Azer-dili 5s Derslik 2016 Layout 1


  Təmsildən hərəkət bildirən sözləri seçib müvafiq şəxslərin qarşısında yazın. NÜMUNƏ



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə13/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

13.  Təmsildən hərəkət bildirən sözləri seçib müvafiq şəxslərin
qarşısında yazın.
NÜMUNƏ:
Mən təriflərəm, ...
Sən qaçırsan, ...
O yumbalandı, ...
14. Düzgün intonasiyaya əməl etməklə təmsili rollar üzrə oxuyun.
15. “Hər kəsin öz yerişi var” fikri ətrafında müzakirəyə qoşulun.
16. Siz necə düşünürsünüz, ağıllı məsləhətə qulaq asmaq lazımdır,
yoxsa  tısbağa kimi inad etmək? Müzakirə edin.
17. Necə bilirsiniz, şeirdə “tısbağa və dovşan” sözləri niyə böyük hərf ­
lərlə yazılıb? Səbəbini izah edə bilərsinizmi?
TAP GÖRƏK
18. Nöqtələrin yerinə lazımi şəkilçiləri artırıb, tapmacaları oxuyun və
cavablandırın:
19. Tapmacalarda işlənmiş antonim sözləri tapıb deyin.
§ 10. QIZIL VƏ İLAN
Biri varmış, biri yoxmuş, kasıb bir odunçu varmış. O qədər kasıb imiş
ki, kəndin çobanı da ondan varlı imiş. Odunçu hər gün səhər qalxıb me ­
şəyə gedər, odun qırıb, şəhərə satmağa apararmış. 
Günlərin bir günü yenə  
oduna gedəndə istidən dili çıxmış
bir ilan görür. Odunçu ilanın halına acıyır. “Yəqin susuzdur, ­ deyə fikirlə ­
şə  rək yanındakı sudan götürüb ilana verir. Susuzluqdan qıvrılan ilan özünə
gəlir. Odunçu işini bitirib  
qayıdanda bir də nə görsə yax şıdır?
Yolunun üs tün  də bir ilan durub.   Əv vəl qorxur, sonra bu ilanın səhər su
verdiyi ilan olduğunu görüb sa kitləşir. Bir qədər yaxınlaşanda gö rür ki,
ilanın ağzında qızıl var. İlan odunçunu görən kimi qızılı qoyub ge dir... Bü ­
tün ömrü kasıblıq içində keçən odunçunun sevinci yerə­göyə sığmır.
Ertəsi gün odunçu oduna gedəndə bu dəfə özü ilə bir qab süd götürür.
İlanı gördüyü yerə gedir. Nə görsə yaxşıdır? İlan ağzında qızıl gözləyir.
Beləcə, hər gün odunçu süd, ilan qızıl gətirir.
Bu 
minvalla
odun çu varlanır və bir gün həccə getməyi qərara alır.
49
Kollar..  gəzər pusa­pusa,
Qıçları uzun, qolu qısa. 
  
*
Üstü..  baxırsan dam,
Altı..  baxırsan eyvan,
Içi..  baxırsan quş, 
Çölü..  baxırsan heyvan. 
*
Çap üçün deyil
Çap üçün deyil


Oğlunu  yanına  ça ğı  rıb
ilanla bağlı əh 
 
valatı
danışır və ona hər gün
ilana süd aparıb qızıl
gö tür məyi  tapşırır. 
Odunçu həccə ge ­
dir. Oğlu birinci gün
südü aparıb
götürür, ikinci gün,
üçüncü gün... Sonra:
“Yaxşısı budur, ilanı
güdüm, qızılların yerini öyrənib onu öldürüm”, – deyə fikirləşir. Ertəsi
gün südü aparır, sonra ilanı güdür. İlan yuvasına girmək istəyəndə
əlindəki balta ilə onu vurur. Balta ilanın quyruğunu kəsir. İlan çevrilib
oğlanı sancır. Çox keçmir ki, oğlan ölür.
Odunçu həcdən qayıdır. Əhvalatdan xəbər tutub kədərlənir. Ancaq
yenə də ilana süd aparır. İlanı görəndə: “Gunah mənim oğlumdadır. Gəl
hər şeyi unudaq, əvvəlki kimi mən sənə süd gətirim, sən də qızıl”, – deyir.
İlan isə: “Yox, məndə quyruq, səndə oğul yarası var. Bizim dostluğumuz
baş tutmaz. Yaxşısı budur sən də, mən də ruzimizi başqa yerdə axtaraq”,
– deyir və çıxıb gedir. 
     
Azərbaycan xalq nağılı
1. Nağıldakı odunçunun yaxşı adam olduğunu onun hansı hərəkət ­
lərindən bilmək olar?
2. “Yox, məndə quyruq, səndə oğul yarası var. Bizim dostluğumuz tut­
maz”­fikrini necə başa düşürsünüz? İlan haqlıdırmı? Debata qoşulun.
50
SÖZLÜK
odunçu – дровосек 
qıvrılan – скручивающийся
ertəsi gün – следующий день
həcc – паломничество, хадж 
ruzi – хлеб насущный, пропитание
SÖZ EHTİYATI
yerə­göyə sığmır – нет предела 
halına acımaq – жалеть
özünə gəlmək – приходить в себя
güdmək – следить
Çap üçün deyil
Çap üçün deyil


3. Mətnə hansı atalar sözü uyğundur?
A) Arifə bir işarə kifayətdir.
B) Artıq tamah baş yarar.
C) İlan qabığını dəyişər, xasiyyətini dəyişməz.
4. Hər iki sütundan uyğun gələn sözləri işlətməklə birləşmələr düzəldib
cümlələrdə işlədin. Cümlələri dəftərinizə yazın.
         
         
         
         
         
5. Aşağıdakı cümələnin tərcüməsi ilə bağlı düzgün cavab hansıdır? 
Наша дружба не состоится.
A) Bizim dostluğumuz əbədidir.
B) Bizim dostluğumuz baş tutmaz.
C) Bizim dostluğumuz daha da möhkəmlənəcək.
6. Mətndəki göy rəngdə verilmiş sözü hansı sözlə əvəz etmək olar?
A) yolla 
B) beləliklə
C) nəhayət          Ç) deməli
7. Mətndəki  yaşıl boşluqların yerinə uyğun sözlər artırmaqla cümlələri
oxuyun və tərcümə edin.
8.  Nöqtələrin yerinə müvafiq şəkilçilər əlavə edərək birləşmələri
dəftərinizə köçürün.
         
    Mənim rahatlıq..
Bizim rahatlıq..
         Sənin rahatlıq..
Sizin rahatlıq..
         Onun   rahatlıq..
Onların rahatlıq..
9.  Verilmiş sözləri tərcümə edin və müxtəlif formalarda cümlələrdə
işlədin. Sözlərdəki son samitin dəyişməsi üzərində müşahidə aparın.
дружба, жажда, хвост, бедность 
TAP GÖRƏK
10. Tapmacanı cavablandırın. Altından xətt çəkilmiş sözlərin əksmə­
nalı qarşılığını tapıb cümlələrdə işlədin:
         Ağzın açar,
Hamı görüb,
         Zəhər saçar,
Geri qaçar.  
*
51
kasıb
qıvrılan
tamahkar
quyruq
oğul
oğlan
yarası
dərdi
odunçu
ilan
Çap üçün deyil
Çap üçün deyil


QONAQ
Gündüzgil hər il yayda bağa köçürlər. Onların həyətindəki alça
ağacı
bu il çoxlu bar gətirmişdi. Anası Gündüzə tapşırmış dı ki, 
ağacı
qorusun. Meyvəsini uşaqlar dərib yerə atmasınlar, mürəbbə
bişirəcəkdir. 
Buna görə də Gündüz çox vaxt həmin 
ağacın
altında olardı.
Bir dəfə Gündüzün yoldaşı Kamil alça 
ağacının
yanından keçirdi.
O, səs eşidib ayaq sax la dı. Yuxarı baxanda gördü ki, alça ağacının
budağında 
balaca bir oğlan oturub. Oğlan həm alça yeyir, həm də
yemədiklərini yerə atırdı. Kamil oğlanı tanımadı və dedi: 
– Ay oğlan, düş aşağı! Axı sən 
budağı
sındırırsan!
Ağacdakı*
oğlan Kamilə qulaq asmadı. Kamil tez 
ağacdan*
uzaq laşdı. Bir azdan o, Gündüzlə geri qayıtdı.
Ağaca
çıxmış oğlan alçaları yeyəndə 
budaqlardan
birini sındır­
mışdı. Oğlan hələ də 
budaqların
üstündə idi. 
Gündüz Kamilə dedi:
– Bu, Səlim müəllimgilə gələn qonaqdır. Qonağa nə deyim? İcazə­
siz ağaca çıxıb 
budaqları
sındırmaq, bəlkə, onun xoşuna gəlir...
Gündüzün sözləri oğlanı bərk utandırdı. O, bir söz deməyib aşağı
düşdü.
Sabir Süleymanlı
52
SÖZLÜK
qorumaq – беречь
yemədikləri – нес еденные
sındırmaq – сломать
uzaqlaşmaq – отдалиться
icazəsiz – без разрешения
SÖZ EHTİYATI
bar gətirmək – принести плоды
ъ
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə