Azer-dili 5s Derslik 2016 Layout 1


§ 29. RƏHBƏRİN SEVDİYİ GÜLLƏR



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə37/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   34   35   36   37   38   39   40   41   42

§ 29. RƏHBƏRİN SEVDİYİ GÜLLƏR
Heydər baba uşaqların görüşünə gəlmişdi. Balacalar 
onu
intizarla göz ­
ləyirdilər. Əllərdəki təzə­tər güllər  də, sanki bu nurlu insan üçün intizarda
idilər. 
Budur, Heydər baba otağa daxil oldu. Sanki içəri günəş şüaları
səpələndi. Adamların ürəkləri isindi.
Balaca bir qız yanındakına dedi:
– Necə də gözəl insandır. O, 
mənim
babamdır. Amma 
bu
otaq onun
üçün . 
Belə
bir insanla görüş gərək  çöldə, genişlikdə olaydı.  
Sanki Heydər baba qızcığazın söylədiklərini eşitdi.
– Uşaqlar, bu otaq balacadır. Bayırda isə uşaq çoxdur. Gəlin çölə çıxaq,
– dedi. 
Hamı
çölə çıxdı. 
Heydər baba bir­bir uşaqları bağrına basdı. Sanki balacaların sinələri
isindi. 
– 
Siz
Azərbaycanımızın gələcəyisiniz, – dedi Heydər baba.
Uşaqlar əl çaldılar.
Balaca bir  qızcığaz qucağındakı  gül dəstəsi ilə rəhbərə yaxınlaşdı.
Heydər baba balaca qızcığazı bağrına basdı. Sonra qızın qucağındakı tər
gülləri alıb qoxuladı:
– 
Özün
də bir çiçək dəstəsisən, – dedi, – bu güllərdə Vətənimizin ətri
var. Nə bildin ki, mən bu gülləri sevirəm?!
Uşaqlarla görüşün sonuna kimi 
o
güllər  dahi rəhbərin  qucağında oldu.
Bu qızcığaza elə gəldi ki, güllər də 
onun
kimi sevinirlər ...
Məmməd Namaz
1. Mətn üzrə aşağıdakı suallara cavab verməyə çalışın.
1) Uşaqlar kimi gözləyirdilər?
2) Balaca qız nə üçün genişlik arzu edirdi?
3) Dahi rəhbər gülləri qoxulayıb nə dedi?
4) Mətn nəyə görə “Rəhbərin sevdiyi güllər” adlanır?
134
SÖZLÜK
intizarla – с ожиданием
təzə­tər – совсем свежий
şüa – луч
səpələnmək – рассыпаться
isinmək – согреться
genişlik – простор
qoxulamaq – понюхать
Çap üçün deyil
Çap üçün deyil


2. Ümummilli liderimiz haqqında əlavə nə bilirsiniz? Bildiklərinizi
yoldaşlarınızla bölüşün.
3. Mətndə işlənmiş “qoxuladı” və “kimi” sözlərini aşağıdakılardan han­
sılarla əvəz etmək olar?
a) iylədi, qədər 
b) saxladı, üçün
c) əzizlədi, görə
4. Mətndəki sarı boşluğun yerinə hansı əlamət bildirən sözü yazmaq olar?
a) hündürdür           b) balacadır
c) genişdir          d) darısqaldır
5. “Nə bildin ki, mən bu gülləri sevirəm?”­cümləsində nəyə görə “bu”
əvəzliyindən sonra vergül qoyulmayıb? Fikrinizi əsaslandırın.
A) Nə? sualına cavab verdiyi üçün.
B) Hansı? sualına cavab verdiyi üçün.
C) Cümlənin ortasında işləndiyi üçün.
D) Bu işarəni qoymaq yaddan çıxıb.
6. Aşağıdakı cümlələri Azərbaycan dilinə yazılı tərcümə edin.
1) Он очень любил детей. 2) Такие цветы ему нравились. 3) Когда
и где прошла встреча с детьми? 4) До конца встречи эти цветы были
у него на руках. 5) Девочке так казалось, что цветы также радуются
как она сама.
7. Mətndə qırmızı hərflərlə verilmiş sözlər hansı nitq hissəsidir?
a) isim               b) sifət                c) say
d) əvəzlik
8. Mətndə qırmızı hərflərlə verilmiş əvəzlikləri öyrəndiyiniz növlər
üzrə qruplaşdırıb ayrı­ayrı sütunlarda yazın. Növünü təyin edə
bilmədiyiniz sözlər oldumu? Necə düşünürsünüz, əvəzliyin başqa növləri
də varmı? Əsaslandırın.
BİRİ GÜNƏŞ, BİRİ HEYDƏR
Şərqdən
qoşa 
doğuldular
,  
Biri günəş, biri Heydər.
Od­alovdan yoğruldular,  (1)
Biri günəş, biri Heydər.
Uğurlu, haqq dönməyəcək,  
Zirvəsindən . 
(3)
Əbədidir, sönməyəcək,
Biri günəş, biri Heydər.
Uğurlu Xəlilov
135
Dünya durduqca təzədir  
Hər ikisi möcüzədir.
İki varlıq bizimlədir, (2)                 
Biri günəş, biri Heydər.
Çap üçün deyil
Çap üçün deyil


9. Şeirdə qırmızı hərflərlə verilmiş söz hansı mənada işlənib?
A) Cəhətlərdən (стороны горизонта) birinin adıdır.
B) Ölkələrdən birinin adıdır.
C) Respublikamızın ikinci adıdır.
10. “Dünya durduqca” ifadəsini şeirdə aşağıdakı variantlardan hansı
ilə əvəz etmək daha çox yerinə düşər?
a) əbədi             b) hər zaman              c) daim           d) həmişə
11.  Şeirdə ümummilli liderimiz nə üçün günəşə bənzədilir? Fikir­
lərinizi əsaslandırın və bir neçə cümlə ilə dəftərinizə yazın.
12. Yazdıqlarınızı yoldaşlarınıza oxuyun. Kimin yazısında əlavə fikir­
lər varsa, onu dinləyin. Birlikdə fikirlərinizi bölüşün. 
13. Babamız Heydərin həmişə bizimlə birlikdə olması şeirin hansı mis­
rasında söylənilir? (misralar nömrələnib)
A) 1
B) 2
C) 3
14. Aşağıdakı cümlədə nöqtələrin yerinə hansı əvəzliyi yazmaq olar?
Sən ... gec gəldin?
a) harada
b) niyə
c) həmin              ç) nə vaxt
15. Verilmiş sözləri aşağıdakı cədvəl üzrə qruplaşdırın.
biri, qoşa, günəş, hamı, od­alov, təzə, dünya, bizim, iki, uğurlu, onlar,
haqq, əbədi, ikisi, zirvə, möcüzə, çox, hər şey, xeyli
16. Şeirdə sarı boşluğun yerinə hansı sözü yazmaq olar?
a) qalxmayacaq 
b) enməyəcək
c) sönməyəcək      d) düşməyəcək
136
SÖZLÜK
şərq – восток
yoğrulmaq – здесь: создать
haqq – право 
uğurlu – удачный
varlıq – cущество
əbədi – вечный
möcüzə – чудо 
SÖZ EHTİYATI
dünya durduqca – вечно
İsim
Sifət
Say
Əvəzlik
Çap üçün deyil
Çap üçün deyil


17. Şeirdə göy rəngdə verilmiş sözü aşağıdakılardan hansı ilə əvəz
etmək olmaz? Fikrinizi əsaslandırın.
    a) yaranmaq      
b) dünyaya gəlmək     
    c) anadan olmaq    
d) dünyadan köçmək
18. Buraxılmış hərfləri artırıb aşağıdakı sözləri köçürün.
Kərpi.., p..ncərə, m..barək, xən..ər, m..haribə, h..yva, st..kan, p..ndir,
q..zet, tüfən.., tapan..a, n..bar, sə..sən, g..zəl, sa..sağan, porta..al, düşm..n,
sə..ifə, a..tobus, qə..rəman 
§ 30. NEFT DAŞLARI
Bir azdan dənizin ortasında buruqlar görünməyə başladı. Yaxın­
laşdıqca buruqların yanında dənizin içindən çıxmış 
qayalıqlar
da nəzərə
çarpırdı.
Gülər xala uşaqları başa salırdı:
– Bura “Neft daşları” deyirlər. On il bundan qabaq burada gördüyünüz
qayalıqlardan
başqa, heç bir şey yox idi. Gəmilər bu 
qayalıqların
yanından
ehtiyatla keçib gedirdilər. Lakin bizim neft axtaran geoloqlarımız burada,
dənizin dibində neft olduğunu kəşf etdilər. O vaxtdan buruqlar salınmağa
başlandı. Adamlar dənizin ortasında fırtınalı havalarda heç bir çətinliyə
və təhlükəyə baxmayıb neft çıxarırlar.
Kater dənizin içərisi ilə bir neçə kilometr uzanan 
körpüyə
yan alanda
Lalə uzaqdan atasını gördü. O, əlini gözlərinin üstünə qoyub katerə
baxırdı. Lalə sevinclə çığırdı:
– Atam bizi gözləyir!
Kater körpüyə 
yan aldı
. Lalənin atası gülümsəyərək dedi:
– Bayaqdan sizin yolunuzu gözləyirik. Xoş gəlmisiniz!
Onlar 
körpüdən
dənizə salınmış dəmir pilləkənlə yuxarı qalxdılar.
Lalə 
körpünün
üstü ilə dəmir yolunun salındığını gördükdə təəccüblə
atasından soruşdu:
– Ata, körpünün üstündən qatar da keçir?
Atası gülümsəyib dedi:
– Bu, 
körpü
deyil, buna estakada deyilir. Dənizin içərisi ilə uzanan bu
yolu görürsənmi? Bu yol bütün buruqları birləşdirir. Onun üstü ilə  kiçik
vaqonlar gedir. İri yük maşınları avadanlıq daşıyır. “Küçələr” də salın­
mışdır. 
Niyaz təəccüblə soruşdu:
– Burda küçə də var?
137
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə