Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə11/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

18. Buraxılmış şəkilçiləri artırıb sözlər arasında əlaqə yaradın.
1) Qarğa..  ətcəbalaları..  adamın yazığı gəlirdi. 2) Soyuq..  bədən..  tir­
tir əsirdi.   3) Səhər qarğa yuvası..  çinar..  başında görmədik. 4) Anam saat..
kəfkiri..  tərpədirdi. 5) Qapı..  açıb həyət..  çıxırdıq. 6) Qar ğanın balası atıla­
atıla həyət.. gəzirdi. 7) Ayxan sizə qarğa.. danışmaq istəyir. 8) Otağ..  qayı­
danda qarğa.. görmədik.
19. Rus dilində verilmiş sözlərin mənalarına uyğun gələn ifadələri sağ
sütundan tapıb qarşılarında yazın və bir neçəsini cümlələrdə işlədin.
быть побежденным –
приказать –
проводит –                      
əmr etmək, yola salmaq, razı qalmaq,
видеть сон, заснуть –    
qalib gəlmək, səliqəyə salmaq, 
присниться  –                   
yuxuya getmək, yuxu görmək, 
делать вывод –               
qərara gəlmək, nəticə çıxarmaq,
быть довольным –
yuxuda görmək, məğlub olmaq
наводить порядок –
решить –
20. Aşağıda verilmiş sözlərdən mənaca yaxın olanları seçib qarşı­qarşıya
yazın və rus dilində mənalarını deyin:
tənəffüs, mehriban, sadə,  zəngin, dadlı, tufan, səmimi, düşünmək,
asan, ləzzətli, çətin, fasilə, cəsur, möhkəm, fikirləşmək,  boran, bərk,
dövlətli, mürəkkəb, varlı, igid                      
21. Boşluqların yerinə uyğun gələn sözləri artırıb aşağıdakı cümlələri
tamamlayın:
Xoş payız günlərindən 
idi. Uzaqdan qatarla uçan 
səsi
gəlirdi. Onlar 
üz tutmuşdular. 5­ci 
dərs ge dir di. Ceyran müəl­
limə sinfin 
baxanda bağbanı gördü. Zəngdən sonra o, 
endi,
bağbanla danışdı. Bağban 
ona kö mək etməsinə razılıq verdi. Müəl­
limlə 
söhbət etdiklərini uşaq lar 
gördülər. Ceyran müəllimə
qayıdıb 
gir dik də hamı onun nə deyəcəyini gözləyirdi.
KÖMƏKÇİ: 
pəncərəsindən, sinfə, quşların, sinifdə,  biri, cənuba,
həyətə, bağbanın, pəncərədən, uşaqların
22. “Saatsaz qarğa” və “canlı saat” birləşmələrinin mənasını necə başa
düşürsünüz? Buradakı birinci sözlər həqiqi, yoxsa məcazi mənada
işlənib? Fikirlərinizi əsaslandırın.    
23. Altından xətt çəkilmiş sözləri düzgün tələffüz etməklə şeiri oxu ­
yun. Bəs üzərində ulduz işarəsi qoyulmuş sözlər necə tələffüz edilməlidir?
41
Çap üçün deyil
Çap üçün deyil


Mirmehdi Seyidzadə
42
PAYIZ
Payız gəlib, küləklər
Gəzir yenə 
bağları
.
Hər tərəfə sovurur
Saralmış yarpaqları.
Axıb gedir buludlar
Yenə də karvan­karvan.
Dərələri

dağları
,
Bürüyür çiskin, duman.
Mərcan kimi qızarmış
Moruqlar parıldayır*.
Ağaclarda
qarğalar
Səs salıb qarıldayır*...
Yağır güclü yağışlar,
Günlərcə vermir ara.
Almaz kimi şeh düşür
Bağçalara, 
bağlara
.
Çap üçün deyil
Çap üçün deyil


24.  Şeirdə payızın daha çox hansı əlamətləri göstərilib? Onları öz söz ­
lərinizlə ifadə edin. Payız haqqında şeirdə deyilənlərə daha nə əlavə edər­
diniz? 
25. “Payızda meyvə bağlarımız” mövzusunda yazılı təqdimat hazırla yın.
26. Payızda qışa necə hazırlıq görülür? Bildikləriniz əsasında cümlələr
qurub danışın, sonra danışdıqlarınızı yazın.
27. “Payızda heyvanlar və quşlar” mövzusunda yoldaşlarınızdan biri
ilə dialoq qurun.
TAP GÖRƏK
28.  Tapmacaları oxuyun və cavablarını tez tapmağa çalışın. Necə
bilirsiniz, bu tapmacaların  payız fəsli ilə əlaqəsi varmı?
         
         
§ 9. GÖYÇƏK FATMANIN NAĞILI
(ixtisarla)
Bir gün padşahın oğlu ova çıxdı. Körpünün yanından keçəndə istədi
ki, atına su versin. At suya yaxınlaşanda xorruyub su içmədi. Padşahın
oğlu adam saldırıb çayı axtartdı. Çayın içindən bir qızıl 
başmaq
tapdılar.
Başmaq çox zərif olduğu üçün padşahın oğluna xoş gəldi. İstədi ki, necə
olur­olsun axtartdırıb onun yiyəsini tapsın  və onunla evlənsin.
Çox gəzdilər, ancaq 
başmağın
yiyəsini tapmadılar. Carçılar car çəkəndə
Fatmanın analığı eşitdi. Qızın əl­ayağını bağlayıb saldı təndirə. Öz qızının
ayaq la rını  yuyub  qazı dı.
43
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
Bir buğda əkməsən, min buğda biçməzsən.
SÖZLÜK
sovurmaq – веят
çiskin – туманно­дождливая 
погода
SÖZ EHTİYATI
ara vermək – интервал, дат    
промежуток 
mərcan – коралл
Bir kişinin dörd evi var,
Biri yaşıldı, o biri al,
Biri sarıdı, o biri ağ. 

Uzaqdan baxdım yaman çox,
Yanına getdim, heç nə yox. 

Əl ilə tutmaq olmaz,
Göz ilə görmək olmaz. 

ь
ь
Çap üçün deyil
Çap üçün deyil


Padşahın oğlunun adamları axtara­axtara gəlib çıxdılar Fatmagilin
evinə. Çirkin qızın ayağına 
baş mağı
geydir di lər, olmadı. Soruşdular ki,
sizin evdə özgə qız yoxdurmu? Fatmanın analığı cavab verdi ki, yoxdur.
Amma Fatmanın bir xoruzu var idi. Xoruz başladı banlamağa:
Fatma bacım təndirdə,
Ayaqları kəndirdə!
Arvad nə qədər istədi, xoruzu qovsun, olmadı. Xoruz sıçradı damın
üstünə, uca səslə banladı:
Fatma bacım təndirdə,
Ayaqları kəndirdə!
Padşahın adamları bunu eşidib təndirə baxdılar; gördülər ki, orada  əl­
ayağı kəndir ilə bağlanmış  gözəl bir qız var. Qızı çıxardıb başmağı onun
ayağına geydirdilər. Gördülər ki, başmaq elə bil onun ayağına biçilib.
Qızı padşahın oğlunun yanına apardılar. Padşahın oğlu qızı görən kimi
cani­dildən ona aşiq oldu. Yeddi gün, yeddi gecə toy eləyib, Fatmanı
özünə arvad aldı. Yedilər, içdilər, yerə keçdilər, siz də yeyin, için, mu­
radınıza yetişin! 
    
44
SÖZLÜK
xorramaq – здесь: отвернуться, 
başmaq – башмак
         
пренебрегать
analıq – мачеха
zərif – нежный
kəndir – веревка
qazımaq – здесь: почистить
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə