Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   27   28   29   30   31   32   33   34   35

162
Azər də dostlarıyla birlikdə millətin bir fərdi kimi 
o  qırx  mərasiminə  qatıldı.  O  da  şəhid  qəbirlərinin 
üstünə  qırmızı  qərənfillər  qoydu.  O  da  öz  susqun-
luğuyla işğalçılara “rədd ol!” bağıran milyonlardan 
biri  oldu.  Həzin  bir  ortamda,  qürurla,  başını  dik 
tutub  getdi  Şəhidlər  Xiyabanına.  Ömründə  ilk  və 
son dəfə idi ki, üzündə saqqal saxlamışdı Azər. Bu 
gündən sonra saqqalını qırxacaq və bir də heç zaman 
saqqal saxlamayacaqdı. Amma o günlərə hələ vardı. 
İndi özünə gəlmək, sonra nələrin edilməli olduğunu 
qət etmək zamanı idi.
Buna  kim  qərar  verəcəkdi?  Zamanmı?  Bunu  da 
zaman göstərəcəkdi.
Qırx mərasiminin izdihamı, möhtəşəmliyi dünya-
ya səs saldı əməlli-başlı. Azərbaycanın müstəqilliyi 
üçün  yol  açılmışdı.  İndi  heç  bir  qüvvə  bu  millətin 
qarşısını kəsə bilməyəcəkdi. Bunu şəhidlərin ilk qara 
bayramı - 1990-cı ilin Novruz günləri də təsdiqlədi.
***
1990-cı  ilin  Novruz  bayramında  da  Şəhidlər  Xi-
yabanında  izdiham  yaşandı.  Rus  işğalçıların  ağlına 
belə gəlməzdi ki, onları rahatsız edən qırx mərasimi 
arxada qaldıqdan sonra təkrar eyni səhnələrə tanıq 


163
olacaqlar. Oldular. Yaşadılar o qorxunu təkrar. Mane 
olmaq  istədilər,  amma  yenə  də  bacarmadılar.  Bu 
millətin iradəsi qarşısında rus tankları bir daha geri 
çəkilməli oldu. Millət sərbəst şəkildə öz şəhidlərini 
ziyarət etdi, bayramlaşdı, dualar oxudu onların ru-
huna.
Bu  milləti  silahla  susdurmaq  istədilər,  təxribata 
çəkmək  istədilər.  Lakin  o,  yalın  əllə,  tək  bir  dəmir 
iradəsilə işğalçılara qalib gəldi 20 yanvarda verdiyi 
qurbanlarla.
***
1990-cı ilin 20 yanvarı artıq arxada qalmışdı. Za-
man keçdikcə yaralar sağalır, həmin günlərdə kimin 
dost,  kimin  düşmən  olduğu  yavaş-yavaş  üzə  çıxır-
dı.  O  acı  günlərdə  geniş  tirajlanmasa  da  sonradan 
bəlli olmuşdu ki, yanvarın 21-də Moskvada yaşayan 
Azərbaycanlılar  küçələrə  çıxaraq  imperiya  paytax-
tının  tam  mərkəzində  Sovet  rejiminə,  Azərbaycan 
xalqını qanına qəltan etmiş güclərə lənətlər oxumuş-
du.  O  günlərdə  bunu  etmək  adamdan  böyük  ürək 
istərdi.  Azərbaycanlılarda  bu  ürək  vardı  və  onlar 
hər  cür  çətinliyi,  qorxunu  gözardı  edərək  Moskva 
küçələrindən  bütün  dünyaya  səslənməyi  bacarmış-


164
dılar o gün. Millət Bakıda quru canını işğalçı tank-
ların  önünə  sərərək  qurban  etmiş,  tarix  yazmışdı. 
Onlarsa bir gün sonra Moskvada tarix yazmışdılar. 
Bakını, Azərbaycanı  təkrar  işğal  edən  dünyanın  ən 
qüdrətli  ordusuna,  o  ordunun  sahibi  olan  rejimə 
meydan oxumuşdu Azərbaycanlılar. Həm də qırmı-
zı imperiyanın tam da başkəndində etmişdilər bunu. 
Bakı küçələrini tankların nəzarətində saxlayan rejim, 
Moskvanın göbəyində Azərbaycanlıların iradəsi qar-
şısında geri çəkilməli olmuşdu... 
Moskvada  Sovet  rejiminə  meydan  oxuyan  həm 
də  son  illər  siyasi  səhnədən  qıraqda  qalan,  hər 
tərəfdən  sıxışdırılan  və  hətta  Azərbaycana  başçılıq 
edənlərin  belə  gözü  götürmədiyi  Heydər  Əliyev 
idi.  1987-ci  ildə  Qorbaçov  rejimi  tərəfindən  SSRİ-
nin  siyasi  hakimiyyətindən  və  Kommunist  Partiya-
sı rəhbərliyindən uzaqlaşdırılmış Heydər Əliyev də 
1990-cı ilin 21 yanvar günü Moskvadakı Azərbaycan 
nümayəndəliyinə gələrək öz etirazını hayqırmışdı o 
qanlı rejimə. Bu təcrübəli və qətiyyətli siyasət adamı-
nın, böyük dövlət xadiminin mövqeyinə çox ehtiyac 
vardı həmin günlərdə. Və o da bunu anladığından 
idi ki, xalqının yaşadığı qanlı olaya biganə qalmamış, 


165
heç nədən çəkinmədən, üzərindəki gizli nəzarətdən 
qorxmadan ortaya konkret mövqe qoymuşdu.
20  yanvar  Azərbaycanlıları  birləşdirmişdi.  İndi 
bu  birlikdə  dünənədək  “Moskva  olmadan  yaşaya 
bilmərik” deyənlər də, antikommunist və milliyyətçi 
Xalq  Cəbhəsi  də,  kiçik  istisnalarla  Azərbaycan 
hakimiyyətinin başındakılar da, təkcə öz avtoritetilə 
böyük bir orduya bərabər Heydər Əliyev də vardı. 
Qorbaçov  və  terror  rejimi Azərbaycanlıları  qorxut-
maq  istədiyi  halda  bunun  əksi  baş  vermişdi.  Xalq 
nəinki  qorxmamış,  tam  tərsinə,  bu  faciə  sonucu 
daha  sıx  birləşmişdi.  Siyasi  baxışlarından,  iddia  və 
istəklərindən  asılı  olmayaraq,  hər  kəs  Moskvaya 
qarşı  birləşmişdi  o  günlərdə.  Birləşmişdi  ki,  sonra-
kı  iki  il  tamam  olmamış  Azərbaycan  Respublika-
sının  müstəqilliyini  elan  etsin  və  yeni  Azərbaycan 
dövlətçiliyinin dirçəlişinə başlasın.
Bir  də  bizə  ən  doğma  qardaşın  kim,  hansı  ölkə 
olduğu gün üzünə çıxdı o günlərdə. 70 ildir dəmir 
pərdə arxasında qalan Türkiyə, türk xalqı uşaqdan 
böyüyə  kimi  Azərbaycanın  dərdinə  ağladı,  sızladı. 
Hələ  də  Sovetlərin  nəzarəti  altında  olan  sərhədlər 
üzərindən  əl  uzatmaq,  açıq  yardım  etmək  imkan-
ları  olmasa  da  Türkiyə  insanları  yurdun  hər  kün-


166
cündə  “Can  Azərbaycan!”  deyib  sızladı,  ağladı, 
“intiqam!” deyib coşmağı bacardı. O günlərdə Tür-
kiyə  Cümhuriyyətinin  bütün  məscidlərində  dua lar 
Azərbaycan  üçün  oxundu.  Xütbələr  ancaq  Azər-
baycanla bağlı oldu.
İmamlar,  sadə  müsəlmanlar  Azərbaycan  üçün, 
Azərbaycan xalqı üçün göz yaşları tökdü o günlərdə 
Türkiyədə.
“Sənə olan bizə olmuşdur, can Azərbaycan” dedi 
Türkiyə o günlərdə. Əli çatmasa da, ünü yetməsə də 
dedi, yaşadı bunu qan qardaşlarımız.
Təbriz başda olmaqla Güney Azərbaycan da qan 
ağlayıb durdu. Əlini uzatdı, əli çatmadı rusla farsın 
ikiyə bölüb ayırdığı quzeydəki qardaşlarına.
Gizli şəkildə də olsa, Daşkənd, Alma-Ata, Bişkek, 
Aşqabad,  Kazan,  Ufa  və  daha  neçə  türk  başkəndi, 
türk şəhəri Azərbaycanın acısını öz acısı kimi qəbul 
etdi.
Amma bütün bu xəbərlər Azərbaycana yetərincə 
çatmırdı  hələ  də.  Çünki  rəsmi  təbliğat  vasitələri 
hərbi  senzuradan  keçirdi,  yeni-yeni  boy  verməyə 
başlayan müstəqil media qapadılmışdı, əngəllənirdi. 
Adda-budda sızan xəbərlər isə sadəcə ağızdan ağıza 
dolaşırdı. Bu da yetərli deyildi, əlbəttə.


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə