Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

122
işləməyəcək. İşçilər buna and içmişdilər. Bu isə Bakı-
da da, rayonlarda da problemlərə səbəb olurdu. Ar-
tıq ərzaq çatışmazlığı da yaranmışdı. Əslində ərzaq 
vardı, amma bir çox xidmətlər işləmədiyi üçün onun 
yerlərə çatdırılması mümkün olmurdu. Keşlə dəmir 
yol  stansiyasında  ərzaqla  dolu  vaqonlar  günlərdir 
gözləyirdi. Lakin işçilər tətil etdiyi üçün heç kim o 
yükü boşaldıb dükan-bazara yollamırdı.
Belə  bir  şəraitdə  Energetika  Texnikumunun  di-
rektoru Arif Ağayev Azər, Kamil, Mehdi və daha bir 
neçə fəal gənci otağına dəvət etdi. O, öncə böyük kimi 
bəzi  məsləhətlər  verdi.  Baş  verənlərə,  şəhidlərə  öz 
münasibətini bildirdi. Arif müəllim dedi ki, o da bir 
Azərbaycanlı kimi bu faciənin ağırlığını başa düşür. 
O da istəməzdi ki, belə bir hadisə yaşansın. Ancaq 
olacağa çarə yoxdur. Olan olub, şəhidləri geri qaytar-
maq mümkün deyil. Gərəkdir ki, Azərbaycan xalqı 
özünə  gəlsin,  insanlar  yavaş-yavaş  normal  həyata, 
işinə-gücünə dönsün. “Biz özümüzə gəlməliyik. Yox-
sa düşməni sevindirmiş olarıq. Elə düşmənlərimizin 
də arzusu budur ki, Azərbaycan xalqı ruhdan düş-
sün, gücünü itirsin. Bizsə bunu başa düşə-düşə belə 
hala yol verə bilmərik”, - deyə Arif müəllim gənclərə 
üzünü tutdu.


123
Gəncləri  bir  yerə  toplayıb  direktorun  görüşünə 
gətirmiş komsomol katibi (hərçənd artıq komsomol-
la iş bitmişdi) Şəmsəddin müəllim də Arif müəllimə 
dəstək  verərək  işləmək  lazım  olduğunu,  millətin 
özünə  gələ  bilməsinə  yardım  etməyin  gərəkliliyini 
dilə gətirdi. O, qeyd etdi ki, “sizin kimi fəal gənclər 
bu  mərhələdə  ağılla  davranmalıdır  ki,  daha  böyük 
faciələr yaşanmasın”.
Hər  ikisi  düz  deyirdi.  İndi  ağlamaq,  sızlamaq 
za manı  deyildi.  İndi  millətin  özünə  gəlməsi  üçün 
çalışmaq  lazım  idi.  İnsanların  ruhdan  düşməsinə 
yol  vermək  olmazdı.  Ölkədə  milli  özünüdərk  pro-
sesi  özəlliklə  20  yanvar  qətliamından  sonra  daha 
da  sürətlənmişdi.  Belə  bir  mərhələdə  elə  etmək  la-
zım idi ki, bu proses yavaşımasın, dayanmasın. Adi 
vətəndaşlar da hər gün hiss etməliydi ki, millət bir 
olarsa, hər bir problemin həlli mümkündür. Bu halın 
təmin edilməsi isə sağlam gənclərin, xalqı düşünən 
ziyalıların  ağılla  davranmasından,  doğru  qərarlar 
verib  onları  icra  etməsindən  keçirdi.  Ona  görə  də 
Azərgilin dəstəsi Arif müəllimə də, Şəmsəddin müəl-
limə də səbrlə, sonadək qulaq asdı. 
Əsas mətləbi Arif müəllim dilə gətirdi: 


124
- Gənclər,  vəziyyəti  özünüz  də  yaxşı  bilirsiniz. 
Çətin günlər yaşayırıq. Hətta artıq ərzaq qıtlığı da ya-
ranıb şəhərdə. Elə etmək lazımdır ki, mümkün qədər 
belə  problemlər  azalsın.  Lakin  əksər  müəssisələr 
işləmədiyi üçün çətinliklər daha da artır.
- Biz nə etməliyik, Arif müəllim? Daha doğrusu, 
nə edə bilərik? Edə biləcəyimiz bir şey varsa, canla, 
başla hazırıq, - deyə Azər sual dolu baxışlarla üzünü 
Arif müəllimə tutdu.
-  Edə biləcəyiniz işlər var, əlbəttə. Elə sizi bura ona 
görə çağırmışıq. Bir məsələdə köməyiniz lazım olacaq.
- Əgər bu kömək millətin faydası üçündürsə, biz, 
əlbəttə, əlimizdən gələni edəcəyik.
- Şəmsəddin  müəllim  sizə  hər  şeyi  izah  edəcək. 
Keşlə  yük  stansiyasında  ərzaq  vaqonları  dayanıb. 
İstərdik ki, siz oradakı bir qənd vaqonunu boşaldası-
nız. Məncə, bacararsınız.
- Əlbəttə, bacararıq. Nə çətin işdir ki? Elə indicə 
gedib boşaldarıq.
- İndi gec olar yəqin. Məncə, sabah səhərdən get-
səniz yaxşı olar. Hər halda bir vaqon yükdən söhbət 
gedir. Haradasa qırx ton qənddir deyəsən. Dükanlar-
da qıtlıq var, boşaldın, qoy, camaat bir tikə qəndini 
alsın.


125
- Baş üstə! Biz hazır.
Azərin Arif müəllimlə bu dialoqunu digər tələbələr 
də  sakitcə  dinləyirdilər.  Müdaxiləyə  də  gərək  yox 
idi. Azər  zatən  onların  fikirlərini  ifadə  edirdi.  İndi 
onlar  bu  cür  tapşırıqları  həvəslə  yerinə  yetirəsiydi. 
Millətin  çətin  günü  idi,  hər  kəs  bacardığı  qədər 
kömək  etməliydi.  Ona  görə  də  nə  mümkündürsə, 
etməyə hazır olduqlarını dedilər.
Sonda  Arif  müəllim  onlara  təşəkkür  edib  Şəm-
səddin müəllimə son tapşırıqlarını verdi.
- Elə  isə  öncədən  təşəkkür  edirəm.  Şəmsəddin 
müəl lim  sizə  başçılıq  edəcək.  Onun  tapşırıqlarına 
əməl edin, sabah səhərə hazır olun.
Söhbətin  bu  cür  yekunlaşması  direktorla  yanaşı 
Şəmsəddin müəllimi, elə gənclərin özünü də məm-
nun etmişdi. İndi onlar millətə doğrudan faydalı bir 
işdə yardımçı olacaqdılar. Belə bir məsələdə onların 
heç biri yaxasını kənara çəkməzdi. Çəkmədilər də.
***
Kamillə  Mehdi  səhər  erkəndən  durub  özlərinə 
çəki-düzən verdilər. Bir balaca qəlyanaltı edib piya-
da Elmlər Akademiyası metro stansiyasına sarı yol-


126
landılar. Burada Azərlə görüşəcəkdilər. Az sonra o 
da gəlib çıxdı.
- Hə, gedirik? Getdik fəhləlik eləməyə. Görək nə 
iş çıxara bilirik?
Azər  idi.  Kamillə  Mehdiyə  üzünü  tutub  artıq 
dünən  söz  verdikləri  kimi  Keşlə  yük  stansiyasına 
get məli olduqlarını xatırlatdı. 
Yarım saat sonra onlar Nərimanov metro stansi-
yasından çıxıb piyada Keşlə yük stansiyasına doğru 
yol aldılar. Heç on dəqiqə çəkmədi ki, stansiyaya çat-
dılar. Burada onları Şəmsəddin müəllim gözləyirdi. 
Bir də stansiyanın işçilərindən bir nəfər vardı. Digər 
tələbə yoldaşları da gəlib çıxmışdı.
Yaxınlaşdılar, salamlaşıb hal-əhval tutdular. Şəm-
səddin müəllim gəncləri stansiyanın işçisinə təqdim 
edərək, “bu qoçaqlar indi bir vaqon qəndi boşalda-
caqlar”  dedi.  Adını  bilmədikləri  dəmiryolçu  onla-
ra  bəzi  təhlükəsizlik  təlimatları  verdikdən  sonra 
vaqona  yaxınlaşdılar.  Qapılar  açıldı,  məsləhət  edil-
di ki, sıraya düzülərək qənd qutularını bir-birilərinə 
ötürməklə boşaltsınlar.
Gənclər bir anda işə girişdilər. Arada bir zarafat 
edir, bir-birilərini həvəsləndirirdilər ki, tez yorulma-
sınlar.


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə