Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

137
üzərinə əlavə edildi; özünü də maşına mindirdilər. 
Kamil arıq birisi olduğu üçün əsgər sanki onu əlilə 
götürüb kuzaya tulladı. Az qala iki metrlik boyu olan 
əsgərin əlində balacaboy, arıq Kamilin ayaqları heç 
özü də bilmədən yerdən üzüldü. Bir anın içində o, 
özünü maşının kuzasında gördü.
Mehdiyə  də  eyni  münasibət  oldu.  Doğrudur, 
Kamildən  fərqli  olaraq  Mehdi  canlı-cüssəli  idi.  İd-
manla məşğul olurdu, sağlam bədəni vardı, zəif de-
yildi. Lakin burada istər zəif ol, istər güclü, fərq et-
mirdi... 
Mehdinin  də  pasportunu  əlindən  alıb  maşına 
mindirdilər. Sıra Azərə çatdı. Boyca da, bədəncə də 
Kamillə  Mehdidən  daha  cüssəli  olan Azəri  bir  əllə 
dartıb maşına dirəmək əsgər üçün elə də asan olma-
dı. Əslində, Azər dirənsəydi əsgərin işi çətin də ola 
bilərdi. Ancaq o, bunu etmədi. Çünki əsgər tək deyil-
di. Üstəlik silahı da vardı və bunlarla bir az ehtiyatlı 
davranmaq lazım idi.
Bu durumda mayorun işarəsilə daha bir əsgər on-
lara  yaxınlaşdı  və  dərhal  da  silahını Azərə  tuşladı. 
Qıraqdan müşahidə edən mayor hiss eləmişdi ki, bu 
gənc nəsə bir gərginlik yarada bilər. Lakin Azərin elə 
bir niyyəti yox idi. Bununla belə, mayor durumu “sı-


138
ğortalamaq” üçün ikinci bir əsgəri də onlara qoşdu.
Birinci  əsgər  əlləri  yuxarı  dayanmış  Azərin  üst-
başını  axtarmağa  başladı.  Azər  əyninə  yüngül  gö-
dəkçə geymişdi. Onun altında isə qalın yun köy nəyi 
vardı.  Azərbaycanın  milli  bayrağının  təsviri  olan, 
Azərbaycan  Xalq  Cəbhəsinin  nişanı  da  köynəyin 
sol döşünə sancılmışdı. Azər onu hətta bu qorxulu 
günlərdə də yaxasından çıxarmırdı. 20 yanvar gecə-
sindən sonra da küçələrdə gəzərkən o nişan yerində 
qalırdı.  Dostları  dəfələrlə  demişdi  ki,  bir  qədər  eh-
tiyatlı  olsun.  Amma  dinləməmişdi.  “Bu  nişanı  öz 
əlimlə buradan çıxaran deyiləm!” - deyib durmuşdu. 
Ona  görə  də  yoxlamadan  az  öncə  Kamilin  nişanla 
bağlı təklifini rədd etmişdi. Hələ şəhidlərin qırxı çıx-
madığı üçün üzü də saqqallı idi. Bu isə onu işğalçı 
əsgərlər üçün daha “cəlbedici” göstərirdi.
İndi əsgər onun üstünü yoxlayarkən qəfildən əli 
nişana  ilişdi.  Boyca  bir  qədər  yüksək  olan  sarışın 
rus balası azacıq aşağı əyilərək nişanı işığa sarı tut-
du. Bir anda gözləri parladı. Cəld bir sıçrayışla geri 
çəkilərək silahını hazır duruma gətirdi. Ardından da 
yüksək səslə mayora müraciət etdi:
- Yoldaş mayor, tapdım!
- Nəyi tapdın?!


139
- Xalq Cəbhəsi! Bu, Xalq Cəbhəsidir!
- Çək bu tərəfə onu! Nəzarəti artırın!
- Oldu, yoldaş mayor!
Bu  qısa  dialoqun  ardından  əsgər  daha  bir  həm-
karının da müşayiətilə Azəri divara sarı çəkdi. Arxa-
sı divara, əlləri yuxarıda dayanmağı əmr etdi. Hər iki 
əsgər silahını ona tuşlayaraq digərlərinin də yoxla-
nılmasının bitməsini gözlədi.
Bu anlarda Azər qəzəbini içində boğub özünü tox 
tutmağa çalışdı. Ağlına hər cür fikir gəldi: “Kim bi-
lir, indi bunlar məni həbsə də atarlar. Hələ bir Sibirə 
də göndərərlər. Bəlkə də aparıb işgəncə verəcəklər. 
Olursa, olsun. Biz bu yola çıxanda başımıza nələrin 
gələcəyini də təxmin edirdik. Qorxan gözə çöp düşər. 
Nə olar, olar”.
Az  sonra  yerdə  qalanların  da  üst-başı  yoxlandı. 
Daha  heç  kimin  üzərindən  Xalq  Cəbhəsinin  nişanı 
çıxmadı.  Yalnız  pasportlar  toplandı  və  hamı  ma-
şına  mindirildi.  Lap  sonda  iki  əsgər  Azəri  maşına 
sarı itələdi. O, qəzəbini içində boğsa da, özünü tərs-
tərs  əsgərlərin  üzünə  baxmaqdan  saxlaya  bilmədi. 
Dişlərini sıxıb başını şəstlə yuxarı qaldırdı. Bir göz 
qırpımında  atılıb  maşına  mindi.  Onun  ardınca  əs-
gərlər də maşına minib hərəsi bir tərəfində oturdu. 


140
Əllərində silah olsa da hər ikisi rahatsız görünürdü. 
Bu sütül rus balaları tanımadıqları, dilini bilmədikləri 
bir Azərbaycan gəncinin onlara həyəcanlı anlar yaşa-
da biləcəyinin fərqində idilər.
Bir neçə dəqiqədən sonra hərbi maşın artıq Niza-
mi metro stansiyasının yaxınlığında, Yasamal rayon 
milis idarəsinin qarşısında idi. Onları daha bir hərbi 
maşın  müşayiət  edirmiş.  Bunu  maşından  düşəndə 
gördülər. Yenə də əsgərlər sıraya düzülüb silahlarını 
hazır vəziyyətə gətirdilər. Mayor önə çıxdı. Əmr etdi 
ki, hər kəs tək-tək maşından düşsün. İlk düşənlərin 
arasında Azər də vardı. Çünki ən arxada oturmuş-
du və hamıdan öncə düşməliydi maşından. O, aşağı 
düşən kimi əsgərin biri qolundan tutub qırağa çəkdi. 
Mayora sarı baxdı. Mayor başıyla işarə etdi ki, onu 
qıraqda saxla. Sonra da “bununla ayrıca məşğul ola-
cağıq” dedi.
Maşından  düşürülənləri  sıraya  düzdülər.  Hamı 
düşəndən sonra mayor əmr etdi ki, heç kəs durdu-
ğu yerdən tərpənməsin. Bundan sonra bir əsgər önə 
keçərək  əlindəki  pasportlardan  oxuduğu  adlarla 
adamları  bir-bir  çağırmağa  başladı. Azərin  paspor-
tunu  digər  pasportlardan  ayırmışdılar  deyə,  onun 
adı hələ çəkilmirdi. Belə anlaşılırdı ki, yerdə qalan-


141
lardan fərqli olaraq onunla bağlı nəsə daha sərt qərar 
olacaq.
Bir müddət sonra sıra ona çatdı. Digərlərinin işi 
bitməmiş Azəri çağırdılar. Mayor əsgərlərə əmr etdi 
ki, bunu komendantın yanına aparın. Kamillə Mehdi 
isə aşağıda qaldı.
...Daş pilləkənlərlə yuxarı qalxıb ikinci qatdakı bir 
qapının  önündə  dayandılar.  Komendantın  kabineti 
idi. Əsgərlərdən biri gözləməyi əmr etdi. Özü qapı-
nı döyüb içəri girdi. Az sonra bayıra çıxıb Azəri irəli 
buraxdı və silahını da hazır vəziyyətdə tutaraq ba-
şıyla otağın qapısına işarə etdi.
Azər  içəri  girəndə  sakitcə  ətrafa  göz  gəzdirdi. 
Yuxarı başda bir polkovnik oturmuşdu. Bir az ara-
lıda  da  bir  mayor  vardı.  Masanın  sol  tərəfində  iki 
nəfər mülki geyimli şəxs əyləşmişdi. Üz-gözlərindən 
Azərbaycanlıya  bənzəyirdilər.  Saçlar  qaraydı,  rusa 
bənzər  bir  yönləri  də  yox  idi.  Bu,  onu  sevindirdi. 
Amma  nahaq.  Çünki  sonra  baş  verəcəklər  Azəri 
əməlli-başlı  peşman  edəcəkdi.  Rusdan  gözlədiyi 
ko budluğu,  pis  münasibəti  bu  iki Azərbaycanlıdan 
görəndə o, həqiqətən də dilxor olacaqdı. Lakin hələlik 
bunlardan  xəbəri  yox  idi.  Dayanıb  polkovnikin 
dillənməsini gözləyirdi. Düşünürdü ki, indi kobud, 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə