Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

117
həkimlərdən yaralıların otaqlarını öyrəndikdən son-
ra, tam təsadüf, bir otağa daxil oldular. Otaqda bir 
neçə nəfər yatırdı: kimisi ağır, kimisi də yüngül ya-
ralanmışdı.  Bir-bir  onlara  yaxınlaşıb  hal-əhval  tut-
dular, başlarına gələnləri öyrənməyə çalışdılar. Hər 
kəs də həyəcanla o gecənin dəhşətlərindən danışır, 
xatırladıqca da kimisi bərk coşur, kimisi də möhkəm 
qəhərlənirdi. 
Növbəti çarpayıda sağ böyrü üstdə uzanmış bir 
gəncə  yaxınlaşanda  isə  onları  nəyin  gözlədiyini 
bilmirdilər. Abdulla idi adı. Bu gənc Bakı sakini de-
yildi. Naxçıvanlı idi. Sol çiynindən avtomat gülləsilə 
vurulmuşdu. Əhvalat necə olmuşdu? Bax, əsl məsələ 
də bunda idi.
Azər  yaxınlaşıb  “yastığın  yüngül  olsun”,  -  deyə 
yaralıyla söhbətə körpü saldı. Bundan sonra sual-ca-
vab, o gecənin dəhşətləri haqqında fikir mübadiləsi 
başladı.  Abdulla  başına  gələni  danışdıqca,  Azərin 
heyrəti artdıqca artdı. Çünki Abdullanın danışdıqla-
rı Azərin düz gözünün önündə baş vermişdi. Məhz 
həmin  gecə,  Azərdən  bir  neçə  addım  öndə  vurul-
muş ağ “Jiquli”nin sərnişinlərindən biri idi Abdulla. 
Niyə,  nə  üçün  atəşi  görə-görə  maşını  sürdüklərini 
soruşunca, Abdulla bir az duruxdu, susdu. Gözlərini 


118
tavana zillədi, dayandı və az sonra danışmağa baş-
ladı.
Onun dediyinə görə, maşında dörd nəfər olublar. 
Uyğun gəlirdi. Azər də dörd nəfər görmüşdü. Onlar-
dan  biri  qadın  olub.  Bu  da  uyğun  gəlirdi.  Elə  onları 
odun içinə atan da həmin qadın imiş. Abdulla deyir-
di ki, tanımadıqları bu qadın maşına minib, getdikləri 
istiqamətdə  onu  da  aparmalarını  xahiş  edib.  Sürücü 
deyəndə ki, “görmürsünüz, qarşıda atəş açırlar”, qadın 
qayıdıb ki, “sən necə kişisən, qorxursan?” Bunu eşidən 
sürücü də heç bir cavab vermədən maşını düz atəş açı-
lan istiqamətdə sürüb. Bu anda da Azərin yanından ke-
çib azca irəli getdikləri kimi vurulmaqları bir olub.
Abdulla onu da dedi ki, maşındakı digər üç nəfər 
yara  almayıb.  Yalnız  o,  sol  çiynindən  yaralanıb  və 
həkimlər də deyir ki, sağalacaq.
Abdullanın  əhvalatını  dinlədikdən  sonra  Azər 
üzünü ona tutub, “bilirsənmi ki, düz mənim qarşım-
da  vurulmusunuz?”  -  deyə  soruşdu.  Abdulla  hey-
rətlə ona sarı baxıb, “nə, siz də oradaydınız?” - deyib 
maraqla gözlərini onun üzünə zillədi.
- Mən gördüm ki, maşın vuruldu. Vurulan kimi 
də  dayandı.  İçindən  dörd  nəfər  düşdü.  Üçü  qaçdı, 
biri sağ arxa təkərin yanında yerə çökdü.


119
- Sonra da durub qaçdı. 
- Hə, bax, o adam da sonra durub qaçdı. Əmin ol-
dum ki, bir şeyi yoxdur.
- Həmin adam mən idim. Vurulmuşdum, amma 
yaram isti idi deyə çox da ağrı hiss etmirdim. Sadəcə 
maşından düşəndə özümü pis hiss etdim, ona görə 
oturdum. Sonra görəndə ki, hamı qaçdı, düşündüm 
ki, mən də qaçım. Qaçdım, qurtuldum. Ardından da 
bura gətirdilər.
- Hər halda xoş olmasa da yaddaqalan təsadüfdür. 
Özünə yaxşı bax.
Rəsmiyyə  də,  digərləri  də  özlərini  unudub  diq-
qətlə Azərlə Abdullanın arasında keçən bu qısa söh-
bəti dinləyirdilər. Doğrudan da maraqlı təsadüf idi. 
Bəlkə də axtarsan tapa bilməzdin bu adamı. Di gəl ki, 
onlar adi bir təsadüf sonucu rastlaşmışdılar.
Abdulla  nisbətən  hündürboylu,  arıq  bədənli  bi-
risiydi. Sadə gənc təsiri bağışlayırdı. Çox da sağlam 
bədənli deyildi. Bununla belə hiss olunurdu ki, ağ-
rılara,  aldığı  şiddətli  güllə  yarasına  yetərincə  dözə 
bilir.  Özünü  təmkinli  aparırdı.  Şikayət  də  etmirdi. 
Həkimlərdən,  xəstəxananın  işçilərindən  çox  razılıq 
edirdi Abdulla. Deyirdi, “sağ olsunlar, elə bil öz doğ-


120
malarımdır. Mənə elə qulluq edirlər ki, lap elə bura-
da qalmağım gəlir”.
...O günlərdə təkcə Abdulla deyil, bütün yaralılar, 
rus  işğalı  sonucu  zərər  çəkənlərin  hamısı  qayğıyla 
əhatə olunmuşdu. Elliklə hamı şəhid ailələrinə, ya-
ralılara, əmlakı dağıdılanlara əlindən gələn yardımı 
etməyə  çalışırdı.  Hətta  gənclərdən  ibarət  qruplar 
gecələr  xəstəxanalarda  növbə  çəkən  tibb  işçilərinə 
yardım üçün könüllü şəkildə onlara qoşulurdu. Bu 
könüllülər onlara tapşırılan hər bir işi vicdanla yerinə 
yetirir, buna görə heç bir qarşılıq da gözləmirdilər. 
Ona  görə  də Abdulla  kimi  yaralılar  adətən  şikayət 
edilən xəstəxanalarda özlərini çox rahat hiss edirdi.
***
Rəsmiyyə  və  tələbələri  Abdullanı  ziyarət  etdik-
dən  sonra  xəstəxanadan  ayrıldılar.  Ovqatları  bir 
qə dər  yüksəlmişdi.  Sanki  bu  ziyarət  onlara  əlavə 
enerji  və  ümid  vermişdi.  Yaralıların  gümrah  ol-
ması,  vəziyyətlərinə  baxmayaraq  olanları  sağlam 
qiymətləndirməsi, ehtiyac yaranacağı təqdirdə “uf” 
demədən  canlarını  belə  fəda  etməyə  hazır  olduq-
larını  deməsi  Rəsmiyyəgilin  dəstəsini  əməlli-başlı 
həvəsləndirmişdi.


121
O  günlərdə  ümumiyyətlə  Azərbaycan  xalqı  bir 
başqa  olmuşdu.  Ruslar  Bakını  işğal  edib  millətin 
gözünü  qorxutmaq  üçün  böyük  faciə  törətmişdi. 
Amma  insanlar  bundan  nəinki  qorxmamış,  əksinə, 
o günədək baş verənlərə biganə qalanlar da etiraz-
çıların  sıralarına  qatılmışdı. Adamlar  arasında  ülvi 
bir mehribanlıq vardı. Şəhərin küçələrində bəzən bir 
yerə  toplaşmağa  cəhd  edən  yad  adamlar  belə  bir-
birinə  münasibətdə  doğma  insanlar  kimi  davranır-
dı.  Yanvar  faciəsi  milləti  ruhdan  salıb  qorxutmağa 
hesablansa  da  əksi  alınmışdı.  İndi  bu  şəhərdə,  bu 
ölkədə insanlar bir-birinə münasibətdə daha mehri-
ban, daha yaxın olmuşdu. Ümummilli faciə, ümum-
milli  dərd  insanların  arasında  körpülər  yaratmışdı. 
Hamı anlayırdı ki, artıq Sovetlərlə yola davam etmək 
olmaz.
***
Günlər keçdikcə 20 yanvarın yaraları da yavaş-ya-
vaş sağalmağa başlayırdı. Düzdür, unudulacaq dərd 
deyildi, amma insanlar yaşamağa, bellərini dikəldib 
özlərinə gəlməyə davam edirdi. Hələ də ölkədə tətil 
vardı. Böyük müəssisələrin çoxu işləmirdi. Elan edil-
mişdi ki, şəhidlərin qırxı çıxanadək heç bir müəssisə 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə