Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə25/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

3. Aşağıdakı atalar sözlərindən mətnin məzmununa uyğun olanı varmı?
1) Ən böyük igidlik sözü üzə deməkdir. 2) Alim olmaq asandır, insan
olmaq çətin. 3) Doğru sözə zaval yoxdur. 4) Ağıl ağıldan üstün olar, söz
sözdən ötkün. 5) Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
4. Aşağıdakı cümlələri tərcümə edin və dəftərinizdə yazın.
1) Счастье – это богатство.
2) Счастье – это здоровье.
3) Счастье – это иметь много друзей.
4) Счастье – это быть умным и грамотным.
5. Əvvəlcə sağ sütundakı sözlərdən uyğun gələnini sol sütundakı söz ­
lərlə əlaqə lən dirin, sonra isə cümlələrdə işlədin.
         ağıllı
gənclik
vəfalı
məsələ
         səliqəli
uşaqlar
qəhrəman
dostlar
         xoşbəxt
şagirdlər
çətin
oğullar
6. “Доверенный” sözü mətndə hansı sözün tərcüməsidir?  Həmin sözü
cümlələrdə işlədərək dəftərinizə yazın. Bu sözün sinonimlərini göstərin.
7. Qarşı­qarşıya yazılmış sözlərin fərqini izah etməyə çalışın. Hər bir
sözün qarşısında sualını yazın. 
xoşbəxtlik – xoşbəxt
maraq – maraqlı
çətinlik – çətin
hörmət – hörmətli
cavanlıq – cavan
böyüklük – böyük
sağlamlıq – sağlam
şirinlik – şirin
8.  İsimlə sifətin oxşar və fərqli xüsusiyyətlərini tapmağa çalışın.
Yoldaşlarınızla müzakirə edin və fikrinizi müəllimə söyləyin. 
9. Mətndə qırmızı rəngdə verilmiş “kəsmək” sözünün əvəzinə hansı
sözü işlədə bilərsiniz? Cümləni tapdığınız sözlə yenidən oxuyun və hər
ikisini tərcümə edin:
10. Aşağıdakı cümlələrdə işlənmiş “şirin” sözü ilə bağlı hansı fikir
düzgündür?
1)  Xoşbəxtlik barəsində danışmaq özü 
şirin
söhbətdir.
2) Deyirlər ki, 
şirin
çay içmək faydalıdır.
a) 1­ci həqiqi, 2­ci məcazi mənadadır     
b) hər ikisi məcazi mənadadır    
c) hər ikisi həqiqi mənadadır         
d) 1­ci məcazi, 2­ci həqiqi mənadadır
91
Çap üçün deyil
Çap üçün deyil


11. Mötərizədəki hərflərdən uyğun olanı artırıb sözləri köçürün.
Tap..aca (p, m), va..zal(q, ğ), za..baq(m, n), pa..bıq(n, m), d..vlət(e, ö),
dos..luq(t, s), sü..bül(m, n), a..tobus(v, f), nəhən..(g, k), güc..ü(l, d),
ya..şı(x, h),  moru..(q, ğ) 
AZ DANIŞMAĞIN GÖZƏLLİYİ  
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da, suda,
Artıq içiləndə dərd verir su da.
İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün incitək mənası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz. 
Əsli təmiz olan saf mirvarilər
Suya və torpağa min bəzək vurar. 
Ürəyi oxşayan bir dəstə çiçək
Yüz xırman otundan yaxşıdır gerçək!       
Nizami Gəncəvi   
12. Nizami Gəncəvi bu şeirində bizə nəyi məsləhət görür?
A) Çox su içmək xeyirlidir.
B) Dünyanın bəzəyi qiymətli mirvarilərdir.
C) Artıq söz işlətmək, yersiz danışmaq pis adətdir.
13. Şeirdəki “söz” nə ilə müqayisə edilir? (сравнивается)
a) su, inci, mirvari
b) lətafət, kərpic, torpaq
c) çiçək dəstəsi, xırman otu, dünya
92
SÖZLÜK
lətafət – нежность 
əsli – здесь: настоящий, 
подлинный
inci – жемчужина 
gerçək – действительность, 
правда
saflıq – чистота, прозрачность 
dərd – горе
SÖZ EHTİYATI
xırman – гумно, молотьба
ürəyi oxşayan – приятные
Çap üçün deyil
Çap üçün deyil


14. Şeirdə qara hərflərlə verilmiş cümlədən hansı sözü çıxarsaq, cüm­
lənin mənası dəyişməz?
a)  dünya           b) qoy              c) bəzənsin            d) söz
TAP GÖRƏK
15.  Tapmacanı oxuyun. Necə bilirsiniz, cavabın “Az danışmağın
gözəlliyi” şeiri ilə  əlaqəsi varmı?
O hansı quşdur,
Yuvasından çıxdı,
Girə bilmədi.   
*
16.  Siz fikrinizi ifadə etmək üçün sözləri tapmaqda çətinlik çə kir ­
sinizmi? Sizcə, fikri aydın və tez ifadə etmək üçün nə etmək lazımdır?
A) cümlələri əzbərləmək
B) çoxlu mütaliə etmək (заниматься чтением)
C) bütün günü danışmaq
D) sözləri düzgün yazmaq
17.  Söz haqqında aşağıdakı atalar sözlərini oxuyun, başqalarını da
əlavə edin və dəftərinizə yazın.
1) Söz qılıncdan itidir.
2) Qılınc yarası sağalar, söz yarası sağalmaz.
3) ...
4) ...
18. Cümlələri Azərbaycan dilinə tərcümə edin və dəftərinizə yazın.
1) Надо говорить мало, но внятно. 2) Вежливые слова украшают
язык. 3) Во время беседы надо подбирать нужные слова. 4) Лишне
сказанные слова портят нашу речь.
19. Xoş sözlərin miqdarını çoxalda bilərsinizmi?
    
20. Uyğun sözləri artırmaqla cümlələri tamamlayıb köçürün.
1) Artıq sözlər danışmaq insana – . 2) Çox sözün kərpictək – . 
3) Mənalı sözlər dilimizə – . 4) Ürəkaçan sözlər bir dəstə çiçəyə – .
KÖMƏKÇİ:
bəzək vurur, bənzəyir, ziyan gətirər, faydası olmur
21. Aşağıdakı sözləri elə dəyişin ki, əlamət bildirsin. Yeni düzəltdiyiniz
sözləri dəftərinizə yazın:
lətafət, saflıq, məna, qiymət, su, bəzək, çiçək, ürək
93
Xoş sözlər
mehribanlıq
səmimiyyət
Çap üçün deyil
Çap üçün deyil


GÜLƏK VƏ DÜŞÜNƏK
22. Lətifəni rollar üzrə oxuyun və nəticə çıxarın. Sonra səhnələşdirin.  
Müxtəsər deyirəm
Bir gün Molla kişmiş yeyirmiş. Bir dostu ona yaxınlaşıb soruşur: 
– Molla, nə yeyirsən?
Molla deyir: – Elə.
Dostu soruşur: – Molla, necə yəni elə? Bu nə cavabdı?
Molla deyir: – Müxtəsər deyirəm də ...
Dostu soruşur: – Nəyi müxtəsər deyirsən?
Molla deyir: – Sən deyirsən: “Nə yeyirsən?”. Mən deyəcəyəm: 
“kişmiş”. Sən deyəcəksən ki: “Mənə də ver!”. Mən deyəcəyəm: “Ver­
mirəm!”. Sən deyəcəksən ki: “Niyə?”. Mən deyəcəyəm: “Elə!” Odur ki,
indidən müxtəsər deyirəm: “Elə”.
§ 20. LEYLƏK  YUVASI
1­ci hissə
Nurlan atasının işlədiyi kranın kabinəsini boş görüb, anasını 
səslədi
:
– Ana, atam kranda yoxdur.
– Kran daha onlara lazım deyil. Görmürsən, evi tikib qurtarıblar. Bir
də təzə ev tikməyə başlayanda lazım olacaq. Təzə evi bax o iki hündür
ağacın yerində tikəcəklər.
Nurlan təəccüblə soruş du:
– Bəs ağacın başındakı
leyləklər
? Onlar necə olacaq?
– Yəqin o vaxtadək uçub
gedərlər.
– Bəlkə, getmədilər?
Anasının vacib işi ol du ğu
üçün ona cavab vermə yə vaxt
tapmadı. Tez mət bəxə keçdi.
Bir azdan nənəsi bazardan qayıtdı. İçəri girən kimi Nurlan ona giley lən di:
– Nənə, bilirsən, 
leyləklərin
yuvasını uçuracaqlar. Yerində tə zə ev tikirlər. 
– Bəs nə eləsinlər? Onlara görə adamlar evsiz qalsınlar? Quş la ra nə var
ki, başqasını tikərlər.
94
SÖZLÜK
müxtəsər – короче
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə