Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə18/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

Balaca çoban isə:
Padşah sağ ol sun,
balaca  şahza də yə  əsl
pislik eləyənlər ona
yalan 
söyləyən lər dir.
Bu günə qədər onu ya­
landan ancaq təriflədik­
lərinə görə şahzadəmiz
də elə  bi lib  ki,  hamı ­
dan bacarıqlı, hamıdan
ağıllı bir tək özü 
dür.
öz üzərində
çalışmayıbdır. Əgər sözün düzünü söy lə səy di lər, şahzadə, bəlkə, daha çox
öz üzərində çalışar, doğrudan da, hər kəsdən üs tün ola bilərdi. 
Şahzadə özünü saxlaya bilməyib qışqırdı:
– Mən onsuz da hər kəsdən artığam. Səndən isə qat­qat güclüyəm. Heç
bir uşaq mənimlə güləşə bilməz. İstəyirsən gəl, səninlə bir güləşək.
Balaca çoban:
– Yox, olmaz. Mən bir çobanam. Sizinlə güləşmək istəmirəm, – deyir.
padşah çobana əmr eləyir ki, şahzadə ilə güləşsin.
Çoban da çox çəkmir ki, padşahın oğlunun  kürəyini yerə vurur. 
Həmin vaxtdan da şahzadə çobanın haqlı olduğunu başa düşür. Və o
ancaq çobanla dostluq eləyir, təkcə onun sözünə inanır. 
Türk dilindən çevirən: 
Mehman Musaoğlu
8. Mətndəki yaşıl boşluqların yerinə aşağıdakı sözlərdən uyğun gələni
qoyub cümlələri oxuyun və tərcümə edin.
SÖZLƏR: 
doğrudan da, ancaq, onun üçün də, çünki, uzaqlaşmış
9. Şahzadənin özündən razılığını ifadə edən cümlələri mətndən seçib
səsləndirin.
66
SÖZLÜK
qabiliyyətli – способный
qısqanmaq – ревновать
bəyənmək – одобрять
güləşmək – бороться
SÖZ EHTİYATI
padşahın hüzuruna – в покои к падишаху
qat­qat güclü – намного сильнее
könlünü sındırmaq – обидеть
öz üzərində çalışmaq – работат  над собой
kürəyini yerə vurmaq­повалить
ь
Çap üçün deyil
Çap üçün deyil


10. Balaca çobanın hansı sözlərinə əsasən onun çox ağıllı olduğunu
bilmək olar? Həmin hissəni mətndən tapıb oxuyun.
11. Aşağıdakı atalar sözlərini tamamlayın və dəftərinizə yazın.
1) Yol böyüyündür, – –. 2) Ayağı nərdivana – –. 3) Ad adamı bəzəməz,
adam – –. 4) Ağac bar verəndə başını – –. 5) Sözün düzünü – –. 6) Heç
kəs öz ayranına – –. 7) Ağıl yaşda olmaz – –. 8) Yalan ayaq tutar, – .
12. Mətnə əsasən cümlələrin ardıcıllığını təyin edin.
1) Həmin vaxtdan şahzadə çobanın haqlı olduğunu başa düşür.
2) Bir zamanlar ölkənin çox ağıllı padşahı var imiş.
3) Balaca şahzadə tütək çalmağı öyrənə bilmir.
4) Saray əyanları padşahın xoşuna gəlmək üçün  ahzadəni tərifləyirlər.
5) Şahzadəyə pislik edənlər ona yalan söyləyənlərdir.
A) 2, 4, 3, 5, 1
B) 1, 2, 3, 4, 5
C) 4, 3, 2, 1, 5
13. Sxemləri tamamlayın və oxuyun.
§ 14. TANIŞLIQ
Qasım dəcəl oğlan idi. Sözə baxmırdı. Qışda qar yağanda tində durub
qızlara qartopu atırdı. Bu xasiyyətinə görə onu ata­anası, müəllimləri çox
danlamışdılar. Amma o, öz dəcəlliyindən hələ də əl çəkmirdi. 
Bir gün Qasımın atdığı top birinci sinifdə oxuyan Firuzəyə dəydi. O
ağlaya­ağlaya evlərinə qaçdı. İki gün dərsə gəlmədi. 
İki gündən sonra Firuzə məktəbə gəldi. Dərs qurtardıqdan sonra pal­
tosunu geyib yola çıxdı. Ancaq evə tək getməyə qorxurdu. Elə bu an
çiynində çanta olan balaca bir oğlanın yaxından keçdiyini gördü. Firuzə
onu səsləyib dedi:
– Ay oğlan, evə gedirsən?
– Bəli, necə? 
– Zəhmət olmasa, məni də ötür. Orada, bax o tinin başında bir pis oğlan
adamı qartopu ilə vurur. 
Oğlan təəccüblə Firuzəyə baxdı, xeyli fikirləşdi, sonra qətiyyətlə dedi: 
– Gedək.
67
bacarıqlı
şəhər
balaca
ağıllı
dərin
tənbəl
isti
ş
Çap üçün deyil
Çap üçün deyil


Onlar tini keçdilər.  Firuzə oğlana dedi:
– Sağ ol, oğlan! Buradan o yana özüm tək gedə bilərəm. 
Qasım Firuzədən ayrılıb birbaş evlərinə getdi. Bu hadisədən sonra bir
daha tində gizlənib qızlara qartopu atmadı.
İsa Hümmətov
1. Mətndə altından xətt çəkilmiş sözü aşağıdakı variantlardan hansı ilə
əvəz etmək olar?
a) qarşıla
b) yola sal 
c) apar       
d) göndər
2. Aşağıdakı variantlardan hansı mətnin məzmununa uyğundur?
A) Qasım danlanmaqdan qorxurdu, ona görə qartopu atmadı.
B) Firuzəyə yazığı gəldiyi üçün Qasım ona qartopu atmadı.
C) Firuzənin dəcəl oğlan haqqında söylədiklərindən Qasım özünə
nəticə çıxartdı.
3. Cümlələri Azərbaycan dilinə yazılı tərcümə edin.
1) Гасым был очень непослушным.
2) Спустя два дня Фируза вернулась в школу.
3) Мальчик удивленно посмотрел на неё, потом ответил. 
4. “Heyrətlə” sözü mətndəki hansı sözün qarşılığıdır?
5. Hansı dəcəl hərəkətlər başqalarına narahatlıq gətirir? Debata qoşu­
lun və fikirlərinizi əsaslandırın.
6. Mətndən kimə?, nəyə?, haraya? suallarına cavab verən sözləri seçib
ayrı­ayrı sütunlarda dəftərinizə yazın.
7. Müvafiq şəkilçiləri artırmaqla birləşmələri köçürün. 
     mənim xasiyyət..
bizim xasiyyət..
     sənin xasiyyət..
sizin xasiyyət..
     onun xasiyyət..
onların xasiyyət..
8. Aşağıdakı sözləri “h” səsini düzgün tələffüz etməklə oxuyun və mə­
nalarını izah edin, bir neçəsini cümlədə işlədin.
həyəcan, hörük, hinduşka, həndbol, mehriban, qohum, heca, bahar,
sərhəd, hamam, müharibə, məhəbbət, hədiyyə, hiss etmək, hərdən
68
SÖZLÜK
dəcəl – шалун, озорник
tin – угол
danlamaq – порицать
ötürmək – провожать
birbaş – прямо 
SÖZ EHTİYATI
sözə baxmamaq – не слушаться
qətiyyətlə – решительно
əl çəkməmək – не отставать
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə