Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə22/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

səsindən tam ayıldı. Vahimə içində tez yerindən qalxdı. Pilləkənləri düşüb,
yüyürə­yüyürə həyətin o başındakı qazmaya girdi. Çığalı da qolu nun üstündə
idi. Qazmadakı deşikdən bayıra baxdı. Gördüyü dəhşətdən var gücü ilə
bağırdı. İndicə içində yatdığı otaq göyə sovrulmuşdu. Yerində toz dumanı
qalmışdı. Elvin Cığalını sinəsinə sıxıb ağlayırdı. Hönkürə­hönkürə deyirdi: 
– Sağ ol, Cığalı. Sən əsl dostsan!
Sevinc Nuruqızı
         
1. Sizcə, mətn niyə “Əsl dost” adlanır? Fikrinizi açıqlayın.
2. Dostluq haqqında nə bilirsiniz? Dostunuz varmı? Onun haqqında
hansı sözləri deyə bilərsiniz? Demək istədiklərinizi dəftərinizdə yazın.
3. Suallardan biri oxuduğunuz mətnə aid deyil.
A) Yolu öyrənmək üçün Elvin quşları niyə çayın o biri sahilinə
aparmadı?
B) Cığalı Elvini yuxudan necə oyatdı?
C) Cığalı niyə uçub o biri sahilə keçdi?
4. Verilmiş cümlələrdən hansında “Cığalı Elvini ölümdən qurtardı”
fikri daha qabarıqdır? (более точнее)  
A) Göyərçinlər uçuşub Elvinin çiyninə, başına qondular.
B) Quş qəribə səslər çıxarır, qanadlarını qabardıb açır, narahat­narahat
dostunun üzünü dimdikləyirdi.
C) Bu sözləri deyəndə Elvin hələ də yuxulu idi.
5. Birinci sütundakı ifadələrin qarşılığını ikinci sütundan tapıb qar şı ­
sında  yazın.
         fikir apardı
üstünə örtdü
         yorğanı başına çəkdi
dağılmışdı
         evə yollandı
getdi
         göyə sovrulmuşdu
düşündü
81
SÖZLÜK
quşbaz – любитель птиц
cəbhə – фронт
hönkürə­hönkürə – рыдая
quş damı – птичник
kötük – бревно
qazma – землянка
doymaq – наесться
qıdıqlamaq – щекотать
SÖZ EHTİYATI
fikir aparmaq – задуматься
kötüyün üstündə – на пеньке
vahimə içində – в страхе
qanadlarını qabartmaq – поднять  
крылья
göyə sovrulmaq – разрушиться
Çap üçün deyil
Çap üçün deyil


6. Cümlələri Azərbaycan dilinə tərcümə edin. Sonra mətndəki cüm­
lələrlə tərcüməni müqayisə edin.
1) Враг часто бомбардировал село.
2) Прилетая голуби сели ему на плечо и на голову.
3) Эльвин встал и быстро отправился в дом.
4) С трудом открыл глаза.
5) Спасибо, Джигалы, ты настоящий друг.
7. Yalnız hansı? sualına cavab verən sifətin işləndiyi cümlələri oxuyun.
1) Elvin bədii kitabları oxumağı sevirdi. 2) Dünənki hadisədən sonra
o, Cığalını heç yerə buraxmaq istəmirdi. 3) Əvvəlcə göyərçinləri qonşu
kənddəki Qarqar çayına tərəf aparmaq istədi. 4) Quş qəribə səslər çıxarır,
qanadlarını qabardıb açır, narahat­narahat dostunun üzünü dimdikləyirdi.
5) Elvin sinəsindəki quşu sığallayırdı.
8. Aşağıdakı sözlərin içərisindən zahiri görkəm bildirən sifətləri seçib
səsləndirin. Onları cümlədə işlədərək dəftərinizə yazın.
satqın, sağlam, qara, böyük, ağıllı, yaşlı, əzik, qarabuğdayı, bənövşəyi,
səmimi, gənc, arıq, qorxaq
ŞƏHİDLƏR XİYABANI
         
Əbülfəz Naxçıvanlı 
82
Məzarlar doğma, yaxın,
Məzarlar yan­yanadır.
Övladlarına ağı
Deyən müdrik anadır
Şəhidlər Xiyabanı.
Sinə gərib dünyanın
Payızına, qışına,
Həmişə qərq olubdur
Gül­çiçək yağışına
Şəhidlər Xiyabanı.
Yurduma göz dikənə
Etirazımdır mənim,
Heç zaman pozulmayan
Alın yazımdır mənim
Şəhidlər Xiyabanı.
SÖZLÜK
yan­yana – рядом 
etiraz – возражение
gül­çiçək yağışı – цветочный дождь 
Çap üçün deyil
Çap üçün deyil


9. Şeirin 1­ci bəndində hansı söz məcazi mənada işlənib?
a) payız
b) yağış
c) qış            d) müdrik
10. Şəhidlər Xiyabanında olmuşsunuzmu? Orada gördüklərinizi dəf ­
tə ri nizdə qısaca təsvir edin. Cümlələrinizdə sifətlərdən istifadə etməyə
ça lışın.
11. Hansı fikir şeirin məzmununa uyğun deyil?
A) Şəhidlər Xiyabanı həmişə gül­çiçəklə dolu olur.
B) Şəhidlər Xiyabanında çoxlu şəhid məzarı var.
C) Şəhidlər Xiyabanını payızda və qışda ziyarət edirlər.
12. Aşağıdakı cümlələri Azərbaycan dilinə yazılı tərcümə edin:
1) Аллея Шехидов находится в центре города Баку.
2) 20 Января день памяти шехидов.
3) Каждый год мы посещаем Аллею Шехидов.
13. Məcazi mənada işlənmiş ifadə hansı cümlədədir?
A) Şəhidlər Xiyabanı mənim alın yazımdır.
B) Xiyabanda məzarlar yan­yanadır.
C) Müdrik ana övladlarına ağı deyir.
14. Şeirdə altından xətt çəkilmiş hansı sözlər əlamət bildirir? Bu sözləri
seçib dəftə ri n i zə yazın və onlara aid cümlə qurun.
15. Aşağıdakı hansı sözlərə müvafiq şəkilçilər artırsaq, əlamət bildirər?
Düzəltdiyiniz sözləri dəftərinizə yazın.
yağış, dünya, gül­çiçək, övlad, deyən, ana, yurduma, mənim, soyu(maq)
16. Aşağıdakı atalar sözlərini siz əvvəlki siniflərdə eşitmişsiniz. Oxu ­
yun və səhvləri tapıb düzgün şəklini yazın.
1) Don tapmaq çətin, dost tapmaq asandır! 2) Yoldaşı evdə tanı! 
3) Acıqlı başda ağıl olar. 4) Yaxşı məsləhət hər şeydən pisdir. 5) Ağıl ağıl­
dan üstün olmaz.
83
SÖZ EHTİYATI
ağı – элегия
sinə gərmək – здесь: терпеть 
qərq olmaq – здесь: покрыться
göz dikmək – здесь: желает завоевать 
alın yazısı – судьба, участь, рок
Çap üçün deyil
Çap üçün deyil


17. Sözlər arasındakı əlaqəni müəyyənləşdirin və rus dilinə tərcümə
edin. Sözlərdən bir neçəsini birləşmə içərisində işlədin.
iri– xırda, qalın – nazik, uzaq–yaxın, pis–yaxşı, dərin – dayaz, uzun –
qısa, acı – şirin, ağır – yüngül, quru – yaş, çalışqan – tənbəl, sağlam – xəstə
18. Aşağıdakı sözlərin içərisindən isimləri və sifətləri seçib ayrı­ayrı
sütunlarda yazın, qarşılarında suallarını qeyd edin.
SÖZLƏR:
yaxşı, yaxşılıq, yaxşılaşmaq, gözəl, gözəllik, gözəlləşmək,
savad, savadsız, savadlanmaq, səliqə, səliqəsiz, səliqəyə salmaq, ağıl,
ağıllı, ağıllanmaq,  maraq, maraqlı, maraqlanmaq, köhnə, köhnəlik, köh­
nəlmək,  bilik, biliksiz, bilmək,  kamil, kamillik, kamilləşmək, qorxaq,
qorxu, qorxmaq,  igid, igidlik,  bəzək, bəzəkli, bəzəmək
§ 18. QAÇAQ NƏBİ
Təxminən yüz əlli il bundan əvvəl Qarabağ dağlarında, Araz çayı
yaxınlığındakı kəndlərdə Nəbi adlı qoçaq bir adamın adı dillər əzbəri ol­
muşdu. Aşıqlar onun hünərinə şeirlər qoşur, hər yerdə onun haqqında
danışırdılar.
O zaman Azərbaycanda çar hökuməti, qudurğan bəylər kəndlilərə çox
zülm edirdilər. Bəzi adamlar bu zülmə dözmür, çar hökumətinə və bəylərə
qarşı vuruşurdular. Nəbi də belə adamlardan idi. Hökumət Nəbini cəza­
landırmaq istəyirdi. Nəbi isə tüfəngini götürüb, Bozata minmiş və dağlara
qaçmışdı. Ona görə də Nəbini “qaçaq” adlandırırdılar. O, burada da sakit
oturmur, zalımlardan intiqam alırdı. Nəbinin arvadı Həcər də igidlikdə
ərindən geri qalmırdı. Nəbini tuta bilməyən hökumət adamları ondan in­
tiqam almaq üçün çox yollar axtarırdılar. Axırda Həcəri tutub həbsxanaya
saldılar. Bu vaxt aşıqlar Həcərin adından belə bir şeir qoşdular:
Qazamat istidir, yata bilmirəm,
Düşmənim güclüdür, bata bilmirəm.
Ayaqda qandalaq, qaça bilmirəm,
Mənim bu günümdə gələsən, Nəbi,
Qazamat dalını dələsən, Nəbi!
Bu xəbər Nəbiyə çatan kimi o, yoldaşları ilə gedib həbsxana
keşikçilərini 
qırdı
və Həcəri 
xilas etdi
. Hökumət və bəylər bundan 
qorxu ­
ya düşdülər
. Onlar nə olursa­olsun, Nəbini cəzalandırmağa çalışırdılar.
Amma onu 
ələ keçirə
bilmirdilər. Çünki xalq onun nə üçün 
qaçaq düşdü ­
yünü
yaxşı bilir və ona kömək edirdi. Aşıqlar da öz mahnılarında Nəbinin
adından belə deyirdilər:
84
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə