Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə41/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   34   35   36   37   38   39   40   41   42

4. Cümlələri tərcümə edin. Əvəzliklərin altından xətt çəkin.
1) Он рисовал с утра до ночи. 2) Я беседовала с ними в коридоре
школы. 3) Ты тоже приходи к нам в гости. 4) В этом лесу много аро­
матных цветов. 5) У нас в доме поселились новые жильцы. 
5. Təbiəti qorumaq üçün nə etmək lazımdır? Təbiətin qoynunda din ­
cə lərkən insanlar nəyə riayət etməlidirlər? Meşədə ocaq qalamaq olarmı?
Hansı şeirdə bircə kibrit çöpünün təhlükəli ola biləcəyindən danışılır?
6. Sual əvəzliklərindən istifadə edərək parta yoldaşınızla “Şəhəri ­
mizdəki muzeylər” mövzusunda dialoq qurun.
7. “Azərbaycanın Qırmızı kitabı” mətnindəki sayları aid olduqları 
sözlərlə birlikdə seçib yazın.
8. Aşağıdakı cümlələrdən “q­ğ”,  “k­y” əvəzlənməsi baş vermiş sözləri
seçib göstərin və səbəbini izah edin:
1) Bir azdan dənizin ortasında buruqlar görünməyə başladı. 2) Bu­
ruqların yanında dənizin içindən çıxmış qayalıqlar da nəzərə çarpırdı.
3) Uşağın biri qayalığa tərəf döndü. 4) Adamlar dənizin ortasında fırtınalı
havalarda heç bir çətinliyə və  təhlükəyə baxmayıb neft çıxarırlar. 
5) Onlar evlərin qabağından keçib yenə düz yola çıxdılar.
9. 8­ci çalışmanın mətnində qara hərflərlə verilmiş isimlərin hansı
halda işləndiyini qeyd edin, fikrinizi əsaslandırın.
10. “Muzeylər” mətnindən düzəltmə sifətləri seçib müxtəlif cüm­
lələrdə işlədin.
11. Aşağıdakı cərgələrdən hər birindəki bir söz digərlərindən fərqlənir.
Səbəbini izah edə bilərsinizmi?
a) buruq, estakada,  Neft daşları, bostan
b) paroxod, gəmi, kater,  ələk
c) qazmaçı, toxucu, usta, neftçıxarma  
d) fırtına, dalğa, düzənlik, dəniz
12. Buraxılmış hərfləri yerinə qoymaqla sözləri köçürün.
g..nəş, k..rpü, s..nməz, d..niz, təhl..kə, üst..nə, s..vinclə, tə..ccüblə,
g..zlər, tik..lmiş, k..çə, t..rəfində, qəhr..manlıq
13. Azərbaycandakı hansı əfsanəvi şəhər haqqında mətn oxudunuz?
Bu şəhəri görən uşaqlar niyə təəccüblənmişdilər?
148
Çap üçün deyil
Çap üçün deyil


14. Dərslikləri korlayan şagirdlərə münasibətiniz necədir? Bu möv ­
zuda debat təşkil edin.
15. Respublikamız bütün şagirdləri dərsliklərlə təmin edir. Siz dərs
ilinin sonunda kitablarınızın vəziyyəti ilə maraqlanırsınızmı? Əgər
kitablar yararsız hala düşübsə, onları təmir edirsinizmi? Bu barədə hansı
mətndə danışılır? Hansı qaydaları yadda saxlasanız, faydalı olar? 
16. Bayatıda altından xətt çəkilmiş sözlər hansı mənalarda işlənib?
Onlar daha hansı mənalarda işlənə bilər? Nümunələrlə izah edin.
Əzizinəm, dilən gəz
Qürbətdə xan olunca
Bağda gülü dilən gəz.
Vətənində dilən gəz.
17. Necə düşünürsünüz, “Yazın hədiyyəsi” mətnində “gözəlləşmək”
istəməyən böcəyin arzusu nə idi?
A) Yaşadığı torpağın həmişə gözəl və abad olması.
B) Gözəlləşməyin onun  üçün əhəmiyyətsiz olması.
C) Yaz fəslinin ona çoxlu hədiyyə gətirməsi.
18. Aşağıdakı cümlələrdən hansında “o, bu” əvəzliklərindən sonra
vergül qoyulmalıdır?
1) O Bakı şəhərində yaşayır.
2) Sən bu oğlanı tanıyırsan?
3) O sərhəd kəndində anadan olmuşdu.
4)  Bu tapmacanın cavabını hamı bilirdi.
19. Hansı cümlələrin tərcüməsi dəqiq deyil? Cümlələrin  tərcüməsində
yol verilmiş səhvləri düzəldib köçürün. 
1) В школьной библиотеке много книг. – Məktəbdə çoxlu kitablar
var. 2) Эта книга издана в прошлом году. – Bu kitab yenicə nəşr edilib.
3) Через неделю ученики пятых классов пришли на помощь библио­
текарю. – Bir həftədən sonra beşinci sinif uşaqları kitabxanaya gəldilər.
4) Ребята клеили оторванные страницы книг. – Uşaqlar cırılmış
kitabları yapışdırdılar.
20. Hər cərgədə dördündən biri fərqlidir. Səbəbini izah etməyə çalışın.
a) çalışqan – tənbəl, əvvəl – sonra, yuyunmaq – çimmək, dərə – təpə
b) səmimi – mehriban, bacarıqlı – qabiliyyətli,  yer – göy, iri – yekə
c) dərin – dayaz, enli – geniş, işıq – qaranlıq, sevinc – kədər
d) qısa – gödək, al­ver, ümumi – xüsusi, asan – çətin
149
Çap üçün deyil
Çap üçün deyil


21. “İki kitab” və “Muzeylər” mətnlərində əvəzliklərin işlənməsi
üzərində müşahidə aparın. Hansı mətndə əvəzliklər daha çox işlənmişdir?
Fikirlərinizi misallarla əsaslandırın və yazılı təqdimat hazırlayın. Təd qi ­
qatınızda əvəzlikləri növlər üzrə qruplaşdırsanız, təqdimatınız daha
dolğun olar.
İL ƏRZİNDƏ ÖYRƏNDİKLƏRİNİZ ...
ÖZÜNÜZÜ YOXLAYIN
1.  Əgər bütün sözləri qruplaşdırmağı sizə tapşırsaydılar, hansı xü­
susiyyətlərinə görə onları bir neçə yerə bölərdiniz? “Köməkçi”də verilmiş
sözlərin içərisindən lazım olanları seçib, fikirlərinizi əsaslandırın.
KÖMƏKÇİ:
əlamət bildirmək, əşyanın adını bildirmək, hərəkət
bildirmək , şəkilçi qəbul edib dəyişmək, düzgün tələffüz edilmək, say
bildirmək, cümlədə işlədilmək, quruluşca sadə, düzəltmə və mürəkkəb
olmaq, köməkçi vasitə kimi istifadə edilmək, yazılışında səhv etməmək,
bəzi sözlərin yerində işlənib onları əvəz etmək
2. “Səməd balacaboy, qarabuğdayı oğlandır. Onun qara saçları, işıqlı
qara gözləri var,” – cümlələrindəki əlamət bildirən sözləri seçin, quruluşca
növünü təyin edin.
3. “Ucalt, sevimli məktəb
Bir pillə də bizi sən,” – misraları hansı şeirdəndir? Şerin və onun müəl­
lifinin adını deyə bilərsinizmi? Bu misralarda ifadə olunan fikir barədə
nə deyə bilərsiniz?  Müzakirə edin:
4. Dərslikdəki hansı mətndə iki görkəmli şairin adı çəkilir və onların
dost olduğunu başa düşmək olur? Həmin şairlər haqqında bildiklərinizi
yadınıza salın və danışın.
5. “Bəzənib başdan­başa şəhərləri, kəndləri
... görmək istəyən Azərbaycana gəlsin” misralarında nöqtələrin yerinə
hansı söz yazılmalıdır?
a) adət 
b) cənnət
c) sərvət
d) millət
6. Hansı birləşmələrdəki ikinci tərəflərə “­lar, ­lər”  şəkilçisini artırmaq
olmaz? Fikrinizi əsaslandırın.
1) üç dost..
2) ağıllı şagird..
3) müxtəlif xalq..
4) hündür ev..
5) 4­5 kitab..
6) şəhərdəki əhali..
A) 1, 5, 6                 B) 2, 3, 4           C) 2, 5, 6            D) 4, 5, 6  
150
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə