə kitab:
– Görünür, beşincilərin kitabsevərlər dərnəyi yoxdur. Əgər olsaydı,
onlar bilərdilər ki, biz kitablar dünyanın ən böyük sərvətiyik. Eyib etməz.
Bax sən  keç lap 
birinci
cərgədə dur. Uşaqlar bu gün gəlib kitabxanadakı
cırıl mış kitabları təmir edəcəklər. Qoy səni də görüb, götürsünlər.  
Doğrudan da, səhəri gün məktəbin kitabsevərləri kitabxananın cırılmış
kitablarını təmir etməyə başladılar. Əzilib vərəqləri tökülmüş “Azərbay­
can nağılları” kitabı da onların arasındaydı. Qızlardan biri onu əlinə
götürən kimi dedi:
– Bu ki keçən il buraxılan kitabdır. Bunu bu vəziyyətə, görəsən, kim
salıb? 
Söhbətə kitabxanaçı Solmaz müəllimə gəlib çıxdı. Kitaba baxan kimi dedi:
– Bu ancaq beşincilərin işidir. Onlardan bir nəfər də kitabsevərlər
dərnəyinin üzvü deyildir.
Bir həftədən sonra kitab təmir edənlər arasında beşincilər də vardı.                     
Əli Səmədli                  
12. Müəllif mətni başqa cür necə adlandıra bilərdi? Mətni diqqətlə
oxu yun, uyğun gələn adlardan birini seçin.
a) kitabxanaçının səhvi
b) kitabların söhbəti
c) təzə kitabın məsləhəti
d) əzik kitabın şikayəti
145
SÖZLÜK
cild – здесь: обложка 
rişxəndlə – с иронией
üzv – член 
lovğalanmaq – хвалиться, 
хвастаться 
SÖZ EHTİYATI
inildəyə­inildəyə – стоная, ноя
kitabsevərlər dərnəyi – кружок книголюбов 
eyib etməz – пусть будет так, ладно
Çap üçün deyil
Çap üçün deyil


146
13. Aşağıdakı suallardan hansına mətndə cavab tapa bildiniz?
A) Təzə kitabı uşaqlar niyə az oxuyurdular?
B) Vərəqləri tökülmüş kitabı təmir etməyə kim gəlmişdi?
C) Dərnəyin üzvləri kitabı təmir etmək üçün haraya apardılar?
D) Kamillə Samir hansı kitabları təmir etdilər?
14. Sizcə, kitablarla necə davranmaq lazımdır? Siz öz kitablarınızı
necə saxlayırsınız? Onların yaxşı vəziyyətdə qalması üçün nə edirsiniz?
Fikirləriniz əsasında kiçik bir mətn tərtib edin.
15. 13­cü çalışmadakı sual cümlələrində işlənmiş sual bildirən sözləri
seçib göstərin. Bu sözlər əvəzliyin hansı növünə aiddir? Misalların sayını
artırın.
16.  Hər biriniz öz Azərbaycan dili dərsliyinizi parta yoldaşınızın
dərsliyi ilə müqayisə edin. Hansı daha səliqəlidir? Səbəbini izah edin
(müəlliminiz sizi dinləyəcək və məsləhətlər verəcəkdir).
17. Mətnin məzmununa uyğun olaraq verilənlərə əksmənalı sözlər tapın.
təptəzə, pis, təmir etmək, böyük, atmaq, rişxəndlə, qopmuş, əzik
18. Mətnin məzmunu əsasında cümlələri tamamlayıb köçürün.
1) Bu kitab təzə kitabın yanında ... 2) Həmin sinifdə Kamillə Samirin
əlinə düşsəydin, ... 3) Uşaqlar bu gün gəlib kitabxanadakı ... 4) Doğrudan
da, səhəri gün məktəbin kitabsevərləri ... 5) Biz bir həftədən sonra ...
19. Son vaxtlar kitabxanadan hansı kitabları götürmüşsünüz? Onları
vaxtında qaytarıbsınızmı? Kitabxananın şərtlərinə əməl edibsinizmi? 
Suallar ətrafında danışın.
Yadda saxlayın!
• Kitabxanadan götürdüyünüz kitablarla səliqəli davranın.
• Kitabları vaxtında qaytarın.
• Kitabların səhifələrini yazmayın və səhifələri qatlamayın.
NİZAMİNİN HİKMӘT XӘZİNӘSİNDӘN
Vaxtı boş keçirmə, qələm al ələ,
Zəhmət çək, dünyada bilik kəsb elə. 
Çap üçün deyil
Çap üçün deyil


• Əgər kitabların saxlanma vəziyyəti pisdirsə, onları təmir etməyə
çalışın.
• Kitabxanadan götürdüyünüz kitabları başqalarına bağışlamayın.
TAP GÖRƏK
20. Hazırcavablığınızı göstərin və tapmacanın cavabını tapın.
Dili var, insan deyil,
Tikişi var, şal deyil,
Yarpağı var, gül deyil.   
*
21. Aşağıdakı cümlələri Azərbaycan dilinə tərcümə edin.
1) Библиотечные книги надо возвращать в определенный срок. 
2) На страницах книг писать запрещается. 3) Помятые книги самим
можно починить. 4) Книги, взятые из библиотеки, нельзя дарить дру­
гому. 5) Надо часто ходить в библиотеку.
22. Mətndə qırmızı hərflərlə verilmiş sözlər hansı nitq hissəsinə aiddir?
     a) isim         b) say           c) əvəzlik          d) sifət
23. Mətndən isim, sifət, say və əvəzliklərə aid misallar seçib ayrı­ayrı
sütunlarda yazın, suallarını qarşısında qeyd edin.
ÖZÜNÜZÜ YOXLAYIN
1. “Aprelin biri gələndə” mətninin məzmununa dair düzgün cavabı tapın:
A) Sinifdəki uşaqlar müəllimi aldatmışdılar.
B) Onu aldatdığı üçün müəllim şagirdi çox danladı.
C) Müəllimini aldatdığı üçün şagirdi indi də o günlərin xəcalətini çəkir.
2. Əlamətdar günlərin tarixlərini tərcümə edib sözlə yazın:
1) 8 Марта – Международный женский день.
2) 21 Февраля – Международный день родного языка.
3) 31 Декабря – День солидарности азербайджанцев всего мира.
4) 20 Марта – Праздник Новруза.
5) 28 Мая – День Республики.
3. Kənddə calaq işinə baxan balaca oğlanla hansı mətndə tanış
oldunuz? Həmin mətn də hansı işlər şərəfli hesab edilir?
a) ağac əkmək, calaq etmək, yaşıllığı qorumaq
b) dərslərə hazır gəlmək, çoxlu kitab oxumaq
c) parça biçmək, paltar tikmək, modellər hazırlamaq
147
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə