Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

96
- Metroda nə işimiz var? - Nazim soruşdu.
- Qatar maşinistlərinə yanaşıb xahiş edək ki, elan 
versinlər. Qoy elan etsinlər ki, yaralılara qan vermək 
istəyənlər  “Semaşko”  xəstəxanasına  getsinlər. 
Məncə,  belə  olarsa,  adamlara  köməyimiz  dəyər.  - 
Azər cavab verdi.
Dostlar “Elmlər Akademiyası” metro stansiyasına 
çatıb içəri girdilər. Qatarların ilk vaqonunun dayana-
cağı yerdə durub gözləməyə başladılar. Az sonra bir 
qatar yanaşdı. Qapını tıqqıldadıb maşinistdən açma-
sını istədilər. Maşinist qapını açdı.
- Qardaş, zəhmət olmasa elan edin ki, yaralılara 
qan vermək üçün imkanı olanlar “Semaşko”ya get-
sin. Çoxlu yaralı var, kimin imkanı varsa, qan versin, 
- deyə Azər ona üz tutdu.
Azəri  diqqətlə  dinləyən  maşinist  çox  anlayışlı 
çıxdı. “Əlbəttə, bu saat həll edərik”, deyib dərhal da 
əlini mikrofona uzatdı. Elə o andaca elanı səsləndirdi 
və  söz  verdi  ki,  bütün  stansiyalarda  bunu  bir  neçə 
dəfə təkrarlayacaq. 
Daha  bir  neçə  qatar  maşinistindən  eyni  xahişi 
etdilər.  Vaxt  isə  gedirdi. Ancaq  bunun  fərqinə  var-
mırdılar.


97
Az  sonra  stansiya  növbətçisi  onlara  yaxınlaşıb 
nə etdiklərini soruşanda, elan verdiklərini, yaralıla-
ra  qan  lazım  olduğunu  dedilər.  Növbətçi  yardımçı 
ola  biləcəyini  deyərək  onları  hərəkətə  nəzarət  edilən 
otağa dəvət etdi. “Buyurun, buradan bütün qatarlara 
eyni  zamanda  müraciət  edə  bilərsiniz.  Elanınızı  ve-
rin,  daha  burada  dayanmağa  ehtiyac  olan  deyil.  Bü-
tün maşinistlər sizi eşidəcək, deyin, dövri olaraq elanı 
səsləndirsinlər”, - deyə o, mikrofonu Azərə göstərdi.
Doğrudan  da,  artıq  onların  stansiyada  dayan-
masına  gərək  qalmadı.  Çünki  indi  bütün  günü 
maşinistlər bu elanı qatarlarda səsləndirəcək, insan-
ları xəstəxanalara gedib qan verməyə çağıracaqdı.
Azərsə qan vermək fikrində deyildi. Bu hal Na-
zimi  də  təəccübləndirdi:  “Necə  yəni,  niyə?  Hamını 
qan verməyə səsləyirik, amma özümüz qan vermi-
rik? Necə ola bilər axı?”
Azər izah etməli oldu: “Qardaş, biz səninlə, digər 
dostlarımızla birlikdə özümüzü mümkün qədər sağ-
lam tutmalıyıq. Çünki bir də gördün səfərbər olun-
maq  zərurəti  yarandı.  Döyüşməli  olduq.  Bizim  qa-
nımız özümüzə lazım olacaq. Ona görə də başqaları 
qan versin, bizsə canımızı sağlam tutaq ki, verməyə 
canımız olsun”.


98
Azərin izahı Nazimi qane etmişdi. Onların nəinki 
qanı,  canı  da  lazım  ola  bilərdi.  Kim  bilir,  bəlkə  də 
səfərbərlik elan ediləcək, döyüşməli olacaqdılar. Ona 
görə də canlarını sağlam tutmalıydılar.
***
     Gecənin o qan-qa-
dasından salamat qur-
tulmuş Kamillə Mehdi 
səhər erkəndən evdən 
çıxıb  şəhərin  küçələ-
rinə  yollandılar.  Hər 
tərəf  dəhşət  saçırdı. 
Onlar  öncə  “Elmlər 
Aka  demiyası”  metro 
stansiyasına  sarı  yön 
aldılar. Əli silahlı əsgərlər, tanklar, zirehli maşınlar 
hər yol ayrıcında dayanıb keşik çəkirdi. Üç nəfərdən 
artıq insanın bir yerə toplaşmasına, birlikdə hərəkət 
etməsinə izn vermirdilər. Hər kəslə də əmrlə danışır-
dılar.  Əmri  verən  əsgərlər  həm  də  silahın  lüləsini 
adamlara  tuşladığından  heç  kim  onlarla  söz  güləş-
dirmir, dərhal çəkilib getməli olurdu.
Rus zirehli texnikası 
Bakı küçələrində. 
Foto: S.Rasim


99
Kamilgil  də  bir  qədər  irəli  getdikdən  sonra  əs-
gərlər  onların  qarşısını  kəsdilər.  “Dayanın,  olmaz! 
Geri dönün!” Bu, əmr idi. Müzakirə etmək belə yer-
siz idi bu əmri. Ona görə də dostlar sakitcə geri dö-
nüb əks istiqamətdə hərəkət etdilər.
Onlar Əzizbəyovun heykəlini keçib üzü aşağı, “Al-
maz”  zərgərlik  dükanının  yanından  Nərimanovun 
heykəlinə  doğru  yönəldilər.  Buradan  isə  Sovet 
küçəsilə texnikuma sarı yollandılar.
Kamilgil  texnikuma  çatanda  artıq  burada  xeyli 
insan  var  idi.  Bir  qədər  söhbət  edib,  hal-əhval  tu-
tub oradan ayrıldılar. Ara yollarla “Nizami” metro 
stansiyasına,  oradan  da  Füzuli  meydanına  sarı  yol 
aldılar. Məqsədləri bu idi ki, piyada da olsa, Lenin 
meydanına gedib çıxsınlar. Bilirdilər ki, burada nəsə 
öyrənmək olar.
...Az sonra minlərlə başqa Azərbaycanlı kimi on-
lar  da  Lenin  meydanında  idilər.  Hər  kəsin  üzündə 
hüzn  vardı.  İnsanlar  bir-birilə  sakitcə  danışır,  gecə 
olanlar haqqında gördüklərini, yaşadıqlarını başqa-
larına anlatmağa çalışırdı.
Buradakı  hər  kəsin  gördüyü,  yaşadığı  eyni  idi. 
Fərq yalnız məkanların ayrı olmasındaydı. Rus əsgər-
lərinin şəhəri işğalı yalnız “Salyan kazar maları”nın 


100
ətrafında  gerçəkləşməmişdi.  Digər  qoşun  hissələri 
Binə  tərəfdən,  başqa  bir  hissə  isə  Biləcəri  tərəfdən 
şəhərə  həmlə  etmişdi.  Taktika  da  eyni  idi:  sağa-so-
la, rastgələ atəş açmaq, güllələrin kimə dəyəcəyinin 
fərqinə varmamaq. Əsas məqsəd insanların gözünü 
qorxutmaq idi. Belə anlaşılırdı ki, əmri verən Mosk-
va ölü sayının mümkün qədər çox artmasında ma-
raqlı  olub.  Sovetlər  İttifaqı  boyda  bir  ölkəni  idarə 
edən şeytan yuvası bu şəhərdə əmr verən Kommu-
nist Partiyasının baş katibi Mixail Qorbaçov həm də 
böyük  dağıntıların,  qırğınların  olmasında  maraqlı 
idi ki, işğalçı əsgərlər sadəcə avtomat silahla insan-
ları  öldürməklə  yetinməmiş,  onların  maşınlarını 
da təkərlərinin altına almışdılar. Sanki hələ də yaş-
lı  nəslin  yaddaşından  silinməmiş  2-ci  dünya  sava-
şındakı  faşistlər  hücum  etmişdi  Bakıya.  Qəddarlıq 
zirvədəydi.  Dağıntılar,  hər  tində  keşik  çəkən 
əsgərlərin sakinlərə qarşı nifrətli baxış və hərəkətləri 
onu deməyə əsas verirdi ki, Bakının məhz düşmən 
əsgərləri  tərəfindən  işğal  edildiyinə  qərar  verəsən. 
Yalnız qəddar düşmən bu hərəkətləri edə bilərdi. 
...Kamillə  Mehdi  də  meydandakı  insanların  ara-
sına qarışdı. Az sonra elan edildi ki, Kirov parkında, 
Az.TV-nin alt tərəfində gecə şəhid edilmiş yurddaş-


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə