Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

132
danışdıqları da elə üç saat çəkib. Kamil də düşünüb 
ki, yəqin məsələ bununla bitir... lakin... bitmir; sonda 
Mehdi qayıdır ki, hə, demək yadımdan çıxdı, filmin 
çox hissəsi musiqi idi. Bayaqdan ona candərdi qulaq 
asan  Kamil  də  ilan  sancmış  kimi  Mehdiyə  sarı  dö-
nübmüş  ki,  yaxşı,  filmin  çoxu  musiqi  olub,  düz  üç 
saatdır  haqqında  danışırsan.  Bəs  musiqi  olmasaydı 
neçə saat danışacaqdın?
Əlbəttə, belə söhbətlər, zarafatlar dostlar arasında 
həmişə olur. Buna görə heç kim incimir də; Kamillə 
Mehdi  isə  bir-birindən  əsla  inciməzdi.  Zatən  uşaq-
lıqları, əsgərlikləri bir yerdə keçmişdi onların. Texni-
kumda da bir qrupda oxuyur, bir yerdə də yaşayır-
dılar. Yedikləri, içdikləri həmişəki kimi indi də ortaq 
idi. Ac qalanda da, tox olanda da birlikdə olurdular. 
Hətta Göyçaydakı ailələri də bir-birinə çox yaxın idi. 
Ona görə, aralarından su da keçmirdi.
Belə  xoş  söhbətlər  etdikləri  zaman  dostlar  dəh-
lizdən hay-küy eşidib diqqət kəsildilər. Hə, nəsə elə 
bil  hücum  vardı  yataqxanaya.  Qapının  deşiyindən 
dəhlizə baxdılar. Əsgərlər idi. O biri başdan üzü bəri 
gəlirdilər.  Avtomat  əllərində,  başlarında  dəbilqə. 
Əyinlərində də zirehli jilet. Sanki döyüş meydanında 
idilər. Qapıları da təpiklə açırdılar. İçəriyə vəhşi kimi 


133
soxulduqları da gözdən qaçmırdı. Deməli, reyd idi. 
İndi onların da otağına gələcəkdilər. Hazır olmaq la-
zım idi.
- Uşaqlar, geyinin. Hazır olaq, indi bizim otağa da 
gələcəklər. Qeydiyyatımız yoxdur burada. Yəqin ki, 
aparacaqlar, - Azər dedi.
- Hazır olaq. Amma Azər, sən o Xalq Cəbhəsinin 
nişanını  çıxarsan  yaxşı  olar.  Onlar  cəbhəçiləri  inci-
dirlər.  Sən  də  nişan  taxmısan.  Dərhal  ilişəcəklər.  - 
Kamil cavab verdi.
- Bu, Azərbaycan bayrağıdır. Düzdür, ruslar onu 
tanımaq  istəmirlər,  amma  Azərbaycan  Xalq  Cüm-
huriyyətinin bayrağıdır. Nə olar, olar. Mən onu çıxa-
ran deyiləm. Qoy tutsunlar məni.
- Məncə, bu riskə ehtiyac yoxdur. Çıxar qoy otaq-
da, onlardan qurtulandan sonra yenə taxarsan da.
- Yox, Kamil, üzrlü say. Bu nişan bu sinədə qala-
caq. Görək nə olur.
Elə söhbətin bu yerində ağır əsgər çəkmələrilə qa-
pıya ard-arda iki təpik vuruldu. Əsgərlər idi. Qapını 
itələmiş,  açılmadığı  üçün  təpikləyirdilər. Azər  irəli 
durub tez qapını açdı. Açmasaydı sındıracaqdılar.
İki əsgər, avtomatın lüləsini onlara tuşlayaraq rus 
dilində əmr etdi: “Çıxışa!”


134
Bu əmr icra edilməliydi. Dirənməyin bir yararı və 
anlamı yox idi.
Dostlar sakitcə qapıya yönəldilər. Əsgərlər kənara 
çəkilib onlara yol verdilər. Dəhlizlə üzü aşağı gedib 
pilləkənə  üz  tutdular.  Əsgərlər  də  onların  ardınca. 
Özü də silahlarını hazır tutaraq.
Aşağıda  qələbəlik  idi.  Yataqxananın  qapısından 
sol tərəfdə ağır hərbi nəqliyyat maşını dayanmışdı. 
Ətrafı əsgərlərlə doluydu. Bir tərəfdə də yataqxana-
dan çıxarılan insanlar idi. Sıraya düzmüşdülər. Heç 
kimi tərpənməyə belə qoymurdular. Azər, Kamil və 
Mehdini də o sıraya qoşdular. Sonra nə olacağını heç 
kim bilmirdi.
Əsgərlərə  başçılıq  edən  potasifət  bir  mayor  idi. 
Üzündən heyvərəlik yağırdı. Önə çıxan qarnını qəs-
dən bir qədər də irəli verən bu eybəcər rus uca səslə 
verdiyi  komandalardan  özü  də  həzz  alırdı  elə  bil. 
Sanki, “baxın, burada duruma hakim olan mənəm!” 
demək istəyirdi hər ağzını açanda.
Azərgil  əsgərlərin  müşayiətilə  aşağı  gətiriləndə 
mayor  öndə  dayanıb  əllərini  arxasında  haçalamış-
dı.  Gözləyirdi.  Elə  hamı  gözləyirdi.  Əsgərlər  nəyi 
gözlədiklərini  bilsə  də  yataqxanadan  çıxarılanlar 
sonra baş verəcəklərdən xəbərsiz idi.


135
Təxminən yarım saat sonra sonuncu əsgərlər də 
bir neçə nəfəri qabaqlarına qataraq, gəlib sırada du-
ranlara qoşuldular. Haradasa otuz nəfərədək insan 
yataqxanadakı  otaqlarından  çıxarılmışdı.  Bunların 
heç  birinin  o  yataqxanaya  qeydiyyatı  yox  idi.  Ona 
görə  də  hərbi  rejim  iddia  edirdi  ki,  belə  adamlar 
ekstremistlərdir.  Yaşayış  yerlərini  gizli  saxlayırlar, 
guya bu yolla rus əsgərlərinə tələ qururlarmış ki, bir 
əməl törədəndən sonra onları kimsə tapa bilməsin. 
Hər  halda,  işğalçılar  belə  düşünürdü,  iddia  edirdi, 
rəsmi təbliğat da bu xətti yürüdürdü...
Hamı  toplandıqdan  sonra  elan  edildi  ki,  tək-tək 
yoxlama aparılacaq.
Bunu da gözləməyə başladılar.
...Mayorun əmrilə iki əsgər önə çıxaraq sırada du-
ranları bir-bir yoxlanışa dəvət etməyə başladı. Çox ko-
bud davranırdılar. Əsgərlərin boyları çox hündür idi. 
Fiziki imkanlarının yüksək olduğu da dərhal nəzərə 
çarpırdı. İrəli çağırdıqları hər kəsi iki əllə tutaraq yük 
maşınının kuzasına çırpır, “əllər yuxarı!” deyə əmr 
edirdilər. Bundan sonra da adamı başdan ayağa yox-
layır,  ciblərinə  qədər  baxırdılar. Az  qalırdı  adamın 
şalvarını  çıxarsınlar  yolun  ortasında.  Sənədlərini, 
pullarını tək-tək açıb baxır, pasportunu əlindən alır-


136
dılar. Bu pasportları isə qıraqda dayanmış bir çavu-
şa  ötürürdülər.  Ardından  da  təpikləyərək  maşının 
kuzasına  mindirirdilər.  “Tələs,  tələs!”  deyə  bağırır, 
həyəcan yaratmağa çalışırdılar. Onsuz da başlarına 
nə gələcəyini bilmədikləri üçün həyəcan içində olan 
adamların  bəziləri  daha  da  rahatsız  olurdu.  Qına-
malı  da  deyildi.  Çünki  bura  bir  fəhlə  yataqxanası 
idi. Sakinlərin də çoxu kasıb və savadsız fəhlələr idi. 
Hərəsi bir rayondan gəlib Bakıya yerləşmiş, bir parça 
çörək qazanmaq üçün burada özlərinə sığınacaq tap-
mışdı. Bir də Azərgil idi - tələbələr. Onlar fəhlələrdən 
fərqli olaraq baş verənlərə daha soyuqqanlı yanaşır-
dı. Amma rahatsız olmadıqlarını deməyə əsaslar yox 
idi. Onlar da rahatsız, həm də qəzəbli idi. Hərçənd 
ki,  başqa  çarə  olmadığından  qəzəblərini  içlərində 
boğmağa məcburdular və çətinliklə də olsa bunu edə 
bilirdilər...
Növbə onlara da çatdı. Kamili önə çəkdilər. Boyu 
balaca, çəkisi yüngül - nisbətən zəif bədənli idi Ka-
mil. Əsgərin biri elə bir əlilə onu yerindən götürüb 
maşının  kuzasına  yapışdırdı.  “Əllər  yuxarı!”  deyib 
dərhal  da  aramağa  başladı.  Kamildən  “qorxulu” 
heç nə tapılmadı. Təbii ki, yalnız qeydiyyatı təsdiq 
edilmədi. Ona görə də pasportu digər pasportların 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə