Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə12/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

 1.  Mətnə aid plan tərtib etsəydiniz, aşağıdakı planda hansı dəyişikliyi
edərdiniz?
1) Təndirə baxış.  
4) Qızıl başmaq.
2) Fatmanın analığı.
5) Fatmanın inəyi.
3) Fatmanın xoruzu.
2. Mətnin məzmununu aşağıdakı suallar əsasında danışmaq olarmı?
Özünüzü yoxlayın. Hansı sualın əlavə olunmasını istərdiniz?
1) Padşahın oğlu çayı niyə axtartdı?
2) Başmaq padşahın oğlunun niyə xoşuna gəldi?
3) Padşahın oğlu başmağın yiyəsini niyə tapmaq istəyirdi?
4) Fatmanın analığı niyə onun əl­ayağını bağlayıb təndirə saldı?
5) Padşahın adamları Fatmanın təndirdə olduğunu hardan bildilər? 
6) Padşahın adamları təndirə baxanda nə gördülər?    
7) Fatmanı niyə padşahın oğlunun yanına apardılar?
3. Fatmanın analığının hərəkətinə haqq qazandırırsınızmı? Fikirlərinizi
açıqlayın.
4. Necə düşünürsünüz, padşahın oğlunun atı niyə su içmədi?
A) Çünki o susamamışdı, ona görə də su içmək istəmirdi.
B) Su bulanıq idi, ona görə də atın xoşuna gəlmədi.
C) At suyun içində nəsə olduğunu hiss etmişdi.
D) At uzaqda canavar görmüşdü.
45
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
Pis olmasa, yaxşının qədri bilinməz.
Pisliyi torpağa əkdilər, göyərmədi.
SÖZ EHTİYATI
adam saldırmaq – послать гонцов
carçı – вестник
car çəkmək – оповестить
cani­dildən – от души
aşiq olmaq – полюбить
murada yetişmək – стать счастливым
Çap üçün deyil
Çap üçün deyil


5. Fatma qızıl başmağı haradan almışdı? Bu və bunun kimi digər sirləri
“Göyçək Fatmanın nağılı”nı bütövlükdə oxumasanız, öyrənə bilər si ­
nizmi? Elə isə nağılı tapıb oxuyun.
6. Mətndə qırmızı rəngdə verilmiş sözləri kök və şəkilçiyə ayı rıb yazın.
Sözün kökündə olan dəyişikliyə diqqət yetirin. Bu sözü baş qa şəkilçilərlə
də işlədin və kökdə olan son səsin nə zaman dəyiş mə si ilə əlaqədar fikir­
lərinizi söyləyin.
BUNLARI BİLİRSİNİZMİ?
Əziz uşaqlar, bir qədər diqqətli olsanız, görərsiniz ki, sonu “q”
samiti ilə yazılan sözlərə saitlə başlanan şəkilçi artırıldıqda “q” “ğ”­
ya keçir. Məsələn, otaq­otağ
ın
, otağ
ım
, otağ
a
, otağ
ımız 
... Sözə samitlə
başlanan şəkilçi qoşulduqda isə sözün son samiti dəyişmir. Məsələn,
otaq–otaq
dakı
, otaq
lar
, otaq
dan
, otaq
dır
, otaq
da
...
7. Bəzi insanlar yanlış olaraq Azərbaycan dilində də aşağıdakı söz ­
lərdən istifadə edirlər. Deyə bilərsinizmi, həmin sözlərin əvəzinə hansı
sözləri işlətmək lazımdır? Həmin sözləri tapıb yazın:                         
SÖZLƏR:
зонтик, ручка,  поезд, доска, кровать,  звонок, мароже­
ное, тарелка, пляж, остановка, чернила, вешалка,  песок, пол,  пото­
лок, доктор,  инженер, лодка, форточка
8. Aşağıdakı sözlərin mənalarını izah edin və aralarındakı münasibəti
aydınlaşdırmağa çalışın. Hər cərgədəki sözlərdən birinə aid cümlə qurub
yazın:
yağ – yağlı – yağsız – yağlamaq – yağlanmaq – yağlı etmək – yağlı olmaq;
soyuq – soyumaq –  soyuqlamaq – soyuqlaşmaq – soyuducu – soyuq olmaq;
görmək – görünmək – görüntü –  görüşmək – görüş – görüşə getmək; 
uşaq – uşaqlı – uşaqlıq – uşaqsız – uşaqlıqda – uşaqlaşmaq – uşaq olmaq;
yaxşı– yaxşılıq – yaxşılaşmaq – yaxşı olmaq – yaxşılıq etmək;
diqqət – diqqətli – diqqətsiz – diqqətsizlik – diqqətlə – diqqətli olmaq
;
qorxmaq – qorxu – qorxaq – qorxaqlıq – qorxusuz – qorxulu
46
Çap üçün deyil
Çap üçün deyil


GÜLƏK VƏ DÜŞÜNƏK
9. Aşağıdakı lətifəni oxuyun və cəmdə olan isimləri seçib deyin, cəm
əlamətini göstərin. 
Ağlına gəlməz
Günlərin birində Molla evə gəlib görür ki, içəridə oğru var. Oğru mol­
ladan qorxur, Molla da oğrudan. Bir müddət ikisi də donub qalırlar. Han­
dan­hana oğru özünə gəlib qaçmaq istəyir. Molla əlacsız qalıb oğrunun
üstünə atılır. O bunu yıxır, bu onu yıxır, axırda Molla oğrunu üstələyir,
ayaqlarını bağlayır, uzadır evin ortasına. Özü də gedir hakimin yanına ki,
xəbər versin, gəlib oğrunu tutsunlar.
Hakim Mollanı danışdırıb əhvalatı ətraflı öyrəndikdən sonra soruşur:
– Bəs indi oğrunun yanında kim var?
Molla deyir: – Heç kim.
Hakim soruşur: – Yaxşı, sən deyirsən ki, onun ancaq ayaqlarını
bağlamısan, yanında da heç kəs yoxdur. O, indi ayaqlarını açıb qaçar ki...
Molla fikrə gedir. Görür ki, hakim haqlıdır. Deyir:
– Hakim ağa, sən tamam haqlısan. Ancaq bu ki mənim ağlıma
gəlməyib, heç onun da ağlına gəlməyəcək. O da bizim yerlidir.
Doğrudan da, gedib görürlər ki, ayaqlarını açıb qaçmaq oğrunun ağlına
gəlməyib.
10. Lətifədə işlənmiş “Molla, hakim, oğru” isimlərini cəmdə işlədin
və  müxtəlif formalar üzrə dəyişdirib yazın.
NÜMUNƏ:
gözlər, gözlərin, gözlərə ... 
11. Oxuyun və əlamətlər əsasında sözləri tapıb yazın. Son səsin düzgün
yazılışına diqqət yetirin:
1) Sulu xörəklər nə ilə yeyilir?   –
2) Göldə nə ilə gəzintiyə çıxmaq olar?   –
3) Baş geyimi necə adlanır?   –
4) Neft mədənlərində olur   –
5) Dövlət rəmzlərindən biri   – 
6) Südün, qatığın üzü   –
12.  “Hər kəsin yerişi var” təmsilini oxuyun və oradakı əsas fikri
müəyyənləşdirin. Sonra məzmununu öz sözlərinizlə danışın.
47
Çap üçün deyil
Çap üçün deyil


Hər kəsin yerişi var
         
Hikmət Ziya
48
Bir Tısbağa Dovşana
Söylədi yana­yana:
– Sən nə yaman qaçırsan?
Lap elə bil uçursan!
Gəl dost olaq bu gündən
Mənə də öyrət bunu.
İnan ki, təriflərəm
Səni, ömrüm uzunu.
Dovşan dedi:– əzizim,
Bu xəyala düşmə sən!
Bu addımla, yerişlə
Məgər qaça bilərsən?!
İnad etdi tısbağa:
– Yox, mən də qaçacağam,
Öyrətmirsən, öyrətmə!
Lap quştək uçacağam! –
Deyə o, bir təpədən
Üzüaşağı endi.
– Qaçma, yavaş! – söyləyib,
Dovşan xeyli deyindi.
Amma sözə  baxmayıb
Tısbağa yumbalandı,
Dəyib daşa, kəsəyə
Bir anda parçalandı.
Dovşan vurdu dizinə:
“Sənə demədim, yavaş!
Hər kəsin öz yerişi
Var, a Tısbağa qardaş!..”  
təmsil – басня
yeriş – походка
üzüaşağı – вниз, книзу
deyinmək – ворчать
yumbalanmaq – скатиться
SÖZ EHTİYATI
xəyala düşmək – замечтаться
inad etmək – настаивать
ömrüm uzunu – всю жизнь
SÖZLÜK
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə