Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə38/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   34   35   36   37   38   39   40   41   42

– Bəs necə? Hətta küçələrimizdə ikimərtəbəli evlər də var. Yaxşısı
budur ki, gedək, öz gözlərinizlə görün.
Lalənin atası ilə Gülər xala qabağa düşdü. Uşaqlar da onların dalınca
estakada ilə getməyə başladılar. Bir az getmişdilər ki, bir­birinin yanında
tikilmiş ikimərtəbəli evlər gördülər.
Niyaz dedi:
– Küçə başlandı.
Lalənin atası Niyazın sözünü təsdiq etdi.
– Doğrudur, görürsünüzmü dəniz küçələri nə qəşəngdir! Bu binalarda
ümumi yataqxanalar, mağaza, klub və başqa idarələr yerləşir.
Onlar evlərin qabağından keçib yenə düz yola çıxdılar. Bu yolun sağ
və sol tərəfində buruqlar salınmışdı. Lalənin atası onları yeni qazılan bir
buruğa apardı.
– Bu gün dəniz qazmaçıları bu quyunu təhvil verirlər. Sabahdan
neftçıxarma briqadası onu işə salacaq. Dənizdə neft quyusu qazmaq
adamlardan qəhrəmanlıq tələb edir...
Xalidə Hasilova
1. Yəqin ki, uşaqların hara ekskursiyaya getdiklərini bildiniz. Əfsanəvi
neft şəhəri haqqında siz nə bilirsiniz? Fikirlərinizi bölüşün.
2. Dəftərinizdə Neft daşlarını təsvir edən bir neçə cümlə yazın (mətn ­
dən istifadə etməklə).
3. Birləşmələri tərcümə edin və cümlələrdə işlədin:
нефтяные скважины, посреди моря, на берегу моря, грузовые ав­
томобили, маленькие вагоны, двухэтажные дома, морские улицы
4.  Neft daşlarında uşaqları ən çox təəccübləndirən nə idi? Mətnə
əsaslanmaqla bu barədə danışın.
138
SÖZLÜK
buruq – буровая вышка
fırtına – буря, шторм
təhlükə – опасность
idarə – управление, администра­
тивное учреждение
SÖZ EHTİYATI
nəzərə çarpmaq – бросаться в 
глаза
yan almaq – причалиться
kəşf etmək – изобретать, открыть 
işə salmaq – приводить в 
действие
təhvil vermək­сдавать
Çap üçün deyil
Çap üçün deyil


5. Aşağıdakı cümlələri hansı ardıcıllıqla düzsəniz, mətn alınar?
1) Lalənin atası dəniz küçələrini təriflədi.
2) Kater dənizin içərisinə uzanan körpüyə yan aldı.
3) Uşaqlar Neft daşlarına ekskursiyaya getdilər.
4) Uşaqlar körpünün üstündə dəmir yolunu görüb sevindilər.
5) Onlar estakadada tikilmiş ikimərtəbəli evləri gördülər.
A)  2, 3, 1, 5, 4
B) 3, 2, 4, 5, 1
C) 3, 4, 5, 1, 2
6. Hər iki sütundan istifadə etməklə cümlələr düzəldin və yazın.
Gəmi körpüyə
gözləyirdi
Yük maşınları avadanlıq
başa salırdı
Burada idarələr
mindilər
Yataqxanada neftçilər
yerləşir
Uşaqlar katerə
daşıyır
Gülər xala
yan aldı
Lalənin atası
yaşayırlar
7.  Mətnin son üç abzasında işlənmiş əvəzlikləri tapıb səsləndirin. 
Əvəzliklərə suallar verin. 
8. İsimləri uyğun sifətlərlə birlikdə yazın və birləşmələri rus dilinə tər­
cümə edin:
kitab geniş
palıd
uca
şəkil
qədim
albalı
güllü­çiçəkli
bina
maraqlı
park
qırmızı
prospekt
möcüzəli
9.  Mətndə qırmızı və göy hərflərlə verilmiş sözlərin ismin hansı
halında işləndiyini söyləyin:
10. Mətndə yaşıl hərflərlə verilmiş sözü aşağıdakılardan hansı ilə əvəz
etmək olar? 
a) toxundu            b) yaxınlaşdı            c) uzaqlaşdı           d) çatdı
MUZEYLƏR
Bilirsinizmi,  muzeylər necə yaranıb? Qədimdə müxtəlif sənədlər,
şəhadətnamələr, estetik qiymətə malik əşyalar əsasən saraylarda saxlanır­
mış. İndiki muzeylərin “əcdad”ları e.ə. XVI 
Çində yaranmışdır.
Qədim Romada isə maddi və mənəvi mədəniyyət abidələri e.ə. III­II 
əsrlərdə məbədlərdə və bəzi şəxslərin kolleksiyalarında saxlanılırdı.
Hazırda müxtəlif  ölkələrdə yüzlərlə muzey fəaliyyət göstərir. Məsələn,
təkcə qədim memarlıq abidələri ilə məşhur olan Madriddə (İspaniya)
139
Çap üçün deyil
Çap üçün deyil


muzeylərin sayı 100­dən artıqdır. Burada  hər dövrü əks etdirən muzeylə
rastlaşmaq mümkündür. Qonşu Rusiyada ilk muzey 1719­cu ildə Peter­
burqda açılmışdır. Rusiyanın dünya şöhrətli muzeylərindən olan Ermitaj
1764­cü ildə, Tretyakov qalereyası isə 1856­cı ildə yaradılmışdır.
Azərbaycanda hazırda onlarla muzey fəaliyyət göstərir. Bunların
sırasına istiqlal incəsənət muzeyi, ədəbiyyat muzeyi, tarix muzeyi, musiqi
mədəniyyəti muzeyi, Dövlət Bayrağı muzeyi və digərləri daxildir. Hər
bir muzey mənsub olduğu ölkənin, xalqın tarixi və mədəniyyəti ilə 
bağlı
dəyərli informasiya daşıyır. Bu səbəbdən də Azərbaycanın keçmişi və
inkişaf yolu ilə tanış olmaq istəyirsinizsə, muzeylərə baş çəkin.
    
11. Aşağıdakı suallardan hansı mətnə aid deyil?
A) Muzeylərin yaranması haqqında nə bilirsiniz?
B) Əvvəllər nadir əşyalar harada saxlanılırdı?
C) Azərbaycanda ilk muzey hansıdır?
12. Bakı şəhərindəki hansı muzeylərdə olmuşsunuz? Ən çox xoşunuza
gələn muzey barədə yoldaşlarınıza danışın.
13.  Bilirsinizmi, “Muzeylər günü” hansı tarixdə keçirilir? Bu gün
haqqında məlumatınız varsa, yoldaşlarınızla fikirlərinizi bölüşün.
14. Azərbaycanın hər bir bölgəsində “Diyarşünaslıq muzeyləri” var.
Bölgələrdə olarkən bu muzeyləri ziyarət etmişsinizmi? Gördüklərinizdən
birini dəftərinizdə təsvir edin.
15. Mətndə qırmızı hərflərlə verilmiş söz hansı mənada işlənmişdir?
a) закрыто
b) связано
c) узел 
16. Mətndəki sarı boşluğun yerində hansı söz yazılmalıdır?
a) illərdə
b) dövrdə
c) əsrdə       d) zamanda
140
SÖZLÜK
şəhadətnamə – свидетельство 
məbəd – храм
malik – здесь: имеющий 
əcdadlar – предки
SÖZ EHTİYATI
fəaliyyət göstərmək – действовать
əks etdirmək – изображать
mənsub olmaq – относиться 
baş çəkmək – навещать 
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə