Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə33/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   27   28   29   30   31   32   33   34   35

167
Böyük  türk  aydını,  Qazaxıstanın  və  bütün  türk 
dünyasının böyük oğlu Oljas Süleymenov heç nəyə 
baxmadan, heç nədən çəkinmədən qırmızı imperiya-
ya meydan oxudu, dərhal Bakıya gəldi 20 yanvarın 
ardından.
Sonrakı illərdə aparılan araşdırmalar, artıq müs-
təqil  Azərbaycan  dövlətinin  öz  imkanları  hesabına 
sərbəst şəkildə əldə edəcəyi bilgilər göstərəcəkdi ki, 
Moskvanın ermənilərlə əl-ələ verib apardığı gecəli-
gündüzlü təbliğatına baxmayaraq, dünya mediası da 
Bakı faciəsinə biganə qalmayıb. Bir çox ölkələrin ən 
aparıcı  qəzetləri  Bakıda  olanlar  haqqında  müxtəlif 
qaynaqlardan əldə etdikləri xəbərləri öz oxucularına 
çatdırmışdı o günlərdə.
Dünyanın  ən  nüfuzlu  qəzetlərindən  olan  İngil-
tərənin  The Guardian-ı  yazırdı:  “Bu  dəhşətli  hərbi 
əmə liyyatı  70  illik  əsarətdən  qurtulmaq  üçün  aya-
ğa  qalxmış  Azərbaycan  xalqının  coşqun  mübarizə 
əzminin  imperiyanın  qəlbində  yaratdığı  qorxunun 
sonucu  kimi  də  izah  etmək  olar.  Ordunun  şəhərə 
hücumu  zamanı  günahsız  insanların  vəhşicəsinə 
güllələnməsi, tankların adamları öz tırtılları altında 
əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar 
ətrafında qızınan dinc Azərbaycanlıların üzərinə hü-


168
cuma keçərək cəsədlərini tanınmaz hala salması bü-
tün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə 
qarşılanıb  pislənməlidir.”  (The  Guardian  qəzeti,  22 
yanvar 1990-cı il)
ABŞ-da  çıxan  Los Angeles  Times  isə  olanları  belə 
dəyərləndirirdi: “Yanvarın 20-də və 21-də təşkil edil-
miş yürüşlər, 22-də keçirilmiş kütləvi dəfn mərasimi 
hər  cür  mitinqi  qadağan  edən  fövqəladə  vəziyyətə 
qarşı  açıqdan-açığa  meydan  oxumaqdır.  Şəhidlər 
Xiyabanında  keçirilən  dəfn  mərasimi  “Moskva” 
qonaq  evinin  yuxarı  mərtəbələrində  yerləşdirilmiş 
özəl  nəzarətçilər  və  snayperlər  tərəfindən  diqqətlə 
izlənilirdi. Bütün sərt maneələrə və təhlükəli nəzarətə 
baxmayaraq,  qeyrətli  insanlar  şəhidlərin  xatirəsinə 
layiq dəfn mərasiminin keçirilməsinə nail oldular.” 
(Los Angeles Times qəzeti, 23 yanvar 1990-cı il)
ABŞ-ın və dünyanın ən aparıcı qəzetlərindən olan 
The  New  York  Times  da  20  yanvar  qırğınına  biganə 
qalmamış, olaydan təxminən bir ay sonrakı şərhində 
belə yazmışdı: “Bakının işğalından sonra öz torpağı-
na bütün varlığıyla bağlı olan hər bir Azərbaycanlının 
qəlbində  Moskvaya  və  Mixail  Qorbaçova  qarşı 
dəhşətli bir nifrət hissi yaranmışdı. Vaxtilə rus impe-
riyasının müstəmləkəsi olan Azərbaycan, indi öz su-


169
veren və demokratik hüquqlarını bərpa edir, öz azad-
lıq və müstəqilliyi uğrunda mübarizə aparır. İndi adi 
satıcıdan tutmuş, hakimiyyət nümayəndələrinədək - 
uşaqlı-böyüklü hamı dərk edir ki, Moskva öz hüquq-
larının  bərpası  uğrunda  ayağa  qalxmış  milləti  sus-
durmaq üçün Bakıya qoşun yeridib, günahsız qanlar 
töküb.” (The New York Times qəzeti, 18 fevral 1990-cı il)
Bəli,  The  New  York  Times  düzgün  təsbit  etmişdi. 
İndi doğrudan da adi satıcıdan tutmuş hakimiyyət 
nümayəndəsinə kimi hamı Moskvanın əsl mahiyyə-
tini  anlamışdı.  Ona  görə  də  Azərbaycanda  qarşısı 
artıq heç cür alına bilməyəcək müstəqillik yolu açıl-
mışdı. Millətin hər bir fərdi Rusiyadan, Sovetlərdən 
ayrı  yaşayacaq  müstəqil  Azərbaycanın  yolunu 
səbirsizliklə  gözləyirdi.  O  yolsa  çox  da  uzaqda  de-
yildi.  Cəmi  il  yarım  sonra  Azərbaycan  müstəqillik 
üçün  ilk  rəsmi  addımları  atacaqdı.  Az  qalmışdı  o 
günə.  Müstəqillik  qazanıldıqdan  sonra  isə  rus  əs-
gərləri  birdəfəlik  Azərbaycanı  tərk  etməli  olacaq-
dı.  Dirənmədən,  sakitcə.  İşğalçı  ordu  bir  daha  geri 
dönməmək  şərtilə Azərbaycandan  gedəcəkdi  yaxın 
zamanda. Yuxu kimi idi, amma gerçək olacaqdı. Heç 
kim inanmırdı, lakin aradan heç üç il keçmədi ki, rus 


170
ordusu  Azərbaycanı  birdəfəlik  tərk  etdi.  Bir  güllə 
belə atmadan həm də.
Bu gedişin əsası, bəlkə də, 17 yanvar 1990-cı ildə 
Xudatdakı o dirənişdə, cəsur mücadilədə qoyulmuş-
du. 70 illik işğal tarixində ilk dəfə idi ki, rus əsgərləri 
bir  güllə  belə  atmadan  Azərbaycandan  çıxmağa 
məcbur olmuşdular həmin günlərdə.
O  günlərdə  bir  də  rus  təbliğat  maşını  durma-
dan iddia edirdi ki, Azərbaycana qoşun yeridilməsi 
ermənilərin və ümumiyyətlə xristianların müdafiəsi 
üçün gərək olub. Guya rusların da şiddət gördüyü, 
öldürülmə təhlükəsilə üz-üzə qaldığı iddia edilirdi. 
Moskva özünə haqq qazandırmaq üçün hər cür vic-
dansızlığa əl atırdı. Ancaq bütün bunlar tam olaraq 
işə yaramırdı. Bununla belə, Bakıda yaşayan bəzi rus 
ailələri  keçici  də  olsa Azərbaycanı  tərk  edirdi.  Heç 
bir  zərurət,  heç  bir  səbəb  olmadan  özü  də.  Halbu-
ki 20 yanvar gecəsi şəhid olanlar təkcə Azərbaycan 
türkləri deyildi. Ruslar da vardı onların arasında.
***
Azərin ikinci qardaşı - Abdulla 1987-ci ildə Azər-
baycanı  tərk  edib  Rusiyaya  yerləşmişdi.  Ailə sində 
nəsə problemi yaranmışdı, o da təkcə ailə sindən de-


171
yil, ümumiyyətlə Azərbaycandan başını alıb qaçmış-
dı. Küsmüşdü; gəlmirdi Azərbaycana. Azər onu son 
dəfə 1986-cı ildə, əsgərliyə getməzdən öncə görmüş-
dü. Ondan sonra görüşməsələr də harada yaşadığını 
bilirdi. Çünki Abdulla ara-sıra qardaşlarına məktub 
yazırdı.
Məktubların  üzərindəki  ünvan  Rusiyanın  Oren-
burq vilayətinin Buzuluk rayonunun mərkəzini - Bu-
zuluk şəhərini göstərirdi. Dəqiq ünvan idi. Abdulla 
yazırdı  ki,  bu  şəhərdə  bir  texnikumda  dərs  deyir. 
Əlavə olaraq istixana kompleksi də qurub özü üçün 
yaşayır. Yazdıqlarından belə anlaşılırdı ki, durumu 
heç  də  pis  deyil.  Lakin  o  şəhərdə  yaşayan  başqa 
Azərbaycanlılardan gələn soraqlarda bu heç də tam 
təsdiqini tapmırdı. Ona görə də Azər həm qardaşı-
nı görmək, həm də durumuyla maraqlanmaq üçün 
20 yanvar faciəsilə tarixə əbədi yazılmış 1990-cı ilin 
avqustunda Buzuluka yollanmaq haqda düşünürdü.
***
Buzuluk Orenburqa aid olsa da, məsafə baxımın-
dan  Kuybışev  vilayətinin  mərkəzi  olan  Kuybışev 
şəhərinə daha yaxın idi. Ona görə də Azər təyyarə 
biletini Kuybışevə almışdı. İlk dəfə idi ki, bu şəhərə 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə