Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

127
Elə də oldu. Yorğunluq vardı, amma xoş bir yor-
ğunluq idi. Vaxtın necə keçdiyini, bir vaqon yükün 
nə vaxt boşaldıldığını belə hiss etmədilər. İndi onlar 
çox  məmnun  görünürdülər.  Yararlı,  xeyirxah  bir  iş 
gördüklərinin  fərqində  idilər.  Başa  düşürdülər  ki, 
etdikləri  bu  iş  xeyirxah  əməldir.  İndi  bu  gənclərin 
köməyi  sayəsində  neçə-neçə  dükana,  oradan  da 
evlərə  qənd  gedəcəkdi.  Düzdür,  bir  vaqonla  bütün 
problemlər həll edilməyəcəkdi, amma özlüyündə bir 
kömək, dəstək idi bu da.
...Bu  vaqonu  boşaltdıqdan  bir  neçə  gün  sonra 
Şəmsəddin  müəllim  onları  yenə  bir  yerə  topladı. 
Əlində bir topa qəzet vardı. Gənclərə baxıb, “görür-
sünüz, artıq qəhrəmansınız, qəzetlər belə sizdən ya-
zır” dedi.
Gənclər bir-birinə baxıb, “neylədik ki, bizdən yaz-
dılar” deyə təəccüb etdilər.
Şəmsəddin  müəllim  qəzetin  birini  açıb  onla-
ra  göstərdi.  “Azərbaycan  gəncləri”  qəzeti  idi.  İçəri 
səhifələrinin birində balaca bir xəbər vardı. Orada bu 
gənclərin hər birinin adı ayrıca qeyd edilməklə millətin 
bu çətin günündə könüllü şəkildə bir vaqon qəndin bo-
şaldılmasına yardım etdikləri yazılırdı. Qısa bir xəbər 
idi, amma gənclər üçün sevindirici oldu.


128
Gənclər ona görə sevinirdilər ki, həm millət üçün 
yararlı bir iş gördükləri haqqında yazılırdı, həm də 
ilk  dəfə  idi  ki,  adları  qəzetdə  yer  alırdı.  Bu,  onlar 
üçün böyük bir iş idi. Belə bir zamanda hər adamın 
adı  qəzetdə  çəkilməzdi.  Yalnız  böyük  adamların 
adlarına  rast  gəlmək  olardı  qəzetlərdə. Amma  indi 
onların - 22 yaşlı gənclərin də adları sıralanmışdı bir 
xəbərdə.
Bu hisslərin təsiri altında olan gənclərə Şəmsəddin 
müəllim  bir  daha  təşəkkür  etdi.  Dedi,  “siz  doğru-
dan da vətənpərvər, haqq üçün çalışan gənclərsiniz. 
Biz buna sevinirik və ümid edirik ki, belə də davam 
edəcəksiniz”.
***
Bakı  işğal  altında  olsa  da  günlər  keçir,  həyat 
yavaş-yavaş  öz  normal  axarına  düşürdü.  Doğru-
dur,  tətil  hələ  də  davam  edirdi.  Lakin  bəzi  vacib 
xidmətlərin  işi  təmin  edilmişdi  artıq.  Şəhərdə  ko-
mendant saatı olduğu üçün gecələr heç kim küçələrə 
çıxa  bilmirdi.  Çıxanlar  dərhal  həbs  edilir,  ən  yaxşı 
halda  səhərə  qədər  milis  idarəsində  -  komendatu-
rada saxlanıldıqdan sonra buraxılırdı. Bəzən dirəniş 
göstərənlərə isə bir neçə sutkalıq həbs verilirdi. Ona 


129
görə də insanlar axşam saatlarında küçələrə çıxma-
mağa çalışırdı.
Azərgil də gecələr küçələrə çıxmırdı. Yalnız gün-
düz vaxtı texnikumda bir yerə toplaşır, söhbət edib 
dağılışırdılar.  Belə  bir  vaxtda Azər  Kamilgilə  təklif 
etdi  ki,  birlikdə  qalsınlar.  Tək  qalmaq  bir  qədər 
təhlükəli  idi,  birlikdə  qalsalar  bir-birilərinə  həyan 
olardılar.
Azər birlikdə qalmaq üçün təklif də verdi. Kamillə 
Mehdi onsuz da kirayədə qaldıqları evə tələbə üçün 
ağır  sayıla  biləcək  məbləğdə  pul  verirdilər. Azərsə 
təklif  edirdi  ki,  yataqxanadakı  böyük  bir  otağı  üç 
nəfərə qırx beş manata almaq olar: “Mən komendant-
la danışmışam, ayda adama on beş manat verəcəyik. 
Razısınızsa, gedim konkretləşdirim məsələni”.
Bu  təklif,  əlbəttə,  Kamilin  də,  Mehdinin  də  ürə-
yincə  idi.  Amma  otağı  da  görməyə  gərək  vardı. 
Onun üçün razılaşdılar ki, öncə yataqxanaya gedib 
otağa baxsınlar, ondan sonra son qərarı versinlər.
***
Azərgilə  təklif  edilən  otaq  adətən  darısqal,  ya-
rıqaranlıq  otaqlarda  yaşamağa  öyrəşmiş  tələbələr 
üçün çox böyük sayıla bilərdi. Bir qayda olaraq ya-


130
taqxana  otaqları  balaca  olsa  da,  bu  otaq  küncdə 
yerləşdiyindən ən azı otuz kvadratmetr ölçüsü olar-
dı. Geniş idi, iki tərəfdən də pəncərələri vardı. Gün-
düz  vaxtı  içəri  çox  işıqlı  olurdu.  Həm  də  təmirli, 
tərtəmiz, bomboş bir otaq idi. Komendant deyirdi ki, 
istəsəniz bura üç dənə çarpayı qoya bilərəm. Dolab, 
masa filan da təmin ediləcəkdi. Yəni gənc tələbələrin 
yaşaması, dərslərə hazırlaşması, üstəlik də, özlərinə 
çaydan-yeməkdən  bir  şeylər  hazırlaması  üçün  im-
kanlar genişdi burada. Hətta idman etmək də olardı 
bu otaqda.
Kamil Mehdiyə baxıb üzünü Azərə tutdu: “Məncə 
yaxşıdır,  bizim  üçün  uyğundur”.  Mehdi  də  onun 
dediyini  təsdiqlədi.  Komendant  da  məmnun  halda 
gənclərə vəd olunanları dərhal təmin edəcəyini dedi.
***
Artıq  Kamillə  Mehdi  Azərlə  birlikdə  üçüncü 
mərtəbədəki yeni otaqda yerləşmişdi. Azər bu vax-
tadək  tək  başına  qaldığı  birinci  mərtəbədəki  kiçik 
otağı təhvil vermişdi. Hərə istədiyi səmtdə öz çarpa-
yısını  yerləşdirmiş,  birlikdə  tələbəliyin  ağır,  amma 
yaddaqalan,  təlatümlü,  təlatümlü  olduğu  qədər  də 
xoş günlərini keçirirdilər.


131
Günlərsə elə də tez keçmirdi. Ağır idi. 20 yanvar 
işğalı  hələ  də  davam  edirdi.  Küçələrdən  tanklar, 
əsgərlər  hələ  də  yığışmamışdı.  Bir  yandan  da  ko-
mendant saatı qüvvədə idi. Demək olar, Bakını rus 
hərbçiləri idarə edirdi. Onların bir sözünü iki etmək 
olmazdı.  Üstəlik,  istənilən  zaman  yataqxanalarda 
reyd keçirir, xoşlarına gəlməyənləri tutub aparırdı-
lar. Bəzən bu reydlər çox kobudluqla müşayiət edi-
lirdi.  Bunu  hər  kəs  danışırdı.  Lakin Azərgil  hələlik 
görməmişdilər.
Bir gün gəldi ki, bu reydlərdən birini də onların 
qaldığı yataqxanada keçirdilər...
***
Axşam idi. Otaqda oturmuşdular. Axşam yemə-
yini yeyib özləri üçün söhbət edirdilər. Gəlmişdən-
keçmişdən, oxuduqları kitablardan, baxdıqları film-
lər dən danışırdılar. Hind filmi həvəskarı idi hər üçü. 
Ona  görə  də  söhbət  hərlənib-fırlanıb  Mehdinin  bir 
hind filminə baxması və sonra da həmin film haqqın-
da Kamilə danışmasının üzərinə gəldi.
Kamil  deyirdi  ki,  bir  dəfə  Mehdi  gəlib  filmdə 
gördüklərini ona danışıbmış. Üç saatlıq filmi təfsil-
atıyla  nəql  edibmiş.  Həm  də  onun  film  haqqında 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə