Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə36/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

6. Aşağıdakı cümlələrdə buraxılmış sual bildirən sözləri yerinə qoyun.
Suallara yazılı cavablar verin.
1) Arazgilə – qonaq gəlmişdi?
2) Kərim baba nəvəsi ilə – getdi?
3) Baba ağaclar üçün – hazırladı?
4) Araz o gün – ting caladı?
5) Baba və nəvə tinglərə – baxdılar?
6) İlk sınaq üçün – nəticədir?
BUNLARI BİLİRSİNİZMİ?
Əvəzliyin növlərindən biri də sual əvəzlikləridir. Sual əvəzlikləri
sual  bildirən sözlərdir.
Yadınızda saxlayın: kim?, nə?, hara?, necə?, nə cür?, hansı?,
neçə?, nə qədər? və s. sual  əvəzlikləridir.
7. Sual əvəzliklərindən istifadə etməklə özünüz mətnə aid suallar tərtib
edin və yazın.
8. Aşağıdakı birləşmələri rus dilinə tərcümə edin və bir neçəsini cüm­
lələrdə işlədin:
bağbanlığın sirri,  torpaq sahəsi, nəvəsinin sözləri,  babanın səhhəti,
kəndin balaca bağbanı, babasının sevimli peşəsi, babanın yetişdirdiyi
meyvə ağacı
9. Mətndə işlənmiş “gözlərini əbədi yummaq” birləşməsini aşağı­
dakılardan hansı ilə əvəz etmək olmaz?
a) dünyasını dəyişmək      b) dünyadan köçmək    
c) vəfat etmək                   d) rahat olmaq
130
NİZAMİNİN HİKMӘT XӘZİNӘSİNDӘN
Bir elmi öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan
Çap üçün deyil
Çap üçün deyil


GÜLƏK VƏ DÜŞÜNƏK
10. Lətifəni oxuyun, sual əvəzliklərinin işləndiyi cümlələri göstərin.
Mollanın hinduşkası
Bir gün Molla bazarda bir tutuquşu satana rast gəlir. Soruşur: – Bu
nədir?
Deyirlər: – Tutuquşu.
Soruşur: – Qiyməti neçəyədir?
Kişi deyir: – Əlli manat.
Molla heç bir söz demir, evə qayıdıb öz hinduşkasını tutub, bazara
gətirir.
Soruşurlar: – Molla, hinduşkanı neçəyə deyirsən? 
– Beş yüz manat.
Deyirlər: – Ay Molla, dəli olmamısan ki? Hinduşka da beş yüz manata
olar?!
Molla tutuquşunu göstərib deyir:– O boyda quşu əlli manata satır, heç
bir söz demirsiniz. Mən qoyun boyda hinduşkanı beş yüz manata deyirəm,
hələ bir məni danlayırsınız da... Mənim hinduşkam lap azı bir otuz dəfə
ondan böyük olar, ya yox?
Deyirlər: – Ay Molla, axı o, tutuquşudur.
Molla deyir: – Nə olsun? O, tutuquşudu, bu da hinduşkadı.
Deyirlər: – Axı o, adam kimi danışır.
Molla baxır ki, səhv eləyib, deyir: – Nə olsun? O danışır, bu da susur.
Bəs siz bu boyda böyümüsünüz, bilmirsiniz ki, danışmaq gümüşdürsə,
danışmamaq qızıldır?
11. Lətifədə işlənmiş sayları seçib səsləndirin.
AZƏRBAYCANIN “QIRMIZI KİTAB”I
Azərbaycanın “Qırmızı kitab”ı 1989­cu ildə işıq üzü görmüşdür. Bura
qunduz, turan pələngi, ceyran, maral, dağ keçisi, qonur ayı və sair hey­
vanlar, 
hacıleylək
, çəhrayı 
qızılqaz
(flaminqo), turac, kəklik və s. quşlar
və beş növ balıq salınmışdır.
Biz elə etməliyik ki, bu kitabdakı qırmızı səhifələrin sayı getdikcə azal­
sın, yaşıl səhifələrin sayı çoxalsın.
Bunun üçün dövlət bacardığını etməyə çalışır. Bəs biz nə edirik? Biz
heç vaxt unutmamalıyıq ki, təbiətin sahibi olmaqla yanaşı, onun qoruyu­
cusu da olmalıyıq. Dövlət tərəfindən salınan qoruqlarda yüzlərlə heyvan
məskunlaşıb. 1929­cu ildə yaradılmış 
Qızılağac
qoruğu Azərbaycanda ən
131
Çap üçün deyil
Çap üçün deyil


böyük qoruqlardan biridir. Bu qoruq otuz kilometr ərazi boyunca uzanır. 
Bu qoruğun əsas məqsədi suda yaşayan quşları qorumaq, müdafiə et­
məkdir. Aprel ayında bura çox nadir quş növləri yuva qurmaq üçün köç
edir. 
Yaşılbaş
ördəklər, boz qazlar, qağayılar isə qışı da burda keçirirlər.
Yırtıcı heyvanlardan isə canavar, çaqqal, tülkü, qamış pişiyi və daha
çox qabanlar bu qoruqda məskən salmışlar.
Deməli, uşaqlar, meşələrdə, düzənliklərdə, dağlarda qiymətli heyvan
növləri yaşayır. Meşələrimizi, düzənliklərimizi, dağlarımızı qorumalıyıq. 
Balığın yaşaması üçün təmiz su lazımdır. Su hövzələrimizi qoru­
malıyıq. 
Balığa su, quşa hava, heyvana meşə lazımdır. İnsana isə Vətən
lazımdır. Gəlin təbiəti qoruyaq. Təbiəti qorumaq Vətəni qorumaqdır!
12. Mətni oxuyun və yadınızda qalanları aşağıdakı plan əsasında yazın.
1) Azərbaycanın “Qırmızı kitab”ı.
2) Qızılağac qoruğu.
3) Uşaqlara müraciət.
13. “Qırmızı kitab”a adları düşən heyvan və quşların bəzilərinin ad­
larını dəftərinizdə yazın, onların tərcüməsini öyrənin. Bir neçəsini cüm­
lədə işlədin.
14. Hansı söz səhv yazılıb?
a) qağayı          b) ördəy          c) leylək 
d) qoruq
15. Aşağıda verilmiş hansı saylar dəqiq miqdar bildirmir? Onları seçin,
qarşısında suallarını yazmaqla dəftərinizə köçürün.
otuz, bir neçə, xeyli, 1989­cu ildə, beş, yüzlərlə,  1929­cu ildə, çox,
bir az, beş­on, otuz­qırx
132
SÖZLÜK
qadağandır – запрещено 
qunduz – бобр 
kəklik – куропатка
qoruyucu – защитник 
məskunlaşmaq – поселиться
məqsəd – цель
nadir – редкий 
yırtıcı – хищный 
qonur – бурый
SÖZ EHTİYATI
işıq üzü görmək – быть изданным, опубликованным
su hövzələri –  водохранилища
Çap üçün deyil
Çap üçün deyil


16. Mətndə bir neçə söz qırmızı rəngdə verilib. Sözlərin quruluşu ilə
bağlı biliklərinizi yadınıza salın və həmin sözlərin digərlərindən
fərqləndirilməsinin səbəbini izah edin.
17. “İşıq üzü görmək” ifadəsini aşağıdakılardan hansı ilə əvəz etmək
olmaz? 
a) çap olunmaq    b) nəşr olunmaq    c) çapdan çıxmaq    d) yazılmaq
18. Aşağıdakı cümlələri Azərbaycan dilinə yazılı tərcümə edin.
1) Человеческие  руки способны творить чудеса. 2) Человек дол­
жен беречь свой труд. 3) Человека уважают за его славный труд. 
4) Трудолюбивый человек занимает важное место в обществе. 
5) Руками человека можно создать всё хорошее на Земле.
19. “Onlar” əvəzliyini ismin uyğun gələn hallarında işlətməklə cüm­
lələri köçürün. Əvəzliklərin suallarını, ismin hansı halında işləndiyini
qarşısında yazın.
1) – dostlarını həyətdə gözləyirdilər. 2) Ağac əkməkdə – Kərim baba
kömək etdi. 3) – qonaqları bugünkü tamaşadan çox razı qaldılar. 4) Gənc
idmançılar – yarış meydançasında gördülər. 5) Biz – çıxanda artıq hava
qaralmışdı. 6) Rəfiqəm dedi ki, – zəngin kitabxana var.
20. 19­cu çalışmadakı cümlələri rus dilinə tərcümə edin.
21. Necə bilirsiniz, mətndə işlənmiş isimlərin sayı çoxdur, yoxsa bir­
likdə sifət, say və əvəzliklərin? Təxmini hesablama aparın və fikrinizi
misallarla əsaslandırın.
Yadda saxlayın!
133
Belə yazılır:
məndən
səndən
ondan
onlardan
sizlərdən
bizlərdən
Belə deyilir:
[mənnən]
[sənnən]
[onnan]
[onnardan]
[sizdərdən]
[bizdərdən]
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə