Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   27   28   29   30   31   32   33   34   35

172
gəlmişdi.  Ümumiyyətlə  Rusiyanın  bu  səmtinə  tək 
bircə  dəfə  -  1988-ci  ilin  dekabrında,  Sverdlovsk 
şəhərinə gəlmişdi. Əsgərlikdən evə qayıdarkən onu 
bu qədər uzaq bir şəhərə yola salmışdılar Almaniya-
dan.  Özü  də  sonuncu  təyyarəylə.  Əsgərliyinin  son 
aylarında yeni gələn komandirilə bir az problemləri 
yaşandığı üçün onu və bir neçə başqa Azərbaycanlı 
dostunu cəza olaraq evə hamıdan gec buraxmışdılar. 
Sverdlovska  qədər  Mahacqalaya,  Tiflisə,  Qroznıya 
uçan təyyarələr də vardı. Ancaq onları minlərlə kilo-
metr  uzaqda  yerləşən  Sverdlovska  göndərmişdilər. 
Buradan Bakıya isə yalnız qatar biletləri vardı. Kim 
bilir, neçə gün çəkəcəkdi bu səfər. Ona görə də Azər 
dostlarıyla  məsləhətləşib  qatar  biletlərini  geri  qay-
tarmış, əlavə ödəniş edərək Bakıya təyyarə biletləri 
almışdı ki, evə tez getsinlər.
İndi də o, yenidən Rusiyanın bu səmtinə gəlmişdi. 
Qarşıda  onu  nəyin  gözlədiyini  də  bilmirdi.  Sadəcə 
düşünürdü ki, dörd il sonra qardaşını görəcək, onu 
Azərbaycana dönməyə inandırmağa çalışacaq.
...Təyyarədən düşüb hava limanının informasiya 
xidmətindən Buzuluka getmək üçün bilgi aldı. Ona 
izah edildi ki, qatarla və avtobusla getmək olar. Qa-
tar axşam yola çıxacaqdı. Avtobus isə yaxın saatlar-


173
da. Ona görə də təcili özünü Kuybışev avtovağzalına 
çatdırması lazım idi.
Elə  də  etdi. Artıq  bir  müddət  sonra  o,  rahat  bir 
avtobusla  Buzuluk  istiqamətində  hərəkət  edirdi. 
Yolboyu  ətrafa  baxır,  ilk  dəfə  gördüyü  bu  yerlərin 
mənzərələrini yaddaşına köçürürdü. Diqqətini ən çox 
çəkən isə kəndlərin adları idi. Elə bil Azərbaycanda 
yol gedirdi. Adlar ona o qədər tanış gəlirdi ki! Son 
hədəfi olan Buzuluk adı da rus sözü deyildi. Çox yə-
qin,  “buz”  sözündən  törəmə  bir  şey  idi.  Oralar  da 
çox soyuq, qarı-qışıyla fərqlənən yerlərdir zatən.
Xatırladı,  yadına  düşdü.  Axı  buralar  rus  deyil, 
tatar-türk torpaqlarıdır. İndi Tatarıstana, güneydəki 
qonşu  Qazaxıstana  daxil  deyil,  amma  bütün  tarix 
boyu buralar türk xanədanlarına aid olub.
...Bir neçə saatlıq yoldan sonra avtobus artıq Bu-
zuluka çatmışdı. Buranın avtovağzalı dəmir yol vağ-
zalına bitişik idi. Yaxşı idi belə olması. Ətrafda çoxlu 
taksi gözləyirdi. 
Taksiçilərin çoxu üzlərindən Azərbaycanlıya bən-
zəyirdilər.  Onlardan  birinə  yaxınlaşdı.  Digər  taksi 
sürücüləri də əlində diplomatı olan qalstuklu gənci 
görüb onlara yaxınlaşdılar. “Qan çəkər” deyiblər axı. 


174
Elə uzaqdan hiss edirmişlər ki, bu, Azərbaycanlı ola-
caq.
Hal-əhval tutduqdan sonra taksiçilər ona nə qul-
luq  edə  biləcəklərini  soruşdular.  Azər  qardaşının 
yanına  gəldiyini,  ora  getmək  üçün  taksiyə  ehtiyacı 
olduğunu deyincə, sorğu-sual başladı. Taksiçilərdən 
biri irəli çıxıb, “kimdir sənin qardaşın?”, - deyə so-
ruşdu.
- Abdulladır adı. Xaçmazdan. Neçə ildir burada-
dır. Texnikumda dərs deyir.
- Hə,  bildim.  Sənin  qardaşın,  deyəsən,  burada 
yoxdur axı. Çoxdandır görünmür. Uşaqların hamısı 
onu tanıyır. Burada Azərbaycanlıların hamısı bir-bi-
rini tanıyır. Onu nəsə çoxdandır görmürük.
- Ola  bilməz.  Əlimdə  ünvanı  var,  gedib  baxarıq 
indi. Burada olmasaydı, necə məktub yaza bilərdi?
- Nə  bilim,  vallah,  amma  çoxdandır  görmürük. 
Taksi də ki, sənin qulluğunda, indi apararıq.
Bu qısa söhbətdən sonra Azər taksilərdən birinə 
oturub yola düzəldi. On beş dəqiqənin tamamında 
artıq ünvanda idi.
...Qarşısında  durduğu  üç  qatlı  bir  bina  idi.  Sol 
tərəfində üzəri müşəmbə ilə örtülü bir istixana vardı. 
Amma  içini  ot  basmasından,  müşəmbənin  də  yer-


175
yer yırtılmasından belə başa düşmək olardı ki, uzun 
müddətdir baxımsız qalıb. Az keçəcək, bəlli olacaqdı 
ki, doğrudan da elədir.
Azər  məktubun  üzərində  yazılmış  ünvana  bir 
də baxıb qarşısında durduğu qapını tıqqıldatdı. Bir 
az gözlədi, ardından orta yaşlı bir rus qadını qapını 
açdı.  Qarşısındakı  qara  saçlı,  üz-gözündən  yabançı 
olduğu bilinən şux və səliqəli gənci görüb bir qədər 
duruxdu.  Sonra  özünə  gəlib,  “nə  məsələdir,  buyu-
run”,  deyərək  xarakterik  rus  kobudluğuyla  Azərə 
müraciət etdi.
- Salam.  Rahatsız  etdiyim  üçün  üzr  istəyirəm. 
Azər baycandan gəlmişəm. Burada qardaşım yaşayır. 
Bu ünvanda. Məktub da yazıb. Adı da Abdulladır.
- Hə, anladım. Abdulla. Yaşayırdı. İndi yaşamır. 
Çıxıb gedib.
- Hara gedib?
- Bizə  deməyib.  Hələ  fevral  ayından  yoxa  çıxıb. 
Deyilənlərə görə quzey Qafqaza gedib, Qroznıya.
- Qroznıya? Bəs bizə niyə xəbər verməyib?
- Biz nə bilək? Bizə də bir şey deməyib o. Elə fev-
ralda yoxa çıxdı. Dost-tanışdan eşitdik ki, Qrozniya 
gedib.


176
- Anladım. Təşəkkür edirəm. Nə etmək olar? Çox 
sağ olun.
- Aha.
Rus qadın qapını onun üzünə qapadıb içəri qayıt-
dı. Azər  bir  müddət  qapının  önündə  dayandıqdan 
sonra yavaş-yavaş pilləkənlərlə aşağı endi.
Nə edəcəkdi indi? Qardaşı haqqında heç kim heç 
nə bilmir deyəsən. Vağzaldakı taksiçilər də deyirdi, 
çoxdandır görsənmir. Deməli, düz deyirmişlər. On-
lara da xəbər verməyib hara getdiyini. Nəsə, qaran-
lıq məsələdir...
Azər bu düşüncələrlə yola sarı yönəldi. Bir taksi 
tutub vağzala qayıtmaq fikri vardı. Oradakı Azərbay-
canlılardan  başqa  nəsə  öyrənməyə  cəhd  edəcəkdi. 
Tərslikdən  də  yağış  başladı.  Yağış  da  nə  yağış.  Tut 
ucundan göyə çıx... İndi yüngül kostyumda, isti gü-
ney havasına uyğun geyimdə, gəl, burada baş çıxar 
görüm, necə çıxarırsan.
“Yolda maşın da görünmür ki, birini saxlayıb vağ-
zala aparmasını xahiş edəsən. Aha, biri gəlir deyəsən. 
Görək, nə olur.”
Azər yolun ağzında görünən maşına əl etdi. Sürü-
cü yağışın altında islanan gənci görüb dərhal saxladı. 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə