Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

101
larımıza  qəbir  qazmaq  üçün  kömək  lazımdır.  Elan 
edildi  ki,  imkanı  olanlar  parka  yollansın.  Şəhidlər 
burada dəfn ediləcəkdi. Sayları bəlli deyildi, amma 
hər  kəsin  dilindən  yüzlərlə  şəhidin  olması  haqda 
kəlmələr səslənirdi. O qanlı gecənin şəhidləri yüz il 
öncə Çəmbərəkənd qəbristanlığı adlanan yerdə dəfn 
ediləcəkdi. Taleyin işinə bax, bir zamanlar Sovetlərin 
izini-tozunu itirmək istədiyi müqəddəs məkanlardan 
biri  elə  məhz  Sovetlərin  özünün  gerçəkləşdirdiyi 
bir  faciə  sonucu  yenidən  xalqın  ziyarət  yerinə 
çevriləcəkdi... Və Sovetlərin sonu gələcəkdi...
***
20  və  21  yanvar  günləri  Azərlə  Nazim  qan 
üçün elan işini həll etdikdən sonra imkan olduqca 
küçələrdə dolaşıb baş verənləri öz gözlərilə görməyə 
çalışdı. Metro işləsə də yerüstü nəqliyyatda problem 
olduğu üçün uzağa gedə bilmədilər. Buna heç gərək 
də  yox  idi.  Çünki  “Salyan  kazarmaları”nın  ətrafı 
faciəni  bütün  çılpaqlığıyla  ortaya  qoymağa  yetirdi. 
Küçələrə axmış insan qanı, ağır texnikanın dağıtdığı 
yollar, təkərlər, tırtıllar altında əzilmiş maşınlar o gecə 
necə  bir  dəhşətin  yaşandığını  tam  olaraq  təsəvvür 


102
etməyə yetirdi. Həm də onların özləri olayın içində 
olduqları üçün gördüklərinə təəccüblənmirdilər.
Yanvarın 21-də Azər öyrəndi ki, şəhidlər bir gün 
sonra, ayın 22-də dəfn ediləcək. Bunun üçün Lenin 
meydanında törən düzənlənəcəkdi. İşğalçı güclərin 
də törənə əngəl olmayacağı deyilirdi. Dəfn komissi-
yası  qurulmuşdu.  Törənlə  bağlı  bütün  sorumluluq 
o komissiyanın üzərində idi. Onlar həm dövlət qu-
rumları, həm də hərbi rejimin yetkililəri ilə davamlı 
əlaqə saxlayaraq şəhidləri son mənzilə layiqincə yola 
salmaq üçün çalışırdı. İşğalçılar da mane olmayacaq-
larına söz vermişdi. Doğrudur, onlara güvənmək ol-
mazdı, amma insanlar o qədər qəzəbli idilər ki, artıq 
rus əsgərləri daha bir həmlə etsəydi, şəhərdə qan su 
yerinə axacaqdı. 20 yanvar gecəsi baş verənlər dərhal 
yetərincə  dərk  edilə  bilmədiyindən  millət  gecəylə 
qəzəbini  yetərincə  püskürməmişdi.  Amma  səhəri 
gün anlaşılanda ki, rus işğalçıları dinc sakinləri qanı-
na qəltan edib, hətta o günədək bütün baş verənlərə 
biganə qalanlar belə artıq xalqın sıralarına qoşulmuş-
du. Ona görə də dəfn törəninə maneçilik törətməyin 
nəyə  səbəb  olacağını  bilən  ruslar  doğrudan  da  heç 
bir əngəl törətməyəcəkdi.


103
***
Yanvarın 21-də xəbər gəldi ki, Bakıdan bir heyət 
gəlib. Vertolyotla Xaçmaza gələn bu heyət rayondakı 
etirazları araşdıracaqdı.
Onların  gəlməsilə  həbslər  başladı.  Əsasən  Xalq 
Cəbhəsinin  üzvlərini  tuturdular.  Bu  təşkilata  üzv 
olmadan mitinqlərdə iştirak edənlərdən bəziləri də 
müəyyən edilib milisə, prokurorluğa aparılırdı.
Bu  həbslər  qarşıdakı  günlərdə  də  davam  etdi. 
Rusların  başçılıq  etdiyi  heyətin  məqsədi  o  idi  ki, 
qatarı  geri  qaytaranları  aşkarlayıb  cəzalandırsınlar. 
Lakin  heç  kim  heç  kimi  satmadığı  üçün  bunu  edə 
bilmirdilər.  Ona  görə  də  ruslar  qatarın  qarşısının 
kəsilməsini təşkil edənləri aşkarlaya bilmədi.
Sorğuya çəkdikləri hər kəs deyirdi ki, heç nədən 
xəbərim yoxdur. Sual verəndə ki, “bəs necə oldu eti-
razlara qatıldın?”, cavab gəlirdi ki, “gördüm, adam-
lar  yığışıb,  maraq  güc  gəldi,  öyrənmək  istədim  ki, 
nə olub”. Bunu görən rus sorğuçular çıxış yolu kimi 
milis rəisinə ümid bağlasalar da, o da fərqli bir ca-
vab vermədi. Xudatın milis rəisi Sultan və dəmiryol 
milisinin rəisi İsrafil heç kimin adını vermədi istin-
taqçılara. Onlar da hamı kimi heç bir təşkilatçının ol-


104
madığını, əhalinin özbaşına toplandığını israr edincə 
ruslar əliboş geri dönməli oldu.
Bununla  belə,  Xaçmaz  prokurorluğu  izahatlar 
almağa davam edirdi. Ancaq o da hiss olunurdu ki, 
bunu candərdi edirlər. Yəni onlar da üzdə vəzifələrini 
icra edər kimi görünsələr də xalqın tərəfində idilər.
***
22  yanvar  günü  səhərdən  bütün  şəhər  Lenin 
meydanına  axışmağa  başladı.  Yerüstü  nəqliyyat 
yenə də işləmirdi. Amma bu hal insanların meyda-
na yığışmasına mane ola bilmədi. Şəhərin ən ucqar 
yerlərindən  insanlar  piyada  meydana  doğru  axı-
şırdı.  Az  sonra  Bakı  şəhəri  tərtəmiz  boşalmış  kimi 
görünməyə başladı. Şəhərin hər tərəfində dükanlar 
qapanmış,  küçələrdə  də  kimsə  gözə  dəymirdi.  Hər 
kəs meydanda idi. İynə atsan yerə düşməzdi burada. 
Meydana  sığmayan  insanlar  ətraf  küçələri  də  dol-
durmuşdu. Hökumət Evinin önü kimi sağ və solu, 
həmçinin arxası da dolub daşırdı. Anlaşılan o idi ki, 
heç kimsə bu faciəyə biganə qalmamışdı.
Azər  də  səhərin  ilk  saatlarında  meydana  sarı 
yollandı.  Nazimlə  birlikdə  gedəcəkdilər.  Amma  o, 
qardaşı  Məhəmmədi  təcili  rayona  aparmalı  olduq-


105
ları üçün Balakənə yollanmışdı. Buna görə də Azər 
tək başına yola düzəldi. Avtobuslar işləmədiyi üçün 
beş  kilometrə  yaxın  yolu  piyada  getməli  oldu.  Yol 
boyu ətrafı müşahidə etmək imkanı yarandı. Hamı 
onun  kimi  eyni  istiqamətdə  gedirdi:  üzü  meyda-
na  sarı.  Heç  kim  heç  kəslə  danışmırdı.  Hamının 
üzündəki  kədər  digər  üzlərdəki  kədərin  eynisi  idi. 
Sanki hər kəs doğma atasını, qardaşını, anasını-ba-
cısını, övladını itirmişcəsinə baş verən faciəni şəxsi 
faciəsi  kimi  qəbul  edirdi.  Xalq  birləşmişdi  o  gün. 
Böyük faciə, dəhşətli kədər insanları birləşdirmişdi. 
Milliyyətindən, dinindən və dilindən asılı olmayaraq 
Azərbaycanlılar həmin gün daha sıx birləşmişdi. Elə 
şəhidlərin da arasında fərqli millətlərdən insanların 
olduğu  deyilirdi.  Təkcə  Azərbaycan  türkləri  deyil, 
hətta  rusların  belə  şəhid  olduğu  bildirilirdi.  Bu  isə 
Moskvanın  yalan  təbliğatını  alt-üst  etməyə  yetirdi. 
Çünki  mərkəzi  xəbər  kanalları  durmadan  Bakıda 
başıpozuq  millətçilərin  guya  qarışıqlıq  yaratdığını, 
rus əsgərlərinin  də bunun  qarşısını almağa  çalışdı-
ğını təbliğ edirdilər. İddia edilirdi ki, əsgərlərə qarşı 
silahlı hücum olduğuna görə, onlar da məcburiyyət 
qarşısında  silahla  cavab  verməli  olublar.  Amma 
şəhidlərin arasında rusların, başqa millətlərin, eyni 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə