Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə20/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

10. Verilmiş hər bir sözə onun əlamətini bildirən bir neçə söz artırıb
dəf tə rinizə  yazın.
          qızılgül
buz
səhər
dağ
ÖZÜNÜZÜ YOXLAYIN
1. Payız ilin digər fəsillərindən nə ilə fərqlənir? Düşündüklərinizi bir
neçə cümlə ilə dəftərinizdə yazın.
2.  Payız vaxtı hər hansı bir meşədə olmusunuzmu? Əgər olmuş­
sunuzsa, oradakı rəngləri yadınıza salmağa çalışın. Aşağıdakı sözlərin
tərcüməsini tapıb yazın.
серый, коричневый, оранжевый, серебристый
3. “    … təndirdə, 
Ayaqları kəndirdə!” misralarında nöqtələrin yerinə hansı nağıl qəhrə­
manının adı yazılmalıdır? Bu nağıl qəhrəmanının ayaqları niyə kəndirlən­
mişdi? Yadınızda qalanları danışın.
4. “Qızıl və ilan” nağılında ilan nə üçün odunçu ilə dostluqdan imtina
edir? Fikirlərinizi əsaslandırın və bir neçə cümlə ilə ifadə edin.
5. “Ağıllı baş hər şeydən mənfəət götürər” atalar sözünü “Qızıl və ilan”
nağılında kimə aid etmək olar? Suala yazılı cavab verməyə çalışın.
6. Yoldan keçənlərə qartopu atan oğlan hansı hekayənin qəhrəmanıdır
və onun bu hərəkətdən əl çəkməsinə kim səbəb oldu? Bu haqda yazın.
7. Keçmişdə ad günlərində bişən tortlar indikindən nə ilə fərqlənib?
Bu barədə bildiklərinizi danışın.
8. Şahzadə onunla dostluq etmək istəyən uşaqların arasından nə üçün
məhz çobanı seçir? Fikirlərinizi qısaca yazın.
9. “Ayı və şir” təmsilinin müəllifi kimdir?
A) M.Ə. Sabir
B)  N.Gəncəvi       C) A. Səhhət         D) H.Ziya
10. Qış fəslinin insanlara gətirdiyi fayda barədə hansı şeirdən məlumat
almışsınız?  Bu seirdə qışın hansı faydalarından bəhs edilir?
73
Çap üçün deyil
Çap üçün deyil


11. “Dörd arzu” mətnində ata dəftərçədə yazdığı sözləri oğluna nə vaxt
göstərdi?
A) qış fəsli keçdikdən sonra
B) iki fəsil keçəndən sonra
C) bütün fəsillər haqqında xoş sözlər deyəndən sonra
D) oğlan məktəbi bitirəndə
12. “Qonaq” hekayəsində qonağın səhvi nədə idi?
A) Hamıya hörmətsizlik  etmişdi.
B) Həyətdəki ağacın budağını sındırmışdı.
C) Ağacın meyvəsini icazəsiz yemişdi.
D) İcazəsiz ağaca çıxmışdı.
13. “Qızıl və ilan” mətnində “ilan” sözü ismin hansı hallarında işlənmişdir?
A) adlıq, yiyəlik, yönlük, təsirlik B) adlıq, yiyəlik, yerlik, çıxışlıq
C) adlıq, yönlük, təsirlik, yerlik
D) yerlik, çıxışlıq, yönlük
14. Qonaq sözünün sonundakı “q” samiti ismin hansı hallarında “ğ”
samitinə keçir? Fikrinizi sözü hallandırmaqla əsaslandırın.
15. “Şahzadə və çoban” mətnindəki tütək sözündə “k” samiti ismin
hansı hallarında “y” samitinə keçmişdir? Həmin sözü hallandırıb
dəftərinizə yazın.
16. “Ayı və şir” şeirində işlənmiş hansı sözlər yazıldığından fərqli
tələffüz olunur? Nümunələrlə göstərin.
17. “Ad gününün tarixçəsi” mətnində işlənmiş xüsusi isimləri seçib
dəftərinizə yazın. Onların böyük hərflə yazılmasının səbəbini izah edin.
18. “Tanışlıq” hekayəsində çıxışlıq halda işlənmiş isimləri seçin və
onları cümlədə işlədin.
19. “Dörd arzu” mətnindəki ilin fəsillərinin hər birini ayrı­ayrılıqda
əlamət bildirən sözlərlə təsvir edin. Cümlələri dəftərinizə yazın.
20. “Dörd arzu” mətnində işlənmiş hansı sifətlərin kökü isimdir?
21.  “Qışın sovqatı” şeirindən əlamət bildirən sözləri seçib yazın.
Həmin sözlərin qarşısında suallarını qeyd edin.
22. Qarın əlamətlərinə aid deyil. 
         a) ağ
b) soyuq
c) şirin              d) şaxtalı
74
Çap üçün deyil
Çap üçün deyil


§ 16. TƏZƏ İLDƏ
75
Üzü güldü hər bir gülün,
Tər budağın, tər sünbülün;
Günlərin qədrini bilin
Təzə ildə, təzə ildə!
Ömrün nurlu səhəri var,
Hər qönçənin bəhəri var.
Hər günün öz zəfəri var
Təzə ildə, təzə ildə!
Ellər­obalar şad olur
Təzə ildə, təzə ildə.
Təzə arzular doğulur
Təzə ildə, təzə ildə!
Gen düzlərin varı artdı,
Könüllər arzuya çatdı.
Hər bir evdə toy­büsatdı
Təzə ildə, təzə ildə!
Boldur Vətənin sərvəti,
Xoşdur insanın niyyəti, –
Daha da artar qüdrəti
Təzə ildə, təzə ildə!
İlyas Tapdıq
Çap üçün deyil
Çap üçün deyil


1. Sizcə, oxuduğunuz şeirin müəllifi nəyə görə sevinir? Onun sevincini
izah edə bilərsinizmi?
2. Təzə il hansı fəslə təsadüf edir? Bu fəsli dəftərinizdə təsvir edin.
3. Yeni il şənlikləri ərəfəsində daha hansı bayramı qeyd edirik? Bu
bayram haqqında danışın.
4. Qışın xüsusiyyətlərini sadalayın və hər birini cümlədə işlədərək
dəftərinizdə yazın.
         
NÜMUNƏ:
sağlamlıq­ Qışda qarın yağması insanlara sağlamlıq gətirir.
5. Aşağıdakı birləşmələri tərcümə edib yazın:
новые мечты­ 
богатство родины­
светлое  утро ­
добрые намерения­
цена счастья ­
новый год­
знать цену­                          
tər sünbül­
6. Uyğun gələn sözləri əlavə edib, aşağıdakı cümlələri köçürün.
1) Qış özü ilə bərəkət – .
2) Dağlar, dərələr qarla – .
3) Zərərverici həşəratlar qarın altında – . 
4) Kəndlilər qarın yağmasına çox – .
5) Çünki onlar torpaqdan bol məhsul – .
KÖMƏKÇİ:
götürəcəklər, gətirmişdi, sevinirdilər, örtülmüşdü, qalmışdı
76
SÖZLÜK
oba – поселение, небольшое село
gen – просторный
toy­büsat – роскошь, торжество
tər – здесь: свежий
qüdrət – могущество 
          qönçə – бутон
          bəhər – плод
          zəfər – победа
          niyyət – намерение 
SÖZ EHTİYATI
arzuya çatmaq – достич  
желаемого
üzü gülmək – радоват ся
qədrini bilmək – знат  цену
1
2
3
4
Qış
ь
ь
ь
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə