Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə42/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   34   35   36   37   38   39   40   41   42

7. “Paytaxtını da Şamaxıdan “Küləklər diyarı” adlandırılan Badi­Kubəyə
köçürmüşdü” cümləsində altından xətt çəkilmiş sözün tərcüməsi hansıdır?
a) переписал
b) списал
c) переселил
d) перенес
8. Aşağıdakı cümlələri Azərbaycan dilinə yazılı tərcümə edin.
1) Было очень странно. 2) Вроде бы часы при нас работали, но
когда мы возвращались в комнату они уже стояли. 3) Через несколько
дней ворона улетела из своего гнезда.
9. Payız fəslindəki rəngləri sadalaya bilərsinizmi? Rəng bildirən sözlər
hansı nitq hissəsinə aid edilir? Aşağıdakı hansı söz rəng adı bildirmir?
a) zoğalı       b) gömgöy       c) armudu
d) yaşılımtıl
10. Hansı cümlələrin tərcüməsi səhvdir? Fikrinizi əsaslandırın.
1. Gündüzgil hər il yayda bağa köçürlər. – Каждое лето семья Гюн­
дуз переезжает на дачу. 2) O, səs eşidib ayaq saxladı. – Услышав звуки,
у него задрожали ноги. 3. Kamil oğlanı tanımadı. – Кямиль узнал маль­
чика. 4. İcazəsiz ağaca çıxıb budaqları sındırmaq, bəlkə onun xoşuna
gəlir. – Взобраться на дерево без разрешения, может быть ему не нра­
вится.
11.  “Baba otağı”, “Arılıqda” mətnləri hansı hekayədəndir? Bu
hekayənin qəhrəmanları kimlərdir? Bu hekayə əsasında çəkilmiş bədii
filmə bax 
mış 
sı 
nızmı? Hər iki mətnin məzmunu əsasında deyə
bilərsinizmi, qız l a rın dost luq etmələrinə kim və niyə mane olurdu?
12. Müsbət keyfiyyət bildirən sözləri sağ sütunda, mənfi əməllər
bildirən sözləri isə sol sütunda yazın:
kömək etmək, laqeyd olmaq, yardım etmək, paxıllıq etmək, səliqəyə
salmaq, qışqırmaq, seyr etmək, vecinə almamaq, yalan danışmaq, mehri ­
banlıq etmək, səbirli olmaq, xəbərçilik etmək
13. Mötərizə içərisində verilmiş sözlərdən uyğun gələnini yerinə
qoyub cümlələri köçürün: 
1) Bir zamanlar – çox ağıllı padşahı var imiş (kəndin, ölkənin). 2) Bu
padşahın gözünün ağı­qarası tək bir – var imiş (qızı, oğlu). 3) Padşah
inanıbmış ki, oğlu balaca – çox ağıllıdır (kəndli balası, şahzadə). 4) Baxır
ki, balaca çoban – çalır (tütək, nağara). 5) Balaca çoban – şahzadəyə tütək
çalmağı öyrədir (istəmədən, həvəslə).
151
Çap üçün deyil
Çap üçün deyil


14. 13­cü tapşırıqda yazdığınız cümlələrin hansı mətndən olduğunu
deyə bilərsinizmi? Həmin mətnin məzmununa uyğun gələn fikir hansıdır?
A) Əsl pislik eləyənlər yalan söyləyənlərdir.
B) Balaca çoban şahzadəyə paxıllıq edənlərdən idi.
C) Şahzadəni incitdiyi üçün balaca çoban başqa ölkəyə getməli idi.
D) Şahzadə öz üzərində çalışan, tərifi sevməyən bir oğlan idi.
15. Aşağıdakı cümlələri Azərbaycan dilinə yazılı tərcümə edin:
1) Руками человека можно творить чудеса. 2) Человек должен бе­
речь свою Родину. 3) Людей уважают за их честный труд.  4) Трудо­
любивый человек занимает важное место в обществе.
16. Aşağıdakı cümlələrdə nöqtələrin yerinə 
“onlar”
əvəzliyini ismin
uyğun hallarında işlədərək yazın.
1) ... qayıdanda artıq hava qaralmışdı.
2) Musiqi səsi ... həyətindən eşidilirdi.
3) Məsələni düzgün həll etməyi ... müəllim öyrətmişdi.
4) Yarış iştirakçıları ... görüb həvəsləndilər.
5) Çantamın ... qaldığını indi xatırlayıram.
17. “Xoşbəxtlik barəsində” mətnini yadınıza salın. Necə düşü nür ­
sünüz, bəs sizin yaşınızda olan uşaqlar xoşbəxtliyi daha çox nədə görür­
lər? “Köməkçi”də sadalanan sözlərdən nitqinizdə istifadə edərək bu
mövzuda debat təşkil edin.    
KÖMƏKÇİ:
hörmət, çoxlu pul, sağlamlıq, yaxşı ev, bahalı maşın,
şirin yuxu, yüksək təhsil
18. Oxuduğunuz mətndə həqiqi xoşbəxtliyi nədə görmək tövsiyə olunur?
A) Hər gün təzə paltar geyinmək.
B) Hər zaman ürəyin istədiyini yeyə bilmək.
C) Ürəyindəkini hər zaman deyə bilmək.
D) Var­dövlət içərisində yaşamaq.
19. Sağ və sol sütundakı sözləri düzgün birləşdirsəniz, yeni sözlər alı­
nacaq. Sözləri cümlələrdə işlədin:
Kor           kənd                   hazır                  göz
İçəri          oğlu                   üç                     cavab   
Göy          şəhər                  qara                   gül 
Qonaq      göl                     qızıl                   bucaq
152
Çap üçün deyil
Çap üçün deyil


20. Hər bir cərgədə dördündən biri fərqlidir: Fərqli olanı səsləndirin.
a) saqqız, doqquz, tonqal, ağsaqqal
b) tərbiyə, təyyarə, hədiyyə, ədəbiyyat
c) səkkiz, məktub, mürəkkəb, mütəkkə
d) əlbəttə, taxta, hətta, müttəfiq
21. Hansı xalq qəhrəmanlarını tanıyırsınız? Onlardan biri haqqında bu
il yeni məlumat almışsınız. Həmin qəhrəmanı xalq necə adlandırırdı?  İn­
sanlar onu hansı cəhətlərinə görə sevir və qoruyurdular? Bu barədə
yoldaşlarınızla fikir mübadiləsi aparın.
22. Əziz uşaqlar, daha bir tədris ilini başa vurdunuz. Qarşıda sizi yay
tətili gözləyir. Tətilə getməzdən əvvəl dərsliklərinizi məktəb kitab 
­
xanasına təhvil vermək üçün səliqəyə salıbsınızmı?  Dərsliklərlə davran­
maq qaydalarını xatırlayırsınızmı? Bu mövzuda öz parta yoldaşınızla
ətraflı bir dialoq qurun.
Əziz uşaqlar! Beşinci sinfi bitirdiniz. Bu sinifdə Azərbaycan dilindən
kiminin uğuru çox, kimininki isə nisbətən az oldu. Uğurlarınızın və uğur­
suzluqlarınızın səbəbləri üzərində düşünün. Tətil günlərində Azərbaycan
dilindən ünsiyyət zamanı qarşılaşdığınız çətinlikləri qeydə alın və yadda
saxlayın. Bu, bilmədiklərinizi 6­cı sinifdə aradan qaldırmaqda sizə kömək
edəcək.
Necə düşünürsünüz, istirahət üçün Azərbaycanın bölgələrinə getsəniz,
Azərbaycan dilində sərbəst ünsiyyət qura biləcəksinizmi?
Yay tətilində Azərbaycan dilindən bilik və bacarıqlarınızı təkmil­
ləşdirmək üzərində düşünürsünüzmü? Tətil günlərində “Azərbaycan
nağılları”,  “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”, “Azərbaycan uşaq
ensiklopediyası” kimi kitablardan maraqlı məlumatlar, nağıl, hekayə və
şeirlər oxumanız tövsiyə olunur. Belə olduqda öyrəndikləriniz möhkəm­
lənər, bildikləriniz isə yaddan çıxmaz. 
Yaxşıca istirahət edin, ancaq unutmayın ki, doğma məktəb sizin yolu ­
nuzu gözləyir. Yay tətili başa çatacaq və bir daha deyəcəksiniz:
Ana məktəb, indi də
Gəlirik, aç qoynunu.
Bağrına bas yenə sən
Öz qızını, oğlunu!
153
Çap üçün deyil
Çap üçün deyil


154
A
ağu – яд, отрава
aldanmaq – обмануться
altun – золото
analıq – мачеха
arx – канава, арык
arxa – здесь: опора
ayaq üstə – стоя
aydın danışıq – ясная речь
ayə – цитата из Корана
B
badamvari – миндальной 
формы
baş­başa – рядом
başmaq – башмачок
bayaq – недавно
beçə – молодой пчелиный рой
belləmək – копать
bəhər – плод
bəxtiyar – счастливый
bəla – беда, горе
bəyənmək – одобрять
biçənək – луг, сенокос 
biçmək – косить
bilək – запястье
bilərzik – браслет
binə – жилище
birbaş – прямо 
boğulmaq – тонуть
bol məhsul – изобильный 
урожай
bombalamaq – бомбить
böcək – жук 
bölüşmək – делиться
buruq – буровая вышка
büzmək – сморщить
C
cahan – мир
calatdırmaq – прививать 
cavabdeh – ответственный
caynaq – коготь
cəbhə – фронт
cənnət kimi – как рай
cərimə – штраф
cəzalandırmaq – наказать
cild – обложка
cismən – телесно, физически
Ç
çapalamaq – метаться
çağlamaq – бурлить 
çeşmə – родник
çeynəmək – жевать, грызть
çənə – челюсть
çətir – зонтик
çıraq – лампа
çıraqban etmək – ярко освещать
çiskin – туманно­дождливая 
погода
D
dağ – здесь: душевная боль, рана
daxma – изба
danlamaq – порицать
dartışdırmaq – дергать
dayaz – мелководье, не глубокий 
deyinmək – ворчать
dəcəl – шалун, озорник
dəhliz – коридор
dəhşətlə – с ужасом
dənlənmək – искать корм
dərd – горе
dərya – океан, море
dəstələmək – собрать в букет
SÖZLÜK
Çap üçün deyil
Çap üçün deyil


    
155
dəyirman – мельница
dırmaşmaq – лазить
didmək – раздирать
dirçəlmək – оживать, ожить
diri – живой
diləmək – желать
dimdik – клюв 
dinmək – заговорить
dinməzcə – тихонько
dirsək – локоть
dişi – самка
doymaq – наесться
dönmək – здесь: возвращаться
döşündə – на груди
duyulmaq – ощущаться
düzlər – равнины
E
ehtiramla – с уважением
elçi – здесь: посланник, пророк
ertəsi gün – следующий день
etiraz – возражение
Ə
əcdadlar – предки
əbədi – вечно, вечный
ədəbsizlik – невежество
ədalətli – справедливый
əkin sahəsi – посевной участок
əmin­amanlıq – благополучие
əmmamə – тюрбан, чалма 
(головной убор 
духовных лиц)
əsli – здесь: настоящий, 
подлинный
ətcəbala – птенец
əyan – дворянин
əyilmək – нагнуться 
əzgil –мушмула 
F
fərəhlə – с радостью
fərəhli – радостный
fərqlənmək – отличаться
fırtına – буря, шторм, 
firavan – счастливый
firon – фараон
fürsət – подходящий момент
G
gen – просторный
genişlik – простор
gerçək – действительность, 
правда
gəliş – приход
gəzişmək – прогуливаться
gileylənmək – жаловаться
gödək – короткий
gözəlləşdirmək – приукрашивать
güdmək – следить
gülərüzlü – приветливый
güləşmək – бороться
gül­çiçək yağışı – цветочный 
дождь 
günah – вина
güney – солнечная сторона
H
hafizə – память
haqq – право 
həcc – паломничество, хадж 
həbsxana – темница, тюрьма
həsrətlə – с ожиданием
həyəcanla – взволнованно
X
xal – пятно (пятнистый)
xaincəsinə – предательски
xəcalət – стыд, позор
Çap üçün deyil
Çap üçün deyil


156
xışıldadıqca – шурша
xırda – мелкий
xorramaq – отвернуться,
         
пренебрегать
xoşsifət – с приятным лицом,
миловидный
İ
icazəsiz – без разрешения
idarə – управление, админи­
стративное учреждение
inci – жемчужина
intizarla – с ожиданием
isinmək – согреться
işıldaquş – светлячок
itələmək – толкнуть
iz – след
izləmək – следить
K
kədər – печаль
kəklik – куропатка
kəndir – веревка
kibrit çöpü – спичка
kölə – раб
könüllü – добровольно
könül – душа
kötük – бревно
kövrəlmək – расчувствоваться
kranın çalovu – ковш крана 
küskün – обиженный
Q
qabiliyyətli – способный
qaçaq – беглец
qadağan – запрещение, запрет 
qadağandır – запрещено
qala – крепость
qaradamı – снеговик
qarma­qarışıq – здесь: запутанно
qaşqabaqlı – угрюмый
qazımaq – здесь: почистить
qazma – землянка
qeyrətli – мужественный
qəfil – внезапно
qərar – решение
qəlb – душа
qərar – решение
qərinə – период в 33 года
qıdıqlamaq – щекотать
qığıldaşmaq – издавать звуки
qırğı, ley – ястреб
qısqanmaq – ревновать
qıvrılan – скручивающийся
quşların qənimi – враг птиц
qonur – бурый
qorumaq – беречь
qoruyucu – защитник
qoşmaq – здесь: соединить
qoxulamaq – понюхать
qoyun – здесь: об ятия
qönçə – бутон
qudurğan – обнаглевший
qulluqçular – служащие
qunduz – бобр 
quş damı – птичник
quşbaz – любитель птиц
qüdrət – могущество
qürur hissi ilə – с гордостью
qüssəli – грустный
L
laçın – сокол
leylək – аист
lətafət – нежность 
lovğalanmaq – хвалиться, 
хвастаться 
ъ
Çap üçün deyil
Çap üçün deyil


157
M
malik – здесь: имеющий
mane olmaq – мешать
memar – зодчий
meşə sakinləri – лесные жители
məbəd – храм
məbləğ – сумма
məqsəd – цель
məlhəm – густая смесь приготов­
ленная из лекарств
mənzərəli – видный
mərcan –  коралл
məskunlaşmaq – поселиться
məsum – невинный
məşəl – факел
milad – рождество
mişar – пила
miz – стол
möcüzə – чудо
möhtəşəm – величественный
mövcud – су ествующий
N
nadir – редкий 
naxış – узор
nemət – здесь: богатство, благо
nəmli – влажный
nəticə – результат 
niyyət – намерение
nur – свет
O
oba – поселение, 
небольшое село
odunçu – дровосек 
ortaboylu – среднего роста
ortancıl – средний по возрасту
ovuc – ладонь
Ö
ötürmək – провожать
P
pensiyaçı – пенсионер
pəki – хорошо
R
rəftar – обращение, поведение
rişxəndlə – с иронией
ruzi – хлеб насущный, 
пропитание
S
saatsaz – часовщик
saçaq – бахрома
saflıq – чистота, прозрачность 
savaş – война
sel – сель, поток
sədaqət – верность
səhhət – здоровье 
səliqəsiz – неопрятный,
неаккуратный
səmt – направление
səpələnmək – рассыпаться
səpildikcə – рассыпаясь
solmaq – вянуть, увядать
sovurmaq – веять
sınaq – испытание
sındırmaq – сломать
silkələmək – трясти
suvarmaq – поливать
Ş
şahzadə – принц (принцесса)
şapalaq – пощечина
şəfəq – заря, рассвет
şəhadətnamə – свидетельство
şərq –  восток
şıltaqlıq – каприз, неожиданная
прихоть
щ
Çap üçün deyil
Çap üçün deyil


158
şirinlik – здесь: подарок
şüa – луч
T
taqət – сила
tarla – поле
tay­tuş – ровесник 
təbəssüm – улыбка
tədbir ilə – спланированно
təhlükə – опасность
təmənnasız – безвозмездно
təmkinlə – сдержанно
təmsil – басня
təndir – тендир (печка)
tər – свежий
təravətli – свежий
tərifli – хваленые
tərlan – сокол
tərsinə – наоборот
təsirlənmək – расчувствоваться
təxminən – приблизительно
təvazökarlıq – скромность
təzə­tər – совсем свежий
tin – угол
ting – саженец
torba – мешок
toxunulmaz – неприкасаемый
toy­büsat – роскошь, торжество
töhfə – подарок
törəmək – порождаться
tumurcuqlar – почки
türbə – мавзолей
tütək – свирель
U
ucaltmaq – возвышать
uğurlu – удачный
uzaqlaşmaq – отдалиться
Ü
üfürmək – дуть
üzüaşağı –  вниз, книзу
üzv – член
V
vacib – важный 
varlıq – cущество
vəfalı, sadiq – верный
vəhşi – дикий 
Y
yan­yana – рядом 
yan­yörə – вокруг
yarıtmaz – неудовлетвори­
тельный
yavru – дитя
yazbaşı – ранняя весна
yeganə – единственный
yemədikləri – нес еденные
yeriş – походка
yerləşmək – расположиться
yırtıcı – хищный 
yırğalamaq – качать, трясти 
yoğrulmaq – здесь: создат
yormaq – утомлять
yönəltmək – направить
yumbalanmaq – скатиться
yumruq – кулак
Z
zalım – злодей
zəfər – победа
zəkalı – умный
zəmi – нива
zərif – нежный
zinət – украшение
ziyan – вред 
ъ
ь
Çap üçün deyil
Çap üçün deyil


MÜNDƏRİCAT
§1. BİRİNCİ DƏRS...............................................................................5
SEVİMLİ MƏKTƏB.......................................................................8
§2. MÜƏLLİMİN SEVİNCİ..................................................................10
SEVİRİK SƏNİ BİZ.......................................................................12
§3. ƏSL HƏQİQƏT..............................................................................13
YOLDAŞLIQ KÖMƏYİ................................................................17
§4. AY AMAN!.. SEL APARDI!...........................................................19
QIZ MƏKTƏBİNDƏ.....................................................................22
§5. VƏTƏN NƏDİR?............................................................................25
AZƏRBAYCAN..............................................................................27
§6. ŞİRVANŞAHLAR SARAYI (1­ci hissə)..........................................29
ŞİRVANŞAHLAR SARAYI (2­ci hissə)..........................................32
§7. “SAATSAZ” QARĞA...................................................................35
CANLI SAAT..................................................................................38
§8. ÖZÜNÜZÜ YOXLAYIN...............................................................39
PAYIZ..............................................................................................42
§9. GÖYÇƏK FATMANIN NAĞILI..................................................43
HƏR KƏSİN YERİŞİ VAR...........................................................48
§10. QIZIL VƏ İLAN..........................................................................49
QONAQ...........................................................................................52
§11. BABA OTAĞI...............................................................................53
AD GÜNÜNÜN TARİXÇƏSİ..........................................................56
§12. ARILIQDA....................................................................................58
AYI VƏ ŞİR....................................................................................61
§13. ŞAHZADƏ VƏ BALACA ÇOBAN (1­ci hissə)...........................63
ŞAHZADƏ VƏ BALACA ÇOBAN (2­ci hissə)...........................65
§14. TANIŞLIQ.......................................................................................67
DÖRD ARZU...................................................................................69
§15. QIŞIN SOVQATI.........................................................................71
ÖZÜNÜZÜ YOXLAYIN................................................................73
§16. TƏZƏ İLDƏ.................................................................................75
GÖYƏRÇİN VƏ QARIŞQA.........................................................78
Çap üçün deyil
Çap üçün deyil


§17. ƏSL DOST....................................................................................80
ŞƏHİDLƏR XİYABANI..............................................................82
§18. QAÇAQ NƏBİ..............................................................................84
ƏL..................................................................................................87
§19. XOŞBƏXTLİK BARƏSİNDƏ....................................................89
AZ DANIŞMAĞIN GÖZƏLLİYİ...............................................92
§20. LEYLƏK YUVASI (1­ci hissə).......................................................94
LEYLƏK.......................................................................................96 
§21. LEYLƏK YUVASI (2­ci hissə).....................................................97
“QIRMIZI KİTAB”...................................................................100
§22. NİGARIN SEVİNCİ....................................................................103
ÜRƏK XATİRƏSİ......................................................................106
§23. HƏDİYYƏ..................................................................................107
YAZIN HƏDİYYƏSİ..................................................................109
§24. BƏNÖVŞƏ...................................................................................111
AĞACI NECƏ SUVARIRLAR....................................................113
§25. DAĞLAR.....................................................................................116
ÖZÜNÜZÜ YOXLAYIN............................................................118
§26. APRELİN BİRİ GƏLƏNDƏ.....................................................120
SÖZ...............................................................................................122
§27. BALACA BAĞBAN(1­ci hissə).................................................124
MEŞƏNİN QORXUSU..............................................................127
§28. BALACA BAĞBAN (2­ci hissə).................................................128
AZƏRBAYCANIN “QIRMIZI KİTAB”I................................131
§29. RƏHBƏRİN SEVDİYİ GÜLLƏR............................................134
BİRİ GÜNƏŞ, BİRİ HEYDƏR..................................................135
§30. NEFT DAŞLARI........................................................................137
MUZEYLƏR..............................................................................139
§31. AXMAQ QURBAĞA VƏ ZANBAQ.........................................141
İKİ KİTAB..................................................................................144
§32. ÖZÜNÜZÜ YOXLAYIN............................................................147
İL ƏRZİNDƏ ÖYRƏNDİKLƏRİNİZ......................................150
SÖZLÜK...............................................................................................154
Çap üçün deyil
Çap üçün deyil

Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə