Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

142
ruslara xas söyüşlərlə müşayiət olunan bir müraciət 
eşidəcək. Çalışırdı ki, əsəblərini cilovlasın, mübahisə 
etməsin.  Mümkün  qədər  buradan  ziyansız  qurtul-
maq lazım idi. Çünki söz gəzirdi ki, bir çox adamları 
belə tutublar, sonra da onlar yoxa çıxıb. Deyilənlərə 
görə,  aparıb  Nargin  adasında  güllələyiblərmiş. 
Bəziləri  də  iddia  edirdi  ki,  tutduqlarını  öldürüb 
Xəzər dənizinə atırlar rus əsgərləri. Hər halda, xalq 
arasında belə qorxunc şayiələr gəzirdi. Ona görə də 
Azər düşünürdü ki, mümkün qədər özünü tox tut-
sun, əsəblərini idarə etsin və buradan qurtulsun.
Lakin gözlədiyi baş vermədi. Əksinə, polkovnik 
başını qaldırıb az qala təbəssümlə rus dilində “adınız, 
soyadınız” deyə ona üz tutdu. Azər bu münasibətə 
bir qədər təəccübləndi. Amma sezdirmədi. Soyuq və 
sakit halda polkovnikin üzünə baxıb bir qədər boğuq 
səslə “Azər Həsrətov”, deyə cavab verdi.
- Həsrətov.  Hə,  Həsrətov.  Bu  nədir?  Niyə  təxri-
batçılara qoşulursan? - polkovnik əlində oynatdığı, 
onun üzərindən götürülmüş nişanı göstərdi.
- Təxribatçı?  Nə  təxribatçı?  Bizim  heç  kimlə  işi-
miz yoxdur.
- Xalq Cəbhəsində vəzifən nədir?


143
- Nə  vəzifəsi?  Heç  bir  vəzifəm  yoxdur.  Sıravi 
üzvəm və heç bir qanunsuz əməlim də yoxdur. Hər 
hansı təxribatla da işim olmayıb.
- Bu Xalq Cəbhəsinin özü elə başdan ayağa təx-
ribatdır da. Görmürsən, insanları dövlətə qarşı çıxa-
rırlar? O qədər vətəndaşı səfərbər ediblər ki, öz doğ-
ma ordumuza qarşı çıxsınlar. Bu, təxribat deyil?
- Doğma ordumuza? Bizi öldürən ordu nə vaxt-
dan doğma oldu? Düz deyirsiniz, mən də bu yaxın-
laradək o ordunun əsgəri idim. Onu özümə doğma 
bilirdim. Eh, bu faciədən sonra çətin ki, bir də o or-
duya doğmalıq hiss edəm.
- Sən  belə  sözlərə  görə  məsuliyyətə  cəlb  edilə 
bilərsən. Dövlətə qarşı çıxmaq, onun ordusu haqqın-
da belə danışmaq olmaz. Bu ordu hamımızındır. Bu 
dövlət də hamımızındır. Sözlərinə diqqət elə.
- Hamımızındır?  Elədirsə,  onda  niyə  bizim  olan 
ordu üstümüzə tankla, topla gəlir? Biz nə etmişdik? 
Kimə nə pisliyimiz keçib? Heç bir əsgərə daş da at-
mamışıq. Niyə bizi güllə-baran edirlər?
- Ola bilər sən yaxşı oğlansan. Heç kimə daş atma-
mısan. Ancaq bu təxribatçı Xalq Cəbhəsinin üzvləri 
Sovet  dövlətinə  qarşı  çıxırlar.  Onlar  bizim  öz  doğ-
ma  əsgərlərimizi  də  düşmən  kimi  görürlər.  Lakin 


144
mən görürəm, sənin elə də pis bir əməlin olmayıb. 
Tövsiyə edərdim ki, təxribatçılardan uzaq durasan. 
Bizim  məqsədimiz  heç  də  vətəndaşları  haqsız  yerə 
incitmək deyil.
Azər  ağzını  açıb  cavab  vermək  istəyirdi  ki,  pol-
kovnik  üzünü  mayora  tutub,  “bunun  pasportunu 
verin, getsin” - deyə əmr etdi.
Bu anda masanın arxasında oturan mülki geyim-
lilərdən biri ona öz ana dilində müraciət edib, “bu nə 
saqqaldır belə gəzdirirsən”, - deyə bir az da ikrah-
la soruşdu. Azər onun bu tövrünü dərhal tutdu və 
özünü toparlayıb üzünü turşutdu. Qəzəblə ona sarı 
baxıb sərt səslə Azərbaycan dilində də cavab verdi:
- Guya  bilmirsiniz  nə  baş  verib?  Şəhidlər  üçün 
qırx saxlayırıq, yasdayıq.
- Yasdaymışlar.  - Azərin  adını  öyrənə  bilmədiyi 
şəxs  bunu  deyib  üzünü  polkovnikə  çevirdi.  Digər 
Azərbaycanlı da Azərin sifətinə ikrah və kinayə dolu 
nəzərlərlə baxaraq üzünü çevirdi.
Yəqin ki, bu iki nəfərin əlində imkan olsaydı elə 
buradaca Azəri parçalardılar. Lakin duruma bir rus 
nəzarət  etdiyi  üçün  onlar  artıq  hərəkətə  yol  verə 
bilmədilər. Gücləri yalnız nifrətlərini üz-gözlərindən 
yağdırmağa çatdı.


145
Əlavə bir söz deməyə, mübahisəyə imkan veril-
mədi. Çünki mayor yaxınlaşaraq Azərin qolundan tu-
tub qapını göstərdi. Burada çılğınlıq edib mübahisəni 
uzatmağın da anlamı yox idi. Ən yaxşısı qurtulmaq, 
özünü sonrakı planlar üçün qorumaq idi. Azər gənc 
olmasına  baxmayaraq  bəzən  belə  məqamlarda  ən 
soyuqqanlı  qərarları  verməyi  bacarırdı.  Bu  dəfə  də 
belə  oldu.  Sakitcə,  amma  şəstlə  qapıya  doğru  ad-
dımladı. Addımladı ki, bu məşum gecənin bir ömür 
boyu  unudulmayacaq  acı  gerçəklərini  özüylə  yaşa-
dıb gələcək nəsillərə ötürə bilsin...
Qapıdan  dışarıda  Kamillə  Mehdi  dayanmışdı. 
Onlar  sual  dolu  baxışlarla  gözlərini  Azərin  üzünə 
zillədilər. Azər də nə istədiklərini başa düşdü:
- Əşi,  elə  bir  şey  yoxdur.  Sadəcə  bir  neçə  sual 
verirlər.  Sonra  da  ağıl  öyrədirlər.  Yalnız  özünüzü 
ora  dakı iki nəfər mülki geyimlidən gözləyin. Azər-
baycanlıdırlar  məncə.  Nəsə  salamat  adama  bən-
zəmirlər.
- Hə, yaxşı. Görək nə olur. İndi çağırarlar yəqin. 
Sən  burada  dayanma.  Komendant  saatı  başlayıb. 
Gör, necə gedə bilirsən. Birdən bizi səhərə kimi sax-
layarlar, sən də qalarsan burada.


146
- Əşi, qalanda nə olacaq? Sizi gözləyirəm, çıxarsı-
nız, bir yerdə gedərik.
- Yox, elə olmaz. Onsuz da bir yerdə gedə bilmərik. 
Çünki gecə vaxtı birlikdə getsək diqqət çəkərik. Ona 
görə də sən indi get. Əgər sənə bir şey etmədilərsə, 
bizi  də  buraxacaqlar.  Bunlar  üçün  səndən  daha 
qorxulu deyilik ki, biz.
- Ağlabatan fikirdir. Onda mən gedirəm. Görüm, 
ara  yollarla  birtəhər  özümü  yataqxanaya  çatdıra 
bilirəmmi?  Tutsalar  deyərəm  ki,  komendaturadan 
gəlirəm, icazə veriblər. Nə olar, olar.
- Hə, get. Yəqin bizi də bir azdan buraxarlar.
Azər dostlarıyla sağollaşıb pilləkənə sarı yönəldi. 
Aşağı  endi.  Qapının  ağzında  əsgərlər  dayanmışdı. 
Ayaq saxlayıb ətrafa göz gəzdirdi. Küçə bomboş idi. 
Nə mülki şəxslər, nə də əsgərlər gözə dəymirdi. Əsas 
olan  Nizami  metro  stansiyasına  qədər  getmək  idi. 
Məqsədi metroyla getmək deyildi. Çünki onsuz da 
metronun iş saatı bitmişdi. Azər Nizami metro stan-
siyasının arxasındakı ara küçələrə gedib çıxmaq üçün 
bu  yolu  seçmişdi.  Oradakı  dar  küçələrdə  əsgərlər 
olmurdu.  Ona  görə  də  sakitcə,  diqqət  çəkmədən 
Sovet  küçəsinə,  oradan  da  ara  yollarla  Nərimanov 
prospektinə gedib çıxmaq olardı. Qalanı da çətin ol-


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə