Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

147
mayacaqdı. Çünki Nərimanov prospektindən sonra-
ki məhəllədə darısqal küçələr idi və əsgərlər oralara 
heç gündüz də daxil olmurdu.
...Düşündüyü plan üzrə hərəkətə başladı. Metro-
nun yanından arxa tərəfə keçib ara yollarla hərəkət 
etdi.
Artıq  yarım  saat  sonra  o,  yataqxanaya  çatmışdı. 
Qapı bağlı idi. Saat da haradasa biri keçmişdi.
    Sakitcə qapını tıqqıl-
datdı.  Gözətçi  otağın-
dakı  yaşlı  rus  arvadı 
səsə  ayılıb  qapıya  ya-
xınlaşdı. Şüşənin arxa-
sından  Azəri  tanıyıb 
tez qapını açdı və onu 
içəri  buraxdı.  Azər 
məmnun  halda  qadı-
nın üzünə baxdı. Adı-
nı  bilmədiyi  qadın  da 
Azərə baxıb, “eh, Tanrı 
bunlara  lənət  eləsin, 
niyə  bizi  bu  günə  qoy-
dular”, - deyə öz-özü nə 
deyindi.  Rus  qadının 
20 yanvar şəhidi 
Andrey Nişşenko.
Foto: S.Rasim


148
bu  sözləri,  əslində,  o  günlərdə  Azərbaycanda  olan 
ovqatın, insanların bir-birinə münasibətinin ən yaxşı 
göstəricisi  sayıla  bilərdi.  Çünki  Moskvanın  nəza-
rətində  olan  təbliğat  vasitələri  bütün  dünyaya  car 
çəkirdi  ki,  Bakıda,  Azərbaycanda  guya  bütün  türk 
olmayanlara, özəlliklə də ruslara qarşı düşmən mü-
nasibət var. Guya ordu da buna görə yeridilibmiş ki, 
ermənilərin, rusların qırğınının qarşısını alsın. 
  Halbuki  şəhid  olanlar  arasında  ruslar  da  vardı. 
Başqa millətlərdən olanlar da. Lakin Moskva bu ger-
çəyi dünyadan gizlədirdi.
İndi bu rus arvadın elə işğalçı ruslara lənət oxu-
ması da tarix üçün ən danılmaz və ən dəyərli faktlar-
dan biri idi. Təkcə bu fakt yetərli idi ki, istər o gecə, 
istərsə  də  ondan  öncəki  və  sonrakı  mərhələlərdə 
Azərbaycanda  nəinki  ruslara,  ümumiyyətlə  heç  bir 
başqa millətə qarşı düşmən münasibətin olmadığını 
təsdiqləmək mümkün olsun.
...Yorğun  və  əsəbi  olsa  da,  bu  rus  arvadın  mü-
nasibətindən məmnun qalan Azər, sağollaşıb otağı-
na  yollandı.  Elə  əyin-başını  dəyişib  qurtarmışdı  ki, 
Kamil, az sonra da Mehdi gəlib çıxdı. Belə anlaşıldı 
ki, onları çox saxlamamışdılar. Sıradan suallar ver-
miş,  “təxribatçılardan”  uzaq  olmalarını  tövsiyə  et-
miş, buraxmışdılar.


149
Kamil deyirdi ki, rus polkovnik təəccüblü şəkildə 
mehriban davranıb onlarla.
- Heç gözləmirdim. Nəsə çox mehriban idi. Elə bil 
küçələrdə üstümüzə tank sürən, silah yönəldən or-
dunun zabiti deyildi bu.
- Elədir.  Mənimlə  də  çox  mehriban  davrandı  o. 
Hətta  bir  az  mübahisə  də  elədim.  Amma  yenə  də 
mehribanlığını qorudu. Bəlkə də heç rus deyil. Kim 
bilir, yakut, tatar, çuvaş da ola bilər məncə. Qan çəkir 
axı adamı. Yəqin o da ona görə bizə qarşı əzazillik 
etmir.  Nəsə  bir  sirr  var  burada...  Lakin  oradakı 
Azərbaycanlılar heç də o rus kimi mehriban deyildi 
nəsə.
- Mən içəridə olanda onlar var idi. Heç nə danış-
madılar. Sakitcə oturmuşdular. Üzümə də baxmadı-
lar. Mehdiyə də heç nə deməyiblər.
- Hə,  mənimlə  də  çox  mehriban  danışdı  o  pol-
kovnik. Bir-iki sual verdi. Axırda da dedi, bu təxr-
bat çılardan  uzaq  olmağa  çalış.  Hələ  mənə  dedi  ki, 
sən yaxşı oğlana oxşayırsan, gələcəyin var. - Mehdi 
söhbətə qoşuldu.
Dostlar Mehdinin sonuncu cümləsinə gülüşdülər. 
Çünki  onun  zarafatcıl  olmasını,  yeri  gələndə  gər-
ginliyi ortadan qaldırmaq üçün söhbətinə bir az duz 


150
qatmasını bilirdilər. İndi də elə olmuşdu. Mehdi rus 
polkovnikin guya onun gələcəyilə bağlı dediklərini 
sözünə  əlavə  etməklə  ortamı  bir  az  yumşaltmaq 
məqsədi güdürdü.
O, məqsədinə nail oldu. Artıq bir neçə dəqiqədən 
sonra  hər  şey  unudulmuşdu.  Həyəcan  arxada  qal-
mışdı. İndi yatıb dincəlmək, səhər texnikuma gedib 
oranın  yataqxana  məsələsini  həll  etmək  lazım  idi. 
Heç  olmasa  yataqxanada  qeydiyyata  düşməliydilər 
ki,  rus  əsgərləri  sənəd  yoxlayanda  deməyə  sözləri 
olsun.
***
Səhər  texnikuma  gəlincə,  axşam  baş  verənləri 
tələbə  yoldaşlarına  danışdılar.  Sonra  həmkarların 
sədri  Səməd  müəllimlə  də  görüşərək  olanlardan 
agah  etdilər;  texnikumun  yataqxanasına  qeydiyya-
ta düşməyin vacib və təxirəsalınmaz olduğunu onun 
diqqətinə  çatdırdılar.  Səməd  müəllim  də  dərhal  bir 
göndəriş yazıb onları Dərnəgülə, yataqxanaya yolladı.
Burada  da  heç  bir  problemlə  üzləşmədilər.  Ko-
mendanta yanaşdılar, başlarına gələni danışıb, gön-
dərişlərini  təqdim  etdilər.  Komendant  da  anlayışlı 
biri olduğu üçün ən qısa müddətdə onların hərəsini 


151
bir otağa yerləşdirib, qeydiyyat məsələsini həll etdi. 
Onsuz  da  burada  qalası  deyildilər.  Çünki  hazırda 
qaçaq şəkildə qaldıqları yataqxana texnikuma yaxın 
olduğundan onlar üçün daha əlverişli idi. Ona görə 
də başqa yerdə qalmağa maraqlı deyildilər. Həm də 
Dərnəgüldəki yataqxananın şəraiti ürəkaçan deyildi. 
Onlara təklif edilən otaqlar bərbad olduğundan bir 
an öncə buradan uzaqlaşmaq lazım idi...
***
Şəhidlərin qırxının çıxmasına az qalmışdı. İşğalçı 
ordu şəhəri hələ əsarətdə saxlasa da, əhali heç nədən 
çəkinmədən qırx mərasiminə hazırlaşırdı. Belə anla-
şılırdı ki, bu mərasim möhtəşəm bir güc, həmrəylik 
nümayişi olacaq. İnsanlar hələ də qəzəbli idi. Hamı 
nifrətə  köklənmişdi.  Bu  nifrət  rus  millətinə  qarşı 
deyildi; gənc rus balalarını - əsgəri, ordunu dinc in-
sanların  üzərinə  göndərənlərə  nifrət  edirdi  millət. 
Hətta şəhər sakinləri tankların üzərində dayanıb ke-
şik çəkən rus əsgərlərini ara-sıra qoğala, suya qonaq 
belə edirdi.
İndi əsgərlər də öncəki kimi insanlara nifrətlə bax-
mırdı. Artıq onlar da anlayırdı ki, günahsız insanları 
heç bir gərək olmadan qanına qəltan ediblər. Bəlkə 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə