Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə15/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

56
10. Aşağıdakı cümlələrdə qırmızı rəngdə olan  sözlərin yazılışı ilə bağlı
düzgün variant hansıdır?
1. Ağca xanım 
şadlı..ından
bilmirdi ki, nə etsin. 2. Ağca xanım və Qa­
raca qız əl­ələ verib bağda 
qaçma..a
və 
oynama..a
başladılar.
         1) q, q, q                2) ğ, q, ğ              3) ğ, ğ, ğ         4) ğ, q, ğ
Ad gününün tarixçəsi
İndi hamının qeyd etdiyi ad gününü əvvəllər  yalnız fironlar və onların
oğlan  övladları keçirirmiş. İlk ad günləri Misirdə qeyd olunmağa başla­
nıb. Tarixdə yer alan ilk doğum günü yığıncağı Miladdan 3000 il əvvəl
yaşamış bir Misir fironuna aiddir. Bu cür tədbirlərdə ailə, dostlar, xidmət ­
çilər, hətta 
kölələr
də iştirak edirmişlər.
İndiki ad günlərimizin ideyası necə yaranıb?  Avropada indiki kimi ad
günlərinin keçirilməsi on ikinci yüzillikdən sonra başlayıb. Yunanların
tort kəsmə adəti sonralar almanlara da keçib. Ancaq tort dedikdə, indi
yediyimiz “mərtəbəli”, bol kremli, bəzəkli şirniyyat ağlınıza gəlməsin. O
zamanların tortu indinin “keks” formasında olub. Bizim bildiyimiz tortlar
isə 13­cü əsrdə Almaniyada yaranıb. Almanlar uşaqlarına indikindən də
çox diqqət yetirirmişlər. Uşaqların ad günləri az qala festival kimi keçiri ­
lirmiş. Səhər sübh yeri ağarmağa başlayan vaxt uşaq yuxudan oyadılırmış.
Tortun üzərindəki şamlar axşam yeməyinə qədər daim də yiş dirilərmiş.
Axşam yeməyində uşaq şamları  
söndürür və bayram başlayar­
mış. Tortun üzərində uşağın yaşından bir ədəd artıq şam qoyularmış. Bu
da bir gün “sönəcək” həyatın işığını göstərərmiş. Uşağa həmin gün çoxlu
hədiyyələr gələr, ən sevdiyi yeməklər bişirilərmiş. Ad günündə tortun
üzərindəki şamları üfürərkən arzu tutmaq və onu heç  kimə söyləməmək
adətləri də almanlardan keçmişdir.   
56
SÖZ EHTİYATI
sübh yeri – раннее утро
ağlına gəlmək – прийти в голову,  
взбрести на ум
milad – рождество
SÖZLÜK
firon – фараон
kölə – раб
qərar – решение
üfürmək – дуть
Dost şad gündə tanınar.
Yolda qardaş, evdə yoldaş.
Hər kəsə özgə balası şirindir.
Dəmiri qəm çürüdər, insanı nəm.
Dəmiri isti­isti döyməzlər.
Çap üçün deyil
Çap üçün deyil


57
11. Verilmiş cümlədə altından xətt çəkilmiş sözü aşağıdakı variantlar­
dan hansı ilə əvəz etmək olmaz?
Romada imperatorların və dövlət adamlarının ad günləri Senatın qərarı
ilə milli bayram elan edilirmiş.
a) əmri
b) göstərişi
c) xahişi              d) sərəncamı
12. Hansı sual mətnin məzmununa aid deyil?
A) İlk dəfə doğum günü nə vaxt qeyd edilib?
B) Əvvəllər ad gününü kimlər qeyd edirdilər?
C) Azərbaycanda ilk doğum günü nə vaxt qeyd edilib?
13. Mətndə yaşıl hərflərlə verilmiş sözü hansı sözlə əvəz etmək olar?
a) ağalar 
b) qullar
c) qonaqlar       
14. Siz də ad gününüzü qeyd etməyi sevirsinizmi? Ad günündəki hansı
adətlər daha çox xoşunuza gəlir? Düşündüklərinizi dəftərinizə yazın,
sonra yoldaşlarınıza oxuyun.
15. Ad günündə sinif yoldaşlarınıza açıqca yazmaq üçün aşağıdakı
cümlələrdən hansından istifadə etmək olar?
✿ 
Sənin ad gününü səmimi­qəlbdən təbrik edirəm. Sənin dəftərlərin
səliqəli və təzədir. Dərslərində müvəffəqiyyətlər, uğurlar arzulayıram.
Bu dərsin mövzusu sənə tamamilə aydın  oldu. Dünyanın ən gözəl ne­
məti olan cansağlığı nəsibin olsun. Yolu keçərkən çox diqqətli ol! 

16. Mətndəki sarı boşluğun yerinə hansı sözü yazmaq olar?
a) üfürərək
b) götürüb 
c) yandırıb           d) yelləyib
17. Cümlələri köçürün, isimlərin altından xətt çəkin və xüsusi isimləri
seçib göstərin. Onların nə bildirdiyini izah edin.
1) İlk ad günləri Misirdə qeyd olunmağa başlanıb. 2) Romada imperator­
ların və dövlət adamlarının ad günləri Senatın qərarı ilə milli bayram elan
edilirmiş. 3) Sezarın ad günü əsl festivala dönürmüş. 4) Avropada indiki
kimi ad günlərinin keçirilməsi on ikinci yüzillikdən sonra başlayıb.        
5) Bizim bildiyimiz tortlar 13­cü əsrdə Almaniyada yaranıb.
18. Çiçək işarələrinin yerinə hansı hərflərin yazılmalı olduğunu deyin
və fikirlərinizi əsaslandırın:
yığınca
✿ı, yığınca✿lar, yüzilli✿dən, uşa✿larına, ağarma✿a, artı✿,
arzu tutma
✿, yemə✿lər
Çap üçün deyil
Çap üçün deyil


§ 12.  ARILIQDA
Bir azdan Hüseynqulu ağa ilə Piri kişi gəlib qızlar oturduğu yerə
çıxdılar. Onlar qızları götürüb arı pətəklərinin tamaşasına getdilər. Qızlar
arıların işləməsinə çox həvəslə baxırdılar.
Bir pətəyə çatdıqda gördülər ki, buranın arıları pətəyin ağzında  qarışqa
kimi qaynaşırlar. Bunu gördükdə Piri kişi dedi:
– Yaxşı vaxtda gəlmişik, bu saat buranın arısı beçə verəcəkdir. Sonra
üzünü Qaraca qıza tutub dedi. – Qızım, qaçaraq get, evimizdən o gün
sənə göstərdiyim ağ torbanı götür gəl.
Qaraca qız yüyürərək getdi. Bir azdan arılar pə tək dən dəstə­dəstə çıxıb
uçmağa başladı. Piri kişi on ların
dalınca
düşdü. 
Axır da
arılar bir
gilas  ağa cı nın 
başına
qondular.
Bir dəqiqə keçmədi ki, bir­bi ri nin
üstünə qonaraq üzüm salxımı
kimi ağacdan sallandılar. Bu
zaman Qa raca qız torbanı gətirdi.
Pi ri kişi Ağca xanıma de di:
– Ağca xanım, hər yuvada bir
dişi arı olar, ona şah deyərlər. Bir
yuvada iki şah olanda 
dava
olur.
Yeni doğmuş şah məcbur olur ki, uçub başqa yuva arasın. O vaxt onun
dalına 
yeni
törəmiş arılar düşürlər. Bax gör yeni şahın qoşunları onu nə
cür 
əhatə etmişlər
. İndi biz onu tutub təzə arı sə bəti nə salmalıyıq. Onda
arılar da onun başına 
cəm olacaqlar
.
Bu sözlərdən sonra Piri kişi üzünü Qaraca qıza tutub dedi:
– Qızım, çıx ağaca və bu sallanan arıları torbanın içinə salıb 
ağzını
büz.
Qaraca qız pişik kimi ağaca dırmaşmağa başladı. Ağca xanım Piri
kişidən soruşdu:
– Baba, o arılar Qaraca qızı sancmazlarmı?
– Yox, xanım, arını incitməsən və ondan qorxmasan, adamı
sancmaz
.
Qaraca qız arı dəstəsini torbaya salıb ağzını büzdü. Piri kişi dedi:
– İndi, qızım, budağı silkələ, arılar torbaya tökülsün. Ya da budağı
sındır
, torbanın içində qalsın.
Qaraca qız  budağı sındırdı və aşağı 
endi
. Piri kişi torbanı ondan aldı.
Hamı arılığa gəldi. Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı.
– Ağca xanım, bu pətəyi sənin adına saxlayacağam. Balı da öz ixti­
yarında olacaqdır. Haçan 
könlün
bal istədi, gələrsən, kəsib verərəm.
Ağca xanım çox 
şad oldu
. Hüseynqulu ağa dedi:   
– Qızım, bu da sənin arın, indi gəl gedək, bir azdan anan gələcək.         
          
Süleyman Sani Axundov
58
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə