Azer-dili 5s Derslik 2016 Layout 1


  “Canlı saat” mətnini oxuyun və məzmununu öz sözlərinizlə danışın, sonra yadınızda qalanları qısaca yazın. CANLI SAAT



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə10/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

10.  “Canlı saat” mətnini oxuyun və məzmununu öz sözlərinizlə
danışın, sonra yadınızda qalanları qısaca yazın.
CANLI SAAT
Orxan dərsə tez­tez gecikirdi. Yatıb yuxuya qalırdı.
Bir gün qar yağmışdı. Sərçələr onun pəncərəsinə qonaraq
civildəşirdilər. Orxan pəncərənin qabağına bir parça taxta bərkidib üstünə
dən
tökdü. Sərçələr 
dəni
yedilər.
Səhəri gün tezdən idi. Orxan şirin yuxudan 
sərçələrin
civiltisinə
oyandı. Gözünü açan kimi saata baxdı. Saat yeddi idi. Orxan vaxtında
yuxudan oyandığına çox sevindi. O qalxıb paltarını geyindi. Tez 
sərçələrə
dən səpdi. 
Sərçələr
dəni dimdikləyib* yedilər. Orxan:
– Səhər yenə gəlin, yenə dən verəcəyəm, – dedi.
Həmin gündən Orxan bir də dərsə gecikmədi. Hər səhər sərçələr onun
pəncərəsinə yığılıb civilti ilə şüşəni döyəcləyir*, ondan yem istəyirdilər*.
Orxan
yuxudan ayılıb onları yemləyirdi*. Sərçələr 
Orxanın
canlı saatı idi.   
Əli Səmədli
11.  Mətndə üzərində ulduz işarəsi qoyulmuş sözlərdə “ə” saitinin
düzgün tələffüzünü öyrənin.
Belə yazılır:
dimdiklə*yib
döyəclə*yir
istə*yirdilər
yemlə*yirdi
12. Mətnin məzmununa aid bir­birinizə suallar verin? Sualların düzgün
tərtibinə diqqət yetirin. 
13.  Mətndə göy, qırmızı və yaşıl rəngdə olan isimlər üzərində
müşahidə aparın. Bu isimlərə artırılan şəkilçilər həmin sözlərin mənasını,
yoxsa yalnız formasını dəyişib? Fikirlərinizi əsaslandırın.
BUNLARI BİLİRSİNİZMİ?
İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girmək üçün xüsusi şəkilçilər
qəbul edir və dəyişir. Buna ismin hallanması deyilir. İsimlərin halla­
narkən qəbul etdiyi şəkilçilər hal şəkilçiləri adlanır. Məsələn: üzüm,
üzüm­
ün
, üzüm­
ə
, üzüm­
ü
, üzüm­

, üzüm­
dən
.
38
SÖZLÜK
canlı saat – живые часы
döyəcləmək – стучат
SÖZ EHTİYATI
yuxuya qalmaq – проспать
Belə deyilir:
dimdik[li]yib
döyəc[li]yir
is[di]yirdilər
yem[li]yirdi
ь
Çap üçün deyil
Çap üçün deyil


14. Buraxılmış şəkilçiləri artırıb, aşağıdakı cümlələri köçürün. Səməd
sözünün də yişməsi üzərində müşahidə aparın. Tapşırığın mətnində bu söz
neçə halda işlənmişdir?
1) 
Səməd
məktəb.. heç kimi tanımırdı. 2) 
Səməd
..  xəyalında məktəb­
dən gözəl, məktəb..  işıqlı yer yox idi. 3) Tanımadığı bir oğlan 
Səməd
..
yaxınlaşdı. 4) 
Səməd
.. oxutmaq ata­anasının ən böyük arzusu idi. 
5) 
Səməd
.. oxumağa çox böyük həvəs vardı. 6) Balacaboylu bir uşaq
Səməd
.. neçənci sinif.. oxuduğunu soruşdu.
15. Aşağıdakı birləşmələri tərcümə edin və yazın.
из теплых стран, холодный ветер, когда дует ветер, ковровая 
бах рома, настенные часы, часто остановливаться, выходит во двор,
живые часы, маленький воробей, тот день, светлая комната, шалов­
ливый школьник
§ 8. ÖZÜNÜZÜ YOXLAYIN
1. “Birinci dərs” mətni üzrə düzgün cavabı tapın.
Səməd sentyabrın on beşini niyə səbirsizliklə gözləyirdi?
A) Səməd sinif yoldaşları üçün darıxmışdı.
B) Çünki Səmədin xəyalında məktəbdən gözəl, məktəbdən işıqlı yer 
yox idi.
C) Səmədi evdə valideynləri çox işlədirdilər.
2. “Birinci dərs” mətnində Səmədin valideynləri tərəfindən hansı atalar
sözü işlədilir?
A) Ayağı nərdivana bir­bir qoyarlar. 
B) Bir əldə iki qarpız tutmaq olmaz. 
C) Savadsız adamdan kor yaxşıdır!
3. Aşağıdakı misralar hansı mətndəndir və onu kim yazmışdı?
“Qorxdu, dönübən oldu,
Şeybani bizim Hophop...”
4.  Aşağıdakı sözlərin içərisindən xüsusi isimləri və şəxs anlayışı
bildirən digər sözləri seçib ayrı­ayrı sütunlarda yazın, sözlərin bir qis­
minin böyük hərflə yazılmasının səbəbini izah edin.
müəllim,  Səhhət, həyat, Sabir, şagird, zəhmət,  balalar, uşaqlar, Mirzə,
Abbasqulunu, dostumuz, Ələsgər, oğul,  Hacıbaba, rahatlıq, Əşrəfin, qar­
daşı, məktəb, dərs, otaq, şeir, məhəbbət, dostluq
5. “Sevimli məktəb” şeirində yay tətilini keçirmək necə təsvir olunur?
Şairin fikirlərini öz sözlərinizlə ifadə edərək danışın.
39
Çap üçün deyil
Çap üçün deyil


6. “Sevirik səni biz” şeirində işlənmiş isimləri seçib dəftərinizə yazın,
suallarını qarşılarında qeyd edin.
7. “Görüş ədəbi” mətnində “Salaməleyküm” və “Əleyküməssalam”
söz lərinin mənası necə izah olunur?
8. “Salaməleyküm” sözünün qarşılığında hansı sözü işlətmək lazımdır?
a)  xoş gördük       b) necəsiniz       c) əleyküməssalam     d) sağ olun
9.  “Ay aman!.. Sel apardı!..”mətnindən  on düzəltmə söz seçib
dəftərinizə yazın.
10. “Qız məktəbində” şeirinin müəllifi kimdir, onun haqqında hansı
xatirəni bilirsiniz?
11. “Görüş ədəbi” mətnində dörd qaydaya əməl etmək lazım olduğu
göstərilir. Həmin qaydalar hansılardır? Onları sadalayın və hər biri
haqqında yoldaşlarınızla debata qoşulun.
12. “Vətən nədir?” mətnində “müqəddəs” sözünün mənasının izahı ilə
razılaşırsınızmı? Başqa nəyi müqəddəs hesab etmək olar? Sizin üçün bu
sözün daşıdığı məna nədir? Fikirlərinizi bildirin.
13. “Badi­Kubə” nə deməkdir? Bu sözün mənasına hansı mətndə rast
gəlmisiniz? Şirvanşahlar sarayını görmüşsünüzmü? Oxuduqlarınız
əsasında sarayı təsvir edin.
14.  “Sənin kimi ağıllı adamın tikdiyi saray dünya durduqca duracaq...”
fikri kimə məxsusdur?
A) İbrahim şaha           B) Xəlilüllah şaha           C) saray əyanlarına
15. İbrahim şahın qurduğu dövlətin sərhədlərini göstərən sözləri yazın.
Həmin sözlərin yazılış qaydasını izah edin. 
16. Aşağıdakı sözlər arasındakı münasibəti müəyyənləşdirin və tərcümə
edin.
çıxmaq  – çıxış – çıxıntı – çıxıntılı – çıxıntısız – çıxarmaq – çıxarış;
zəif – zəiflik – zəifləmək – zəiflətmək – zəif olmaq – zəiflik etmək;
mehriban – mehribanlıq – mehribancasına – mehribanlaşmaq –
mehriban olmaq;
cavan – cavanlıq – cavanlaşmaq – cavan olmaq –cavanlıq etmək;  
qurumaq –  quru – qurutmaq – qurulamaq – quru olmaq;
17. Buraxılmış hərfləri artırıb aşağıdakı sözləri köçürün.
za..baq, vert..lyot, qəhr..man, pişi.., yarpa.., ağa.., i..irmi, yed..i, sək..iz,
do..quz, p..ncərə, m..barək, düşm..n, h..yva
40
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə