Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

80
Onun  özünə  inamla  və  uca  səslə  səsləndirdiyi 
bu komanda kütləni hərəkətə gətirdi. İnsanlar Haq-
verdiyev küçəsilə üzü yuxarı qaçmağa üz qoydular. 
Az  sonra  seyrəklik  yaranmağa  başladı.  Amma  an-
laşılan o idi ki, heç də hamı qaçmağa meylli deyil. 
Özəlliklə  də  gənclər  meydanda  qalmaq,  dirənmək, 
yalın əllə də olsa düşmənin ağır texnikasının üzərinə 
şığımaq istəyirdi. Artıq hər kəsin qəzəbi zirvədəydi. 
Düşüncələrsə  Azərin  beynini  yeyib  dağıdırdı:  “Öz 
ordumuz,  öz  dövlətimiz  silahını  bizə  qarşı  çevirdi. 
Dövlətimiz,  ordumuz  bizi  öldürür.  Heç  nəyə  görə! 
Biz heç bir günahın sahibi deyilik. Kimsənin toyuğu-
na daş atmamışıq. Sadəcə günahsız soydaşlarımızın 
Ermənistandakı yurd-yuvalarından, ev-eşiklərindən 
qovulmasına,  dövlətin  də  buna  seyrçi  qalmasına 
etiraz edirik. Özü də bu etirazı dövlətə qarşı çevir-
mirik. Dövlətdən mədət umuruq. Hələ də inanırdıq 
ki, Sovet dövləti öz vətəndaşlarını - Ermənistandan 
didərgin salınmış Azərbaycanlıları müdafiə edəcək. 
Biz  bunu  gözləməkdəykən  dövlətimiz  üzərimizə 
tank göndərir”.
O anlarda yalnız küçələrə çıxıb etiraz edənlər de-
yil, evindən çölə çıxmayanlar belə güllə-baran edildi. 
Adamlar  balkondan,  pəncərədən  çıxıb  dışarıda  nə 


81
baş verdiyini öyrənmək istərkən vuruldu. Bu, acı bir 
gerçək idi. Bir böyük dövlətin ordusu soyuq bir qış 
gecəsinin qaranlığında heç bir xəbərdarlıq etmədən 
öz dinc vətəndaşlarına qarşı ağır texnika və silahlar-
la hücuma keçmişdi. Ağla gələcək hal deyildi, amma 
Azərbaycanın  başına  gəlirdi  bu.  Sovet  İttifaqının 
bir parçası olan Azərbaycan Moskvanın hücumuna 
məruz qalmışdı o gecə...
Başqalarına “qaçın, qurtulun!” deyən Azərin özü 
isə  sanki  yerə  pərçimlənmişdi. Ayaqları  asfalta  ya-
pışmışdı  elə  bil.  Geri  dönüb  qaçmaq,  xilas  olmaq 
istəyirdi,  amma  yerdən  qopa  bilmirdi.  Ələkbərov 
küçəsindən  yavaş-yavaş  yaxınlaşan  ağır  texnikanın 
yetişməsinə lap az qalmışdı. Amma o, yenə də qaça 
bilmirdi. Sanki içindəki bir qüvvə onu tutub saxla-
yır,  zorun  qarşısından  geri  çəkilməsinə  əngəl  olur-
du; ancaq durum çox ciddi idi. Rus əsgərləri zirehli 
maşınlardan sağa-sola nizamsız atəş açmağa davam 
edirdilər və çoxsaylı güllələrdən birinin onu haqla-
mayacağına təminat yox idi. Bir anlıq bunu ağlından 
keçirərək,  yavaş-yavaş  üzü  yuxarı  hərəkət  etməyə 
başladı.  Yox..,  qüruru  qaçmağa  imkan  vermədi, 
sadəcə  addımladı.  Ələkbərov  küçəsini  keçdi,  qarşı 
tərəfdəki tək qatlı binanın önünə gəldi. Bina yoldan 


82
bir  az  hündür  olduğu  üçün  zirehli  maşınların  yan 
tərəfindən açılan atəşlər düz ona tuş gəlirdi. Deməli, 
bir neçə saniyə sonra maşınlar yaxınlaşacaq və Azər 
atəş altında qalacaqdı. Ona görə də özünü toparladı, 
düşündü  və  üzüqoylu  torpağa  sərildi.  Ayaq  üstdə 
durmaq  sadəcə  cəlbedici  hədəfə  çevrilmək  demək 
idi. Bunun ardınca rus zirehli maşınları düz onun tu-
şundan keçərək Haqverdiyev küçəsinə yönəldi. Azər 
uzandığı yerdən onları yaxşı görə bilməsə də maşın-
ların nərəsindən hiss etdi ki, uzun bir dəstədir keçən. 
Həm də ara vermədən avtomatlardan atəş açırdılar. 
O, hiss edirdi ki, güllələrin bəziləri qarşısında uzan-
dığı  binanın  divarlarına  dəyib  yerə  düşür.  Bütün 
bunlara baxmayaraq Azər soyuqqanlılığını qoruma-
ğa, an etibarilə yalnız öz canını qurtarmağa çalışırdı. 
Zatən başqa bir qəhrəmanlıq etmək üçün imkan da 
yox idi. Ayağa dursa vurulacaqdı.
Beləcə bir müddət torpağın üzərində uzanıqlı qal-
dı.  Burada  nə  qədər  qaldığını  tam  kəsdirə  bilməsə 
də artıq səslərin azaldığını, ağır texnikanın ardının 
gəlmədiyini  hiss  etdi.  Yavaşca  başını  yerdən  qal-
dırıb  ehtiyatla  ətrafa  baxdı.  Zirehli  maşınlar  gözə 
dəymirdi. Keçib getmişdilər. Avtomat silahdan açı lan 


83
atəş səsləri eşidilirdi. Amma bir az aralıdan gəlirdi 
bu səslər. Lap yaxında atəş səsləri yox idi artıq.
Azər qət etdi ki, təhlükə sovuşub. Ayağa qalxdı, 
bir daha ətrafa baxdı. Əmin olduqdan sonra üst-ba-
şını təmizləyib Haqverdiyev küçəsinə sarı yollandı. 
Burada adamlar vardı, amma yaman seyrəlmişdilər. 
Çoxu  qaçıb  ayrı-ayrı  həyətlərə  doluşmuşdu  ki,  vu-
rulmasın.
Azər  yavaş-yavaş  üzü  yuxarı  getməyə  başladı. 
Az irəlidə, yolun sağında bir gənc yerə çöküb divara 
qısılmışdı. Ya qorxudan, ya da doğrudan da vurul-
duğu üçün - anlamaq olmurdu. Azər ona yaxınlaşdı. 
Gənc, “deyəsən, güllə dəydi mənə”, - deyib ona sarı 
baxdı. Azər də soyuqqanlı şəkildə, “indi həll edərik”, 
- deyə cavab verdi. O, ətrafa boylanıb yaxınlıqdakı 
gəncləri çağırdı. Bir anda bir neçə nəfər onlara yaxın-
laşdı. “Tez bunu təcili yardıma çatdırın! Görün, bir 
problemi yoxdur ki? Götürün məhəllənin içərisinə, 
burada  dayanmayın,  təhlükəlidir.  Aparın  binaların 
arxasına,  ruslar  yenə  qayıda  bilər”,  -  deyə  tapşırıq 
verib özü yoluna davam etdi.
Azər  bu  anlarda  özünü  elə  aparırdı,  sanki  baş 
verənlərə görə rəsmi sorumluluğu var. Elə bil orada 
olan hər kəs ona tabe olmalıydı. Tanrıdan, onun belə 


84
tapşırıqlarına etiraz edən də yox idi. Elə o gənclər də 
əmrə hazır kimi bir anda yaralı gənci yerdən qaldırıb 
evlərin arxasına yollandı. Heç kim soruşmadı ki, “sən 
kimsən, niyə bizə tapşırıq verirsən?” Kim bilir, bəlkə 
də  qəfil  təcavüzə  yaxalanmış  insanlar  onları  idarə 
edəcək birisini görmək istəyirdi öz aralarında; lakin 
yox idi elə birisi. Heç kim heç kimi tanımırdı. Heç bir 
hərəkət  əlaqələndirilmirdi.  Zatən  əlaqələndirilməsi 
də mümkün deyildi. Çünki heç kim belə bir təcavüz 
gözləmirdi o gecə.
***
Gecənin ortasında Bakının işğalı xəbəri bir anda 
bütün ölkəyə yayıldı. İmkanı olan hər kəs rayonlara 
zəng edir, rusların Bakıda törətdiyi faciənin xəbərini 
verirdi.
Xudata  da  xəbər  çatmışdı  o  anlarda.  Hələ  də 
küçələrdə olan etirazçılar arasında şayiələr dolaşma-
ğa başlamışdı ki, Bakıda qan su yerinə axır. Heç kim 
inanmaq istəmirdi; di gəl ki, bu şayiələr küçələrdəki 
insanların  sayının  artmasıyla  müşayiət  edilirdi. 
İndi evlərdə heç kim qalmamışdı. Bütün Xudat əhli 
küçələrdə idi. Hər kəs ümid edirdi ki, Bakıdan gələn 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə