Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

50
Hacı  dayı  tabe  oldu  da.  Kim  bilir,  bəlkə  qəlbin-
də o da bu gənclər kimi düşünürdü. Lakin Sovetlə-
rin qorxusu qarşısında vəzifə borcunu yerinə yetir-
məmək  bu  köhnə  dəmiryolçu  üçün  asan  məsələ 
deyildi. Di gəl ki, olan olmuşdu. İndi heç nə etmək 
mümkün  deyildi.  Gənclər  stansiyanın  idarəetmə 
pultuna rəsmən əl qoymuşdular. Gözləri dönmüşdü 
onların. Mane olmaq istəsə, onu götürüb bayıra da 
atardılar bu dəliqanlılar. İndiki halda ən yaxşısı olan-
ları sakitcə seyr etmək, sonra nə baş verəcəyi haqqın-
dasa heç nə düşünməmək idi. 
Qatarın yaxınlaşması haqqında xəbər şayiə deyil-
miş. Çünki bir müddət sonra quzey tərəfdən onun 
öncə səsi gəldi, sonra isə özü göründü.
...Qatar  ağır-ağır  stansiyaya  daxil  oldu.  Amma 
çox  yavaş  hərəkət  edirdi.  Ön  vaqonlarda  hərbi  ge-
yimli əsgərlər gözə dəyirdi. Arxa vaqonlarda isə üstü 
brezentlə örtülü hərbi texnika vardı. Elə dərhal hiss 
olunurdu  ki,  bu  qatar  əlavə  hərbi  qüvvəni  Bakıya 
doğru aparır.
Qarşısı alınmalıydı bu qatarın! Onu Bakıya burax-
maq olmazdı!
Buraxmadılar da!


51
Stansiyaya  daxil  olan  qatar  yavaş-yavaş  irəli  ge-
dib  çıxışda  dayanmalı  oldu.  Görünür,  dayanma 
siqnalı bir qədər gec daxil olduğundan maşinist bu 
əyləcləməni vaxtında başlada bilməmişdi. Ona görə 
də yalnız Xudat stansiyasından Bakıya tərəf, Nabran 
yolunun üstündəki körpünün altına yaxın bir yerdə 
saxlaya bildi qatarı.
Qatar  dayanan  kimi  ətrafdakı  hər  kəs  ona  tərəf 
cumdu.  Bir  anın  içində  onun  qarşısında  yüzlərlə 
insan toplaşdı. Sən demə, Ramazangil içəridə pult-
la  əlləşərkən  dışarıdakılar  hay-küy  salıb  camaatı 
relslərin üstünə səfərbər edibmiş. Artıq ətrafda iynə 
atsan, yerə düşməzdi.
Qatarın dayanmasıyla insanların onu mühasirəyə 
alması  rus  əsgərlərində  də  qorxu  yaratmışdı.  Ona 
görə də avtomatlı əsgərlər tez vaqondan düşüb mü-
dafiə mövqeyi seçdilər.
Ortalıq  bir  anda  gərginləşdi.  Artıq  meydanda 
qarşı duran tərəflər vardı. Bir tərəfdə əli silahlı rus 
əsgərləri, digər tərəfdə də qurban verməyə quru ca-
nından başqa bir şeyi olmayan sadə rayon adamları. 
Əsgərlərin sayı, müqayisədə, az idi. Bu isə silahlı ol-
malarına baxmayaraq onlarda qorxu yaradırdı. On-
ların qarşısını kəsən əliyalın insanların sayı isə qat-


52
qat artıq idi. Üzlərində isə əsla qorxu əlaməti yox idi. 
Yalnız qəzəb, ondan doğan hikkə hakim kəsilmişdi 
üzlərinə. Kiçik bir hərəkətlənmə bəs edərdi ki, onlar 
gözlərini yumub yalın əllərilə silahlı rus əsgərlərini 
tərksilah etsinlər. Bu, hər an baş verə bilərdi...
Vəziyyət  belə  olunca,  Ramazan  içəri  keçib  stan-
siyanın  telefonuyla  Xaçmaza  -  Xalq  Cəbhəsinin  qə-
rar gahına zəng etdi. Xəttin o başından Əzizə müəlli-
mənin  səsi  eşidildi.  Fəal  cəbhəçilərdən  olan  bu 
cəsur qadın Ramazanı həyəcanla dinlədikdən sonra, 
rəhbərliyə  xəbər  verəcəyinə,  yardım  göndərə cək-
lərinə söz verdi.
...Saat  artıq  23-ü  keçmişdi.  Dayandırılmış  qatar 
hələ də mühasirədə saxlanırdı. Gərgin ortam da da-
vam edirdi. Öncə olduğu kimi, indi də silahlar hər 
an açıla bilərdi. Ona görə də diqqətli olmaq, ruslara 
bəhanə  verməmək  lazım  idi.  Bunu  etməksə  heç  də 
asan  deyildi.  Çünki  ətrafdakı  gənclər  coşub-daşır, 
daşlarla, dəyənəklərlə əsgərlərə hücum etmək üçün 
fürsət  gözləyirdilər.  Təkcə  bir  daşın  atılması  bəs 
edəcəkdi ki, rus əsgərləri avtomatları işə salsın.
...Bir  az  sonra  Xudat  şəhər  sovetinin  sədri  Xu-
mar Səlimova da özünü hadisə yerinə yetirdi. Eyni 
zamanda  Dövlət  Təhlükəsizliyi  Komitəsinin  yerli 


53
şöbəsinin  rəhbəri  Elşad  Şabanov,  Xudat  milis  rəisi 
Sultan Sultanov da oraya gəldi.
Dəmiryol milisinin rəisi İsrafil də artıq gəlib çıx-
mışdı.
Dövlət rəsmilərinin olay yerinə gəlib çıxması eti-
razçılarda bir az da olsa rahatlıq yaratdı. Ən azından 
bu şəxslər xalqla əsgərlərin arasında sipər ola bilərdi. 
Heç  olmasa,  onların  rəsmi  dövlət  təmsilçisi  kimi 
müdaxiləsi  əsgərləri,  onların  komandirlərini  sərt 
hərə kətlərdən  çəkindirə  bilərdi.  Hərçənd,  Sovetlər 
ölkəsində buna da çox bel bağlamaq olmazdı. Ancaq 
başqa çarə yox idi onsuz da.
Bir az sonra bu ümidlər doğrulmağa başladı. İsra-
fil Ramazanı və dostlarını danışıqlar üçün stansiya-
nın binasına dəvət etdi ki, təxribat olmadan proble-
mi yoluna qoysunlar. Xumar xanım, Elşad və Sultan 
da danışıqlarda iştirak edirdi.
- Belə olmaz axı. Bu boyda dövlətin qatarını sax-
lamısınız.  Buna  görə  adamı  bilirsiniz,  nə  edərlər? 
-  deyə  İsrafil  sözə  başladı.  Ramazan  irəli  çıxıb  ona 
cavab verdi:
-  Bilirik nə edərlər. Amma başqa əlacımız qalmayıb. 
İndi biz bunları buraxsaq gedəcəklər Bakıya, camaatı 
qıracaqlar. Qırırlarsa, qoy elə bizi qırsınlar burada.


54
- Bəs bunun məsuliyyətini kim üzərinə götürəcək? 
Qatarı sız saxlamısınız, cavabı biz verməli olacağıq axı.
- Narahat  olmayın.  Şəxsən  mən  məsuliyyəti 
üzərimə götürürəm. Lazımdırsa, lap dilimdən kağız 
da yazım. Əsas odur ki, bu qatar Xudatdan o tərəfə 
keçməsin.
- Kağız lazım deyil, amma bilin ki, çox ciddi bir 
probleminiz olacaq. Məndən demək. Bunun altından 
çıxa bilməyəcəksiniz.
İsrafillə  Ramazanın  bu  qısa  dialoqunu  izləyən 
digər  dövlət  adamları  da  başa  düşürdülər  ki,  artıq 
bu  gənclərlə,  onların  arxasındakı  yüzlərlə  insan-
la  mübahisə  etməyin  faydası  yoxdur.  Əgər  bun-
lar deyirsə ki, “nə olursa, olsun”, deməli, ölümünə 
dirənəcəklər. Ona görə də ən yaxşısı olayların sonra-
kı inkişafını gözləmək idi.
Bu  danışıqlardan  sonra  Ramazan  Bakıyla  əlaqə 
saxlayıb  durumu  xəbər  verdi.  Xəttin  o  başındakı 
adam  özünü  Etibar  Məmmədov  kimi  təqdim  etdi. 
Ramazan  ilk  dəfə  bu  adamın  səsini  eşitdiyi  üçün 
onun doğrudan da Xalq Cəbhəsinin parlaq simaların-
dan sayılan Etibar Məmmədov olduğunu qətiləşdirə 
bilmədi. Amma Bakıdakı  adamın  qətiyyətli  şəkildə 
verdiyi tapşırıqlara əməl ediləcəyinə söz verdi.


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə