Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

65
o dövr üçün xəyal kimi görünürdü. Ancaq heç kimin 
burnu  belə  qanamadan  bu,  mümkün  oldu.  Xalqın, 
insanların  iradəsi  top-tüfənglə,  tanklarla  üzərimizə 
gəlmək istəyənləri üstələdi o gün...
O  gün  günə  sığmayan  bir  tarix  idi.  18  yanvar 
1990-cı il! Bu tarixdə Azərbaycanın quzey qapısında 
yerləşən  Xudat  adlı  balaca  bir  şəhərin  əhalisi  ətraf 
şəhərlərdən,  rayonlardan  gəlmiş  insanlarla  əl-ələ 
verərək rus əsgərlərini geri qaytarmağı bacardı!..
Kim bilir, bəlkə də bu olay işğalçı rus əsgərlərinin 
bir neçə il sonra Azərbaycanı birdəfəlik tərk edəcə yinin 
xəbərçisi idi. Bunu zaman göstərəcəkdi. Ona qədərsə 
hələ keçilməli keşməkeşli yollar vardı irə lidə...
...Qatarla  bağlı  müsbət  gəlişmələr  etirazçı  xalqı 
daha da ruhlandırmışdı. Ona görə də qərara gəlindi 
ki,  Xalq  Cəbhəsinin  Xudat  şəhər  təşkilatı  qurul-
sun.  Xudatlı  cəbhəçilər  Xaçmaz  rayon  təşkilatında 
birləşirdi. Amma son iki günün olayları göstərdi ki, 
burada da ayrıca təşkilatlanmaq lazımdır.
Hər şey və hər kəs buna hazır olduğu üçün artıq 
axşama doğru yerli fəallar heç bir çətinlik çəkmədən 
təşkilatı elan etdi. Öz fəallığıyla seçilən İzzət Biyaba-
ni Xudat şəhər təşkilatının sədri seçildi. İndi bütün 
məsuliyyət rəsmən onun üzərində idi.


66
İzzət  bəy  dərhal  görəvinin  icrasına  başladı.  Kö-
nüllü dəstələr təşkil edildi. Onlara, əsasən dövlət qu-
rumlarının  mühafizəsi  yönündə  tapşırıqlar  verildi. 
Bu dəstələr qarşıdakı gecə və sonrakı günlər ərzində 
onlara  təhkim  edilmiş  ərazilərdə  gəzib-dolaşacaq, 
mümkün  təxribatların  qarşısını  alacaqdı.  Qarşıda 
onları hələ çox işlər gözləyirdi...
***
Bakıda da olaylar öz axarında davam edirdi. Saat 
20  radələrində  Azərgil  yenə  də  onlara  tapşırılan 
yerdə idi. Hər şey dünənki kimi görünürdü: sakitlik, 
tonqal, ətrafda gəzişən insanlar, yemək, çay gətirən 
qadınlar. Kazarmaların həyətindəki saqqallı, saqqal-
sız əsgərlər də öz yerində. Elə bil dünənkindən daha 
sakit  bir  ortam  vardı.  Bəlkə  də  elə  deyildi.  Bəlkə 
də  tufandan  öncəki  sakitlik  idi  bu.  Amma  kim  bi-
lirdi  ki,  bir  gün  sonra  nə  baş  verəcək?  İnsanların 
içindəki  ümid  hələ  də  yaşayırdı.  Hər  kəs  hələ  də 
sadəlövhcəsinə inanırdı ki, Sovet əsgəri silahsız in-
sanlara güllə atmaz.
Azər də elə düşünürdü. Özü də əsgərlikdən cəmi 
bir il öncə gəlmişdi. Hələ də əsgərlik çəkdiyi Alma-
niya gözlərinin önündə idi. Fürsət düşdükcə iki ilini 


67
Sovet  əsgəri  kimi  yaşadığı  Zerbst  şəhərinin  səliqəli 
küçələrini,  kərpic  evlərini,  civardakı  meşələrini  xa-
tırlayırdı.  Əsgərlikdən, Almaniyadan  o  qədər  yaxşı 
təəssüratlarla qayıtmışdı ki...
Baxmayaraq ki, hələ 1988-ci ildə, yəni Azərin əs-
gərliyinin  bitməsinə  bir  ildən  də  az  vaxt  qaldığı 
za man  Ermənistandan  soydaşları  qovulmağa  baş-
lanmış,  Sovetlər  də  dinc  insanları  müdafiəsiz  qoy-
muşdu,  o,  hələ  də  şübhə  etmirdi  ki,  Sovet  əsgəri 
barışsevərdir,  ədalətlidir.  Onun  belə  düşünməsi  də 
təbii idi. Çünki əsgərlikdə olduğu iki il boyunca onla-
ra təbliğ edilmişdi ki, Sovet ordusu ədalətlidir; Sovet 
dövləti  məzlumların,  haqqı  tapdananların  arxasın-
dadır. Bütün təbliğatçılar, komandirlər iddia edirdi 
ki, Sovet əsgəri heç bir zaman haqsızlığa yol verməz. 
Əsgərlərin  beyinləri  elə  yuyulurdu  ki,  bu  təbliğat 
qarşısında  heç  kimin  ağlına  gəlmirdi  ki,  “elədirsə, 
biz Sovet əsgərləri xidmətimizi niyə yad bir ölkədə, 
Almaniyada  çəkirik?  Nə  işimiz  var  bu  ölkədə”,  - 
deyə soruşsun. Hər bir əsgər, o cümlədən Azər hesab 
edirdi ki, Sovet əsgəri Almaniyada bu ölkəni “impe-
rialist  güclərdən  qorumaq  üçün”  xidmət  keçir.  Elə 
ona görə, nə qədər çılğın, həyəcanlı olsalar da, indi 
Bakının tam ortasında, Sovet əsgərlərilə üz-üzə dur-


68
duqları halda belə, onlara hələ də inanmağa davam 
edirdi Azər və onun kimi minlərlə gənc.
***
18  yanvarı  19  yanvara  bağlayan  gecə  də  sakit 
keçdi.  Sıra  dışı  heç  nə  baş  vermədi.  Xırda  təxribat 
cəhdləri, insanları gərəksiz yerə coşdurmaq istəkləri 
oldusa  da,  bu,  bir  fayda  vermədi.  Çünki  gecəni 
küçələrdə,  növbələrdə  keçirən  insanlar  nə  qədər 
çılğındılarsa da, təxribat ehtimallarını və cəhdlərini 
mümkün  qədər  sayıqlıqla  dəyərləndirə  bilirdilər. 
Ona görə də gecə ciddi diqqət çəkə biləcək heç bir 
olay yaşanmadı.
...Onlar düşünürdülər ki, növbəti gecə də belə ola-
caq: sakit, səssiz, qansız-qadasız. Haradan biləydilər 
ki,  ata-babaları  sıralarında  çiyin-çiyinə  Hitler 
faşizminə qarşı savaşmış Sovet ordusu bu gecə onları 
güllə-baran edəcək? Bunu düşünmək belə istəmirdi 
bu  gənclər.  Azərbaycanın  dövlət  müstəqilliyindən, 
milli  özünüdərkdən  nə  qədər  danışsalar  da,  buna 
nə qədər könül versələr də, bir zaman özlərinin də 
əsgəri olduqları ordudan xəyanət gözləmirdi onlar. 
Həm də onlar kimi milyonlarla Azərbaycanlı...


69
...Lakin  o  gecə  Sovet  ordusu,  Sovet  dövlət  sis-
temi  öz  mahiyyətini  açacaqdı.  Təkcə  Azərbaycan 
üçün deyil, bütün dünya üçün həm də. Sovet ordusu 
göstərəcəkdi ki, tanklarla belə dinc insanların, silah-
sız sakinlərin üzərinə hərəkət edə bilər. Sovet ordusu 
o  gecə  bütün  dünyaya  bir  daha  sübut  edəcəkdi  ki, 
o  sülh  deyil,  savaş  ordusudur.  Bunu  Bakıda  sübut 
edəcəkdi bu ordu bu dəfə.
***
- Əşi, sakitlikdir. Bəlkə gedək bir az da dincələk? 
Onsuz da səhərə kimi buradayıq. Bir az nəfəsimizi 
dərək, çay-may içək, qayıdıb gələrik.
Bunu  deyən  Nazim  idi.  Azərin  tələbə  yoldaşı. 
Balakənli Nazim. Rayonun Katex kəndindən olan bu 
avar balası çox etibarlı dost, yaxın sirdaşı idi Azərin. 
1986-cı ildə texnikuma qəbul ediləndə tanış olmuş, 
dostlaşmışdılar.  Həmin  il  əsgər  gedib,  1988-ci  ilin 
dekabrında geri dönüncə, yenə də eyni qrupda oxu-
mağa  davam  edirdilər.  Artıq  köhnə  dost  sayılırdı-
lar. Ona görə də boş vaxtlarını birlikdə keçirir, “Sal-
yan  kazarmaları”nın  ətrafında  növbə  çəkmək  kimi 
“çətin” tapşırıqları da birlikdə icra edirdilər.


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə