Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   27   28   29   30   31   32   33   34   35

152
də bu əsgərlər heç o gecənin faciəsini törədənlər də 
deyildi.  Çünki  həmin  gecəni  yaşadanlar  çox  əzazil 
idi.  Ola  bilsin,  ordu  rəhbərliyi  sonradan  onları  Ba-
kıdan  çıxarıb,  yerinə  olaylara  dəxli  olmayan  başqa 
əsgərlər gətirmişdi. Ona görə də indi əsgərlərlə şəhər 
sakinləri arasında normal ünsiyyət yaranırdı.
Münasibətlərin  getdikcə  istiləşməsinə  baxma-
yaraq,  Moskva  öz  qərəzli  təbliğatından  hələ  də  əl 
çəkmirdi.  Mərkəzi  kanallar  bütün  günü  dünyaya 
Azərbaycandakı durum haqqında tək tərəfli, yanlış 
xəbərləri tirajlamaqla məşğul idi. Lakin buna baxma-
yaraq xarici mətbuat artıq əsl həqiqətləri öyrənməyə 
başlamışdı.
Hətta  bir  dəfə  gizli  bir  radio  kanalı  da  tapmış-
dı  Azər.  Otaqda  oturub  radionun  kanallarını  qur-
dalarkən “Lənkəranın səsi” adlı bir kanala tuş gəl-
mişdi. Dinləmişdi, rusların işğalı haqqında gerçəkləri 
danışırdı bu radio. Maraqlı idi ki, təkcə Azərbaycan 
dilində  deyil,  rusca  daxil  olmaqla,  bir  neçə  başqa 
dildə verilişlər səslənirdi efirdən. Hər halda, o xəbər 
qıtlığı  şəraitində  haradan,  necə  yayımlandığı  bəlli 
olmayan bu radio çox yararlı və gərəkli iş görürdü. 
Kim idi, bunu necə edirdi? Bəlli deyildi. Amma hər 
kim (və ya kimlər) idisə, Azərbaycanın o şərəfli tarixi 


153
günlərində risk altına girərək özünü fəda edirdi. Ki, 
bilgi paylaşımı sıxıntısı içində olan Vətənimizə yar-
dım edə bilsin.
Bakıda isə tam gücüylə hazırlıq gedirdi. 20 yan-
var  şəhidlərinin  dəfn  komissiyası  şəhidlərin  qırx 
mərasimi üçün hazırlıq görürdü. Hər gün minlərlə 
insan artıq and yerinə çevrilmiş müqəddəs Şəhidlər 
Xiyabanını ziyarət edirdi. Rus əsgərləri bunun qar-
şısını  almaq  istəsələr  də  bacara  bilmirdilər.  Çünki 
xalqın qəzəbindən qorxurdular. Başa düşürdülər ki, 
heç nədən qorxmadan tankların üzərinə əliyalın şığı-
mağı bacarmış bu millətlə zarafat etmək olmaz. Ona 
görə  də  işğalçılar  əsasən  rəsmi  Azərbaycan  haki-
miyyətinin  əlilə  xalqın  ehtiraslarını  yatırmağa  üs-
tünlük verirdi. Ancaq bu, arzu edilən səviyyədə alın-
mırdı. Rus əsgərlərinin hələ də Bakının küçə lərində 
görünməsi  əhalidə  qıcıq  yaradırdı.  Bununla  belə, 
təxribatlara  səbəb  olmamaq  üçün  insanlar  təmkinli 
davranırdı.
Qırx  mərasimi  martın  1-nə  düşürdü.  Hazırlıq 
işləri  aralıqsız  davam  edirdi.  O  gecə  Bakıda  şəhid 
olanlardan səksənə qədəri bu Xiyabanda dəfn edil-
mişdi. Digər şəhidlər isə öz yurdlarında əbədiyyətə 
qo vuşmuşdu.  Hələ  də  dəqiq  rəqəmlər  bilinməsə 


154
də, haradasa 130-dan artıq şəhidin olması artıq təs-
diq lənmişdi.  Səkkiz  yüzədək  yaralının  olması  da 
təs diqini  tapırdı.  Yüzədək  avtomobilin  isə  zirehli 
texnika tərəfindən məhv edildiyi deyilirdi. Hər hal-
da,  o  qarışıq  günlərdə  bu  rəqəmlərin  tam  dəqiq-
ləşdirilməsinə  də  ehtiyac  vardı.  Bütün  bunlarla  ya-
naşı hazırlıq işləri bir an belə ara vermirdi.
Şəhidlərin qırx mərasimi həm də Azərbaycan xalqı 
üçün daha bir imtahan olacaqdı. İndi bu mərasimdə 
millət bir daha toparlanıb sınmadığını, qorxmadığını 
göstərəcəkdi. Daha bir birlik, bərabərlik günü xəncər 
olub işğalçıların gözünə tuşlanacaqdı o gün.
...İşğalçılar da boş dayanmırdılar. Onlar əllərindən 
gələni  edirdilər  ki,  qırx  mərasimində  izdiham  ya-
şanmasın.  Çünki  dəfn  mərasimindəki  izdiham  on-
ların gözünü qorxutmuşdu. Lakin düşünürdülər ki, 
üzərindən xeyli keçdiyi üçün bəlkə insanların qəzəbi 
bir  az  soyumuş  olar.  19  yanvarda,  məhz  ordunun 
şəhərə hücumu ərəfəsində sıradan çıxarılmış dövlət 
televiziyası da bir az ehtiyatla xalqın səfərbərliyinin 
zəiflədilməsinə çalışırdı. Təbii, bunu məcburiyyətdən 
edirdilər.  Çünki  işçilərin  çoxu  Azərbaycanlı  idi  və 
millətin faciəsinə onlar da biganə deyildilər. Ancaq 
başlarının üzərində daimi nəzarət edən hərbi güclər 


155
onların hazırladığı bütün verilişləri ciddi senzuradan 
sonra efirə buraxırdı. Ona görə də Az.TV-nin başqa 
cür davranması mümkün deyildi. Hələ onu da nəzərə 
almaq lazımdır ki, bu TV kanalında işləyənlərin çoxu 
həmişə xalqın arasında olurdu. Dəfn günündə də on-
lar eyni dərəcədə fəallıq göstərmişdi.
Rəsmi olmasa da, arada söz gəzirdi ki, hakimiyyət 
hərbi  rejimin  basqısı  üzündən  qırx  mərasiminin 
yüksək  səviyyədə  keçirilməsini  əngəlləmək  istəyir. 
Dəfn komissiyası isə sonadək dirənərək mərasimin 
bütün  adət-ənənələrə  uyğun  keçirilməsi  üçün  əlin-
dən  gələni  edir.  Bu  söhbətlər  çox  da  geniş  tirajlan-
mırdı. Sadəcə ictimai fəallar, daha emosional siyasət 
adamları  problemi  dilə  gətirməkdən  çəkinmirdi. 
Ehtiyac  yaranacağı  təqdirdə  onlar  məsələni  daha 
geniş  şəkildə  ictimailəşdirə  bilərdilər.  Ona  görə  də 
hakimiyyət və hərbi rejim çox da irəli gedə bilmir-
di.  Hər  halda,  bu  məsələdə  dəfn  komissiyasındakı 
şəxslərin də dəyanəti öz sözünü deyirdi. Çünki bü-
tün tədbirlər onların başçılığı və birbaşa iştirakı ilə 
gerçəkləşdirilirdi. Hakimiyyətlə danışıqlar da onlar 
tərəfindən aparılırdı və bir balaca zəiflik etsəydilər, 
yəqin  ki,  rəsmilər  və  hərbi  rejim  öz  istədiyinə  nail 
olacaqdı.  Amma  qırx  mərasiminin  möhtəşəmliyi 


156
göstərəcəkdi ki, dəfn komissiyası sonadək dirənərək 
öz istədiyinə nail ola bilib.
...Sadəcə bir balaca anlaşılmazlıq vardı. Öncə elan 
edilmişdi ki, qırx mərasimi martın 1-də keçiriləcək. 
Ancaq  sonradan  elan  edildi  ki,  mərasim  ayın  2-də 
baş tutacaq.
Gələn xəbərlərdən o da bəlli olurdu ki, dəfn ko-
missiyası  qırx  mərasimi  zamanı  rus  əsgərlərinin 
ərazidən  uzaqlaşdırılması  üçün  danışıqlar  aparır. 
Hərbi rejimsə bunun mümkün olmayacağında israr 
edir. İddia olunurmuş ki, əsgərlər orada olmasa qa-
rışıqlıq düşər və təxribatlar baş verər. Dəfn komissi-
yası isə qətiyyətlə bəyan edirmiş ki, məsuliyyəti tam 
olaraq üzərinə götürməyə hazırdır.
Bütün bu söhbətlər xalq arasında gəzirdi. Hər hal-
da Azərin də, dostlarının da nə dəfn komissiyası, nə 
də  hərbi  rejim  və  hakimiyyətlə  bağlantısı  olmadığı 
üçün bu deyilənləri təsdiqləmək imkanları yox idi. Hər 
şey məhz o gün, xalqın yenidən səfərbər olunub öz əziz 
şəhidlərini ziyarətə gələcəyi gün bəlli olacaqdı.
***
Martın  1-i,  1990-cı  il... Artıq  20  yanvar  qırğının-
dan 40 gün keçib... Bu gün Azərbaycan xalqı hamı-


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə